9
Hemostaz sisteminin korreksiyasında differensasiya olunmuş rasional üsullar
işlənib hazırlanıbdır.
Hemostaz sistemi göstəricilərinin korreksiyasında kiçik molekullu heparinlə
meksidolun birgə tətbiqinin daha effektli olması müəyyənləşmişdir.
KP-də zülalların oksidləşmə zədələnməsinin hemostaz sistemində əmələ gətirdiyi
dəyişikliklər öyrənilmişdir.
Hemostaz sistemi göstəricilərinin korreksiyasında dezaqreqat müalicənin
aparılmasının məqsədəuyğun olub-olmaması müəyyənləşmişdir.
Elmi işin praktik nəticələri 1 saylı kliniki xəstəxananın cərrahiyyə və reanimasiya
şöbələrində tətbiq olunmuşdur.
Müayinə üsulları və materiallar:
Tədqiqatın əsası 125 kəskin pankreatitlə müayinə və müalicə olunan xəstələr
üzərində aparılacaqdır. Xəstələrin yaşı 23-75 olmaqla 4 qrupda birləşəcəkdir:
Birinci (kontrol) qrupun xəstələrinə (p=41) hər 6 saatdan bir dərialtına 5000 BV
FOH (Fraksiya Olunmuş Heparin) sutkada 20000 TV yeridiləcək.
Ikinci qrupa (p=32) isə infuzomat vasitəsilə fasiləsiz olaraq venadaxili FOH
təyin olunan xəstələr daxil edilmişdir. FOH dozası 150V/kq/sutkadan 300
V/kq/sutka. Onlarda heparinin müxtəlif dozalarının (150 V/kq/sut, 200 V/kq/sut,
250V/kq/sut, 300V/kq/sut) hemostaz göstəricilərinə təsiri öyrəniləcəkdir.
Üçüncü qrupun xəstələrinə (p=24) infuzomat vasitəsilə 250V/kq/sut dozada
venadaxili FOH.
Dördüncü qrupun xəstələrinə (p=28) isə hər on iki saatdan bir venadaxilinə FOH
yeridiləcəkdir. Dördüncü qrupun xəstələrinə (p=28) heparinoterapiyanı (yeridilmə
sxemi və dozası üçüncü qrupun xəstələrinə uyğun olacaq) meksidolun 100 mq
sutkada 3 dəfə venadaxili yeridilməsi ilə birləşəcəkdir.
Birinci (kontrol) qrupun xəstələrinə (p=41) hər 6 saatdan bir dərialtına 5000 BV
FOH (Fraksiya Olunmuş Heparin) sutkada 20000 TV yeridilmişdir. Ikinci qrupa
(p=32) isə infuzomat vasitəsilə fasiləsiz olaraq venadaxili FOH təyin olunan xəstələr
daxil edilmişdir. FOH dozası 150V/kq/sutkadan 300 V/kq/sutka arasında olmuşdur.
10
Onlarda heparinin müxtəlif dozalarının (150 V/kq/sut, 200 V/kq/sut, 250V/kq/sut,
300V/kq/sut) hemostaz göstəricilərinə təsiri öyrənilmişdir. Qan alınana qədər
heparinoterapiyanın minimal müddəti beş saat olmuşdur. Üçüncü qrupun xəstələrinə
(p=24) infuzomat vasitəsilə 250V/kq/sut dozada venadaxili FOH yeridilmişdir.
Dördüncü qrupun xəstələrinə (p=28) isə hər on iki saatdan bir venadaxilinə FOH
yeridilmişdir. Dördüncü qrupun xəstələrinə (p=28) heparinoterapiyanı (yeridilmə
sxemi və dozası üçüncü qrupun xəstələrinə uyğun olmuşdur) meksidolun 100 mq
sutkada 3 dəfə venadaxili yeridilməsi ilə birləşdirmişlər. Birinci, ikinci, üçüncü və
dördüncü qrupun xəstələrinə heparinlə terapiyanı bütün müşahidə dövrü ərzində
aparmışlar (7 gün). Tədqiq edilən göstəricilər əməliyyatdan əvvəl və əməliyyatdan
sonrakı 1-ci, 3-cü, 5-ci və 7-ci sutkalarda müəyyən edilmişdir. Qanın biokimyəvi
analiz, immun sistemi göstəriciləri,intoksikasiya göstəriciləri (Lİİ (leykositar
intoksikasiya indeksi), OKM), hemostaz sistemi göstəriciləri (PTİ (protrombin
indeksi), elektrolit göstəriciləri (Na, K, Ca, Mg), AHTVZ fibrinogen, ATIII-ın; qanın
fibrinolitik aktivliyi, PST, FDM; D-dimer, trombositlərin sayı, TSA), plazmada
antioksidant sistemi göstəriciləri (zülalın sulfhidril və karbonil qrupları)
öyrəniləcəkdir.
İşin icra olunması:
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası, Bakı şəhər Baş
Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzin cərrahiyyə, həmçinin cərrahi reanimasiya
şöbələrində icra olunmuşdur.
Dissertasiyanın müdafiəyə çıxarılan əsas müddəaları:
1.
Hemostaz sistemi monitorinqi üçün müxtəlifşəkilli rutin testlərdən istifadə
olunur, lakin bunlar xüsusilə kəskin destruktiv pankreatitlər zamanı xəstələrdə
və heparinoterapiya aparılması hallarında həmişə informativ olmur.
Hemokoaqulyasiya aktivasiyası və fibrinoliz markerlərinin istifadəsi daha
perspektivdir: fibrin lizisini və trombin generasiyasını əks etdirən FPA və D-
dimer.
11
2.
Məlumdur ki, kəskin destruktiv pankreatitlər zamanı POÇ-un inkişafı hemostaz
sistemin şiddətli aktivasiyası fonunda baş verir. Dominantlıq təşkil edən
təsəvvürlərə görə Yayılmış Damar Daxili Laxtalanma Sindromunun (YDDLS)
qoşulması kəskin destruktiv pankreatitlər zamanı xəstələrdə proqnozu
əhəmiyyətli dərəcədə pisləşdirir. Qanın damardaxili laxtalanması zamanı
orqanizmdə mikrosirkulyasiya pozğunluğu baş verir ki, bu da müxtəlif orqan və
sistem disfunksiyalarının sonrakı inkişafı ilə davam edir.
3.
Kompensator
imkanların
uğursuzluğu
nəticəsində
hemokoaqulyasiya
sistemində ciddi disbalans yaranır. Bu fonda POÇ proqressivləşməsi və
xəstələrin vəziyyətinin pisləşməsi baş verir. Bizim nəticələr kəskin destriktiv
pankreatitlər zamanı xəstələrdə hemostaz sistemi dəyişiklikləri mexanizmlərinin
və aşkar olunmuş pozğunluqların korreksiya üsullarının optimizasiyasının
sonrakı öyrənilməsinin vacibliyini diktə edir.
4.
Kəskin dekstruktiv pankreatitlər zamanı FPA və D-dimerin plazmadakı
miqdarının səviyyəsi mühüm diaqnostik göstərici olmaqla yanaşı, bu xəstəliyin
ağırlaşmalarının, o cümlədən pankrenekrozun erkən diaqnostikası və
kontrolunun mümkünlüyünü təmin edir.
5.
Əldə etdiyimiz məlumatlardan aydın olur ki, hemokoaqulyasiya sisteminin
aktivləşməsinin dərəcəsi və heparinoterapiyanın effektivlik monitorinqinin
xəstələrin qan plazmasında FP-A və D-dimer səviyyəsinə görə aparmaq daha
məqsədə uyğundur.DP-li xəstələrdə Fraksiya Olunmuş Heparin (FOH) 250
TV/sut. dozada venadxili fasiləsiz olaraq yeridilməsi hemokoaqulyasiya
pozğunluqlarının korreksiyasının effektiv və təhlükəsiz metodudur.DP-li
xəstələrdə antikoaqulyantların (heparin) və antioksidantların (meksidol) təyini
ilə gedən kombinə olunmuş venadaxili terapiya heparinlə monoterapiyadan daha
effektivdir. Kombinə olunmuş müalicədə ağırlaşmalar və poliorqan
çatmamazlığının davamlılığı,eyni zamanda ifadə dərəcəsi demək olar ki, çox
aşağı səviyyədə olmuşdur.
Dostları ilə paylaş: |