Naxçıvan Muxtar Respublikası – 90
ləri yaratmaq, turizm potensialını təbliğ etmək, mədəni və tarixi
irsi yaşatmaq, ən əsası turizmi iqtisadiyyatın gəlirli sahələrindən
birinə çevirmək istiqamətində aparılan məqsədyönlü tədbirlər öz
müsbət təsirini göstərməkdədir. Ötən illər ərzində muxtar respub-
likanın turizm potensialını tanıtmaq üçün Naxçıvan şəhərində
2 beynəlxalq konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin
qorunub saxlanılmasını, müasir şəhərsalma, istirahət və turizm
infrastrukturunun yeniləşdirilməsi və abadlıq-quruculuq işlərinin
davam etdirilməsini, habelə “Azərbaycan Respublikası region-
larının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro-
qramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini
təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 10 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublika-
sının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrıl-
mışdır.
Hazırda muxtar respublikamızda əhaliyə 530-a qədər mə-
dəniyyət, incəsənət və turizm müəssisəsi xidmət göstərir. Həmin
müəssisələrdə 4360 nəfər mədəniyyət, incəsənət və turizm işçisi
çalışır. Mədəniyyət və incəsənət işçilərimizin əməyi dövlət tərə-
findən yüksək qiymətləndirilmişdir. Mədəniyyət, musiqi, incəsə-
nət, ədəbiyyat, xalq yaradıcılığı, teatr, kino, muzey işi, təsviri in-
cəsənət ilə məşğul olan 200-dən çox insanın Azərbaycan Res-
publikasının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına,
Prezident mükafatı və təqaüdünə layiq görülməsi, orden və me-
dallarla təltif olunması bu sahəyə dövlət qayğısının ifadəsidir.
Naxçıvan Muxtar Respublikası – 90
Səhiyyə. Çar Rusiyası dövründə müstəmləkə vəziyyətində
olan Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan bölgəsində
də iqtisadi və sosial gerilik, məişət və əmək şəraitinin aşağı
səviyyədə olması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbir-
lərin həyata keçirilməməsi, ümumiyyətlə, sağlamlığı qoruyan
dövlət sisteminin olmaması nəticəsində tez-tez ağır epidemiyalar
baş vermiş, kütləvi ölüm halları olmuşdur. Тəксə 1904-cü ilin
3 ayı ərzində vəba epidemiyası nəticəsində Naxçıvan və Şərur
qəzalarında 1674 nəfər bu xəstəliyə tutulmuş, onlardan
1286 nəfəri, yəni 76,8 faizi ölmüşdü.
Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin yara-
dılması, xalqımızın və dövlətimizin ən böyük nailiyyətlərindən
biri oldu. 1920-ci ilin oktyabrında bölgədə ilk səhiyyə şöbəsi
təşkil edildi. Sonralar səhiyyə şöbəsi səhiyyə komissarlığına çev-
rildi. 1920-1924-cü illərdə Naxçıvanda tibb müəssisələrinin açıl-
masına başlandı. Naxçıvan şəhərində xəstəxana, ambulatoriya,
Ordubad şəhərində həkim məntəqəsi, Culfa şəhərində, Çənnəb,
Cəlilkənd, Qıvraq, Əbrəqunus və Cəhri kəndlərində feldşer
məntəqələri işə başladı. Malyariya ilə mübarizə məqsədilə
Naxçıvan şəhərində və Cəlilkənddə malyariya stansiyaları açıldı.
1920-ci illərdə yoluxucu xəstəliklərlə mübarizə səhiyyə orqanları
qarşısında ən zəruri vəzifə olaraq qalırdı. Xüsusi təhlükəli
xəstəliklərə qarşı fövqəladə komissiya yaradılmışdı. Əhaliyə
kütləvi peyvənd edilməsi məqsədilə qəzalara epidemioloji
dəstələr göndərilirdi. 1925-ci ildə uşaqlara tibbi xidmət
tədbirlərini təşkil etmək və həyata keçirmək məqsədilə Naxçıvan
şəhərində ilk uşaq məsləhətxanası açıldı. Naxçıvan uşaq evində
məktəb ambulatoriyası təşkil olundu.
Naxçıvan Muxtar Respublikası – 90
Bölgədə çiçək, malyariya, vərəm, traxoma, dəri-zöhrəvi
xəstəlikləri ilə mübarizədə planlı surətdə epidemioloji tədbirlər
həyata keçirilmişdi. 1930-cu illərdə malyariyaya qarşı mübarizə
tədbirləri nəticəsində bu xəstəliyə yoluxma və ölüm halları 1940-cı
ildə 1934-cü ildəkinə nisbətən 3 dəfə azaldı. Muxtar respublikada
malyariyaya qarşı tədbirlər nəticəsində 1958-ci ildə bu xəstəliyin
kökü kəsildi.
1970-ci ildən başlayaraq ötən dövr ərzində səhiyyə
sahəsində müəyyən işlər görülmüşdür. Muxtar respublikanın
yarandığı 1924-cü ildə xəstəxana çarpayılarının sayı 95 vahid
təşkil etmişdirsə, bu göstərici 1970-ci ilin sonuna 1975, 1980-ci
ilin sonuna 2530, 2013-cü ilin sonuna isə 3082 vahid təşkil
etmişdir.
Əhaliyə
ambulatoriya-poliklinika
yardımı
göstərən
müalicə müəssisələrinin sayı 2013-cü ilin sonuna 119 olduğu
halda, bu göstərici 1990-cı ildə 91, 1980-ci ildə isə 54 vahid
olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz
çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli
incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip əsas götürülərək
əhalinin
sağlamlığının
qorunması,
tibbi
profilaktikanın
genişləndirilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması,
müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının
inşası diqqət mərkəzində saxlanılmışdır. 1995-ci ildən 2013-cü il
sonuna olan dövr ərzində Duzdağ Fizioterapiya Mərkəzi, Doğum
Mərkəzi, Diaqnostika-Müalicə Mərkəzi, Onkoloji Mərkəz,
Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi, Kardioloji
Mərkəz, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və
Dostları ilə paylaş: |