Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

39 

 

yüksək  kredit  itkiləri,  xalis  açıq  valyuta  mövqeyindən  yaranan  zərər  və  xarici  borca 



bağlı olan bankların maliyyələşmə problemlərinin yaranması amilləridir. (11, 21) 

      Aşağıdakı diaqram 1-də  ÜDM-in 2010-2014-ci illərdə artım sürəti göstərilmişdir. 

Göstəricilərə  əsasən  2014-ci  ildə  ÜDM-in  artım  sürəti  aşağı  düşmüşdür.  Lakin 

“Standard  &  Poor`s”  (S&P)  beynəlxalq  retytinq  agentliyi  2016-2018-ci  illərdə 

Azərbaycanda  iqtisadi  inkişaf  tempi  sürətlənəcəyini  proqnozlaşdırır.  Qurumun 

verdiyi  məlumata  əsasən,  bu  il  Azərbaycanda  ÜDM-in  artımı  2014-cü  ildəki  2,8% 

artıma  qarşı  1,9%  səviyyəsində  proqnozlaşdırılır.  Gələn  il  respublikada  ÜDM  2,6%, 

2017-ci ildə 2,9%, 2018-ci ildə 3,5% artacaq. 

1.

 

 



(Mənbə 

www.stat.gov

.az ) 

 

 



   2015-ci ildə ÜDM-in nominal həcmi $64 mlrd, 2016-cı ildə $71 mlrd, 2017-ci ildə 

$80  mlrd,  2018-ci  ildə  $85  mlrd  səviyyəsində  proqnozlaşdırılır.  İnflyasiya  2015-ci 

ildə 1%, 2016-cı ildə 2%, 2017-ci ildə 2,5%, 2018-ci ildə 3% təşkil edəcək. 

Tədiyə balansının profisiti 2015-ci ildə ÜDM-in 1,1%-i, 2016-cı ildə 3,2%-i, 2017-ci 

ildə 5,3%-i, 2018-ci ildə 2,5%-i səviyyəsində gözlənilir. 

105


100,1

102,2


105,8

102,8


97

98

99



100

101


102

103


104

105


106

107


2010-ci il

2011-ci il

2012-ci il

2013-ci il

2014-ci il

diaqram 1. ÜDM-in əvvəlki ilin eyni dövrünə

nisbətən artım sürəti (%)



40 

 

Rəsmi  məlumata  görə,  ötən  il  Azərbaycanda  ÜDM  2,8%  artıb,  orta  illik  inflyasiya 



1,4% təşkil edib. 

     Standard  &  Poor’s”  reytinq  agentliyi  Azərbaycanın  beynəlxalq  kredit  reytinqini 

investisiya  “BBB-”  səviyyəsində  saxladığını  təsdiq  etmiş,  proqnozunu  isə  əvvəlki 

qiymətləndirmədəki kimi “mənfi” saxlayıb. Agentlik bildirir ki, ölkənin reytinqi onun 

güclü  xarici  mövqeyi  ilə  dəstələnir.  Hesabatda  hesabatda  reytinqin  təsdiq  edilməsi 

enerji  qiymətlərinin  kəskin  enməsi  və  gəlirlərinin  azalmasına  baxmayaraq 

Azərbaycanın  möhkəm  fiskal  və  xarici  mövqeyini  saxlaması  və  ölkənin  xarici  borc 

səviyyəsinin  xeyli  aşağı  olması  ilə  əsaslandırılır.  Karbohidrogen  ticarətindən  asılı 

olan iqtisadiyyat neftin ucuzlaşmasından ziyan çəkir. İldə neft hasilatı 1-2% azalacaq 

və  ixrac  həcmi  də  azalacaq.  S&P  hesab  edir  ki,  kiçik  və  orta  sahibkarlığa  dəstək 

aktual  olacaq.  Uçot  dərəcəsinin  3,5-dən  3%-ə  azaldılması  kredit  artımına  ciddi  təsir 

etməyəcək. 

          Dövlət  büdcəsinin  kəsiri  ÜDM-in  8,9%-i  olacaq.  2015-ci  ildə  dövlət  xərcləri 

planlaşdırılan  xərclərin  90%-i  qədər  təşkil  edəcək.  ARDNF-nin  aktivləri  $37  mlrd-

dan $33 mlrd-a düşəcək. 2016-cı ildən vəziyyət düzəlməyə başlayacaq. Əgər qiymət 

azalması  proqnozdan  yüksək  olsa  və  ya  hökumətin  fiskal  səyləri  nəticə  verməsə, 

2016-cı ildə Azərbaycanın proqnozu endirilə bilər. Eyni zamanda agentlik bildirir ki, 

Azərbaycanın  xarici  mövqeyinin  sabit  qalacağı  və  mövcud  fiskal  mühitin  daha  da 

sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər. 

Korporativ  idarəetmənin  monitorinq  sisteminin  prinsipial  fərqi  odur  ki, 

monitorinq  kompaniyaları  korporativ  idarəetmə  səviyyələrinə  və  onların  kütləvi 

differensiasiyasına  görə  sıralamaq  məqsədi  güdmür.  Monitorinq  hər  kompaniyada 

tətbiq  olunan  korporativ  idarəetmə  standartlarına  riayət  olunması  və  yerinə 

yetirilməsinin  müşahidəsini  nəzərdə  tutur.  Hal-hazırda  məşhur  monitorinq  sistemləri 

2  orqanla  həyata  keçirilir:  informasiya  və  maliyyə  analitikləri  gildiyası  (İMAG)  və 

Rusiya istehsalçıları və sahibkarları şurası (RİSŞ)   

 

 



41 

 

Hər  iki  sistem  German  Corporate  Govermance  Score  Card  metodikasına 



əsaslanır.  Bu  sistem  Almaniya  və  digər  ölkələrdə  geniş  istifadə  olunur.  Ancaq 

korporativ  idarəetmə  təcrübəsinin  qiymətləndirilməsi  üzrə  anketlər  bir  qədər 

fərqlənir.  İMAG  korporativ  idarəetmə  monitorinq  sistemi  İMAG  ekspert  qrupu 

tərəfindən  korporativ  davranış  kodeksi  əsasında  Scorecad  Alman  metodikasından 

istifadə olunması əsasında işlənib hazırlanmışdır.   

 

 



 

Monitorinqin  verilən  sistemi  kompaniya  tərəfindən  korporativ  idarəetmə 

standartlarına  əməl  olunmasına  nəzarət  edir.  Qiymətləndirmə  nəticəsi  ayrıca 

kriteriyalar  məbləğidir.  Müvafiq  olaraq,  hər  kriteriyanın  əhəmiyyəti  və  ümumi 

məbləği  nə  qədər  maksimal  olsa,  korporativ  idarəetmə  standartlara  daha  adekvat 

hesab  olunur.  Təsdiq  olunmuş  qrup  və  kriteriyalara  müvafiq  tərtib  olunmuş  anket 

komapniyalara göndərilir ya da kompaniyalar özləri anketi komitənin (RİSŞ) internet 

saytından  yükləyirlər.  Daha  sonra  anketlər  kompaniyanın  məsuliyyətli  şəxsləri 

tərəfindən  doldurulur.  Doldurulmuş  anketlər  korporativ  idarəetmə  üzrə  RİSŞ 

komitəsinin koordinasiya  mərkəzi tərəfindən işlənir və RİSŞ komitəsinin və RİSŞ-in 

internet  saytında  ümumi  əldə  olunmuş  nəticələri  yerləşdirir,  individual  nəticələr  isə 

kompaniyaya birbaşa göndərilir. 

 

 

 



 

 

 



        Xarici  praktikada  hər  hansı  bir  müəssisənin,  o  cümlədən  maliyyə  təşkilatının 

fəaliyyətini  heç  bir  analiz  etmədən,  onun  nə  dərəcədə  maliyyə  dayanıqlı  olması 

haqqında  məlumat  əldə  etmək  üçün  həmin  təşkilatın  reytinq  göstəricilərinə  diqqət 

edirlər.  Reytinqlər  müəssisə  haqqında kifayət qədər tutumlu  məlumat  verə bilir. Siz 

investisiya  etmək  istədikdə,  kredit  verdikdə,  əmanət  yerləşdirdikdə,  səhm  aldıqda, 

partnyorluq  qurduqda  təşkilatın  beynəlxalq  reytinqlərinə  diqqət  edirsiniz.  Dünyada 

“Böyük  üçlük” adı  ilə  tanınan  üç əsas beynəlxalq reytinq agentliyi  vardır ki, onların 

adları Fitch, Moody’s və Standard and Poor’s agentlikləridir. 

Bu təşkilatların reytinq göstəricilərini isə aşağıda işləyə bilərsiniz.( cədvəl 1) 

 

 



 

 

 



 

 

 



 

          

 


Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə