Naxçıvan Muxtar Respublikası – 90
biri olmuşdur. Ötən əsrin əvvəllərində tarixi torpaqlarımızın bir
hissəsinin
Rusiya
tərəfindən
ilhaq
edilib
Ermənistana
birləşdirilməsi nəticəsində Naxçıvanın Azərbaycanın ərazisindən
ayrı düşməsi ilə regionun həyatında xarici iqtisadi əlaqələrin rolu
və əhəmiyyəti daha da artmışdır.
1924-cü il 9 fevral tarixində Naxçıvan Muxtar Sovet
Sosialist Respublikası qurulandan sonra muxtar respublikamız
Sovet İttifaqı ilə həmsərhəd olan iki xarici ölkə ilə, yəni İran və
Türkiyə ilə həmsərhəd olsa da, yalnız İranla və bu ölkə vasitəsilə
bir sıra Şərq ölkələri ilə mühüm ticarət əlaqələri qurmuşdur.
Həmin dövrdə Naxçıvan ərazisində İranla sərhəddə Ordubad
zastavası, Culfa postu, Culfa gömrükxanası, Bulqan zastavası,
Şahtaxtı gömrükxanasının fəaliyyətinə icazə verilmişdir.
1924-1926-cı illərdə Naxçıvan MSSR Xalq Komissarları
Şurasının sədri işləmiş Həmid Sultanov “Naxçıvan diyarı və
onun iqtisadiyyatı” adlı əsərində bu qədim yurd yerində ticarətin
və xarici iqtisadi əlaqələrin tarixinə nəzər salaraq qeyd edirdi:
“Özünün
coğrafi
vəziyyətindən
asılı
olaraq
Naxçıvan
respublikası həm müharibədən əvvəl (I Dünya müharibəsi
nəzərdə tutulur), həm də müharibədən sonra Zaqafqaziya üzrə,
eyni zamanda bütün ittifaqın, Rusiyanın ticarətində tranzit ərazini
təşkil edir. Hərçənd diyar həm Türkiyənin, həm də İranın
sərhədində yerləşir, yalnız əsas halda ticarət İran Azərbaycanı və
Maku xanlığı ilə edilir”.
Ümumiyyətlə, Rusiya ilə İran arasındakı xarici ticarət
əlaqələrində əsas tranzit məntəqələrdən biri olan Naxçıvan əsrin
əvvəllərində Tiflis-Bakı-Moskva dəmir yoluna qoşulmasından və
1916-cı ildə isə Culfadan Təbrizə ilk dəmir yolunun
Naxçıvan Muxtar Respublikası – 90
çəkilməsindən sonra ticarət dövriyyəsində mühüm yerə malik
olmuşdur. Region tranzit funksiyasını Naxçıvan Muxtar Sovet
Sosialist Respublikası yaranandan sonra nəinki qorumuş, daha da
inkişaf etdirmişdir. Gömrük orqanında yalnız İrana gedib-gələn
qatarların, aparılıb gətirilən yüklərin qeydiyyatı aparılmış, bütün
məlumatlar birbaşa mərkəzə ötürülmüşdür. Məhz buna görə də
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranandan bir
müddət sonra keçmiş postsovet ölkələrindən İrana və digər Şərq
ölkələrinə dəmir yolu ilə aparılan yüklərə nəzarəti həyata keçirən
Culfa gömrükxanası fəaliyyətini davam etdirə bilmişdir.
İkinci Dünya müharibəsindən sonra ölkə iqtisadiyyatında
baş verən durğunluq, öz növbəsində, Naxçıvan vasitəsilə həyata
keçirilən xarici ticarət əlaqələrinə mənfi təsir göstərsə də, 1969-cu
ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə
başlaması ilə Sovet İttifaqının ən geridə qalmış respublikaların-
dan biri kimi tanınan Azərbaycan çox keçmədən uğurlu inkişaf
yoluna qədəm qoymuşdur. Ölkə həyatının bütün sahələrində
quruculuq işləri vüsət almış, kənd təsərrüfatı məhsulları istehsalı
dəfələrlə artmış, minlərlə yeni sənaye müəssisəsi yaradılmış,
Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.
Bütün bunlar o dövrdə Azərbaycanda, o cümlədən Naxçıvanda
xarici ticarət əlaqələrinin artaraq keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasına gətirib çıxarmışdır.
Müstəqilliyin ilk illərində Naxçıvanın ictimai-siyasi və
iqtisadi mənzərəsi heç də ürəkaçan deyildi. Ermənistanın hərbi
təcavüzü nəticəsində muxtar respublikanın Azərbaycanın əsas
ərazisi ilə əlaqələrinin kəsilməsi blokada vəziyyətinə düşən bu
diyarın sovetlər dövründə formalaşmış istehsal əlaqələri
Naxçıvan Muxtar Respublikası – 90
şəbəkəsindən təcrid olunmasına səbəb olmuşdu. Artıq yeni
dövrün tələblərinə uyğun olaraq, qonşu dövlətlərlə iqtisadi
əlaqələrin qurulması vacib şərtə çevrilmişdi. Blokada şəraitində
yaşayan əhalinin yaşayışı bilavasitə xarici əlaqələrdən asılı idi.
Bütün bunları görən və xalqın nicatı üçün çalışan ümummilli
lider Heydər Əliyev İran İslam Respublikası ilə əlaqələrin
genişləndirilməsini nəzərdə tutan razılaşma və memorandumların
əldə olunmasına nail oldu. Bununla da, Azərbaycanın digər
bölgələrinə və əks istiqamətdə daxili yük daşınması təmin
olundu, sərnişin keçidinə müəyyən olunmuş kvota çoxaldıldı,
gömrük orqanlarının gündəlik iş saatının artırılması ilə hərəkətin
intensivliyi təmin olundu.
1992-ci ilin may ayında Türkiyə Respublikası ilə
sərhədlərin açılması da ulu öndər Heydər Əliyevin xalqın
qurtuluşu və nicatı üçün atdığı növbəti düşünülmüş addımlardan
idi. Türkiyə ilə əlaqələrin yaradılması regionun həyatında
mühüm dəyişikliklərə səbəb oldu. Əgər İran vasitəsilə
Azərbaycanın digər bölgələri və keçmiş postsovet dövlətlərilə
əlaqə yaranırdısa, Türkiyə vasitəsilə bütün Avropa ölkələrilə
iqtisadi əlaqələrin formalaşdırılmasına şərait yaranırdı.
1993-cü ildə İran İslam Respublikası ilə yeni keçid
məntəqəsinin – Şahtaxtı gömrük postunun açılması, əhalinin
istehsal mallarının sadələşdirilmiş qaydada realizə olunmasını
təmin etmək məqsədilə birgə sərhədyanı bazarların yaradılması
bu ölkə ilə olan əlaqələrin daha da genişlənməsinə xidmət
etmişdir. Şahtaxtı postunun açılması Culfa gömrükxanasında
sıxlığın azalmasına, Naxçıvan Muxtar Respublikasının Şərur,
Sədərək rayonlarının xarici əlaqələrdə daha yaxından iştirakının
Dostları ilə paylaş: |