Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   19   20   21   22   23   24   25   26   27

72 

 

         Korporativ 



idarəetmə 

sistemləri, 

həmçinin 

maliyyə 


təşkilatlarının 

korporasiyanın  fəaliyyətində  oynadığı  roldan  asılı  olan  fərqləri  ilə  səciyyələnirlər. 

Böyük  Britaniya  və  ABŞ-da  səhmdar  kapital  üzərində  institusional  sahiblik 

funksiyası,  adətən,  pensiya  fondları  və  qarşılıqlı  fondlar  kimi  maliyyə  institutlarına 

həvalə olunur. Almaniyada isə korporasiyanın fəaliyyətinə nəzarətdə banklar xüsusilə 

fəal  rol  oynayır.  Bu,  bankların  yalnız  korporasiya  mülkiyyətinin  bilavasitə  sahibləri 

olduqlarına  görə  deyil,  həmçinin  də  ayrı-ayrı  səhmdarların  mülkiyətini  qoruyub 

saxladıqları  və  iclaslarda  onların  etibarnamə  üzrə  təmsilçiləri  olduqları  üçün  baş 

verir. 

        Müxtəlif 



investorlar 

qruplarının 

korporasiyanın 

işinə 


nəzarət 

üzrə 


fəaliyyətlərinin m. üqayisəli xüsusiyyətləri problemi də geniş müzakirə edilib. Böyük 

Britaniya  və  ABŞ-da  korporasiyaların  idarə  edilməsində  investorların  fəal  iştirakı 

üzrə  imkanları  barədə  şübhələr  söylənilib.  Amerikalılar  hesab  edirlər  ki,  Böyük 

Britaniyada  iri  investor-təşkilatlar  idarəetmə  işində  daha  fəaldırlar.  Bu  isə  onların 

investisiyalarının həcminin ABŞ-dakına nisbətən bir qədər yüksək olması ilə bağlıdır. 

Eyni  zamanda,  Britaniya  investorları  da  korporasiyaların  fəaliyyətindəki  öz  iştirak 

səviyyələrinin,  Almaniyada  alman  banklarınınkı  qədər  olmasını  istəyirlər.  Alman 

mütəxəssisləri  isə  bankların  sərt  nəzarətindən  narazıdırlar  və  nəzarətin  daha  liberal 

sistemini  yaratmış  ingilislərə  və  amerikalılara  qibtə  edirlər.  «Özgə  zəmisində  otun 

həmişə yaşıl bitməsi» məsəlinin aşkar hökm sürdüyü digər iqtisadiyyat sahəsi çətinki 

tapılsın. 

 

3.3 Korporativ münasibətlər sisteminin təşkili və biznes strategiyası ilə 



əlaqələndirilməsi 

           Korporativ  idarəetmə  strukturunun  müasirləşdirilməsi  məqsədilə  yeni 

idarəetmə arxitekturasının, müasir idarəetmə informasiyaları və hesabatlıq sisteminin 

yaradılması,  Bankın  İdarə  Heyətinin  fəaliyyətini  dəstəkləyən  struktur  vahidlərinin 

funksiyalarının  modern  əsaslarla  qurulması  nəzərdə  tutulur.  Daxili  nəzarət  və 

risklərin  idarə  olunması  sisteminin  qabaqcıl  praktikaya  tam  uyğunlaşdırılması 




73 

 

məqsədilə  müvafiq  institusional  cərçivə  və  potensialın  –  idarəetmə  cərçivəsinin, 



metodoloji  bazanın  və  normativ  prosedurların,  biznes  proseslərinin  yaradılması  və 

müvafiq  kadr  potensialının  formalaşdırılması  planlaşdırılır.  Yeni  əməliyyat 

menecment sisteminin formalaşdırılması  məqsədilə Bankın bütün funksiyaları və hər 

bir  funksiyaya  xidmət  edən  biznes  proseslərinin  planlaşdırılması,  ölcülməsi,  təşkil  

edilməsi  və  qiymətləndirilməsi  üzrə  yeni  sistemin  yaradılması  nəzərdə  tutulur. 

Müşahidə  Şurası  cəmiyyətin  maraqlarına  cavab  verən  qərarların  qəbul  edilməsi, 

cəmiyyət  üzərində  nəzarətin  həyata  keçirilməsi,  o  cümlədən  strategiyanın  və 

siyasətlərin  müəyyən  edilməsi  də  daxil  olmaqla,  səhmdarların  investisiyalarını 

qorumaq, onların səhmlərinin (paylarının) gəlirliyini artırmaq istiqamətində vəzifələri 

həyata  keçirməlidir.  Bununla  bağlı  Müşahidə  Şurası  icra  orqanlarının  işinə  nəzarət 

etməli,  daxili  nəzarət  və  risklərin  idarə  edilməsi,  strateji  planlaşdırma, 

