47
Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq
edilib
Reytinq üzrə proqnoz: Stabildən Pozitivə dəyişib
Qısa-müddətli reytinq, xarici valyutada(ST IDR): 'B' səviyyəsində təsdiq edilib
Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
DəmirBank:
Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq
edilib,
Reytinq üzrə proqnoz: Stabildən Pozitivə dəyişib
Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq
edilib
Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
Atabank:
Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsində təsdiq
edilib
Reytinq üzrə proqnoz: Stabil
Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq
edilib
Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
AGBank
Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsində təsdiq
edilib,
Reytinq üzrə proqnoz: Neqativdən Stabilə dəyişib
48
Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq
edilib
Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
Dəstəklənmə reytinqi: '5'səviyyəsində təsdiq edilib
Xalq Bank (Moody's İnvestors Service)
Milli və xarici valyutada uzunmüddətli əmanət reytinqi – B3-dən B2-yə
yüksəlib
Maliyyə dayanıqlığı reytinqi ((BFSR) - E+ səviyyəsində təsdiq edilib
Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) – b3
Əmanətlər üzrə qısa müddətli reytinq (yerli və xarici valyutada) - Not Prime
Bank of Baku (Moody's İnvestors Service)
Milli və xarici valyutada uzunmüddətli əmanət reytinqi – B2-dən B1-yə
yüksəlib
Maliyyə dayanıqlığı reytinqi (BFSR) - E+ səviyyəsində təsdiq edilib
Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) – b2-dən b1-ə yüksəldilib
Əmanətlər üzrə qısa müddətli reytinq (yerli və xarici valyutada) - Not Prime
(Mənbə banco.az)
2.3. Korporativ münasibətlərin iştirakçıları arasında əlaqənin qurulması
mexanizmi
Korporativ idarəetmə - şirkətin rəhbərliyinin, müşahidə şurasının, səhmdarlarının
və digər maraqlı tərəflərinin maraqlarının balansını əks etdirən və mövcud
qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə şirkətin fəaliyyətindən
maksimum gəlirin əldə edilməsinə yönəldilmiş şirkətin rəhbərliyi, müşahidə şurası,
səhmdarları və digər maraqlı tərəfləri arasında münasibətlər sistemidir. Korporativ
idarəetmə həmçinin şirkətin məqsədlərini müəyyən edən, və bu məqsədlərə yetişmək
49
və fəaliyyətə nəzarət etmək vasitələrini müəyyən edən struktur təklif edir.Yaxşı təşkil
edilmiş korporativ idarəetmə şirkətin və onun səhmdarların maraqlarına cavab verən
məqsədlərin şura və rəhbərlik tərəfindən əldə edilməsi üçün lazımi stimul yaratmalı
və səmərəli nəzarət sistemini təşkil etməlidir.
İƏİT-in verdiyi anlayışa əsasən korporativ idarəetmə: bir tərəfdən “səhmdarlar”,
“icra orqanları” “Müşahidə Şurası” və “maraqlı tərəflər” arasında münasibətlər
sistemidir, digər tərəfdən məqsədlərin müəyyən edilməsi , bu məqsədlərə nail
olunmanın üsulları və bunların icrasına nəzarət sistemidir. “Digər maraqlı tərəflər”
deyiləndə burada “korporativ qərarlara təsir edən və ya onların təsiri altına düşən
şəxslər və ya təşkilatlar (məsələn səhmdarlar, işçilər, kreditorlar, müştərilər,
tədarükçülər, cəmiyyət) başa düşülür.
Korporativ idarəetmənin nöqəyi nəzərindən səhmdarları iki qrupa bölünür.
“majoritar”, yəni çoxluq təşkil edən və “minoritar”, yəni azlıq təşkil edən səhmdarlar.
Majoritar səhmdarlar adətən şirkətin təsisçilər və institusional investorlar olurlar.
Minoritar səhmdarlar adi fiziki şəxslər Azərbaycanın şəraitində bunlar əsasən
özəlləşdirmə nəticəsində işlədikləri müəssisələrin səhmlərini əldə etmiş fiziki
şəxslərdirlər.Bu qrupların maraqları fərqlənir, və hətta çox vaxtı toqquşur. Lakin
yaxşı korportiv idarəetmə hər iki qrupa aid səhmdarların hüquqlarının qorunması
təmin edir.(15, 45)
50
Şəkil 3. Korporativ münasibətlərin iştirakçıları
Azərbaycan qanunvericiliyinə əsasən, şirkət və bankların ali idarəetmə orqanı
onların Səhmdarların Ümumi Yığıncağı (SÜY) hesab olunur. SÜY səhmdarlara öz
investisiyalarının idarəedilməsində iştirak etmək imkanını yaradır və onların hüquq
və maraqlarının qorunmasını təmin edir. Azərbaycan bank qanunvericiliyi bank
SÜY-na şirkətlərə dair qanunvericiliyin şirkət SÜY-na verdiyi səlahiyyətlərdən daha
geniş səlahiyyətlər müəyyən etmişdir.
Səhmdarların ümumi yığıncağı–səhmdar cəmiyyətinin özünün səhmdarları
tərəfindən
idarə
edilməsi
formasıdır.
Səhmdarların
ümumi
yığıncağının
səlahiyyətlərini şirkətin fəaliyyəti ilə bağlı mühüm məsələlər təşkil edir, o cümlədən:
nizamnaməyə dəyişikliklərin daxil edilməsi;
şirkətin yenidən təşkili və ləğv edilməsi;
səhmlərin sayının, nominal dəyərinin, kateqoriyasının (tipinin) və bu səhmlər
tərəfindən verilən hüquqların müəyyən edilməsi;
nizamnamə kapitalının artırılması və azaldılması;
şirkətin başqa orqanlarının yaradılması (direktorlar şurası, icra orqanları, təftiş
komissiyası);
Səhmdarların
Ümumi Yığıncağı
Müşahidə Şurası
İdarə heyəti
digər tərəflər
• cəmiyyətin ali idarəetmə orqanıdır
• səhmdarların idarəetmə ilə bağlı
səlahiyyətlərinin həyata
keçirilməsinin əsas formasıdır
• Cəmiyyətin fəaliyyətinə ümumi
rəhbərliyi və nəzarəti səmərəli
təşkil edir.
• cəmiyyətin fəaliyyətinə cari
rəhbərlik edir
• kreditorlar, işçilər, müştərilər, təchi
zatçılar və s.
Dostları ilə paylaş: |