Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

27 

 

     Korporativ  idarəetmə  şirkətlərin  istiqamətləndirilməsi  və  nəzarəti  işində  struktur 



və  prosesləri  əhatə  edən  münasibətlər  sistemidir.  Bu  struktur  və  proseslər  rəhbərlik, 

müşahidə  şurası,  nəzarət  paketi  və  azlıq  təşkil  edən  səhm  sahibləri,  digər  maraqlı 

tərəflər arasında münasibətləri tənzimləyir.  

           Korporativ  idarəetmənin  yaxşı  təşkili  rəqabət  qabiliyyətini  artırır,  kapital 

bazarlarına korporativ çıxışı asanlaşdırır və, beləliklə, maliyyə bazarlarının inkişafına 

kömək  edir  və  iqitisadi  inkişafa  təkan  verir.  Korporativ  idarəetmənin  təşkili 

metodlarının  təkmilləşdirilməsi  şirkətin  idarəetmə  strukturu  daxilində  qərarların 

qəbulu  prosesini  yaxşılaşdıra  bilər,  bu  isə  maliyyə  və  biznes  əməliyyatlarının 

effektivliyini artırmalıdır. Yaxşı təşkil edilmiş korporativ idarəetmə həmçinin hesabat 

sisteminin  təkmilləşdirilməsinə və  nəticədə şirkətin  məsul  işçiləri tərəfindən aldatma 

və ya qanuna riayət etməmə halları ilə bağlı riskin azaldılmasına kömək edir. Effektiv 

idarəetmə  sistemi  tətbiq  edilən  qanun  və  müddəaların  yerinə  yetirilməsinin  təmin 

edilməsinə  kömək  etməli  və  gələcəkdə  şirkətlərə  baha  başa  gələn  qanunvericilikdən 

uzaq olmağa kömək edəcəkdir. Bu, həmçinin, şirkətlərin ölkə daxilində və beynəlxalq 

aləmdə daha yaxşı reputasiya qazanmalarına imkan verməlidir. 

            BMK  korporativ  idarəetməni  investisiya  prosesinin  bütün  mərhələlərinə 

inteqrasiya  edən  çoxsahəli  maliyyə  təşkilatları  arasında  liderdir.  İnvestisiyaların 

təşkili,  investisiya  imkanlarının  qiymətləndirilməsi  və  müşahidə  şurası  üzvlərinin 

təyini  işində  uzunmüddətli  praktiki  təcrübə  BMK-ya  korporativ  idarəetmə 

prinsiplərinin  həyata  keçirilməsinə  imkan  verir.    Müştəri  şirkətlərin  korporativ 

idarəetmə  təcrübəsi  üzərində  diqqətin  cəmləndirilməsi  BMK-ya  müştəri  şirkətləri 

üçün  mənfəət  qazandırmağa,  investisiya  risklərinin  azaldılmasına,  reputasiyalarına 

xələl  gətirəcək  risklərin  aradan  qaldırılmasına  və  əməliyyat  aparıdığı  ölkələrdə 

kapital bazarlarının inkişafına yardım imkanı verilir. 

 

 

 



28 

 

II  FƏSİL.  Korporativ  münasibətlər  sisteminin  inkişafının  müasir 



tendesiyaları 

2.1. Korporativ münasibətlər sisteminin hazırlanmasının əsas şərtləri. 

        Yeni  formalaşmış  bazar  iqtisadiyyatı  ölkələri  üçün  korporativ  idarəetmənin 

təkmilləşdirilməsi  bir  sıra  mühüm  ictimai  siyasət  məqsədlərinə  xidmət  göstərə  bilər. 

Yaxşı  korporativ  idarəetmə  yeni  formalaşan  bazarın  maliyyə  böhranlarına 

həssaslığını azaldır, əmlak hüquqlarını gücləndirilir, əməliyyat məsrəflərini və kapital 

qiymətlərini  azaldır  və  kapital  bazarının  inkişafına  gətirir.  Zəif  korporativ  idarəetmə 

çərçivələri  investorların  inamını  azadlır  və  kənardan  investisiyaların  daxil  olmasına 

mənfi  təsir  göstərə  bilər.  Həmçinin,  pensiya  fondları  tərəfindən  kapital  bazarlarına 

daha  çox  investisiya  qoyulmasını  nəzərə  alaraq,  yaxşı  korporativ  idarəetmə  pensiya 

əmanətlərinin  saxlanması  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir.  Son  bir  neçə  il  ərzində, 

korporativ  idarəetmənin  əhəmiyyəti  elmi  tədqiqatların  artması  ilə  vurğulanıb. 

