Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   2   3   4   5   6   7   8   9   ...   27

 

kreditorlar,  qulluqçular,  təchizatçılar,  alıcılar,  yerli  əhali  üçün  əhəmiyyətlidir.  Bütün 



bu  maraqlı  şəxsləri  korporasiyanın  əmlakında  «həmiştirakçı»  adlandırmaq  olar  .  Bu 

mənada,  korporativ  idarəetmənin  nə  cür  həyata  keçirilməsi  məsələsinin  mühümlüyü 

ayrıca  şirkətin,  yaxud  ayrıca  inzibati  vahidin  çərçivəsindən  kənara  çıxır  və  bu  da 

iqtisadi  səviyyəcə  daha  ümumi  mülahizələrin  nəzərə  alınmasını  tələb  edir.  İqtisadi 

işgüzar  fəaliyyətin  genişlənməsi  sahəsində  nailiyyətlər  əldə  etmiş  ölkələrin 

təcrübəsini  nəzərə  alsaq,  görmək  olar  ki,  həmin  ölkələrdə  maliyyə  bazarlarının 

kompleks  inkişafı  məhz  iqtisadiyyatın  korporativ  idarəetmə  prinsiplərinə  tam 

keçməsi  yolu  ilə  mümkün  olub.    Korporativ  idarəetmə  yolu  ilə  müəssisələrin  biznes 

fəaliyyətinə  başlamasına  daha  yaxşı  şərait  yaratmaq  onlara  imkan  verir  ki,  daha 

sürətlə  böyüsünlər,  daha  keyfiyyətli  iş  yerləri  açsınlar  və  bütün  bunlar  daha  yaxşı 

əmək qanunvericiliyi vasitəsilə tənzimlənsin. 

Tədqiqatın  obyekti. 

 

Magistr  dissertasiyasının  obyekti  Azərbaycanda  fəalliyyət 



göstərən  ASC-lərdir  .  Ən  əsas  obyekt  kimi  “Kapital  Bank”  ASC-nin  maliyyə 

hesabatları çıxış edir.

 

Tədqiqatın  predmeti.  Korporativ  münasibətlərin  təşkilində  əhəmiyyət  kəsb  edən 

mexanizmlər və qaydalar toplusudur.



 

Tədqiqatın  əsas  məqsədi  və  vəzifəsi.   Məqsədimiz  idarəetmənin  müxtəlif 

mexanizmlərini  təqdim  etmək,  onların  müxtəlif  ölkələrdə  tətbiqi  təcrübəsini  təsvir 

etmək,  bu  mexanizmlərin  hər  birinin  vəziyyətləri  və  çatışmazlıqlarına  hərtərəfli 

baxmaqdır.  Tədqiqatın  vəzifəsi  ASC-ində  korporativ  münasibətlərin  təşkilini 

müqayisəli təhlil etmək. 

Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları.  Tədqiqatın  informasiya 

bazası,  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi,  “Banklarda  korporativ  idarəetmə 

standartları”nın  tətbiqi  qaydaları  haqqında  qanun,  eləcə  də  korporativ  idarəetməni 

təcəssüm  etdirən  internet  səhifələri,  beynəlxalq  səviyyədə  tanınan  ekspert  və 

müəlliflərin  fikirləri,  təhlil  və  araşdırmalar,  müxtəlif  aktual  jurnallardan  olan 

məlumatlardan ibarətdir. 




 

Tədqiqatın  elmi  yeniliyi.    Korporativ  münasibətlərin  təşkilinin  müasir  problemləri 

təhlil edilmişdir.  Korporativ  münasibətlər  sisteminin  inkişafının  müasir tendesiyaları 

müəyyənləşdirilmiş  və  ASC-lərdə korporativ  münasibətlərin təşkilinin təhlili zamanı 

problemlər ortaya cıxmışdır.Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: 

  korporativ idarəetmə qanunvericiliyinin qeyri-səmərəliliyi; 

   nəzarət mexanizminin düzgün qurulmaması; 

  mərkəzləşmənin olmaması; ( ERP-nin tətbiq edilməməsi)  

  yüksək ixtisaslı mütəxəsislərin catışmamzlığı ; 

  səlahiyyətlərin dəqiq müəyyən edilməməsi ; 

  yeni texnologiyaya uyğunlaşmanın həyata keçirilməməsi ; 

Bu problemləri aradan qaldırmaq üçün aşağıdakıları təklif edirəm: 

  Korporativ  idarəetmə  normalarını  müəyyən  edən  dövlətdaxili  hüquqi  aktların 

qəbul  edilməsi  və  həmin  huquqi  aktların  təfsilatlı  olması,  natamam  olmaması, 

fəaliyyət  istiqamətindən  asılı  olmayaraq  bütün  açıq  səhmdar  cəmiyyətlərinə  aid 

olması təmin edilməlidir; 

  Yüksək ixtisaslı kadrlar hazırlanmalıdır; 

  Dövlət  və  qeyri-dövlət  təşkilatları  öz  korporativ  idarəetmə  sistemlərinin  bu 

sahə  üzrə  qüvvədə  olan  hüquqi  aktlara  uyğun  qurulmasının  təmin  edilməsi  üçün 

daha çox səy göstərməlidirlər; 

  Bank  və  qeyri-bank  sektorundakı  açıq  səhmdar  cəmiyyətləri  korporativ 

idarəetmənin yaxşılaşdırılmasını öz fəaliyyətində prioritet elan etməlidirlər; 

  Səlahiyyətlər  şirkətdaxili  qayda,  prosedur  və  digər  sənədlərlə  dəqiq  müəyyən 

edilməli  və  işçilərin  həmin  sənədlərlə  yazılı  qaydada  tanış  olması  təmin 

edilməlidir; 

  Stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir; 




 

  Yeni  texnologiyaya  uyğunlaşmanı  həyata  keçirmək  üçün  müvafiq  proqram 



təminatlarından istifadə olunmalı, şirkətin yeni texnologiya avadanlıqları ilə təchiz 

olunması  təmin  edilməli,  bu  sahə  üzrə  beynəlxalq  əməkdaşlıq  inkişaf 

etdirilməlidir;korporativ  idarəetmə  prinsiplərinin  icra  olunmasına  cavabdeh  olan 

orqan və ya korporativ katib kimi vəzifə yaradılmalıdır; 

  Şirkət fəaliyyətində bütün sahələr üzrə, o cümlədən korporativ idarəetmə üzrə 

beynəlxalq praktikadan yararlanmanı təmin etməli, beynəlxalq əməkdaşlığı inkişaf 

etdirməlidir.  

Dissertasiyanın  strukturu  və  həcmi.  Tədqiqat  işi  giriş,  üç  fəsil,  doqquz  paraqraf, 

nəticə  və təkliflər,  istifadə olunmuş ədəbiyyat siyahısından  ibarətdir. Qəbul olunmuş 

standartlara müvafiq olaraq ümumi həcmi 94 səhifədir. Dissertasiya işində 8 cədvəl, 6 

sxem, 2 diaqram, 3 şəkil var. 



 

 

 

 

 

 

 

 

 

 

 


 

I  FƏSİL.  Korporativ  münasibətlərin  formalaşmasının  nəzəri 



aspektləri 

1.1. Korporativ münasibətlərin məzmunu və formalaşması xüsusiyyətləri 

         Korporativ  idarəetmə  şirkətlərin  istiqamətləndirilməsi  və  nəzarəti  işində 

struktur  və  prosesləri  əhatə  edən  münasibətlər  sistemidir.  Bu  struktur  və  proseslər 

rəhbərlik,  direktolar  şurası,  nəzarət  paketi  və  azlıq  təşkil  edən  səhm  sahibləri,  digər 

maraqlı  tərəflər  arasında  münasibətləri  tənzimləyir.  Korporativ  idarəetmənin  yaxşı 

təşkili rəqabət qabiliyyətini artırır, kapital bazarlarına korporativ çıxışı asanlaşdırır və 

beləliklə, maliyyə bazarlarının inkişafına kömək edir və iqtisadi inkişafa təkan verir. 

Korporativ    idarəetmənin  təşkili  metodlarının  təkmiləşdirilməsi  şirkətin  idarəetmə 

strukturu  daxilində  qərarların  qəbulu  prosesini  yaxşılaşdıra  bilər,  bu  isə  maliyyə  və 

biznes  əməliyyatlarının  effektivliyini  artirmalıdır.  Yaxşı  təşkil  edlimiş  korprativ 

idarəetmə  hesabat  sisteminin  təkmilləşdirilməsinə  və  nəticədə  şirkətin  məsul  işiləri 

tərəfindən  aldatma  və  ya  qanuna  riayət  etməmə  halları  ilə  bağlı  risklərin 

azaldılmasına  da  kömək  edir.  Effektiv  idarəetmə  sistemi  tətbiq  edilən  qanun  və 

müddəaların  yerinə  yetirilməsinin  təminatına  kömək  etməlidir.Bu,  gələcəkdə 

şirkətlərə  baha  başa  gələn  qanunvericilikdən  uzaq  olmağa  kömək  edeceək.Həmçinin 

şirkətlərin ölkə daxilində və beynəlxalq aləmdə daha yaxşı reputasiya qazanmalarına 

imkan  verəcək.  Şirkət  inkişaf  etdikcə  mülkiyyətin  korporasiyanın  idarəetməsindən 

ayrılması  baş    verir.  Yəni  səhmdarların  şirkət  üzərində  birbaşa  idarəçiliyi  azalır  və 

rəhbərlik  digər  orqanlar  arasında  bölünür.  Mülkiyyətin  idarəetmədən  ayrılması 

şirkətin  daxilində  (səhmdarlarla  direktorlar  şurası,  səhmdarlarla  idarə  heyəti, 

majoritar  və  minoritar səhmdarlar,  idarə  heyəti  və  işçilər arasında), eləcədə səhmdar 

və başqa  maraqlı şəxslər  – kreditorlar, kontragentlər  və b. – arasında  fikir ayrılıqları 

əmələ  gətirə  bilər.  Beləliklə,  sahibkarlıq  birliyinin  müxtəlif  iştirakçılarının 

maraqlarının reallaşdırılması nəticəsində münasibətlər yaranır. 

            Korporativ  münasibətlər    -  şirkət  iştirakçıları  (səhmdarlar)  və  səhmdarlardan 

ayrılmış  idarəçilik  qurumu  (menecment),  elecə  də  menecment  və  şirkətin  başqa 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə