Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

30 

 

səmərəli  idarə  edilməsi  və  korporativ  idarəetmə  sahəsində  dövlət  siyasətinin 



formalaşması  və  həyata  keçirilməsinə  dair  təkliflər  hazırlayır,  korporativ  idarəetmə 

sahəsində normativ-hüquqi bazanın hazırlanmasında iştirak edir. 

      Son  illərdə  səhmdar  cəmiyyətlərini  ölkənin  iqtisadi  inkişafında  rolunun  artması 

bu  sahədə  yaranan  problemlərin  həllini  tələb  edir  ki,  bu  problemlərdən  biri  də 

korporativ  idarəetmənin  səviyyəsi  ilə  əlaqədardır.  Bu  baxımdan  korporativ 

idarəetmənin  mahiyyətinin  öyrənilməsi,  sənayedəki  səhmdar  cəmiyyətlərində 

korporativ  idarəetmə  sahəsində  mövcud  problemlərinin  aşkar  edilməsi  və  bu 

problemlərin  həlli  yollarının  müəyyən  edilməsinin  böyük  əhəmiyyəti  vardır. 

Korporativ  idarəetmə  müəssisənin  fəaliyyətində  maraqlı  olan  subyektlər  arasındakı 

təşkilati-iqtisadi,hüquqi  və  idarəetmə  münasibətləri  sistemi  əks  etdirir.Belə 

münasibətlər  sisteminin  inkişafı  müəssisənin  sahibləri  və  onun  fəaliyyətinin  maraqlı 

tərəflərin mənafələrinin nəzərə alınması səviyyəsindən asılı olur. 

       Korporativ  idarəetmənin  səviyyəsi  səhmdarlara  ödənilən  cari  dividendlərin 

həcmi  və  şirkətin  səhmlərinin  kotirovkasının  cari  səviyyəsi  ilə  yanaşı,  həm  də  onun 

uzunmüddətli  inkişaf  perspektivləri,  əlavə  investisiyanı  cəlb  etmə  imkamları,  cəlb 

etdiyi  maliyyə  resurslarından  istifadənin  səmərəliliyi  ilə  müəyyən  olunur. 

Bütövlükdə,  təkmil  korporativ  idarəetmə  şirkətin  menecmenti  üzərində  səmərəli 

nəzarətə  imkan  verir,  onun  fəaliyyətində  maraqlı  olan  subyektlərin  böyük  hissəsinin 

mənafeyini  nəzərə  alır,  şirkətin  fəaliyyətinin  səmərəliliyinə  və  onun  əlavə  rəqabət 

üstünlükləri formalaşmasına əhəmiyyətli şəkildə təsir göstərir. Bu da 

investorların  şirkətə  olan  etibarını  formalaşdırmağa  və  nəticədə  uzunmüddətli 

investisiya vəsaitləri cəlb etməyə imkan verir.  

       Hazırki  şəraitdə  ölkə  sənayesində  səhmdar  cəmiyyətlərinin  inkişaf  etdirilməsi 

istehsalın  yenidən  qurulması  və  genişləndirilməsi  üçün  zəruri  investisiya 

qoyuluşlarının  cəlb  edilməsi  baxımından  mühüm  əhəmiyyətə  malikdir.  Sənayedə 

səhmdar  cəmiyyətlərinin  inkişafı  və  səmərəli  fəaliyyəti  müvafiq  infrastrukturun 

yaradılmasından,  onların  fəaliyyətini  tənzimləyən  təkmil  qanunvericilik  bazasının 



31 

 

formalaşdırılmasından  və  xüsusilə,  korporativ  idarəetmənin  inkişaf  etdirilməsindən 



əhəmiyyətli dərəcədə asılıdır. 

    Səmərəli korporativ idarəetmənin əsas məqsədlərindən biri şirkətə investisiya cəlb 

edilməsinə  potensial  investorların  inamını  artırmaq  və  bunun  əsasında  da  şirkətin 

kapitallaşma səviyyəsini  yüksəltməkdir.  Beləliklə, korporativ  idarəetmənin səviyyəsi 

ölkədə investisiya fəallığına təsir göstərən əsas amillərdən biridir.  

     Aşağıdakı  sxem  3-də  şirkətlər  üçün  iqtisadi  dəyərin  yaradılmasında  birbaşa  rol 

oynayan korporativ idarəetmənin üstünlükləri göstərilmişdir:  

 

 



 

 

 



 

 

 



                                    Sxem 3. Korporativ idarəetmənin üstünlükləri (1, 39) 

    Əməliyyat  səmərəliliyinin  artırılması  birbaşa  qabaqcıl  korporativ  idarəetmə 

prinsiplərinin  həyata  keçirilməsindən  alınan  nəticələrdən  biridir.  Səmərəliliyin 

artırılması  və  nəticədə  mənfəət  qazanma  potensialının  artırılması  aşağıdakı  amillər 

hesabına əldə olunur: 

  Direktorlar  şuraları  tərəfindən  daha  yaxşı  rəhbərlik,  nəzarət  və  strateji 

istiqamətləndirmə; 

  Qərar qəbuku prosesinin təkmilləşdirilməsinə gətirib çıxaran, şirkətin daxilində 

və xaricində informasiya axınının təkmilləşdirilməsi; 

  Əməliyyat  risklərini  və  məhkəmə  çəkişmələrini  azaldacaq  daha  yüksək 

səviyyədə tələblərə riayət və cavabdehlik; 

      Asiya,  Şərqi  Avropa,  Cənubi  Afrika  və  Latın  Amerikasının  inkişafda  olan 

ölkələrinin  ən  iri  şirkətləri  üzrə  aparılan  araşdırmalar  müəyyən  edib  ki,  korporativ 

                Korporativ idarəetmənin üstünlükləri



 

əməliyyat 

səmərəliliyinin 

artırılması 

 

investisiyaların cəlb 



olunmasının 

asanlaşdırılması 

 

cəlb olunan kapital 



üzrə xərclərin 

azaldılması 

reputasiyanın 

formalaşdırılması 

 



32 

 

idarəetmə  reytinqinin  yüksək  dördə  bir  həddində  olan  şirkətlərdə  cəlb  olunan 



kapitalın  mənfəətliyi  orta  hesabla  33,8%  təşkil  etmiş,  korporativ  idarəetmə 

reytinqinin aşağı yarısında olan şirkətlərdə isə cəlb olunan kapitalın mənfəətliyi 16% 

təşkil  etmişdir.Nəticələr  yüksək  korporativ  idarəetmə  stdartlarına  malik  olan 

şirkətlərin  daha  artıq  mənfəət  qazanmaq  üçün  daha  yaxşı  qərərlar  qəbul  etmək 

iqtidarında olmasını göstərir. 

       Korporativ  idarəetmə  nöqtəyi-nəzərindən  yaxşı  təşkil  edilmiş  şirkətlər 

səhmdarların  hüquqlarını  pozmayaraq  gəlir  gətirmək  imkanına  malik  olmaları  ilə 

etibarlılıqlarını  nümayiş  etdirir  və  investisiyalar  üçün  yaxşı  tərəfdaş  kimi 

qiymətləndirilirlər.  Korporativ  idarəetmə  strukturlarıvə  üsulları  nə  qədər  yaxşı  təşkil 

olunsa, bir o qədər aktivlərin səhmdarların maraqlarına istifadə olunması, menecerlər 

tərəfindən  mənimsənməməsi  və  öz  mənafeyləri  üçün  istifadə  olunmaması  təmin 

olunar. 


    Makkinzi  təşkilatı  tərəfindən    aparılmış  araşdırma  da  korporativ  idarəetmə 

səviyyəsinin nə dərəcədə əhəmiyyətli olması göstərilmişdir: (şəkil 2 ) 

 

                       



Şəkil 2. Korporativ idarəetmənin səviyyəsi ( mənbə: www.ifc.com) 

      


    Burada  direktorlar  şurası,  geniş  açıqlama,  səhmdarların  hüquqlarının  gücü  və 

bərabərliyi  ilə  qiymətləndirilən  korporativ  idarəetmə  maliyyə  məsələləri  ilə 

15

16

18



43

44

45



66

61

50



41

40

18



21

7

15



Şərqi Avropa/Afrika

Latın Amerikası

Asiya

Şimali Amerika



Qərbi Avropa

Az əhəmiyyətli

Eyni əhəmiyyətli

Daha çox əhəmiyyətli




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə