78
“DB 2016”
(dərəcə)
“DB 2015”
(dərəcə)
Müqayisə
(artma/azalma)
Biznesə başlama
7
11
4
Tikinti üçün icazələrin alınması
114
138
24
Elektrik təchizatı şəbəkələrinə
qoşulma
110
104
-6
Əmlakın qeydiyyatı
22
21
-1
Kreditlərin alınması
109
105
-4
Kiçik investorların maraqlarının
qorunması
36
54
18
Vergilərin ödənişi
34
33
-1
Xarici ticarətin aparılması
94
93
-1
Müqavilələrin
icrasının
təmin
edilməsi
40
40
Dəyişiklik
yoxdur
Cədvəl 8."Doing Business 2016" hesabatı (Azərbaycan)
(Mənbə doingbusiness.com)
Cədvəl 8-də "Doing Business 2016" hesabatında əksər göstəricilər üzrə
ölkəmizin mövqeyi yaxşılaşıb. Belə ki, Azərbaycan "Biznesə başlama" göstəricisi
üzrə 5 pillə, "Tikinti üçün icazələrin alınması" göstəricisi üzrə 36 pillə, "Kiçik
investorların maraqlarının qorunması" göstəricisi üzrə 15 pillə, "Elektrik təchizatı
şəbəkələrinə qoşulma" göstəricisi üzrə 49 pillə, "Xarici ticarətin aparılması"
göstəricisi üzrə 72 pillə və s. irəliləyib.
Hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında "Biznesə
başlama" göstəricisi üzrə 7-ci, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 22-ci,
"Vergilərin ödənişi" göstəricisi üzrə 34-cü, "Kiçik investorların maraqlarının
qorunması" göstəricisi üzrə 36-cı, "Müqavilələrin icrasının təmin edilməsi"
göstəricisi üzrə 40-cı yerdədir. Bununla da, Azərbaycan "Doing Business 2016"
hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.
"Doing Business 2016" hesabatında "Biznesə başlama" göstəricisi üzrə
Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil
79
olmuş və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı
təcrübəyə malik ölkə kimi qeyd olunub. Həmçinin, ölkəmizdə "Şəhərsalma və Tikinti
Məcəlləsi"nin qəbul edilməsi, tikintiyə icazələrin alınması sahəsində "bir pəncərə"
prinsipinin
tətbiqi,
aidiyyəti
şəxslərlə
əqdlər
bağlanılarkən
prosedurların
təkmilləşdirilməsi
kimi
islahatlar
nümunə
kimi
göstərilib.
Qeyd edilməlidir ki, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsinə əsas səbəb
Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun
olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının
aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi,
korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və
müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində
mümkün olub.
Ötən ilki hesabatla müqayisədə "Doing Business 2016" hesabatına "Tikinti
üçün icazələrin alınması", "Elektrik təchizatı şəbəkələrinə qoşulma", "Müqavilələrin
icrası",
"Əmlakın
qeydiyyatı"
göstəriciləri
üzrə
biznes
mühitinin
qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin
keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə
proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilib.
"Doing Business" hesabatının mühüm elementi olan "Etalon Qanunvericiliyə
Yaxınlıq" (DTF) indeksi üzrə ölkəmiz 67.8 balla qiymətləndirilib ki, (əvvəlki
hesabatda 64.08) bu da, Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə biznes
mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatların daha bir
göstəricidir.
80
Nəticə və təkliflər
Azərbaycanda korporativ idarəetmə ilə bağlı hazırki vəziyyət qeyri-adekvatdır
və mühüm dəyişikliklər tələb edir. Adekvat qanunvericilik strukturunun qəbul
edilməsi Azərbaycanda korporativ idarəetmənin təkmilləşdirilməsinə dair əsas
addımdır. Azərbaycanda korporativ idarəetmə ilə bağlı problemlər sadəcə daha
mükəmməl korporativ idarəetmə qaydalarının qəbul edilməsi ilə həll edilə bilməz.
Buna səbəb Azərbaycanda qaydaların tətbiqinə müvafiq orqanların adekvat
nəzarətinin, o cümlədən şirkətlər tərəfindən qabaqcıl təcrübələrin tətbiqinin kifayət
qədər güclü olmamasıdır.
Azərbaycanda korporativ idarəetmə sistemi 4,5 ildir tətbiq olunur. Lakin
şirkət və təşkilatlar hazırda bunu könüllü şəkildə tətbiq edir. Qeyd edək ki, ölkədə
fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmə müasir prinsiplər
əsasında qurulmamış və mövcud prinsiplər idarəetmənin subyektləri arasında
keyfiyyətcə yeni qarşılıqlı münasibətlərə əsaslanmır və ölkədə korporativ idarəetmə
sahəsində mövcud qanuvericiliyin səviyyəsi beynəlxalq standartlara cavab vermir.
Fikrimcə, ölkədə korporativ idarəetmə səviyyəsinin aşağı olmasının əsas
səbəblərindən biri də bu sahədə ixtisaslı mütəxəsislərin olmaması və müəssisə
rəhbərlərinin korporativ idarəetmənin və qiymətli kağızlar bazarı vasitəsi ilə
investisiyanın cəlb edilməsi əhəmiyyətini başa düşməməsidir. Hazırda münasibətlərin
əhəmiyyəti və ümumilikdə korporativ qanunvericiliyin inkişafı dövriyyəsinin elə bir
səviyyəsinə çatıb ki, korporativ münasibətlər mülki hüquqla tənzimlənən
münasibətlərin əsas məsələlərindən biri olub. Ona görə də müasir şəraitdə korporativ
münasibətləri mülki hüquqla tənzimlənən münasibətlərin əsas növlərindən biri olaraq
nəzərə almamaq mümkün deyil.
Son illərdə səhmdar cəmiyyətlərini ölkənin iqtisadi inkişafında rolunun artması
bu sahədə yaranan problemlərin həllini tələb edir ki, bu problemlərdən biri də
korporativ idarəetmənin səviyyəsi ilə əlaqədardır. Bu baxımdan korporativ
idarəetmənin mahiyyətinin öyrənilməsi, sənayedəki səhmdar cəmiyyətlərində
Dostları ilə paylaş: |