Naxçıvan Muxtar Respublikası – 90
obyektləri də əhatə etmiş, son illərdə 25 uşaq musiqi, incəsənət
və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək və
yenidən qurularaq istifadəyə verilmişdir. Uşaq musiqi məktəb-
lərinə xüsusi qayğı və diqqət göstərən, onların əhəmiyyətini yük-
sək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi-
nin Sədri demişdir: “Uşaq musiqi məktəblərinin, məktəbdən-
kənar müəssisələrin istifadəyə verilməsində məqsəd ondan
ibarətdir ki, gənclərimizin asudə vaxtları düzgün təşkil
olunsun. Bizim milli musiqimiz öyrədilsin, yaddan çıxmasın,
nəsildən-nəslə ötürülsün. Dünyaya inteqrasiya edən Azərbay-
canda gənclər dünya musiqisinə, dünya mədəniyyətinə yiyə-
lənsinlər. Bunun üçün də lazımi şərait yaradılıbdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin
keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq
yaradıcılığının inkişafında yeni üfüqlər açmışdır. Bu sərəncam
həm də xalqımızın zəngin xalq yaradıcılığı ənənələrini yaşatmaq,
gələcək nəsillərə çatdırmaq baxımından dəyərlidir. Bu gün
muxtar respublikada xalq yaradıcılığına qayğı öz bəhrəsini
göstərməkdədir. Muxtar respublikada Aşıqlar Birliyi yara-
dılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu
il 9 aprel tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan mətbəxi”
Kulinariya Mərkəzi xalq yaradıcılığının ən qədim və zəngin
sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə
öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ olunması, tanıdılması
sahəsində müəyyən işlər həyata keçirmişdir. Bu dövrdə mərkəzin
əməkdaşları Çin Xalq Respublikası, Türkiyə Respublikası və
Naxçıvan Muxtar Respublikası – 90
Azərbaycanda keçirilən tədbir və festivallarda iştirak etmiş,
medal və diplomlarla təltif olunmuşlar. 2013-cü ildə nəşr olunan
“Naxçıvan mətbəxi” kitabı Azərbaycan mətbəx mədəniyyətinin
bir qolu olan Naxçıvan mətbəxinin öyrənilməsi və təbliği
baxımından dəyərlidir.
Müstəqillik illərində muxtar respublikada gedən mədəni
yüksəliş kitabxanalara da öz təsirini göstərmişdir. Muxtar
respublikanın bölgələrində inşa olunan 100-dən çox kənd
mərkəzində kitabxanalar üçün otaqlar ayrılmışdır. 2005-ci ildən
başlayaraq Azərbaycan Respublikası Prezidentinin 2004-cü il
14 yanvar tarixli Sərəncamı ilə nəşr olunan 400 mindən çox kitab
kitabxanalara
hədiyyə
olunmuşdur.
Naxçıvan
Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 19 aprel tarixli
“Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında”
Sərəncamının icrası ilə əlaqədar burada Elektron kitabxana
yaradılmışdır.
Muxtar respublikada kitabxana işinin müasir standartlar
səviyyəsində qurulması və elektron kitabxanaların yaradılması
sahəsində işlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Azərbaycan Milli
Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan
Dövlət Universitetində elektron kitabxanalar, eləcə də Naxçıvan
Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün
audio və elektron kitabxana xidməti yaradılmışdır.
Ölkə üzrə ikinci Dövlət Film Fondu muxtar respublikada
fəaliyyət göstərir. Hazırda fondda 4500 film saxlanılır. Azər-
baycan filmləri ilə yanaşı, burada xarici ölkələrdə istehsal
Naxçıvan Muxtar Respublikası – 90
olunmuş bədii, sənədli, cizgi filmləri, Azərbaycan dilinə dublyaj
edilmiş filmlər qorunur.
Milli-mədəni dəyərlərimizin qorunması tədbirləri çərçivə-
sində xalq tətbiqi sənətinin əsas qollarından olan xalçaçılığın
təbliği məqsədilə aparılan elmi araşdırmalar nəticəsində nəfis
tərtibatda “Naxçıvan xalçaçıları” kitabı və “Azərbaycan xalçaları:
Naxçıvan qrupu” jurnalı çap olunmuş, “Naxçıvan xalçaları” sə-
nədli filmi çəkilmişdir. Yenidənqurmadan sonra istifadəyə veri-
lən Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası zənginləş-
dirilmiş, muzeyin internet saytı hazırlanmışdır.
Yüksək zövq və nəfis tərtibatla nəşr olunmuş “Naxçıvan
teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvan tik-
mələri”, “Naxçıvan mətbəxi” və başqa kitablar mədəniyyə-
timizin, incəsənətimizin təbliği baxımından dəyərli nəşrlərdir.
Naxçıvan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlərin
adının əbədiləşdirilməsi və yubileylərinin keçirilməsi üçün də
dəyərli işlər görülmüşdür. M.T.Sidqi, M.Şahtaxtlı, B.Şahtax-
tinski, H.Cavid, Ə.Cavid, C.Məmmədquluzadə, B.Kəngərli,
M.S.Ordubadi, İ.Səfərli, M.Arazın yubileyləri mədəni-maarif
müəssisələrində də geniş qeyd olunmuşdur.
2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam
ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvanın
2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması
muxtar respublikamızın nüfuzunun və ona göstərilən etimadın
nəticəsidir.
Bu illər ərzində muxtar respublikamız üçün yeni sahə olan
turizm sahəsinin inkişafı istiqamətində də mühüm tədbirlər
həyata keçirilmişdir. Muxtar respublikada yeni turizm kompleks-
Dostları ilə paylaş: |