Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   2   3   4   5   6   7   8   9   ...   27

12 

 

  səhmdarların tərkibində əhmiyyətli dəyişikliklər. 



      Hazırda  münasibətlərin  əhəmiyyəti  və  ümumilikdə  korporativ  qanunvericiliyin 

inkişafı  dövriyyəsinin  elə  bir  səviyyəsinə  çatıb  ki,  korporativ  münasibətlər  mülki 

hüquqla  tənzimlənən  münasibətlərin  əsas  məsələlərindən  biri  olub.  Ona  görə  də 

müasir şəraitdə  korporativ  münasibətləri  mülki  hüquqla tənzimlənən  münasibətlərin 

əsas növlərindən biri olaraq nəzərə almamaq mümkün deyil. (12, 25) 

       Korporativ  münasibətin  təşkilati  forması  dedikdə,  korporativ  münasibətin 

iştirakçıları  arasında  olan  əlaqələr  sistemi  başa  düşülür.  Praktika  əsnasında  görmək 

olar  ki,  korporativ  münasibətin  iştirakçıları  digər  korporativ  münasibətin 

iştirakçılarına  korporativ  nəzarət  edə  bilər.  Korporativ  nəzarət  -  korporativ 

münasibətlərin iştirakçılarının fəaliyyətinə yardım edir. 

          Korporativ  münasibətlər  bu  gün  müasir  cəmiyyətin  ayrılmaz  hissəsidir. 

Korporativ münasibətlər hazırda cəmiyyətin siyasi və iqtisadi sahələrində inkişaf edir 

və  hüquq  normalarına  müvafiq  olaraq  tənzimlənir.  Bütün  bunlar  Korporativ 

idarəetmə  məcəlləsinə əsasən  həyata keçirilir. Azərbaycan Respublikasında  fəaliyyət 

göstərən  dövlət  və  özəl  müəssisələrin  idarəetmə  sisteminin  təkmilləşdirilməsində 

müasir  beynəlxalq  standartların  tətbiqi  məqsədilə  Azərbaycanın  Korporativ  idarəetmə 

məcəlləsinin hazırlanmasına ehtiyac duyulmuş və bunun üçün İqtisadi İnkişaf Nazirliyinin 

nəzdində  dövlət  orqanları,  şirkətlər  və  Beynəlxalq  Maliyyə  Korporasiyasının 

nümayəndələrindən  ibarət  müvafiq  işçi  qrupu  yaradılmışdır.  Korporativ  idarəetmə 

məcəlləsi ¾ -ü  korporativ  münasibətləri  tənzimləmək  məqsədilə  əsasən  könüllü 

şəkildə qəbul olunan standart və daxili normalar əsasında hazırlanıb.  

         Azərbaycanın  Korporativ  idarəetmə  Məcəlləsi  Azərbaycan  Respublikasının 

qanunvericiliyi,  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  1999-cu  ildə  ilk  dəfə 

qəbul  etdiyi  və  2004-cü  ildə  yenidən  baxılaraq  daha  da  təkmilləşdirilən  Korporativ 

İdarəetmə Prinsipləri  və bu sahədə  mövcud olan beynəlxalq standartlara əsaslanaraq 

hazırlanmaqdadır.Məcəllə layihəsinin 5 fəsli üzərində iş aparılır 




13 

 

  Müşahidə Şurası 



  İdarə Heyəti 

  Maliyyə hesabatı, şəffaflıq və açıqlama 

  Payçıların hüquqları və onlara münasibət 

  Payçıların korporativ idarəetmədə rolu 

        Hazırda dünya  miqyasında korporativ idarəetmə sahəsində  gedən sürətli  inkişaf 

və  islahatları  nəzərə  alaraq,  gələcəkdə  Məcəlləni  strukturunda  dəyişikliklər  ola 

biləcəyini də qeyd etmək lazımdır. (19,korporativ idarəetmə bölməsi) 

      Bununla  yanaşı,  Dövlət  Müəssisələrinin  Korporativ  İdarəetməsinə  dair  İƏİT-in 

Təlimatları  istinad  təlimatı  kimi  götürülərək  dövlət  müəssisələrində  korporativ 

idarəetmə prinsiplərinin tətbiqinə dair müddəalar da Məcəllədə öz əksini tapacaqdır. 

        Təsərrüfat  subyektlərinin  inkişafında  keyfiyyətli  korporativ  idarəetmə  mühüm 

rol oynayır. İqtisadi İnkişaf   Nazirliyi ölkədə fəaliyyət göstərən təsərrüfat subyektləri 

üçün müasir korporativ idarəetmə sistemi modelinin hazırlanması və tətbiqi ilə bağlı 

aidiyyatı  dövlət  orqanları  ilə  birlikdə  müvafiq  tədbirlər  görür  və  dövlət  aktivlərinin 

səmərəli  idarə  edilməsi  və  korporativ  idarəetmə  sahəsində  dövlət  siyasətinin 

formalaşması  və  həyata  keçirilməsinə  dair  təkliflər  hazırlayır,  korporativ  idarəetmə 

sahəsində normativ-hüquqi bazanın hazırlanmasında iştirak edir.Nazirliyin bu sahədə 

əsas  vəzifələrindən  biri  də  inkişaf  etmiş  ölkələrin  qabaqcıl  təcrübəsini  öyrənməklə 

müasir  korporativ  idarəetmə  sistemlərinin  hazırlanması  və  tətbiqi,  beynəlxalq 

əməkdaşlığın  qurulması  istiqamətində  müvafiq  tədbirləri  həyata  keçirməkdir.  Pis 

korporativ  idarəetmə  o  deməkdir  ki,  bu  şirkət  investisiyalar  cəlb  edə  bilməyəcək, 

kredit ala bilməyəcək və deməli, kapital bazarına çıxa bilməyəcək. (1,32) 

        

 

 




14 

 

1.2. Korporativ idarəetmə problemi 

         

Korporativ  idarəetmə  biznesin  təşkilati-hüquqi  formasının  idarə  olunması, 

təşkilati strukturların optimallaşdırılması,  qəbul olunmuş  məqsədlərə  müvafiq olaraq 

kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin qurulmasıdır. Korporativ 

idarəetməni  xüsusi tip kimi ayırsaq başlıca xüsusiyyətləri korporasiyanın spesifikliyi 

ilə  şərtlənən  idarəetmə  obyekti  olaraq  onu  müəyyənləşdirir:  “Səhmdarların  prioritet 

maraqları  və  onların  korporasiyanın  inkişafındakı  rolu  üzərində  qurulan  idarəetmə, 

səhmdarların 

qarşılıqlı 

təsirini 

nəzərdə 

tutan 


mülkiyyət 

hüquqlarının 

reallaşdırılmasını  hesaba  alan  idaretmə  və  sonda,    korporativ  mədəniyyəti  doğuran 

idarəetmə,  başqa  sözlə,  ümumi  ənənələr  kompleksi,  nizamnamələr,  davranışlar 

prinsipi kimi başa düşülür”. 

           Korporativ  idarəetmə  sistemi  özü-özlüyündə,  şirkətin  öz  investorlarının 

maraqlarını təmsil və müdafiə etməsi üçün təşkilati modeldir. Direktorlar şurasından 

tumuş  icra  qurumunun  əmək  haqqının  ödənilməsi  sistemi  və    müflisləşmənin  bəyan 

edilməsi  mexanizmlərinə  qədər  bir  çox  şey  bu  sistemə  daxildir.O,    müasir 

korporasiyaya  sahiblik  və  onun  idarə  edilməsi  yollarını  özündə  əks  etdirir. 

Korporasiya ayrı-ayrı şəxslərin təşkilatıdır.Bu təşkilat müstəqil iqtisadi subyekt kimi, 

korporasiyanın  ayrı-ayrılıqda  hər  bir  üzvünə  məxsus  olan  hüquq,  imtiyaz  və 

öhdəliklərdən  fərqli  olan  müəyyən  hüquqlar,  imtiyazlara  və  öhdəliklərə  malikdir. 

Biznesin korporativ formasının dörd xüsusiyyəti investorlar üçün daha cəlbedicidir. 

  Korporasiyanın hüquqi şəxs kimi müstəqilliyi; 

  Fərdi investorların məhdud məsuliyyəti; 

  Fərdi investorlara məxsus olan səhmlərin digər şəxslərə verilməsi imkanı; 

  Mərkəzləşdirilmiş idarəetmə; 

     İlk  iki  xüsusiyyəti  korporasiyanın  məsuliyyəti  ilə  onun  ayrı-ayrı  üzvlərinin 

məsuliyyəti arasında sərhəd qoyur:  

  Korporasiyaya məxsus olan şey, onun üzvlərinə məxsus olmaya da bilər; 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə