Naxçıvan Muxtar Respublikası – 90
Azərbaycan hökumətinin qərarı ilə 1989-cu ildə uşaq və
yeniyetmələrin milli-mənəvi və əxlaqi dəyərlər ruhunda tərbiyə-
sini gücləndirmək, dünyagörüşlərini formalaşdırmaq məqsədilə
Naxçıvan Dövlət Kukla Teatrı yaradılmışdı.
Bununla bərabər, təəssüflə qeyd etmək lazımdır ki,
ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrdə yaradılmış mədəni infrastruktur, qazanılmış uğurlar keçən
əsrin 90-cı illərində ölkədə yaranmış özbaşınalıq, xaos nəticə-
sində tam sıradan çıxmaq təhlükəsi ilə qarşılaşmış, maddi-mədə-
niyyət abidələrinin bir çoxu baxımsızlıq üzündən dağılmışdır. Bu
problemlər Azərbaycan xalqının ümummilli lideri, mədəniyyət
və incəsənətimizin hamisi Heydər Əliyevin ikinci dəfə haki-
miyyətə qayıdışından sonra öz həllini tapdı.
Mədəniyyətin inkişafına qayğı göstərmək, milli-mədəni
irsimizin qorunması sahəsində ümummilli liderimizin böyük
səyləri olmuşdur. Bu illərdə muxtar respublikada mədəniyyət
sahəsində mühüm işlərdən biri yeni muzeylərin yaradılması,
mövcud olanlarının yenidən qurulması olmuşdur. Bir sıra
muzeylər üçün yeni binalar inşa olunmuş, muzeylərin bəziləri
yeni binalara köçürülmüş, təmir olunmuş, ekspozisiyaları
yenidən qurulmuşdur. Ötən dövr ərzində Naxçıvan şəhərində
Heydər Əliyev Muzeyi, C.Məmmədquluzadənin ev-muzeyi,
Naxçıvan Dövlət Xalça Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Açıq
Səma Altında Muzey, Xatirə Muzeyi fəaliyyətə başlamışdır.
C.Məmmədquluzadənin ev-muzeyinin və Bəhruz Kəngərli
Muzeyinin açılışında ulu öndər iştirak etmiş və geniş nitq
söyləmişdir.
Naxçıvan Muxtar Respublikası – 90
1996-cı il oktyabr ayının 29-da Naxçıvanda böyük
romantik şair və dramaturq H.Cavidin məqbərəsinin açılışı
olmuşdur. Bu təntənəli mərasimdə geniş nitq söyləyən ulu öndər
Heydər Əliyev sənətkara yüksək qiymət vermişdir. Bu təkcə
böyük sənətkara deyil, Cavidlərə ucaldılan abidədir.
Bu dövrdə muxtar respublikamızda tarix və mədəniyyət
abidələrinə, milli-mənəvi dəyərlərə diqqət və qayğı köklü şəkildə
dəyişmişdir. Naxçıvan şəhərində Ana dili və Dədə Qorqud
abidələri ucaldılmış, Dədə Qorqud abidəsinin yerləşdiyi meydan
yenidən qurulmuşdur. “Əshabi-Kəhf” Dini-Mədəni Abidə
Kompleksi abadlaşdırılmış, Aza körpüsü, Buzxana, Şərq
hamamı, İmamzadə Məscid Kompleksi, Yusif Küseyiroğlu
abidəsi, Möminə xatın türbəsi, Qarabağlar kəndindəki Quti xatın
türbəsi, Culfa rayonunda Xanəgah abidə kompleksi, Ordubad
rayonunda tarixi abidələr bərpa və təmir olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili
haqqında”, “Nuh peyğəmbərin Naxçıvan şəhərində məzarüstü
abidəsinin bərpa edilməsi haqqında”, “Ordubad rayonundakı
Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” və digər
sərəncamlar tarixi abidələrimizə, maddi-mənəvi dəyərlərimizə,
inanc yerlərimizə diqqət və qayğının ən gözəl nümunələridir. Bu
gün Naxçıvan Muxtar Respublikasında 1202 tarix və mədəniyyət
abidəsi qeydə alınmışdır.
Naxçıvanda geniş vüsət alan abadlıq və quruculuq işlərinin
bir qolunu yeni, həm də müxtəlif profilli muzeylərin yaradılması,
mövcud olanların yüksək səviyyədə yenidən qurulması təşkil
Naxçıvan Muxtar Respublikası – 90
edir. Naxçıvan Dövlət Tarix Muzeyi, Şahbuz, Sədərək rayon-
larında tarix-diyarşünaslıq muzeyləri, Cəlil Məmmədquluzadə
adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Naxçıvan
Dövlət Xalça Muzeyi yeni binalarla təmin olunmuşdur. Ötən
dövrdə Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Cəlil Məm-
mədquluzadənin ev-muzeyi, Şərur rayonunun Cəlilkənd və
Babək rayonunun Nehrəm kəndlərindəki xatirə muzeyləri, aka-
demik Y.Məmmədəliyevin, M.S.Ordubadinin ev-muzeyləri,
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi
“Qeysəriyyə” tarixi binası əsaslı təmir olunmuş, ekspozisiyaları
yenidən qurulmuş, muzeylər zənginləşdirilmişdir. Hazırda
muxtar respublikanın muzeylərində 110 mindən çox maddi-
mədəniyyət nümunəsi qorunub mühafizə olunur.
Muxtar respublika rəhbərinin 2010-cu il 9 fevral tarixli
Sərəncamı ilə yaradılan Şahtaxtinskilər Muzeyi, 2010-cu il
23 oktyabr tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət
Tarix-Memarlıq Muzeyi qədim yurdun görkəmli şəxsiyyətlərinə
ehtiramının ifadəsidir.
Muxtar respublikada dəniz səviyyəsindən 3700 metr
yüksəklikdə Gəmiqaya muzeyi yaradılmışdır. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradıl-
ması haqqında, 2013-cü il 28 iyun tarixli “Xalq şairi Məmməd
Arazın ev-muzeyinin yaradılması haqqında” sərəncamları bu
istiqamətdə aparılan işlərin davamlı olduğunu göstərir. Əgər
1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey
vardısa, hazırda qədim diyarımızda 23 müxtəlif profilli muzey
fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası – 90
Qədim diyarda mədəniyyətin və incəsənətin bütün sahələri
qayğı ilə əhatə olunmuşdur. 1990-cı illərin ortalarından
Naxçıvan rəssamlarının beynəlxalq əlaqələri genişlənmiş
onlar Türkiyə Respublikasında, İran İslam Respublikasında,
Rusiya Federasiyasında, Orta Asiya və Avropa ölkələrində
fərdi sərgilərini təşkil etmiş, rəssamlarımızın Naxçıvanda,
Bakıda və xaricdə albomları, bukletləri nəşr edilmişdir.
2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü və
qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan
Təşkilatının yeni əsasnaməsi təsdiq olunmuş, təşkilat
müstəqil yaradıcılıq qurumu kimi Naxçıvan Muxtar
Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir.
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin 40 illiyi dövlət səviyyəsində qeyd olunmuş, 2012-ci
ildə “Naxçıvan bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm
Festivalı
təşkil
olunmuşdur.
Festivalda
Naxçıvan,
Azərbaycan rəssamları ilə yanaşı, xarici ölkələrin fırça
ustaları da fəal iştirak etmişlər. Festivalda 4 ölkədən
24 rəssam iştirak etmişdir.
2012-ci
ildə
Azərbaycan
təsviri
incəsənətinin
banilərindən biri olan Bəhruz Kəngərlinin 120 illik yubileyi
dövlət səviyyəsində qeyd olunmuşdur. Bu münasibətlə
görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil olunmuş
və rəssamın əsərlərindən ibarət albom nəşr olunmuşdur.
2013-cü ildə Naxçıvan Rəssamlar Birliyinin yeni müasir
binası və Bəhruz Kəngərli adına Sərgi Salonu istifadəyə
verilmişdir.
Dostları ilə paylaş: |