Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

33 

 

müqayisədə  əhəmiyyətlidir,  xüsusilə  inkişafda  olan  ölkələrdə.  Belə  nəticəyə  gəlmək 



olarki,  inkişafda  olan  ölkələrdə  korporativ  idarəetmənin  maliyyə  məsələləri  ilə 

müqayisədə eyni və ya daha artıq əhəmiyyət kəsb etməsi bildirilir. 

     Cəlb  olunan  kapital  üzrə  xərclərin  azaldılması  şirkətin  dəyərinin  artırılmasına 

ekvivalent  olması  həm  nəzəri  həm  də  təcrübi  tədqiqatlar  baxımından  sübut 

olunmuşdur.  Korporativ  və  qiymətli  kağızlar  üzrə  qanunvericiliyin  tələblərinə  riayət 

olunması  kifayət  qədər  təmin  olunmayan,  insayder  davranışı  və  nüfuzun  itirilməsi 

normaları  zəif  olan  ölkələrdə  korporativ  idarəetmənin  təşkilində  şirkətlər  arasında 

böyük  fərqlər  olmalı  və  həmin  fərqlər  şirkətlərin  bazar  dəyərinə  əhəmiyyətli  təsir 

göstərməlidirlər.     

     Yaxşı  təşkil  olunmuş  korporativ  idarəetmə  şirkətin  nüfunun  yaxşılaşdırılmasına 

gətirib çıxarır.Şirkətin nüfuzu və imici onun aktivlərinin bir hissəsidir. İctimai etimad 

və  nüfuz  şirkətə  inamın  artırılması  və  sonda    hasilatın  və  mənfəətin    artırılması  ilə 

nəticələnə bilər. 

    Onuda  qeyd  edək  ki,  idarəetmənin  yaxşı  təşkili  böyük  məsrəfələr  tələb  edir. 

Şübhəsiz  ki,  korporativ  idarəetmə  primsiplərinin  həyata  keçirilməsi  ilə  bağlı 

məsrəflər ölkədən,şirkətlərin miqyasından, idarəetmənin cari vəziyyətindən, fəaliyyət 

növündən  və  digər  amillərdən  asılı  olaraq  şirkətlər  arasında  çox  dəyişkəndir. 

Azərbaycan şirkətləri  üçün ayrı-ayrılıqda qanunvericiliyin  tələblərindən əlavə olaraq 

korporativ  idarəetmə  prisiplərinin  həyata  keçirilməsi  ilə  bağlı  məsrəflərin 

hesablanması  və  sonradan  bu  məsrəflərin  potensial  mənfəətlə  müqayisə  edilməsi 

yaxşı təcrübə ola bilər. 

 

2.2.Korporativ  münasibətlərin  səmərəliliyinin  qiymətləndirilməsində 

reytinq sistemi 

 Korporativ idarəetmə şirkətlərdə idarəetmə və nəzarət strukturları və prosesləri 

ilə  bağlıdır.  Korporativ  idarəetmə  rəhbərlik,  Direktorlar  Şurası,  nəzarət  edən 

səhmdarlar,  minoritar  səhmdarlar  və  digər  səhmdarlar  arasında  münasibətləri  əhatə 




34 

 

edir.  Yaxşı  korporativ  idarəetmə  şirkətlərin  səmərəliliyini  və  kənar  kapitalı  əldə 



etmək  imkanlarını  artıraraq  davamlı  iqtisadi  inkişafa  töhfə  verir.  Korporativ 

idarəetmənin  qiymətləndirilməsinin  mövcud  metodları  içərisində  bu  və  ya  digər 

kompaniyanın  korporativ  idarəetməsinin  monitorinq  sistemini  və    korporativ 

idarəetmə reytinqini fərqləndirirlər. (Sxem 4) 

 

            

Sxem 4.  Korporativ idarəetmənin qiymətləndirilməsi  

(internetdən götürülmüş məlumatlar əsasında müəllif tərəfindən hazırlanmışdır) 