Tədqiqatlar yaxşı korporativ idarəetmə təcrübəsinin şirkətlərdə əlavə iqtisadi dəyərin 

(ƏİD)  əhəmiyyətli  dərəcədə  artması,  məhsuldarlığın  artması  və  ölkələrdə  sistemli 

maliyyə problemlərlə bağlı riskin azalması ilə nəticələnməsini göstərmişdir. 



           Korporativ  idarəetmə  sistemi  şirkətin  idarə  edilməsi  və  ona  nəzarət  üçün 

nəzərdə  tutulmuş  struktur  və  proseslərdən  ibarət  olub,  əsas  məqsədi  şirkətlərdə 

ədaləti,  şəffaflığı  və  qarşılıqlı  cavabdehliyi  təşviq  etməklə  davamlı  inkişafa  nail 

olmaqdır.  Korporativ  idarəetmə  sisteminin  inkişafının  müasir  tendensiyalarına 

aşağıdakıları daxil edə bilərik: 

  Müstəqil  direktorlardan  (Nyu-York  birjasının  yeni  tələblərinə  əsasən 

direktorların  yarıdan  çoxu  müstəqil  olmalıdır)  ibarət  Direktorlar  Şurasının 

yaradılması zəruriliyi. 

  Direktorlar  Şurasının  üzvlərinə  münasibətdə  müstəqillik  kriteriyalarının 

sərtləşdirilməsi. 

  Top-menecerlərin mükafatlandırılması haqqında informasiyanın nəşr edilməsi. 

  Yeni texnologiya və kommunikabelli texnologiyaların aktiv tətbiqi. 




29 

 

  Korporativ  idarəetmənin  mükəmməlləşdirilməsi  üzrə  xidmətlər  bazarının 



inkişafı. 

  Səhmdarların  fəaliyyətinin  aktivləşdirilməsi,  həmkarlar  ittifaqlarının  cəlb 

edilməsi. 

  Korporativ  hesabatlılığın  hormonizasiyası  (Avropada  2005-ci  ilin  sonunda 

bütün  korporasiyalar  unifikasiya  edilmiş  standartlar  əsasında  hesabat  təqdim 

etməli idilər).  

         Effektiv  korporativ  idarəetmə  sistemi  daha  yaxşı  nəzarət  və  strateji 

planlaşdırma,  əməliyyat  risklərinin  və  məhkəmə  çəkişmələrinin  azalması  deməkdir. 

Bu  sistemin  tətbiqi  şirkətlərdə  şəffaflığı  təmin  etməklə  şirkətlərin  beynəlxalq 

nüfuzunu  artırır,  investisiyaların  cəlb  olunmasını  asanlaşdırır,  cəlb  olunan  kapital 

üzrə  xərcləri  azaldır.  Bununla  belə,  korporativ  idarəetmə  sadəcə  prosedur  və 

qaydalardan ibarət deyil. Bu, idarəetməyə fərqli baxışdır: "öz maraqlarını digərlərinin 

maraqlarında görmək bacarığıdır". 

       Son  illər  dünya  iqtisadiyyatında  korporativ  idarəetmənin  əhəmiyyəti  davamlı 

olaraq  artır.  Xüsusilə,  inkişaf  etmiş  qərb  ölkələrində  baş  vermiş  irimiqyaslı  böhran 

şirkətləri  bu  sahəyə  diqqət  ayırmağa  sövq  etmişdir.  Əvvəllər  investorlar  şirkətlərin 

rəqabətqabiliyyətliyini, 

maliyyə 


vəziyyətini 

daha 


çox 

diqqət 


mərkəzində 

saxlayırdılarsa,  hazırda  korporativ  idarəetmə  indeksi  daha  aktual  məsələyə 

çevrilmişdir  və  ona  görə  də  investisiya  cəlb  etməyə  çalışan  şirkətlər  ilk  öncə 

korporativ 

idarəetmə 

sistemlərini 

təkmilləşdirməyə 

çalışmalıdırlar. 

Dünya 

iqtisadiyyatına  sürətlə  inteqrasiya  edən  ölkələrdə  yerli  şirkətlərin  beynəlxalq 



miqyasda  rəqabətqabiliyyətliyini  artırmaq,  idxalatçı  ölkədən  ixracatçı  ölkəyə 

çevrilmək,  ölkənin  investisiya  cəlbediciliyini  artırmaq  istiqamətində  aparılan  dövlət 

siyasətini  daha  səmərəli  təşkil  etmək  məqsədilə  korporativ  idarəetmə  institutları 

yaradılır. 

         İqtisadi  İnkişaf  Nazirliyi  ölkədə  fəaliyyət  göstərən  təsərrüfat  subyektləri  üçün 

müasir  korporativ  idarəetmə  sistemi  modelinin  hazırlanması  və  tətbiqi  ilə  bağlı 

aidiyyatı  dövlət  orqanları  ilə  birlikdə  müvafiq  tədbirlər  görür  və  dövlət  aktivlərinin 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə