Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

57 

 

III  FƏSİL.  Korporasiyaların  Direktorlar    surasının  nümayəndəlik 



vasitəsi ilə nəzarətinin təşkili 

3.1. Korporariv idarəetmənin mərkəzi nümayəndəlik vasitəsi ilə həyata keçirdiyi 

daxili nəzarətin təşkili

 

          Hər  bir  şirkətin  sistemli  şəkildə  uğur  qazanması  və  gündəlik  əməliyyatların 

düzgün və səmərəli aparılması üçün, daxili nəzarət sistemlərinin formalaşması mütləq 

və  qaçılmazdır.  Daxili  nəzarət  dedikdə,  müəssisənin  imkanlarının  səmərəli  istifadəsi 

və  qarşısında  olan  hədəflərə  çatması  üçün  istifadə  olunan  nəzarət  üsullar  nəzərdə 

tutulur.  Düzgün  qurulmuş  nəzarət  sistemi,  şirkətdə  baş  verə  biləcək  oğurluq  və 

dələduzluq hadisələrinin azaltmağa xidmət edir. Təbii ki, müxtəlif sənayelər fərqli və 

fərdi yanaşma tələb edir, lakin ümumi olaraq, iki növ nəzarət sistemi mövcuddur: 

İlkin  olaraq,  baş  verə  biləcək  səhvlərin  qarşısını  almaq  üçün  istifadə  olunan  nəzarət 

üsullarına  üstünlük  verilməlidir.  Bu  zaman,  baş  verə  biləcək  pozuntuların,  baş 

vermədən  əvvəl  qarşısının  alınması  nəzərdə  tutulur.  Aşağıda  qeyd  olunan  üsullar 

buna nümunə ola bilər: 



Vəzifələrin  bölgüsü –  Bu  zaman,  vəzifələr,  şirkətin  fərqli  əməkdaşları  arasında  elə 

bölünür  ki,  bir  proses  bir  neçə  əməkdaşın  nəzarətindən  keçir.  Vəzifə  bölgüsünə 

nümunə kimi, aşağıdakıları qeyd etmək olar, 

  Hər hansı bir malı sifariş edən və bu sifarişi təsdiq edən işçi eyni şəxs olmur, 

  Sifarişi təsdiq edən və aylıq üzləşmə aktlarını tərtib edən işçi eyni şəxs olmur, 

  Sifarişləri fiziki olaraq qəbul edən şəxs, sifarişi verən şəxs eyni olmur və s. 

Bu  şərtlər  daxilində,  prosesin  bir  neçə  işçi  tərəfindən  yoxlanılması  nəticəsində, 

oğurluq və ya səhvin olması ehtimalı da azalır. 



Təsdiq,  icazə  hüququ  və  nəzarət –  Bu  proses  zamanı,  işçilərə  müəyyən 

əməliyyatların  icrası  üçün  yazılı  olaraq  məhdud  səlahiyyətlər  verilir.  Bu  zaman, 

səlahiyyətlərindən  qırağına  çıxan  şəxslər  asanlıqsa  aşkarlanaraq,  qarşısı  alınır.  Buna 

nümunə kimi, aşağıdakıları qeyd etmək olar, 




58 

 

Struktur  rəhbərləri,  əvvəlcədən  müəyyən  olunmuş  nominal  manat  dəyərindən  artıq 



xərclər üçün, rəhbərliyin yazılı təsdiqini əldə etməlidir. Xərclərə nəzarət olduğundan, 

lazımsız xərclərin azalmasına da imkan yaranır və oğurluğa cəhd məhdudlaşır. 



Fiziki  cəhətdən  aktivlərin  qorunması –  Avadanlıq,  inventar,  pul  və  digər  dəyərli 

aktivlərin  tutulduğu  yerlərə  olan  girişin  məhdudlaşdirilması.  Buna  nümunə  kimi, 

aşağıdakıları qeyd etmək olar: 

  Pul vəsaitlərinin bağlı kassada saxlanması, 

  İnventar otağına olan qapının kilidlənməsi və s. 

Əgər hadisə baş verərsə, baş vermiş hadisəni aşkarlamaq üçün olan nəzarət sistemləri 

də  hazırlanmalıdır.  Bunu  səbəbi,  gələcəkdə  ola  biləcək  təkrar  səhvlərin  qarşısını 

almaq  və  günahkar  şəxsləri  cəzalandırmaqdır.  Aşağıda  qeyd  olunan  üsullar  buna 

nümunə ola bilər: 

Təhlillərin  aparması –  Bu  zaman,  rəhbərlik,  carı  məlumatlarla  büdcəni  və  əvvəlki 

dövrləri müqayisə edir, gözləntilərdən qırağa çıxan rəqəmləri araşdıraraq nə dərəcədə 

realistik olmasına qərar verir. Məsələn, nəqliyyat xərcləri nəzərdə tutulduğundan artıq 

olduğu müəyyən olarsa, bu yeyintinin əlaməti ola bilər. 



Üzləşmə aktları  – Fərqli mənbələrdən olan məlumatlar üzləşdirilir, fərqlər müəyyən 

edilir  və  zərurət  yaranarsa  araşdırılır.  Məsələn,  şirkətin  öhdəliyi  olan  müəssisələrlə 

üzləşmə  aktları  göndərərək,  daxili  rəqəmlərlə  üzləşdirilir.  Ortaya  çıxan  fərqlər 

araşdırılır. 



Fiziki  yoxlama –  Bu  zaman,  aktivlər  fiziki  olaraq  sayılır,  fərqlər  olarsa,  araşdırılır. 

Fiziki  yoxlama  planlaşdırılmış,  və  ya  planlaşdırılmamış  olar  bilər.  Bu  zaman, 

rəhbərlik tərəfindən təyin olunmuş şəxslər, aktivlərin fiziki olaraq yoxlamasını həyata 

keçirir. Məsələn, xəzinədarlıq ilə əlaqəsi olmayan şöbənin əməkdaşları, xəzinədə olan 

nağd vəsaiti sayaraq, maliyyə uçotu ilə üzləşdirir. Ortaya çıxan fərqlər araşdırılır. 

Audit – Daxili və ya xarici 

          Daxili  Nəzarət sistemi şirkətdə davamlı şəkildə aparılan bir prosesdir. Nəzarət 

mexanizmlərinin  işləməsi  üçün  xüsusi  ilə   rəhbərlik  tərəfindən  bu  siyasətə  əməl 



59 

 

olunması şərtdir. Nəzarətsiz buraxıldığı halda, xərclər, şirkətin mənfəətini yeyə, hətta 



şirkətin zərərlə işləməsinə gətirib çıxara bilər. 

        Bank  işinin  və  siyasətinin  ümumi  strateji  istiqamətlərinin,  o  cümlədən  daxili 

nəzarət  siteminin  yaradılması  və  həyata  keçirilməsi,  habelə  bank  əməliyyatlarının 

düzgün  və  səmərəli  aparılması  üçün  bankın  Müşahidə  şurası  və  İdarə  Heyəti 

məsuliyyət daşıyır. Bankın Maliyyə-təftiş komissiyası isə bankın qanunlara, normativ 

aktlara, habelə bankın özünün siyasətinə və qaydalarına əməl edilməsini təhlil etmək 

məqsədilə,  onun  əməliyyatlarının  müntəzəm  auditinin  keçirilməsi  üçün  məsuliyyət 

daşıyır. Daxili audit, həmçinin bank aktivlərinin təhlükəsizliyini təmin edən  müvafiq 

nəzarət  mexanizmlərinin  adekvatlığını,  yaxud  mövcudluğunu,  bankın  səhmdarlara, 

nəzarətedici  orqanlara  və  ictimaiyyətə  təqdim  etdiyi  dövri  hesabatların  dəqiqliyini, 

tamlığını  və  dürüstlüyünü  təsdiq  etməlidir.  Daxili  nəzarət  mexanizmləri  bank 

fəaliyyətində  potensial  səhvlərin,  nöqsanların  və  itkilərin  vaxtında  aşkar  edilməsi  və 

qarşısının alınmasının, bank risqlərinin minimum endirilməsinin mühüm vasitəsidir. 

        Daxili  nəzarət  mexanizmlərinin  yaradılması  bank  əməliyyatlarının  etibarlılığı, 

təhlükəsizliyi,  səmərəliliyi  və  qanunvericiliyə  uyğunluğunu  təmin  etmək  üçün 

zəruridir. Hər bir bank öz fəaliyyətində daxili nəzarət mexanizmlərinin adekvatlığını 

təmin etmək məqsədilə aşağıdakı əsas prinsipləri və qaydaları rəhbər tutmalıdır: 

a) Mükəmməl təşkilati struktur; 

b) Zəruri siyasət və uçot qaydaları; 

c) Aktivlərin qorunması üçün tədbirlər; 

d) Daxili audit üzrə səmərəli proqram.        

       Hər  bir  bankda  rəhbərlik  maliyyə  hesabatlarının  Maliyyə  Hesabatlarının 

Beynəlxalq Standartlarına  uyğun  hazırlanması  və  düzgün  təqdim edilməsi,  həmçinin 

fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasında asılı olmayaraq əhəmiyyətli səhvlər 

olmayan  maliyyə  hesabatlarının      hazırlanması  üçün  rəhbərliyin  lazım  bildiyi  daxili 

nəzarət  üzrə  məsuliyyət  daşıyır.  Auditorun  vəzifəsi  aparılan  audit  əsasında  maliyyə 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə