Naxçıvan Muxtar Respublikası – 90
Bu gün Naxçıvan Rəssamlar Birliyinin sıralarında
36
fırça
ustası
birləşir.
Onlardan
Azərbaycan
Respublikasının
xalq
rəssamı
Hüseynqulu
Əliyev,
Azərbaycan Respublikasının əməkdar rəssamları Telman
Abdinov, Ülviyyə Həmzəyeva, Həsən Qurbanov, Naxçıvan
Muxtar Respublikasının əməkdar rəssamları Məhəmmədəli
Ələkbərov, Həmzə Sadiqov, Səyyad Bayramov, Əbülfəz
Axundov,
Cavid
İsmayılov,
Həbibə
Allahverdiyeva,
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət
xadimi Elman Cəfərov və başqaları muxtar respublikamızın
təbiətini, tarixini, insanlarını öz əsərlərində sevə-sevə
yaradırlar. Ümumiyyətlə, son 10 ildə 50-yə yaxın sərgidə
rəssamlarımızın
2500-dən
çox
rəsm
əsəri
nümayiş
etdirilmişdir. Son 3 ildə isə 45 sərgidə rəssamlarımızın
1570 rəsm əsəri nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
üzvləri bir çox xarici ölkələrdə sərgilərdə, festivallarda və
müsabiqələrdə iştirak etmişlər. Bu ölkələrdən Almaniya,
ABŞ, Türkiyə, İran, Fransa, Bolqarıstan, İtaliya, Çin,
Kanada və başqa ölkələri göstərmək olar. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov
mədəniyyət və incəsənətimizin bütün sahələri kimi, təsviri
incəsənətimizə də böyük diqqət və qayğı göstərir. Ali
Məclisin Sədri dəfələrlə rəssamlarımızın sərgisinə baxmış
və muxtar respublikada gənclərin bu sənətə cəlb edilməsi
üçün dəyərli tövsiyələrini vermişdir: “Bu sahəyə ona görə
diqqət göstərilir ki, rəssamlar birliyi muxtar respublikanın
ictimai həyatında fəal iştirak etsin, yeni rəssamlar
Naxçıvan Muxtar Respublikası – 90
yetişdirilsin, Bəhruz Kəngərli ilə başlanan yol davam
etdirilsin. Bu gün muxtar respublikamızda professional
rəssamlar fəaliyyət göstərir. Onlar təkcə ölkəmizdə deyil,
Azərbaycandan kənarda da tanınırlar, müxtəlif ölkələrdə
sərgiləri təşkil olunur. Bu sahənin daha da inkişaf etdirilməsi
üçün rəssamların üzərinə mühüm vəzifələr düşür”.
2012-ci ildə “Naxçıvan bəşəriyyətin beşiyi” Beynəlxalq
Rəsm Festivalının bədii hissəsində muxtar respublikanın folklor
kollektivlərinin çıxışları təşkil olunmuşdur. 2012-ci ilin sonunda
isə böyük rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyi dövlət
səviyyəsində qeyd olunmuşdur.
Mədəni
quruculuq
tədbirlərində
Naxçıvan
Muxtar
Respublikası Yazıçılar Birliyinin üzvləri də fəal iştirak edirlər.
2013-cü ilin oktyabr ayında Naxçıvan Yazıçılar Birliyinin
konfransı keçirilmişdir. Konfransın işində Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri iştirak etmiş və geniş çıxış
etmişdir. Bu gün ittifaq üzvlərinin sayı 80 nəfərdən çoxdur. Son
21 ildə naxçıvanlı yazıçı və şairlərin 600-dən artıq kitabları nəşr
olunmuşdur.
Ölkə Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamı
ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram
Teatrının 125 illiyi təntənə ilə qeyd edilmiş, 2012-ci ilin fevral
ayının 3-də teatrın binası yenidənqurmadan sonra istifadəyə
verilmişdir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı və Naxçıvan
Dövlət Kukla Teatrı beynəlxalq mədəni əlaqələrin qurulmasında
fəal iştirak etmiş, İran İslam Respublikası, Türkiyə Respublikası,
Tacikistan Respublikasında keçirilən teatr festivallarında
Naxçıvan Muxtar Respublikası – 90
ölkəmizi uğurla təmsil etmişlər. Bu illər ərzində həm də Təbriz
teatrı, Türkiyə Respublikasının Van və Trabzon Dövlət teatrları
Naxçıvanda tamaşalar
göstərmişlər. Müstəqillik
illərində
Naxçıvanda fəaliyyət göstərən 3 teatrın səhnəsində 115-dən çox
tamaşa səhnəyə qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı
il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq
Teatrı ölkəmizdə fəaliyyət göstərən 2 uşaq teatrından biri kimi
uşaqların sevimli ünvanına çevrilmişdir.
Ötən dövr ərzində Naxçıvan Dövlət Filarmoniyasının
maddi-texniki bazası möhkəmləndirilmiş, səs avadanlıqları,
musiqi alətləri, musiqi ədəbiyyatı, geyimlər alınmışdır. Bu illərdə
Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri Türkiyə
Respublikasında, Rusiya Federasiyasının paytaxtı Moskva şəhə-
rində, Türkmənistan Respublikasında keçirilən müxtəlif tədbir-
lərdə uğurla çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci
il 10 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Filarmo-
niyasının Estrada Orkestri yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu
il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq
Filarmoniyası musiqi mədəniyyətimizdə mühüm hadisədir. Yeni
yaradılan filarmoniyada xalq çalqı alətləri ansamblı, kamera
orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi istedadlı uşaqları
öz ətrafında birləşdirmişdir.
Naxçıvan Muxtar Respublikasında uşaq musiqi, incəsənət
və bədii sənətkarlıq məktəblərinə qayğı və diqqəti xüsusilə qeyd
etmək lazımdır. Muxtar respublikada gedən quruculuq işləri bu
Dostları ilə paylaş: |