Naxçıvan Muxtar Respublikası – 90
Sədərək Rayon Mərkəzi xəstəxanaları, Əziz Əliyev adına
Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası,
Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər
Poliklinikası və ümumilikdə, 174 səhiyyə obyektinin tikintisi,
51 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri
başa çatdırılmışdır. Səhiyyə sahəsində görülən işlərin qısa
xronikasına nəzər yetirsək görərik ki, 2003-2013-cü illər ərzində
muxtar respublikada 31 xəstəxana tikilmiş və ya yenidən
qurulmuşdursa, bu göstərici 1927-1947-ci illər ərzində 12,
1957-1967-ci illərdə isə 13 vahid təşkil etmişdir.
2014-cü ilin ötən dövrü ərzində də səhiyyə sahəsinin
inkişafı diqqətdə saxlanılmış, yenidən qurulması davam etdirilən
Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi
avadanlıqla təchiz olunması məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan
Naxçıvan
Muxtar
Respublikasının
Nazirlər
Kabinetinə 9 milyon manat vəsait ayrılmışdır.
Bədən tərbiyəsi və idman. Naxçıvanda xalq arasında güc,
çeviklik və bacarıq tələb edən milli idman oyunları qədimdən
yayılmışdır. Güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və
ox atmaq yarışlarında əsas məqsəd gəncləri əməyə və hərbi işə
hazırlamaq idi. XIX-XX əsrlərdə Naxçıvanda idman geniş vüsət
almışdı. Naxçıvanda pəhləvanların hazırlanmasında zorxanalar
mühüm rol oynayırdı. XX əsrin 20-ci illərindən Azərbaycanda, о
cümlədən Naxçıvanda bədən tərbiyəsi və idman mədəni və
ictimai həyatın bir hissəsinə çevrildi. 1924-cü ildə Naxçıvan
Naxçıvan Muxtar Respublikası – 90
Bədən Tərbiyəsi Şurası yaradıldı. 1930-cu ilə qədər Naxçıvan
Bədən Tərbiyəsi Şurası tərəfindən futbol, yüngül atletika, cıdır,
akrobatika, ağır atletika, güləş, voleybol və başqa idman
oyunlarının yarışları təşkil edilmişdi. 1937-ci ildə ağır atletika
üzrə Azərbaycan birinciliyi Naxçıvanda keçirildi. Naxçıvanda
bədən tərbiyəsi və idmanın inkişafında “Dinamo”, “Spartak”,
“Burevestnik”, “Məhsul” idman cəmiyyətlərinin, “Ehtiyat Əmək
Qüvvələri” cəmiyyətinin (1998-ci ildən Təhsil İdman Mərkəzi)
böyük rolu olmuşdur. 1940-cı ildə muxtar respublikada
5320 idmançı, 61 idman qurğusu var idi.
1946-cı ildə Naxçıvanda idmanın 9 növünü təmsil edən
250 nəfərlik gənclər idman məktəbi, 1949-cu ildə isə Naxçıvan
şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər
idman məktəbi yaradıldı. 1950-ci ildə bədən tərbiyəsi və idmanla
məşğul olanların sayı 15481 nəfər, bədən tərbiyəsi kadrlarının
sayı 71 nəfər, idman qurğularının sayı 230 olmuşdur.
1970-1980-ci
illərdə
Naxçıvan
MSSR-də
idman
kollektivlərinin və idmançıların sayı xeyli artdı. 1970-ci ildə
idmançıların sayı 27390 nəfərə (4230-u qadın), idman
qurğularının sayı isə 322-yə (2 stadion, 21 idman zalı, 251 idman
meydançası və s.) çatdı. Həmin ildə 12 uşaq-gənclər idman
məktəbi və 1 güləş məktəbi fəaliyyət göstərirdi.
Son illər ərzində idman sahəsinin inkişafı istiqamətində
12 idman federasiyası, o cümlədən Boks, Güləş, Karate-do,
Yüngül Atletika, Şərq Döyüş Sənəti, Şahmat, Futbol, Voleybol,
Basketbol, Paralimpiya, Hava və Ekstremal İdman Növləri və
Atıcılıq federasiyaları yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya-İdman
Kompleksi, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzi, Muxtar
Respublika Stadionu, Atıcılıq Mərkəzi, Süni örtüklü əl oyunları
meydançası, Uşaq-Gənclər İdman Məktəbi, Şərur rayonunda
İdman-Sağlamlıq Kompleksi, Olimpiya-İdman Kompleksi, Süni
örtüklü əl oyunları meydançası, Culfa şəhərində Uşaq-Gənclər
İdman Məktəbi, 500 yerlik yaşıl örtüklü stadion, Sədərək
rayonunda 500 yerlik yaşıl örtüklü stadion istifadəyə verilmişdir.
Bundan əlavə, Naxçıvan şəhərində Şahmat Mərkəzi, Şərur,
Babək, Ordubad, Culfa, Şahbuz, Sədərək rayonlarında şahmat
məktəbləri istifadəyə verilmiş, hazırda Kəngərli rayonunda
şahmat məktəbi binasının tikintisi davam etdirilməkdədir.
Ötən dövr ərzində muxtar respublikada futbolun inkişafı
istiqamətində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun
peşəkar futbola qayıdışı təmin edilmişdir.
Muxtar
respublikada
idman
sahəsinin
inkişafı
istiqamətində yaradılan və ya bərpa olunan idman obyektlərinin
istifadəyə verilməsi yeni idmançıların yetişməsi ilə yanaşı,
muxtar respublikada mötəbər yarışların keçirilməsinə də şərait
yaratmışdır.
İdman sahəsində görülmüş işlərin nəticəsidir ki, 2013-cü
ilin sonuna muxtar respublikada idman qurğularının sayı 1042-yə
çatmış, idmanla məşğul olanların sayı isə 71 min nəfəri
ötmüşdür.
Xarici ticarət. Naxçıvanın xarici ticarət əlaqələri bu qədim
Azərbaycan torpağının özünün tarixi qədər qədimdir. Tarixən
mühüm əhəmiyyətə malik ticarət yollarının üzərində yerləşən
Naxçıvan bölgəsi Şərqlə Qərbin arasında mühüm məntəqələrdən
Dostları ilə paylaş: |