qanunvericiliyə  riayətetmə  məsələləri,  habelə  əsas  əqdlər  və  əməliyyatlar  üzrə 

idarəetməni  istiqamətləndirməli,  o  cümlədən  aidiyyəti  şəxslərlə  əqdlərə  nəzarət 

etməlidir.  Cəmiyyətin  işinə  ümumi  rəhbərlik  onun  gələcək  fəaliyyətinin 

planlaşdırılmasından  başlayır.  Müşahidə  Şurası  cəmiyyətin  fəaliyyət  istiqamətlərinə 

uyğun  olaraq  onun  inkişaf  strategiyasını  müəyyənləşdirməlidir.  Bu  məqsədlə 

hazırlanacaq  sənəddə  (Strateji  Planda)  cəmiyyətin  strateji  hədəfləri,  gözlənilən 

nəticələr, cəmiyyətin idarəetmə və təşkilati strukturu, habelə digər məsələlər öz əksini 

tapmalıdır.  İnkişaf  strategiyası  mövcud  iqtisadi  konyuktur  və  cəmiyyətin  maliyyə-

təsərrüfat fəaliyyəti nəzərə alınaraq hazırlanmalıdır. Korporativ idarəetmə tipli müəs-

sisələrdə  strateji  planın  reallaşdırılmasında  direktorlar  şurası  əhəmiyyətli  rol 

oyanayır. 

         Strateji  Planda  (Biznes  Planda)  bankın  məqsədləri  aydın  şəkildə  müəyyən 

olunmalı, güclü fəaliyyət prinsipləri əks etdirilməli və bankın üzləşdiyi müxtəlif növ 

risklərin  real  qiymətləndirilməsi  göstərilməlidir.  İdarə  Heyəti  ən  azı  rübdə  bir  dəfə 

Strateji Planın (Biznes Planın) icrası istiqamətində fəaliyyətləri təhlil edir və bu təhlil 

barəsində idarə Heyətinin sədri müşahidə şurasına hesabat verir. Strateji Planın (Biznes 

planın) icrasını idarə heyəti təmin edir. 




74 

 

        Strateji  hədəflərin  icrası  barədə  idarə  heyəti  müşahidə  şurasına  illik  hesabat 



hazırlayır.  Müşahidə  şurası  idarə  heyətinin  bu  hesabatını  və  hesabat  ilinin  maliyyə 

nəticələrini  müfəssəl  müzakirə  edir.  Müzakirələrin  nəticələri  səhmdarların  Ümumi 

Yığıncağına təqdim edilir.  

        Strateji Planın  və büdcənin  hazırlanması prosesinə cəmiyyətin  müvafiq struktur 

bölmələri  və  ayrı-ayrı  əməkdaşları  cəlb  oluna  bilər.    Cəmiyyətin  və  onun  vəzifəli 

şəxslərinin  (struktur  bölmələrinin)  qanunvericilik  və  daxili  sənədlərin  tələblərinə 

riayət  etməsini,  Strateji  Plandan  irəli  gələn  tədbirlərin  (layihələrin)  vaxtında  və 

lazımınca  yerinə  yetirilməsini  təmin  etmək  üçün  Müşahidə  Şurası  cəmiyyətin 

fəaliyyətinə nəzarəti həyata keçirir. 

              Biznes  strategiyası  şirkətin  spesifik  biznes  sahəsi  üzrə  harada,  necə  və  nə 

vaxt  rəqabət  aparacağı  haqda  qabaqcadan  müəyyən  olunan  seçimlər  toplusudur.  Ən 

yaxşı  seçimlər  şirkətin  sahib  olduğu  və  ya  sahib  ola  biləcəyi  özünəməxsus 

bacarıqlardan və onların şirkətə nə dərəcədə uğur gətirə biləcəyindən asılıdır. Ümumi 

bazarın  istiqaməti,  müştərilərin  tələb  və  davranışları,  bazarın  rəqabət  dinamikası, 

texnoloji trendlər, tənzimləmə siyasəti, dəyişən bazar mühiti və şirkətin dəyər zənciri 

strategiyanın hazırlanması zamanı nəzərə alınan ən əsas amillərdir. 



Düzgün hazırlanmış biznes strategiyası aşağıdakı suallara cavab verməlidir: 

  Hazırkı biznes modeli şirkəti irəliyə apara bilərmi? 

  Şirkət  güclü  tərəflərini  inkişaf  etdirərək  öz  sahəsində  lider  mövqeyə  necə 

yüksələ bilər? 

  Şirkət böyük və artan gəlir mənbələrini necə müəyyənləşdirməlidir? 

  Şirkət yeni müştəriləri necə cəlb etməlidir? 

  Şirkət  rəqibləri  ilə  müqayisədə  müştərinin  nəzərində  hansı  mövqedə 

dayanmalıdır? 

  Şirkət rəqabət üstünlüyünü artırmaq üçün hansı addımları atmalıdır?      



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə