22
olan II
a
(trombinə) çevrilir və bu mərhələ trombinlərin əmələ gəlməsi ilə başa çatır,
2-5 saniyə [12,47].
Fibrin əmələ gəlməsi:
Fibrinogenin fibrinə keçmə mərhələsi 2 fibrinopeptit A və 2 fibrinopeptit B
molekullarının iştirakı ilə baş verir. Beləcə, fibrin-monomer-dimer-trimer-oliqomer
yaranır. Fibrin stabilləşdirici faktor (aktivləşmiş trombin) Ca
++
iştirakı ilə qeyri-stabil
həll olan fibrini, stabil həll olan fibrinə çevirir. Nəticədə bu fibrin laxtası fibrinolitik
agentlərə və digər proteolitik maddələrlə resiztentlik əldə edir. Yeni yaranan laxtaya
trombositərin hesabına fibrinin çoxlu miqdarda çökməsi laxtanın retraksiyasına
gətirib çıxardır. Bu sonuncu mərhələ fibrin əmələ gələn mərhələ olub 2-5 saniyə
çəkir[12,34 ,142,161].
1.2.3. Fizioloji anti-koaqulyantlar
Fizioloji anti-koaqulyantlar I-li və II-li olmaqla 2 yerə bölünür. I anti-
koaqulyantlar həmişə qanda mövcuddur, II anti-koagulyantlar isə koaqulyasion
reaksiya nəticəsində əmələ gəlir.
I-li anti koaqulyantlara aiddir:
-
Antitrombin III
-
Protein C
-
Protein S
-
Daxili laxtalanma yolu ingibitoru ( DLYİ-
TFPJ)
-
Kofaktor
heparin II
Antitrombin III heparinlə birlikdə çox güclü bir antikoaqulyant təsir edir. Bu
kompleks güvəniləcək dərəcədə koaqulyasion faktorları II
a
, IX
a
, X
a
, XI
a
, XII
a
və
kallikreini blokada edir. AT III defisiti – venoz trombozun ciddi göstəricisidir. Digər
əhəmiyyətli ingibitor heparin II kofaktorudur. Bunun təsiri nəticəsində heparinin
təsiri bir neçə dəfə artır.
Daxili laxtalanma yolu ingibitoru (DLYİ-TFPJ) Xa faktorunun əmələ gəlməsini
tormozlayır.