Azərbaycanda  korporativ  idarəetmənin  ilk  keyfiyyət  reytinqinin  hələ  1999-cu 

ildə meydana gəlməsinə və bu reytinqlərin həcminə görə dünyada lider mövqelərdən 

birini  tutmaq  hüququna  malik  olmasına  baxmayaraq  investorları  hələ  də  tam  olaraq 

qane  etmir.  Bir  qayda  olaraq,  reytinqlər  10-30,  maksimum  40  kompaniyanı  əhatə 

edir.  Azərbaycan  direktorlar  institutunun  konsorsiumu  və  «Ekspert  RA»    reytinq 

agentliyinin korporativ idarə etmə üzrə Milli Şuranın himayəsi altında milli reytinqin 

yaradılması  təşəbbüsünü  qəbul  etmişdir.  Bu  metodikanı  milli  qanunvericilikdən, 

korporativ  davranış  kodeksinin  rəyləri  və  işgüzar  dövriyyənin    ən  yaxşı  praktiki 

nümunələrinin  hesaba  alınmasından    irəli  gələrək  təşkil  etmişlər  və  ilk  mərhələdə 

reytinq


• Korporativ idarəetmənin analitik reytinqi maliyyə və

statistik göstəricilər əsasında qurulur və ekspertlər 

tərəfindən analiz olunur.

monitorinq

• Hər kompaniyada tətbiq olunan korporativ idarəetmə

standartlarına riayət olunması və yerinə yetirilməsinin 

müşahidəsini nəzərdə tutur.



35 

 

reytinqdə  137  səhmdar  cəmiyyət  təmsil  olunmuşdur  (fond  bazarında  dövr  edən 



səhmlərin çoxluğu).  

 

 



 

«RİD-Ekspert  RA»  korporativ  idarəetmə  reytinqi  4  göstərici  qrupu  üzrə 

inteqral qiymətləndirilməni əks etdirir: 

1.  Səhmdarların  hüquqları (cəmiyyətin  idarə  olunmasında,  gəlir  və  payin əldə 

olunmasında  mülkiyyət  hüququnun  reallaşdırılması,  hüquqların  pozulması 

risklərinin  səviyyəsi,  səhmdarların  hüquqlarının  müdafiəsi  üzrə  cəmiyyətin 

tamamlayıcı (əlavə) öhtəliklərinin mövcudluğu).  

2.  İdarəetmə və nəzarət orqanlarının fəaliyyəti (Direktorlar Şurası və icarəedici 

orqanların  təkib  və  fəaliyyəti,  maliyyə-təsərrüfat  fəaliyyətinə  nəzarət 

siatemi, idarəetmə və nəzarət orqanları arasında qarşılıqlı təsir). 

3.  İnformasiyanın  nəşr  edilməsi  (aşkarlığı)  (maliyyə  və  qeyri-maliyyə 

informasiyasının nəşr edilmə səviyyəsi, informasiyanın edilməsinin  ümumi 

intizamı, informasiyanın bərabər əldə olunma imkanı).   

4.  Digər  maraqlı  şəxslərin  maraqlarına  əməl  olunması  (gözlənməsi)  və 

korporativ-sosial  məşğuliyyət  (digər  maraqlı  qrupların  maraqlarının  uçotu 

və sosial məşğuliyyət siyasəti, əmək mübadilələri, heyət və yerli əhali üçün 

layihələr, ekologiya). 

Korporativ  idarəetmə  reytinqində  «RİD-Ekspert-RA»  konsosiyumu  səhmdar 

cəmiyyətlər tərəfindən təqdim olunan göstəricilərdən istifadə edir, eləcə də aşağıdakı 

informasiyalardan istifadə edir: 

-  Səhmdar cəmiyyətin rəsmi internet saytı; 

-  Son iki kvartal üzrə kvartal heabatlılığı;   

-  Kompaniyanın illik hesabatı; 

-  Azərbaycan Respublikasının səlahiyyətli agentlərinin xəbər lentləri; 

-  Informasiyanın  digər 

mənbələri, 

həmçinin 

ismarıclar,  kompaniya 

nümayəndələrinin aşılış mətnləri (nitqləri). 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə