Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə13/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

4.5. Plastik kartlarla hesablaşmalar
Ödəmə dövriyyəsinin artması, onunla əlaqədar əmək və mü­vəq­qəti xərclərin artması pul hesablaşmalarının prinsipcə yeni me­xanizminin yaradılması zərurətini yaratdı. Dünya bank təcrü­bə­sində bu məsələ sənədsiz texnologiyanın köməyi ilə pul hesab­laşmalarının avtomatlaşdırılması, bank və sahibkarlıq fəaliyyətinin geniş kompyu­terləşdirilməsi qaydasında həll edilir.

Beynəlxalq bank əməliyyatlarının genişlənməsi ilə əlaqədar 1973-cü ilin may ayında Ümumdünya Banklararası Maliyyə Tele­kom­munikasiya cəmiyyəti yaradıldı. Bu sistem peyk kanalları vasitəsilə müxtəlif maliyyə köçürmələri və s. həyata keçirilməsi haqqında iştirakçı banklar bir-birini təlimatlandırırdı.

Lakin bu sistemin təyinatı hesablaşma aparmaq deyildir, o yalnız hesab­laşmaların aparılması haqqında məlumat ötürücüsüdür, pul köçürmələri isə bilavasitə banklar tərəfindən «nostro» və «loro» hesabları vasitəsilə həyata keçirilir.

Müştərilərlə elektron pul hesablaşmalarının aparılma aləti kimi pla­stik kartlar çıxış edir. Hazırda plastik kartlar ödəniş vasitəsi kimi çıxış etməklə yanaşı müəssisəyə, kompyuter şəbəkəsinə giriş, ticarət şəbəkəsindən güzəşt əldə etmək hüququ verən sənəd kimi istifadə edi­lir.

Müasir kartlar bir sıra milli və beynəlxalq standartlara, hər şey­dən əvvəl isə standartlaşma üzrə Beynəlxalq təşkilatın tələblərinə (İSO) cavab vermə­dilir. Bu təşkilat kartın xarici formasını, mexaniki, fiziki və kimyəvi təsirlərdə özünü aparma qaydalarını müəyyənləşdi­rir.

İşlənmə texnologiyası və məlumat ötürülməsi baxımından pla­stik kartları: maqnit zolaqlı və mikroprosessor quruluşlu elektron kartlara bölü­nür. Plastik kartların çoxfunksiyalı lazer və ya optik növ­ləri də mövcuddur.

Bank-emitent, müştəri, ekvayrer, prosessinq mərkəzi kartların döv­riy­yəsinin iştirakçılarıdırlar. Bank-emitent kimi - Plastik kart bura­xıb onun ver­diyi bank kartları vasitəsilə hesablaşma-kassa əmə­liyyatlarını yerinə yetirən banklar çıxış edirlər. Müştəri qismində – emitent bankla plastik kartlarla əmə­liyyatı nəzərdə tutan müqavilə bağlayan fiziki və hüquqi şəxslər çıxış edirlər.

Ekvayrer – ekvayrer (həmin bankın müştərisi olmayıb), ticarət təş­kilatları ilə hesablaşmalarda plastik kartlardan istifadə olunan hesab­laşma əməliyyatı həyata keçirən kredit təşkilatıdır.

Prosessinq mərkəzi kimi hesablaşma iştirakçıları arasında informa­siya və texnoloji qarşılıqlı münasibəti təmin edən qurum çıxış edir. Bu münasibət ödənişli qaydada həyata keçirilir.

Emitent bank hüquqi şəxslərə hesablaşma və korporativ kredit kartları verə bilər.

Bütün plastik kartlarının üzərində müəyyən rəmz və elementlər mövcuddur.

1. Ödəniş sisteminin rəmzi. Bu rəmz kartın bu və ya digər ödəniş sisteminə aidiyyətini göstərir. Müştəri öz kartı ilə bankomatlardan nağd pul çıxara, onun vasitəsilə qapılarında bu simvol yapışdırılan mağaza və agentliklərdə aldığınız məhsul və xidmətlərin haqqını ödəyə bilərsiniz.

2. Müştəri bankının loqotipi.

3. Kartın nömrəsi. Kartın 16 rəqəmli nömrəsi onun yeganəliyinə və unikallığına zəmanətdir.

4. Kartın qüvvədəolma müddəti. Kartlarının qüvvədəolma müddəti 1 ildən 3 ilədəkdir. Kart, göstərilən ayın son gününə qədər etibarlıdır.

5. Kart sahibinin adı və soyadı. Nəzərə alaraq ki, kartların əksə­riyyəti (lokal kartları nəzərə almayaraq) beynəlxalq kartlardır, yəni Azər­baycanın hüdudlarından kənarda da istifadə edilə bilər, kart sa­hibinin adı və soyadı ingilis transkripsiyası ilə göstərilir.

6. Maqnit lenti və ya çip. Maqnit lenti və ya çip kartın "ürəyidir" və kart sahibi, hesab və s. haqqında unikal məlumatın daşıyıcısıdır.

7. Kağız lent. Kartı alarkan bu lentin üzərində qol çəkin. Bu, kartın sahibi məhz konkret müştərinin olduğunu bir daha sübut edəcəkdir. Aldığı məhsul və xidmətlərin haqqını ödəyərkən müştəri müvafiq çekə imza atmalıdır və bu zaman kartın və çekin üzərindəki imzalar tutuş­durulur.

Plastik kartlarla hesablaşmalar hazırda müəyyən üstünlüklərə malikdir:

- ölkə daxilində və xaricində hər cür alış-veriş əməliyyatları aparmaq imkanı;

- ölkə daxilində və xaricində ATM və məntəqələrdən nağd pul almaq imkanı. Bu gün dünyada 1.500.000 yaxın ATM-lər müştərilərin xidmətindədir və bu rəqəm artmaqdadır;

- xarici səfərlərə gedərkən nağd pul aparmağa ehtiyac yoxdur, pulu yerli valyutaya dəyişərkən saxta əskinazları almaq təhlükəsi olmur – ATM-lərdən istifadə edərkən müştəri avtomatik olaraq olduğu ölkənin valyutasını alır. Əməliyyatlar müştərinin olduğu ölkənin Mərkəzi Bankının rəsmi kursu ilə aparılır;

- xarici səfərlərə gedərkən kart müştərini öz pullarını deklarasiya etməkdən azad edir;

- hesabindan çıxarış almaqla müştəri büdcəsinə və xərclərinə nəzarət edir;

- ticarət və xidmət müəssisələrinin bir qismi eyni bankın kartlarına sahib olan müştərilərinə bir sıra güzəştlər verir;

- plastik kart müştərini pulların saxlanması və daşınması zamanı onların oğur­lanmasından və itirilməsindən qoruyur. Bu o deməkdir ki, kartı itirmək pulunu itirmək demək deyil. Pullar müştərinin bankdakı hesabında toxunulmaz qalır. Müş­təriyə özü ilə böyük məbləğdə nağd pul götürmək daha lazım deyil. Üzərində plas­tik kartın olması kifayətdir: kartda saxlanılan pulun miqdarı istənilən qədər ola bilər.

Həftənin 7 günü, günün 24 saatı ərzində ATM-lərin göstərdiyi bütün xidmət növlərindən istifadə etmək olar, o cümlədən:


  • Vəsaitləri nağdlaşdırmaq;

  • Kommunal xidmətlərini ödəmək;

  • Azercell, Bakcell və Nar Mobile mobil danışıqların haqlarını ödəmək;

  • Hesabdan çıxarış almaq;

  • Konvertasiya əməliyyatları aparmaq.

Bununla belə, kart sahibləri "Internet Banking", "MobilBank" xidmət­lərin­dən, habelə bankomatlardan istifadə edərək Xüsusi Kart He­sablarından çıxarışları ala bilər, kommunal xidmətlərini və mobil tele­fon­larının haqlarını ödəyə bilərlər. Nəhayət, plastik kart sahibinin maliyyə sabitliyinin ümumdünya rəmzidir.

Kartların növləri. Debet kartları bankomat və ya bank filiallarının kassa­larında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alın­ması üçün istifadə edilirlər. Kartlar debet rejimində işləyir, yəni ancaq kart hesabında faktiki olan məb­­ləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verir.

Azərbaycanda və dünyanın bir çox ölkələrində debet kartları alınan məhsul və xidmətlərin haqqının ödənilməsi üçün də istifadə edilirlər. Azərbaycanda əsasən aşağıdakı debet kartlardan istifadə olunur:

- VISA Electron;

- Cirrus Maestro.

Bu plastik kart növləri debet rejimində işləyir və banklardan, banko­mat­lardan (ATM) nağd pul götürülməsi, POS-terminal qoyulmuş mağazalarda, restoran və təşkilatlarda ödənişlərin aparılması üçün istifadə edilə bilər. Bu kartlar dünyada ən geniş yayılmış kartlardır. Qeyd edilməlıidir ki, əməliyyatlar debet rejimində aparıldıqda müştərinin kart hesabından göstəricilər soruşulur. Yalnız hesabda kifayət qədər vəsait olduqda ödəniş aparılır.

Debet kartlarından fərqli olaraq kredit kartları öz sahibinə daha çox sərbəstlik verir: lazım olduqda kart sahibi hesabında olduğu məbləğdən daha çox vəsait xərcləyə bilər, lakin yalnız bank tərəfindən təyin olunmuş kredit limiti çərçivəsində. Kredit kartları bankomat və ya bankın filial­larının kassalarında yerlə­şən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilə bilər. Bundan əlavə, onlar bütün dünyada məhsul və xidmətlərin haqqının ödənilməsi üçün qəbul edilirlər. Kredit kartları öz sahibinin maliyyə cəhətdən sabitliyini gös­tərir. Visa Gold, Master Card Gold, Visa Platinum və Master Card Platinum kimi elit kartların sahibləri isə əlavə olaraq bir çox imtiyaz və güzəştlər alırlar. Kredit kartları həmçinin İnternet şəbəkəsində də ödəniş üçün qəbul edilirlər, lakin təhlükəsizlik üçün bu hallarda müştəriyə xüsusi "virtual" kartlardan istifadə etməyi məsləhət görürülür.



Azərbaycanda aşağıdakı kredit kartlarından istifadə etmək olar: Visa Classic, Master Card Standard, Visa Gold, Master Card Gold, Visa Platinum, Master Card Platinum, American Express Green, American Express Gold.

Elə klassik kartlar var ki, istər debet, istərsə də kredit rejimində işləyir, ona görə də dükanlarda, mehmanxana, restoran və təşkilatlarda ödəniş aparılması (kartlar qabarıq basmalı olduğuna görə POS-terminalın olması vacib deyil) və ya banklardan, bankomatlardan (ATM) nağd pul götürülməsi üçün istifadə edə bilər. Bu, VISA Classic / MasterCard Stan­dard kartlarıdır. Muştərinin Bankda müddətli depoziti olduqda onun istəyi ilə kart üzrə kredit xətti açıla bilər. Yuxarıda göstərilənlərdən baş­qa, müştəri bu kartlardan istifadə edərkən İnternet və telefon vasitəsilə malların və xidmətlərin pulunu ödəməyə, aviabiletləri, mehmanxanalarda otaqları və s. kimi xidmətləri sifariş etmək imkanına malik olur. Belə kart­larla əməliyyatlar kredit rejimində aparıldıqda da müştərinin kart he­sabından göstəricilər soruşulur, lakin hesabda lazım məbləğdə vəsait olmadıqda, ödəniş müəyyən edilmiş kredit xətti çərçivəsində aparılır.



Qızıl kart (VISA Gold/MasterCard Gold, American Express Green) öz sahibinin yüksək maliyyə mövqeyini göstərən bankın elit kartıdır. Bu növ kartlar bütün rejimlərdə işləyə, dükanlarda, mehmanxana, restoran və ticarət təşkilatlarında ödəniş aparılması və ya banklardan, banko­mat­lardan (ATM) nağd pul götürülməsi üçün istifadə edə bilər. Həm də bu kartların müstəsnalığı nəzərə alınaraq asanlıqla ən iri ödəniş də aparmaq mümkündür.

Platinum kartları (VISA Platinum / Master Card Platinum, American Express Gold) müştərinin cəmiyyətdə tutduğu ən yüksək möv­qeyin, firavanlığın və maliyyə sabitliyinin əlamətidir. MasterCard Pla­tinum və ya American Express Gold kartlarının sahibi olduqda müştəri dünyanın ən nüfuzlu mehmanxanalarında, butiklərində, restoranlarında və s. mötəbər yerlərində müstəsna xidmət və güzəştlərə malik olacaq.

VISA International və Master Card International sistemlərinin xüsusi “virtual” kartları müştərinin pullarının ən yüksək dərəcədə təhlükəsizliyini və salamatlığını təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu növ plastik kartların maqnit lenti və PİN-kodu yoxdur, onlardan yalnız İnternet şəbəkəsində istifadə edilə bilər. Kartlar debet rejimində işlədiyinə görə müştərinin hesabında kiçik bir məbləğ saxlamaqla o, özünü mümkün itkilərdən qoruyur.



Korporativ plastik kartları (VISA Business / VISA Business Gold / Master Card Business) tez-tez səfərə çıxan və təmsilçilik xərcləri aparan işgüzar adamlar, şirkət isçiləri üçün sərfəlidir. Kartlar şirkətin hər hansı işçisinin adına rəsmilləşdirilir. Bu plastik kartlarda adi kart gös­tə­ricilərindən və sahibin adından savayı şirkətin də adı göstərilir. Kartlar debet və kredit rejimlərində işləyir, Gold kartlarının bütün xüsu­siyyət və üstünlüklərinə malikdir, yəni ödənişə mehmanxanalar, av­tomobil icarəsi agentlikləri, restoranlar, supermarketlər və mağazalar tərəfindən ödənişə qəbul edilir.

Hər hansı başqa plastik kartda olduğu kimi İnternet kartlarda da universal və təkrarsız 16 işarəli nömrə, kart sahibinin adı, kartın qüvvədəolma müddətinin bitəcəyi tarix, habelə InterCardın üz tərəfində göstərilən xüsusi üç işarəli CVV2/CVC2 kodu var. Lakin bu kartı başqa kart tiplərindən fərqləndirən və onun istifadəsini daha təhlükəsiz edən başlıca cəhət ondan ibarətdir ki, müştəri yalnız kartına təhkim edilmiş hesaba qabaqcadan qoyduğu vəsaiti xərcləyir. Kartın maqnit zolağı yoxdur ki, bu da ondan İnternet şəbəkəsindən kənarda istifadəni mümkünsüz edir.

Plastik kartlarla iş vaxtı nağd pulun verilməsi və inkasso edilməsi üçün bank avtomatlarından, yəni bankomatlardan (Automated Teller Machine – ATM) istifadə edilir. Kommersiya məqsədilə ATM ilk dəfə olaraq 1968-ci ildə istifadəyə verildi. ATM plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, məhsul, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir.

Ümumilikdə ATM aşağıdakı maliyyə əməliyyatlarını aparır:

- Müxtəlif hesablardan nağd pulun verilməsi;

- Cari hesablara pulun qoyuluşu;

- Cari hesabdan təcili hesaba köçürmələr;

- Hesabdan ödənişlərin çıxarılması (məsələn vergi ödənişləri).



Bankomatlar 2 rejimdə işləyə bilir: offline və online.

Offline rejimində işləyərkən bankomatlar real zaman rejimində Mərkəzi Bank sistemi ilə əlaqədə olmur və müstəqil işləyir. Adətən belə rejimdə işləyən bankomatlar aparılmış əməliyyat haqqında məlumatı öz yaddaşında və kartın maqnit lentində saxlayır. Offline rejimində işləyən ATM-ə xüsusi işçi — bankın kassiri nəzarət edir və o, vaxtaşırı ban­ko­mata pul qoyur, həmçinin bankomatın yaddaşına vaxtı keçmiş hesablar, ödənişlər, itmiş kartlar haqqında məlumatı daxil edir. Daha müasir sistemlərdə belə məlumatlar bankomatın bankın mərkəzi verilənlər ba­za­sıyla kommutasiya olunmuş xətlər vasitəsilə əlaqəsi zamanı bankomatın yaddaşına daxil edilir.

Bankomatın digər iş rejimi online-dır. Bu halda müxtəlif proto­kollardan istifadə edərək kommutasiya olunmuş xətlərlə və ya telefon kanalları vasitəsilə bankomatlar bank sistemi ilə birbaşa əlaqədə olur. Əgər bankomat bu rejimdə işləyirsə, onda o, istifadəçiyə onun cari hesabı haqqında məlumat verə bilir. Bankomatların bu rejimdə istifadə olunması etibarlı telekommunikasiya mühiti və bank sistemlərinin mühüm he­sablayıcı resurslarını tələb edir. Bankomatlarda pullar xüsusi seyflərdə yerləşən kasetlərdə saxlanılır. Kasetlərin sayı bankomatda verilən əskinas nominalının sayı ilə müəyyən olunur.

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, tədavüldədə olan nağd pul kütləsinin nağdsız tədavül ilə əvəz edilməsi ölkənin Milli Ödəniş Sisteminin inkişafının əsas istiqamətlərindən biridir.

SİA-nın məlumatın görə son illər Azərbaycan Respublikasında mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə istinad edilməklə elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılıb.

Azərbaycanda bank sektoru öz inkişaf tempini getdikcə artırsa da, bəzi problemlər hələ də qalır. Bu problemlərdən biri də kredit kart­larından istifadənin istənilən səviyyədə olmamasıdır. Nağd şəkildə ödəmələrin üstünlük təşkil etməsi kartların dövriliyinin qarşısını alır.

Kredit kartlarından zəif istifadə halları vergilərdən yayınmalara da səbəb olur. Prezident İlham Əliyev yanvarın 14-də 2010-cu ilin yekunları ilə bağlı keçir­diyi müşavirədə bu problemə toxunaraq bildirdi ki, ölkədə vergidən yayı­nanların sayı hələ də kifayət qədərdir: “Çalışmalıyıq ki, ticarət, iaşə obyektlərində nağd şəkildə ödəmələr minimuma endirilsin. Hər bir məntəqədə, ticarət obyektlərində ödəmələr kredit kartları ilə aparılmalıdır. Belə olan halda vergilər bazası səy göstərmədən, avtomatik olaraq genişlənəcək”.

Vergidən yayınma hallarının təkcə ötənilki göstəricilərinə baxsaq, problemin kifayət qədər olduğunu görərik. Vergilər Nazirliyinin verdiyi məlumata görə, 2010-cu il 1492 vergi ödəyicisində qanunvericiliyin pozulması halları aşkarlanıb, bunun da 1003-ü nağd hesablaşmaların aparılması zamanı baş verib. Kredit kartlarından istifadənin azlığı vergidən yayınmaq istəyənlərə də imkanlar yaradır. Çünki bu kartlardan istifadədə tutulan vergi elektron hesablaşmalar zamanı tutul­du­ğu üçün qanun pozuntularının qarşısı asanlıqla alınır. Eyni zamanda kredit kar­tından istifadənin digər üstünlükləri də var. Belə ki, bu kartlar insanlara hesab­laşma zamanı nağd kredit imkanı yaradır. Həmçinin ödəmə zamanı çeklərə nisbətən daha qarantlıdır.

Azərbaycanda kredit kartlarından istifadə hələlik istənilən inkişaf səviyyə­sinə çatmasa da, bu kartların bir yox, bir neçə növündən istifadə olunur. Ümumi­likdə isə banklar istifadəçilərə üç növ kart təqdim edir: kredit kartları, ödəmə kartlar, debet kartları. Ölkədə geniş yayılmış daha bir kart isə plastic kartlardır. Onun da bir neçə növü var. Plastik kartların Azərbaycanda ən çox yayılmış növü “Visa”-dır. Bunlar da qiymətlərinə görə bir neçə cür olur. Belə ki, “Visa Elektron”un qiyməti 10 AZN, “Visa Klassik” 50 AZN, ”Visa Gold”” 100 AZN, “Visa Platin” isə 150 AZN-dir. Bu xidmətlərin işlənmə yeri və statusuna görə qiymətləri də fərqlidir. Bu kartlardan istifadə etmək istəyən şəxsiyyət vəsiqəsini banklara təqdim edərək onları əldə edə bilər. Qiymətlər banklara görə də dəyişir. Bunlar debet kartlar da sayılır. Debet (elektron) kartlar bankomat və ya ABB-nin filiallarının kassalarında yerləşən POS- terminallar vasitəsilə nağd vəsaitlərin alın­ması üçün istifadə edilir. Kartlar debet rejimində işləyir, yəni ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanı verilir. Azərbaycanda və dünyanın bir çox ölkələrində debet kartları alınan məhsul və xidmətlərin haqqının ödənilməsi üçün də istifadə edilir.

Plastik kartlar isə PİN kodla qorunduğu üçün rahat və təhlükəsizdir.

Eyni zamanda bu kartlardan dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması mümkündür. İnternet vasitəsilə sifarişlərin ödənməsini və bir hesaba ailə üzvləri üçün bir neçə əlavə kartın, onlara müəyyən limit müəyyən etməklə və ya bunsuz rəsmiləşdirmək olar.

Plastik kartdan fərqli olaraq kredit kartında müştəri üçün ayrılmış müəyyən müddət ərzində nəzərdə tutulan kredit pul var. Bu kart aldıqlarının 25%-nin ödənməsini, geri qalan vəsaitin isə kredit olaraq ödəmə imkanını təmin edir. Kredit kartların digər növü revolver kredit kartlarıdır. Belə kartlarla ödəmələr icazə verilmiş kredit limiti çərçi­vəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir. Debet kartlarından fərqli olaraq kredit kartları öz sahibinə daha çox sərbəstlik verir. Lazım olduqda kart sahibi hesabında olduğu məbləğdən daha çox vəsait xərcləyə bilər, lakin yalnız bank tərəfindən təyin olunmuş kredit limiti çərçivəsində. Kredit kartları bankomat və ya Azərbaycan Beynəlxalq Bankının filiallarının kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün də istifadə edilə bilər. Bundan əlavə, onlar bütün dünyada məhsul və xidmətlərin haqqının ödənilməsi üçün qəbul edilirlər. Kredit kartları öz sahibinin maliyyə cəhətdən sabitliyini göstərir. “Visa Gold”, “MasterCard Gold”, “Visa Platinum” və “MasterCard Platinum” kimi elit kartların sahibləri isə əlavə imtiyaz və güzəştlər alırlar. Kredit kartları, həmçinin İnternet şəbəkəsində də ödəniş üçün qəbul edilir. Hər bir kartın üzərində isə universal və təkrarsız 16 işa­rəli nömrə, kart sahibinin adı, kartın qüvvədə olma müddətinin bitəcəyi tarix, habelə üz tərəfində göstərilən xüsusi üç işarəli CVV2/CVC2 kodu var.

Ümumiyyətlə, ödənişlərin nağdsız şəkildə ödənilməsində maraqlı olan dövlətin özü də kart siteminə keçməyi üstün tutur.

Mərkəzi Bank 2011-2015-ci illərdə Azərbaycanda nağdsız ödə­nişlərin inkişafı üzrə yeni dövlət proqramı hazırlamışdır. Proqramın əsas məqsədi “nağdsız cəmiyyət”in yaradılması olacaq. Azərbaycanda böyük potensiala malik milli elek­tron-ödəniş sistemi yaradılıb. Dövlət proq­ramının əsas vəzifəsi mövcud infrastruk­turdan maksimum istifadə ola­caq. Bununla əlaqədar dövlət proqramı çərçivəsində nağdsız ödənişlər sahəsində metodoloji və institusional bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Dövlət proqramının həyata keçirilməsi nəticəsində vahid ödəniş məkanı yaradılması gözlənilir ki, bu da ödəniş kartları sahiblərinin ödənişləri həyata keçirməsi prosesini asanlaşdıracaq.

V FƏSİL. PUL SİSTEMİ, EMİSSİYA VƏ PUL KÜTLƏSİ
5.1. Pul sisteminin mahiyyəti,

elementləri və ünsürləri
Pul sistemi — bu və ya digər ölkədə tarixən formalaşmış və qanunla təsbit olunmuş pul tədavülünün təşkili formasıdır. Pul sistemləri əsasən XVI-XVII əsrlərdə əmtəə istehsalının meydana çıxması və təşəkkülü ilə bağlı yaranmışdır, hərçənd pul sisteminin ayrı-ayrı ünsürləri əvvəllər təzahür etmişdir.

Pul sisteminin inkişafı iki mərhələ keçir: pul əmtəəsi - ümumi ekvivalent (qızıl) - bilavasitə tədavüldə olub, pul funksiyasını yerinə yetirəndə, pul əmtəəsi kimi qızılın rolü zəifləyəndə və tədavüldə kredit pullar fəaliyyət göstərəndə.

Нər bir ölkənin qanunvericiliyi milli pul sisteminin əsas ünsürlərini müəyyən edir:

• pul vahidinin adı (ABŞ-da dollardır və 100 sentə bölünür, Rusiyada - rubldur, 100 kopeykadan ibarətdir və Azərbaycanda – manat, 100 qəpikdən ibarətdir və s.);

• qiymət miqyasını;


  • qanuni ödəniş qüvvəsinə malik dövlət pul nişanlarını, onların emissiya və tədavülü qaydalarını (təminatı, buraxılışı, dövriyyədən çıxarılması və s.);

  • nağdsız dövriyyənin reqlamentləşdirilməsini;

• pul tədavülünün tənzimlənməsini həyata keçirən dövlət aparatını.

Pul sistemləri daim inkişafdadır və bu da pul sistemi ünsürlərinin dəyişilməsinə səbəb olur. Pul sisteminin ünsürü pulun hansı formada - əmtəə kimi, yoxsa dəyər nişanı kimi funksiyada çıxış etməsindən asılıdır. Pul sistemlərinin düzülüş formalarındakı prinsipial fərqlər metal dövriyyələr sistemi ilə bağlıdır ki, bu zaman pul əmtəəsi sikkə forma­sın­da və kredit və kağız pullar tədavülü sistemində fəaliyyət göstərir, bu zaman banknotlar, çeklər, veksellər və xəzinə biletləri dövriyyədə olur (bax: şəkil 5.1.).

Metal dövriyyəsi üçün pul sisteminin iki ünsürü xarakterikdir: bimetallizm və monometallizm.

Bimetallizm - elə pul sistemidir ki, burada iki metalın - qızıl və gümüşün - qarşılığında ümumi ekvivalent rolu qanunvericiliklə təsbit olunur, bu metallardan sikkələrin kəsilməsi və tədavülü isə bərabər əsaslarla baş verir. Bimetallizmin üç növü mövcud olmuşdur:


  • paralel valyuta sistemi, bu halda qızıl və gümüş pullar arasında nisbət bazarda metalın bazar qiymətinə uyğun olaraq kortəbii şəkildə qoyulurdu;

  • ikiqat valyuta sistemi, bu halda həmin nisbət dövlət tərəflndən müəyyən olunurdu;

  • «axsayan» valyuta sistemi, bu halda qızıl və gümüş pullar qanuni ödəniş vasitələri idilər, amma bərabər əsaslarla yox, belə ki, gümüş pullarm kəsilməsi azad kəsilən qızıl pullardan fərqli olaraq qapalı qaydada (bimetallizmin gümüş ayağı «axsayır») həyata keçirilirdi. Bu halda gümüş pullar qızılın nişanı olurdu.

Bimetallizm uzun müddət bir sıra Qərbi Avropa ölkələrində (o cümlədən həm də Rusiyada) mövcud olmuşdur. Burada qızıl və gümüş pullarm sərbəst kəsilməsi rejimi tətbiq olunurdu və bu pullar heç bir məhdudiyyəti olmayan qanuni ödəniş vasitəsi idilər. Lakin iki metalın ümumi ekvivalent kimi istifadə olunması pulun təbiətinə ziddir və qızıl və gümüşdə ifadə olunan kəskin qiymət sıçrayışına malikdir. Dəyər qanununun kortəbii fəaliyyəti nəticəsində son hesabda ikiqat dəyər ölçüsünü ləğv etdi, bimetallizmin bir pul sistemi kimi ziddiyyətliliyi və qeyri-sabitliyi monometallizmə keçidi gerçəkləşdirdi.

Monometallizm - elə pul sistemidir ki, bu zaman bir metal ümumi ekvi­valent rolunu oynayır, dövriyyədə isə qiymətli metallar üçün sikkələr (adətən qızıl və gümüş) və əvəzlənən (xırdalayıcı) dəyər nişanları fəa­liyyət göstərir. Qızıl monometallizm ilk dəfə XVIII əsrin sonlarında İngil­tərədə, XIX əsrin 70-ci illərdə isə digər Avropa ölkələrində tətbiq edil­mişdi. Gümüş monometallizm Rusiyada 1843-1852-ci illərdə, İs­veçdə - 1852-1893-cü illərdə, Hollandiyada - 1847-1875-ci illərdə möv­cud olmuşdur (bax: cədvəl 5.1. və şəkil 5.1.).

Şəkil 5.1. Müasir pul sisteminin ünsürləri



Cədvəl 5.1

Pul sisteminin tipləri


Bimetallizm

Monometallizm

Dövlət pul sistemini ümumi ekviva­lentlə iki metala həvalə edilmişdir (mis və gümüş; gümüş və qızıl)

Pul sistemində bir metal ümumi ekvivalent rolunu oynayır

Xüsusiyyətləri

1. İki metaldan sərbəst sikkə kəsil­məsi, onların məhdudiyyətsiz tədavülü

1. Bir metaldan sərbəst sikkə kəsilməsi (qızıl və ya gümüş

2. İki qiymət fəaliyyət göstərir

2. Bir qiymət fəaliyyət göstərir (qızıl və ya gümüş)

3. XVI-XVII əsrlərdə bəzi Qərbi Av­ropa ölkələrində XIX əsrdə qeyri-məh­suldar hərbi xərclərin iri həcmdə artması və büdcə çatışmamazlığı ilə əlaqədar fəaliyyət göstərmişdir

3. Əvvəlcə gümüş, sonra isə qızıl (Rusiyada 1842-1852-ci illərdə gümüş, sonra 1887-ci ildən qızıl)

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə