60
hesabatları üzrə rəy ifadə etməkdir. Biz “Kapital Bank” ASC-nin maliyyə
hesabatlarını təhlil edəcəyik. Bank auditi beynəlxalq audit standartlarına uyğun
olaraq aparmışıq. Bu standartlar etik normalara riayət etməyi və auditin
planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol
verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir. Auditə
maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun
əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar
bizim mühakiməmizdən, eləcədə fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından
asılı
olmayaraq
maliyyə
hesabatlarında
əhəmiyyətli
səhvlər
riskinin
qiymətləndirilməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən
şəraitdə münasib olan audit prosedurlarının işlənib hazırlanması məqsədilə maliyyə
hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət
elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin
səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Aşağıdakı cədvəldə Kapital
Bankın müstəqil auditorun hesabatı gösərilmişdir:
61
Cədvəl 7
2014
2013
2012
Aktikvlər
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
389,313
259,829
317,061
Kredit təşkilatlarından alınacaq məbləğlər
30,342
43,958
13,075
Satış üçün mövcud olan investisiya qiymətli kağızlar
32,786
27,435
79,997
Müştərilərə verilmiş kreditlər
877,798
688,808
660,172
Asılı müəssisəyə investisiya
-
711
962
Əmlak və avadanlıqlar
23,039
18,253
20,075
Qeyri-maddi aktivlər
2,738
2,599
2,893
Digər aktivlər
19,327
12,568
8,572
Cəmi aktivlər
1,375,343
1,054,161
1,103,870
Öhdəliklər
Müştərilər qarşısında öhdəliklər
607,195
423,825
574,902
Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət
təşkilatları qarşısında öhdəliklər
199,727
260,158
374,729
Kredit təşkilatları qarşısında öhdəliklər
83,230
21,102
13,863
Buraxılmış borc qiymətli kağızlar
148,184
133,040
_
Cari mənfəət vergisi öhdəlikləri
16,690
2,567
3,453
Təxirə salınmış mənfəət vergisi
1,253
4,706
1,081
62
Digər öhdəliklər
24,705
30,942
21,902
Cəmi öhdəliklər
1,080,984
876,340
989,930
Kapital
Səhmdar kapitalı
185,850
80,000
50,000
Əlavə ödənilmiş kapital
20,870
20,870
20,870
Binalar üçün yenidən qiymətləndirmə ehtiyatı
756
756
320
Bölüşdürülmüş mənfəət
85,982
75,275
42,286
Cəmi kapital
294,359
177,821
113,940
Cəmi öhdəliklər və kapital
1,375,343
1,054,161
1,103,870
(Mənbə “Kapital Bankın rəsmi saytı)
2014-cü il Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Kapital
Bank üçün uğurlu və əlamətdar illərdən biri kimi yadda qaldı. Cədvəl 7-də, bankın
dinamik inkişafı onun səhmdarlarının 2013-cü ildə qəbul etdiyi yeni uzunmüddətli
inkişaf strategiyasına uyğun olaraq özündə əsasən keyfiyyət, şəffaflıq və mənfəətlilik
dəyərlərini ehtiva edən ciddi islahatlara əsaslanmışdır. Bununla yanaşı, bank 2014-cü
ildə məhsul portfelinin zənginləşdirilməsi istiqamətində də əsaslı işlər aparmışdır.
Tarixən real sektorun maliyyələşdirilməsi sahəsində güclü olan Bank keçən il demək
olar ki, əsas fokusunu pərakəndə bankçılığın inkişafına yönəldərək nəzərəçarpacaq
irəliləyişə nail olmuşdur. Bankın ötən il üçün maliyyə göstəricilərini təhlil etdikdə il
ərzində görülmüş işlərin böyük uğurlarla nəticələndiyini müəyyən etmək olar.
2014-cü ilin yekunlarına görə, Bankın cəmi aktivləri 1,375 mlrd. manat təşkil
etmişdir ki, bu da 2013-cü ilin yekunları ilə müqayisədə 321 mln. manat və yaxud
31% çoxdur. Müqayisə üçün bildirək ki, ötən il Azərbaycanın bank sektorunda
aktivlərin orta artım tempi 24% olmuşdur. Aktivlərin strukturunda əsas maddə kimi
Bankın kredit portfeli 189 mln. manat və yaxud 27,5% artaraq 878 mln. manata
çatmışdır. Bankın əmanət portfeli bu ilin əvvəlinə 607 mln. manat təşkil etmişdir
(183 mln. manat və yaxud 43% artım).
2014-cü ildə Bankın kapitallaşma göstəricisi də əhəmiyyətli dərəcədə artmışdır.
Belə ki, ilin sonuna qurumun nizamnamə kapitalı 2,3 dəfə artaraq 186 mln. manata,