Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   19   20   21   22   23   24   25   26   27

75 

 

Biznes  strategiyasını  həyata  keçirərkən  və  optimal  səmərəliliyə  nail  olmaq 



baxımından, hər bir bank aşağıdakı idarəetmə orqanları tərəfindən idarə edilir : 

  Bankın ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı; 

  Səhmdarlar  tərəfindən  təyin  olunan,  onlara  hesabat  verən  və  bankın  idarə 

edilməsinə və fəaliyyətinə nəzarət edən orqan olan Müşahidə Şurası; 

  Bankın gündəlik idarə edilməsi üçün məsul icraedici orqan olan İdarə Heyəti; 

  Mühasibat  uçotu prosedurları,  nəzarət  və bankın  daxili auditi  üzrə  məsul olan 

Audit Komitəsi.       

 Banklarda  təşkilati  strukturun  əsas  üç  növü  müşahidə  edilir.  Həmçinin,  təcrübə 

göstərir  ki,  bir  çox  banklarda  hər  üç  növün  elementlərini  özündə  birləşdirən  təşkilati 

struktur  yaradıla  bilər.  Aşağıdakı 

 

şəkildə  6-da    bankın  təşkilati  strukturunun  növləri 



göstərilmişdir: 

           

 

                               Sxem 6.Təşkilati strukturunun növləri  

           Funksional  strukturun  üstünlükləri  işçilərin  müəyyən  fəaliyyət  növləri  üzrə 

ixtisaslaşması  əsasında  bank  fəaliyyətinin  iqtisadi  effektivliyinin  artırılmasından  və 

işlərin  təkrarlanmasının  qarşısının  alınmasından  ibarətdir.  Bu  cür  strukturun  mənfi 

tərəfləri  müxtəlif  əməliyyat  prosesləri,  xidmətlərin  müştəriyə  çatdırılma  yolları  və 

müştəri  qrupları  arasında  əsas  fərqlərin  nəzərə  alına  bilinməməsindən  ibarətdir.  Bu 

Funksional struktur

• Burada hər bir struktur vahidin həyata keçirdiyi fəaliyyət (“xidmətin”) 

aydın təsvir edilir. 

Xidmət əsaslı struktur

• Xidmət əsaslı təşkilatı strukturda struktur vahidləri müştərilərə

təqdim etdiyi xidmətnövləri üzrə müəyyən edilir

.

Bazar əsaslı struktur



• Bazar əsaslı təskilatı strukturda struktur vahidləri xidmət göstərdiyi 

müxtəlif “müştəriqrupları” və ya seqmentlər əsasında müəyyən edilir.




76 

 

sistemdə  nəzərdə  tutulan  mərkəzləşdirmə  ölkədə  sahibkarlıq  fəaliyyətinin  inkişafı 



məqsədlərinə  tam  cavab  vermir  (məsələn,  bu  növ  təşkilatı  strukturda  filial  şəbəkəsinin 

kiçik olması). 

         Xidmət əsaslı təşkilatı struktur növü ən çox iri banklar üçün münasibdir, çünki 

bu  növ  struktur  təşkilatın  daha  rahat  idarə  edilməsinə  xidmət  edir  və  hər  bir  biznes 

bölməsinə  özünün  təklif  etdiyi  məhsullar  və  xidmətlər  üzərində  diqqətini 

cəmləşdirməyə  imkan  verir.  Bu  növ  struktur  banklardan  xidmətlərin  müştərilərə 

çatdırmaq  üçün  müvafiq  ixtisaslaşmış  mütəxəssislərin  cəlb  olunmasını  tələb  edir, 

çünki  çox  zaman  belə  strukturlarda  daha  mərkəzsizləşdirilmiş  qərar  qəbul  etmə 

prosesi mövcuddur. Digər tərəfdən, xidmət əsaslı təşkilatı strukturda bəzi xidmətlərin 

birgə  göstərilməsinin  mövcudluğuna  baxmayaraq,  bəzi  əməliyyat  prosesləri  hər  bir 

biznes bölməsində təkrarlanır, nəticədə isə yüksək səviyyəli məsrəflərin yaranmasına 

gətirib  çıxarır.  Əlavə  olaraq,  müştərilər  üçün  biznes  bölmələri  arasında  rəqabət 

yarana  bilər,  bu  da  öz  növbəsində  bölmələr  arasında  çarpaz-satış  üzrə  əməkdaşlığı 

azaldar və mürəkkəb  elementləri öz tərkibinə daxil edən əməliyyatları yaradar. 

        Bazar  əsaslı  təşkilatı  strukturun  hər  bir  biznes  bölməsi  daxilində  bütün  zəruri 

xidmətlər  cəmləşə  bilər,  bu  da  öz  növbəsində  xidmətlərin  təkrarlanması  ilə 

nəticələnır. Bazar əsaslı təskilatı strukturun  üstün cəhətləri çox  fərqli tələblərə  malik 

olan  və  ya coğrafi olaraq bölüşdürülmüş müştəri qrupları  ilə əlaqələrin saxlamasının 

asanlaşması,  hər  bir  müştəri  qrupunun  ehtiyaclarının  ödəməsi  üçün  lazım  olan 

xidmətlərin  bir  biznes  bölməsində  göstərilməsidir.  Bazar  əsaslı  təşkilatı  strukturun 

fəaliyyət  göstərməsi  və  idarə  edilməsi  çətin  ola  bilər.  Məsələn,  müştərilər  eyni 

xidmətləri  tələb  etdikdə,  bu  müxtəlif  biznes  bölmələrdə  xidmətlərin  təkrarlanmasını 

tələb edə bilər. 

        


Azərbaycan  189  ölkənin  biznes  mühitinin  qiymətləndirildiyi  hesabatda 

mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib. 




77 

 

 



         Diaqram  2.    2009-2015-ci  illərdə  “Doing  Business”  hesabatında 

Azərbaycanın yeri  (Mənbə doingbusines.com)  

          Dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər 

il  dərc  olunan  hesabatlarda  ölkəmizdə  reallaşdırılan  iqtisadi  islahatlar  daim  diqqət 

mərkəzində  saxlanılır.  Belə  hesabatlardan  biri  də  Dünya  Bankı  tərəfindən 

hazırlanaraq    2015-ci  ilin  oktyabr  ayının  27-də  açıqlanan  biznes  mühitinin 

əlverişliliyi  üzrə  qiymətləndirməni  özündə  əks  etdirən  "Doing  Business  2016" 

hesabatıdır. 

       Diaqram 2-də göründüyü kimi ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar 

nəticəsində  Azərbaycan  189  ölkənin  biznes  mühitinin  qiymətləndirildiyi  hesabatda 

mövqeyini  17  pillə  yaxşılaşdıraraq  80-ci  pillədən  63-cü  pilləyə  yüksəlmişdir.  Eyni 

zamanda,  "Doing  Business  2016"  hesabatında  3  göstərici  ("Biznesə  başlama", 

"Tikinti  üçün  icazələrin  alınması"  və  "Kiçik  investorların  maraqlarının  qorunması") 

üzrə  biznes  mühitinin  yaxşılaşdırılması  sahəsində  aparılan  islahatlar  xüsusi  qeyd 

edilib. 


       

 

0



10

20

30



40

50

60



70

80

2009



2010

2011


2012

2013


2014

2015


38

54

66



65

70

80



63

pillələr



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə