Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


Cədvəl 5 Çin iqtisadiyyatının xarici ticarətdən asılılığı



Yüklə 3,91 Mb.
səhifə16/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

Cədvəl 5

Çin iqtisadiyyatının xarici ticarətdən asılılığı


İl

ÜDM (mlrd. doll.)

Xarici ticarət dövriyyəsi

($ mlrd.)



XTD-nin ÜDM-də çəkisi (%)

İxrac

($ mlrd.)



İxracın ÜDM-də çəkisi (%)

İdxal

($ mlrd.)



İdxalın ÜDM-də çəkisi (%)

2001

10965,52

4218,36

38,47

2202,44

20,09

2015,92

18,38

2002

12032,27

5137,82

42,70

2694,79

22,40

2443,03

20,30

2003

13582,28

7050,15

51,90

3628,79

26,72

3419,56

25,18

2004

15987,83

9555,81

59,77

4910,33

30,71

4643,58

29,06

2005

18321,75

11692,18

63,81

6264,81

34,19

5427,37

29,62

2006

21192,35

14097,15

66,52

7759,46

36,61

6337,69

29,91

2007

25730,56

16674,02

64,80

9345,56

36,32

7328,46

28,48

2008

31404,50

17992,15

57,29

10039,49

31,96

7952,65

25,33

2009

34090,30

15063,07

44,18

8201,78

24,06

6861,29

20,12

2010

39798,30

19679,93

49,45

10443,71

26,24

9233,58

23,21

Mənbə: Китай у ворот. Материал подготовлен в Центре экономических и социальных проблем (ЦЭСИК) ИДВ РАН // http://www.opec.ru/1360274.html
Göründüyü kimi, Ümumdünya Ticarət Təşkilatına üzv olduğu 2001-ci ildə ÇXR-nın ÜDM-də xarici ticarətin xüsusi çəkisi 38,5% idisə, 2006-cı ildə 66,5% çatmışdır. Qlobal maliyyə böhranının təsiri ilə son­rakı iki ildə bu göstərici azalsa da, 2010-cu ildən yenidən yüksəlməyə başladı.

Dünya qiymətləri xətti ilə inflyasiyanın idxalı «üzən» valyuta məzənnələri şəraitində də baş verir. «Üzən» məzənnələr sistemində val­yutaların dəyərsizləş­məsi (devalvasiyası), 1970-ci illərdəki kimi kəskin şəkildə olmasa da, valyuta bazarında baş verir. Demək lazımdır ki, o illərdə dünya neft qiymətləri xətti ilə güclü inflyasiya idxalına təkcə inkişaf etmiş ölkələr deyil, neft idxal edən inkişaf etməkdə olan dövlətlər də məruz qalmışdır və nəticədə sonuncuların iqtisadiyyatları zəifləmişdir. Onlardan fərqli olaraq, sənayecə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan neft ölkələrinə ixrac etdikləri maşın, ava­danlıq, texnologiya, qismən də ərzaqın qiymətlərini qaldırdılar. İnflya­siyanın bu cür cavab ixracı nəticəsində inkişaf etməkdə olan neft ölkələrində daxili qiymətlər artdı və inflyasiya problemi kəskinləşdi.

İnflyasiyanın ixracı və idxalı xarici valyuta kütlələrinin bir ölkədən digərinə hərəkət etməsi əsasında da baş verir. 1960-cı illərdən başlayaraq dolların dün­yanın başlıca ehtiyat valyutası statusundan sui istifadə edən ABŞ tədiyyə ba­lansının kəsirlərini örtməkdən ötrü tez-tez ələvə dollar emissiyasına müraciət edir. Dollar kütləsinin ABŞ-ın kənarına axını dollar kreditlərinin verilməsi, ölkədən özəl kapitalın ixracı, Amerika banklarının avrovalyuta bazarının əməliyyatlarıda iştirak etmələri nəticəsində daha da güclənir. Bu böyük dollar kütləsi əsasən müxtəlif ölkələrin kommersiya banklarındakı hesablarda yerləşir. Həmin ölkələrin Mərkəzi bankları kommersiya banklarından xarici valyutanı (bizim misalda dolları) aldıqda banklarla milli valyuta ilə hesablaşır və, deməli, əlavə milli valyuta kütləsi tədavülə buraxılır. Bu hal, məsələn, milli ixracatçıların valyuta gəlirlərini qismən və ya tam məbləğdə məcburi şəkildə satmaları qaydası tətbiq edilən ölkələrldə baş verir. Xarici valyutanın əvəzinə ixracatçılar milli valyutada ekvivalent məbləği alırlar. Beləliklə, ölkənin kredit sistemi vasitəsilə xarici valyutada ifadə olunmuş tələblərin daxili ödəniş vasitələrinə çevrilməsi baş verir. Xarici və daxili tədiyyə dövriyyələrinin bu cür əlaqəsi valyutaların dönərliliyi şəraitində məneəsiz özünü göstərir. Banklarda xarici valyutaların milli valyutaya dəyişdirilməsi zamanı əlavə depozit-çek emisiyası baş verir. Nəticədə, bank­ların aktivində xarici valyuta, passivində (depozit hesablarda) isə əlavə buraxılmış milli pul kültəsi cəmlənir.

Beləliklə, dolların xaricə axını şəklində ABŞ-dan inflyasiya ixracı digər ölkələr üçün daxili qiymətlərin artması və pul kütləsinin böyü­məsinin səbəbi olan yeni xarici valyuta kütlələrinin axıb gəlməsi şəklində infl­yasiyanın idxalı deməkdir. Bu hər hansı bir ölkədə xarici invest­tisiyalar edildikdə də, özü də təkcə dollar ilə deyil, bütün sərbəst dönərli valyutalar, ilk növbədə ehtiyat valyutaları, ilə əlaqədar baş verir.

Eyni zamanda, ölkəyə xarici valyutanın güclü axını onun tədiyyə balan­sının müsbət saldosu və milli valyuta məzənnəsinin qalxması (revalvasiya) ilə nəticələnə bilər. Bu, idxal edilən əmtəələrin milli valyutadakı qiymətini aşağı salır və inflyasiyanın idxalına mane olur. Bu səbəbdən ölkəni xaricdəki yüksək inflyasiyadan qorumağın bir vasitəsi kimi revalvasiyadan istifadə olunur. Bu, aşağı inflyasiya müşahidə olunan ölkələr üçün xüsusilə vacibdir.

Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, müasir inflyasiya bir sıra xüsusiyyətlərə malikdir, yəni əvvəllər inflyasiya yerli səciyyəli idisə, hal-hazırda o, hər yerdə, hər ölkədə mövcuddur, qlobal səciyyə daşıyır. Əgər əvvəllər inflyasiya vaxtaşırı baş verirdirsə, indi isə daimi hala çevrilmişdir.

Müasir inflyasiya təkcə pul amillərindən deyil, həm də qeyri-pul amillərindən təsirlənir. Başqa sözlərlə, müasir inflyasiya daxili və xarici istehsalın və tədavülün qarşılıqlı əlaqəsindən doğan mürəkkəb çoxamilli prosesdir. İnflyasiyanın bütün amilləri konkret vəziyyətdən asılı olaraq, müxtəlif qüvvə ilə, qismən eyni vaxtda, qismən də ardıcıl şəkildə işləyir, üst-üstə düşür, inflyasiyanın vüsətini gücləndirən yeni əlavə təsirlərə səbəb olurlar. İnflyasiyanın amilləri yuxarıda gətirilənlərlə məhdud­laş­mır, lakin bunlar ən geniş yayılmış və ən fəal amillərdir.
6.2. İnflyasiyanın hesablanması
Müasir iqtisadiyyatda xroniki inflyasiyanın müəssisələrin və ma­liyyə-kredit təşkilatlarının fəaliyyət nəticələrinə, dövlət və əhalinin gə­lirlərinə təsirinin nəzərə alınması zərurəti yaranır. İnflyasiyanın kə­miy­yətcə qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərdən istifadə olunur:


  1. inflyasiyanın səviyyəsi;

İnflyasiyanın səviyyəsi (qiymətlərin artım sürəti) qiymətlərin orta (ümumi) səviyyəsinin nisbi dəyişməsidir. İnflyasiyanın səviyyəsi qiymətlərin müəyyən dövr ərzində neçə faiz qalxmasını göstərir:

Burada, R – inflyasiyanın səviyyəsi;

P1 – qiymətlərin cari il üçün orta səviyyəsi;

P0 – qiymətlərin keçən il üçün orta səviyyəsi.

Açıqlaması: cari ilin inflyasiya sürətini hesablamaq üçün cari ilin qiymətlər indeksi ilə keçən ilin indeksi arasındakı fərqi keçən ilin indeksinə bölürük.


  1. inflyasiya indeksi.

İnflyasiya, qiymətlərin orta (ümumi) səviyyəsinin qalxmağa olan da­vamlı meyli olduğundan, o, müxtəlif qiymət indeksləri vasitəsilə ölçü­lür. İnflyasiya indeksi qiymətlərin müəyyən dövr ərzində neçə dəfə qalx­dı­ğını göstərir:

I = 1 + R / 100

Müəyyən dövr üçün inflyasiya indeksi isə:



I = (1+R1/100)x(1+R2/100)x(1+R3/100)x … x (1+Rn/100).

Dövrlər və dövrlərdəki inflyasiya səviyyəsi bərabər olduqda inflyasiya indeksi:



I = (1 + R / 100)n.

Daha çox ümumi daxili məhsul (ÜDM) indeksi, topdansatış qiymətləri indeksi və istehlak qiymətləri indeksindən istifadə edilir.

Qiymətlərin ümumi səviyyəsinin ölçülməsi üçün ÜDM qiymətləri indeksindən istifadə edilir. O, ÜDM deflyatoru adlanır. Bu indeks cəmiy­yətdə istehsal edilmiş bütün yekun mal və xidmətləri əhatə etdiyindən cəmiyyətdəki qiymət dəyişikliklərini daha dolğun əks edir. ÜDM-in faktiki qiymətlərlə həcminin həmin ÜDM-in baza qiymətlərdəki həcminə nisbətini ifadə edən ÜDM deflyatoru Paaşe indeksi28 üzrə aşağıdakı kimi hesablanır:
ÜDM deflyatoru = (Nominal ÜDM / Real ÜDM) x 100
Nominal ÜDM cari ildə cari qiymətlərlə xərcləri, real ÜDM isə cari ildə baza ilin qiymətləri ilə xərcləri bildirir. Daha çox əvvəlki ilin qiymətləri baza kimi götürülür.

Topdansatış (istehsal təyinatlı əmtəələrin) qiymətləri indeksi qiy­mət­lərin zamanca nisbətini ifadə edir. Adətən baza ilin topdansatış qiy­mətləri 100 qəbul edilir, sonrakı illərin qiymətləri isə baza ilinə nisbətdə yenidən hesablanır. Məsələn, baza ili kimi götürülən 2009-cu ildə Azərbaycanda 1t xam neftin qiyməti 252,08 manat təşkil edirdisə, 2010-cu ildə 350,8 manat olmuşdur. Deməli, xam neftin qiymət indeksi (350,8 : 252,08) x 100 = 139,16 % təşkil etmişdir. Yəni, 2010-cu ildə orta qiymət baza 2009-cu ilə nisbətən 1,39 dəfə qalxmışdır.

İstehlak (istehlak malları) qiymətləri indeksi orta istehlakçının büdcəsinə daxil edilən və onun yaşayış minimumunu təşkil edən mal və xidmətlərin (istehlak səbətinin) müəyyən dövr üçün qiymətlərinin orta səviyyəsinin ölçülməsi üçün tətbiq edilir. Bu göstəricini həmçinin həyatın dəyəri indeksi də adlandırırlar. Məhz o, ölkədəki inflyasiyanın əhali üçün səviyyəsini səciyyələndirir. Bundan başqa, istehlak qiymətləri indek­sin­dən düzəliş əmsalı kimi də istifadə edilir. Məsələn, təzminat, zərər və s. məbləğlərinin hesablanmasında.

İnflyasiyanı bu indeks üzrə hesabladıqda çıxış nöqtəsi kimi istehlak səbəti qəbul edilir. Bu, orta statistik şəhər sakini tərəfindən müəyyən dövr (ay, rüb, il) ərzində alınan mal və xidmətlər dəstidir. Səbətin so­nuncu başa çatmış dövr üçün qiyməti baza kimi götürülür və həmin sə­bətin cari dövrün qiyməti ilə tutuşdurulur. Lakin, nəzərə almaq lazımdır ki, səbətin tərkibi dolğunluğuna və dəyişkənliliyinə görə ən mübahisəli məqamdır. Belə ki, səbət istehlakın gerçək quruluşuna uyğun olmalıdır. Belədə, zaman keçdikcə səbətin tərkibi dəyişməlidir. Eyni zamanda, sə­bətin tərkibinin istənilən dəyişməsi əvvəlki göstəricilərin cari gös­təricilərlə müqayisəsini mümkünsüz edir. İnflyasiya indeksi təhrif olunur. Digər tərəfdən, səbətin tərkibi dəyiş­dirilməsə, bir müddətdən sonra onun tərkibi istehlakın gerçək quruluşuna uyğun olmayacaq. O, müqayisəyə gələn nəticələr versə də, gerçək xərclərə uyğun olmayacaq və onların gerçək dinamikasını əks etməyəcək.

İstehlak qiymətləri indeksi Laspeyres indeksi29 üzrə aşağıdakı kimi hesablanır:

Qiymətlər indeksi = (Cari ilin bazar səbətinin qiyməti / Baza ilin bazar səbətinin qiyməti) x 100%

Bu indeksin 100% olması qiymətlərin dəyişməz olduğunu, 100%-dən yuxarı olması cari ildə qiymətlərin baza ili ilə müqayisədə qalx­masını, yəni pulun dəyərsizləşməsini, 100%-dən aşağı olması isə qiy­mətlərin səviyyəsinin enməsini, yəni deflyasiyanın baş verdiyini bildirir. İnflyasiya və deflyasiya proseslərinin eyni vaxtda parallel baş verməsinə biflyasiya, yaxud miksflyasiya deyilir. Biflyasiya zamanı əsas gəlir (əmək haqqı) həddində alınan əmtəələrin qiymətlərinin qalxması (inflyasiya) və paralel olaraq əsasən kreditə alınan malların qiymətlərinin enməsi (deflyasiya) baş verir. Həmçinin, qeyd edək ki, qiymətlərin artım sürə­tinin zəifləməsinə dezinflyasiya deyilir.


6.3. İnflyasiyanın növləri, təzahür formaları və inkişaf qanunauyğunluqları
İnflyasiyanın növləri və təzahür formaları

İnflyasiyanın təsnifatı müxtəlif meyarlara əsaslanır. Belə ki, inflyasiyanın amilləri haqqında deyilənlərdən aydın olur ki, inflyasiyanın amilləri pul tədavülü və əmtəələrin istehsalı və təklifi sahələri tərəfindən çıxış edirlər (pul və qeyri-pul amilləri). İnflyasiyanın pul və qeyri-pul amillərinin təsiri altında yaranması mümkünlüyü onun aşağıdakı iki növünün fərqləndirilməsinə səbəb olur:



  1. tələb inflyasiyası. O, pullu tələbin əmtəə təklifindən çox olmasını yara­dan pul amillərinin təsirindən irəli gəlir. Başqa sözlərlə, məcmu tələbin istehsalın real həcmi ilə müqayisədə artıq olması tələb inflyasiyasını ortaya gətirir. Səbəb odur ki, məcmu tələbin genişlənməsi şəraitində istehsal güclərinin tam yüklənməsi səbəbindən təklifi artırmaq mümkün olmur. Pullu tələbin genişlənməsi iqtisadiyyatın hərbiləş­diril­məsi və hərbi xərclərin artması, dövlət büdcəsi kəsiri və daxili borcunun böyüməsi, bankların kredit ekspansiyası, hədsiz investisiyalar, idxal edilmiş inflyasiya üzündən əmələ gəlir. Tələb inflyasiyasının qrafik təsvirini aşağıdakı kimi vermək olar:

Şəkil 1. Tələb inflyasiyası


Şəkilə izahat: tələb inflyasiyası o vaxt baş verir ki, məcmu tələb əyrisi (AD) yuxarı hərəkət edir, məcmu təklif əyrisi isə (AS) dəyişməz qalır, yaxud AD əyrisini qabaqlamadan yuxarı hərəkət edir. Qısa müddət ərzində pul kütləsinin böyüməsi AD əyrisini hərəkətə gətirir (AD1→AD2) və iqtisadiyyatın məcmu təklifin 2 və 3 mövqelərində olması qiymətlərin qalxmasına gətirir ki, bu da tələb inflyasiyasıdır.

  1. xərclər inflyasiyası. Onun yaranması və inkişafı maddi is­the­sal müstəvisində olan amillərin təsiri ilə baş verir. O, xammal, material, yanacağın bahalaşması, həmkarlar ittifaqlarının təzyiqi altında əmək­haqlarının qalxması, inhisarçı qüvvələrin təsirinin güclənməsi səbəbinbən xərclərin, yəni maya dəyərinin, artmasına və qiymətlərin qalxmasına, bunun ardınca isə pul kütləsinin genişlənməsinə səbəb olan qeyri-pul amillərdən irəli gəlir. İstehsal edilən məhsulun hər vahidinə düşən xərclərin artması qiymətlərin mövcud səviyyəsi şəraitində istehsalçıların təklif etdikləri məhsulun həcmini azaldır.

Lakin qiymətqoyma prosesinə başqa qeyri-pul amilləri də təsir göstərə bilər:

a) əmək məhsuldarlığının aşağı düşməsi və istehsalın azalması. Məsələn, ABŞ iqtisadiyyatında əmək məhsuldarlığının orta illik sürəti 1961-1973-cü illərdə 2,3% səviyyəsində idisə, 1974-1980-ci illərdə isə 0,2% olmuşdur. Sənayedə isə bu göstərici 3,5% və 0,1% təşkil etmişdir. Digər sənaye ölkələrində də oxşar hallar baş verirdi. Əmək məh­sul­darlığının artımının zəifləməsinin həlledici səbəbi silsiləvi və struktur böhranların təsiri altında təkrar istehsal şəraitinin pisləşməsi olmuşdur.

b) 1960-cı illərin ikinci yarısı – 1970-ci illərin əvvəllərindən başlayaraq inkişaf etmiş ölkələrdə xidmət sahəsinin məhsulluna tələbin artması bu sahənin əhəmiyyətini də artırmışdır. Maddi istehsal sahələri ilə müqayisədə əmək məhsuldarlığının nisbətən zəif artması, ümumi istehsal xərclərində əmək haqqının xüsusi çəkisinin isə yüksək olması bu sahənin səciyyəvi xüsusiyyətidir. Bu isə xidmət sahəsinin məhsulunun bahalaşmasına səbəb olur.

c) qlobal enerji böhranları. İkinci dünya müharibəsindən sonrakı dövrdə 1973, 1979, 1990, 2000, 2004-2005, 2007-2009-cu illərdə xam neftin və digər enerjidaşıyıcılarının kəskin bahalaşması baş vermişdir. Bu isə enerjidaşıyıcılarının idxalından asılı olan ölkələrdə inflyasiya prose­sinin şiddətlənməsinə güclü təsir göstərməyə qadirdir.

Xərclər inflyasiyasının qrafik təsvirini aşağıdakı kimi vermək olar:

Şəkil 2. Xərclər inflyasiyası


Şəkilə izahat: məcmu təklif əyrisinin sola hərəkəti (AS1→AS2) məhsul vahidinə düşən xərclərin artmasını əks edir, qiymətlər qalxır (P1→P2), istehsalın real həcmi, yəni real ÜMM azalır (Y21).

Yüksək inflyasiya şəraitində çox vaxt bu iki növün bir-birinə qar­şılıqlı təsiri və cülğaşması müşahidə olunur. Nəticədə «qiymət-əmək haqqı» silsiləsi (spiralı) əmələ gəlir. Belə ki, tələb inflyasiyası şə­raitində iqtisadi agentlər davranışlarına dəyişikliklər edir, yəni inflyasiya göz­lə­mələrinin güclənməsinin təsiri ilə nominal əməkhaqları qaldırılır. Bu isə orta istehsal xərclərinin artmasını və deməli tələb inflyasiyasının xərclər inflyasiyasına çevrilməsini bildirir. Burada iqtisadi agentlərin inflyasiya gözləmələri ötürücü mexanizm rolunu oynayır.

Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növünü fərqləndirirlər:


  1. mötədil (mülayim, sürünən) inflyasiya. Qiymətlərin orta illik artım sürəti 10%-ə qədərdir. Sənaye ölkələrində belə şəraitdə pulun dəyəri nisbətən sabit saxlanıldığından, onu normal iqtisadi inkişafın təbii, həyəcan və təhlükə yaratmayan tərkib hissəsi kimi qəbul edirlər. Qərb iqtisadçılarının rəyincə, pul kütləsinin müvafiq artımı ilə müşayiət olunan mülayim inflyasiya istehsalın inkişafını, onun quruluşunun təkmilləş­diril­məsini həvəsləndirə bilər. Onların məntiqinə görə, pul kütləsinin artması tədiyyə dövriyyəsini sürətləndirir, krediti ucuzlaşdırır, investisiya fəaliy­yə­tinin fəallaşmasına və istehsalın genişlənməsinə xidmət edir. İstehsalın artması isə nisbətən daha yüksək qiymətlər səviy­yəsində əmtəə və pul kütlələri arasındakı tarazlığın bərpası ilə nəticələnir. Digər tərəfdən, müəllifi ABŞ-nın 32-ci prezidenti F.D.Ruzveltin olduğu hesab edilən belə bir kəlamı da unutmaq olmaz: «Az-maz inflyasiyalı olmaq, az-maz hamilə olmaq kimi bir şeydir».

  2. çaparaq inflyasiya. Qiymətlərin artım sürəti 10-100%-ə çatır. İq­tisadiyyat üçün təhlükəlidir, təcili antiinflyasiya tədbirlərinin gö­rülməsini tələb edir. Daha çox inkişaf etməkdə olan ölkələrə xasdır.

  3. hiperinflyasiya. Qiymətlərin orta illik artım sürəti 100%-dən çoxdur. Qeyd edilməlidir ki, bu sürət həddi inkişaf etmiş ölkələrə aid edilir. İnkişaf etməkdə olan, qeyri-sabit, keçid iqtisadiyyatlı ölkələr üçün isə hiperinflyasiyanın başlanqıc həddi daha yüksəkdir.

Keçmiş və müasir dövrlərdən qiymətlərin orta illik artım sürəti üç, dörd və hətta beş ədədli rəqəmlərlə ölçülən hiperinflyasiya nümunələri məlumdur. Məsələn, Almaniyada 1923-cü ildə inflyasiya ayda 3,25 milyon % təşkil etmişdir, yəni hər 49 saatdan bir qiymətlər 2 dəfə artırdı. Macarıstanda isə 1945-1946 illərdə bu göstəricilər ayda ≈ 42 kvadrilyon % və 15 saat olmuşdur. 1990-cı illərin ilk yarısında Yuqoslaviyanın par­ça­lanması şəraitində inflyasiya ≈ 5 kvadrilyon % səviyyəsinə çatmışdır. Lakin bu sahədə rekord göstərici 2008-ci ildə Zimbabvedə qeydə alın­mışdır – rəsmi mənbələrə görə inflyasiya 231 milyon %, qeyri-rəsmi mən­bələrə əsasən isə 6,5x10108 % təşkil etmişdir, yəni qiymətlər hər 1,5 saat­dan bir 2 dəfə artırdı.

Cədvəl 2

XX əsrin hiperinflyasiyası





I Dünya müharibəsindən sonra

Avstriya

Macarıstan

Almaniya

Polşa

SSRİ

Hiperinflyasiyanın

birinci ayı



Oktyabr 1921

Mart
1923

Avqust
1922

Yanvar
1923

Dekabr 1921

Hiperinflyasiyanın sonuncu ayı

Avqust 1922

Fevral 1924

Noyabr 1923

Yanvar 1924

Yanvar 1924

Hiperinflyasiyanın uzunluğu (ay)

11

12

16

13

26

Müddət ərzində qiymət artımı (dəfə)

69,9

44

1,02x1010

699

1,24x105

İnflyasiyanın orta aylıq artım sürəti (%)

47,1

46

322

81,4

57


İnflyasiyanın aylıq maksimal artım sürəti (%)

134

98

32400

275

213








II Dünya müharibəsindən sonra

Macarıstan

Yunanıstan

Çin30

Hiperinflyasiyanın birinci ayı

Avqust 1945

Noyabr 1943

Fevral 1947

Hiperinflyasiyanın sonuncu ayı

İyul 1946

Noyabr 1944

Mart 1949

Hiperinflyasiyanın uzunluğu (ay)

12

13

26

Müddət ərzində qiymət artımı (dəfə)

3,81x1027

4,7x108

4,15x106

İnflyasiyanın orta aylıq artım sürəti (%)

19800

365

79,7

İnflyasiyanın aylıq maksimal artım sürəti (%)

41,9x1015

85,5x106

919,9







1980-1990

Argentina

Boliviya

Braziliya

Nikaraqua

Peru

Polşa

Yuqoslaviya

Hiperinflyasiyanın

birinci ayı



May
1989

Aprel 1984

Dekabr 1989

Aprel

1987


Sentyabr 1988

Oktyabr 1989

Sentyabr
1989

Hiperinflyasiyanın sonuncu ayı

Mart 1990

Sentyabr 1985

Mart 1990

Mart 1991

Aprel 1989

Yanvar 1990

Dekabr 1989

Hiperinflyasiyanın uzunluğu (ay)

11

18

4

48

8

4

4

Müddət ərzində qiymət artımı (dəfə)

664,5

1028,5

8,0

5,53x105

23,54

3,96

5,18

İnflyasiyanın orta aylıq artım sürəti (%)

65,95

48,1

68,6

46,45

48,4

41,2

50,9


İnflyasiyanın aylıq maksimal artım sürəti (%)

196,6

182,8

81,3

261,15

114,1

77,3

59,7


Mənbə: Sachs, Jeff «Macroeconomics in the Global Economy», N.J. 1993, page 730.

Buna görə də hiperinflyasiyanın yuxarıda gətirilən anlamı çərçi­və­sində nisbətən daha dar olan superinflyasiya anlayışını ayırırlar. Super­inflyasiya zamanı qiymətlərin aylıq artım sürəti 50% və daha çox olur ki, bu da qiymətlərin ildə minimum 129,7 dəfə artması deməkdir. Bununla belə, müxtəlif mənbələrdə hiperinflyasiya həddi fərqli müəyyən edilir. Məsələn, fikirlərin birisinə görə bu hədd qiymətlərin illik artımının 10 dəfədən (+900%) çox olması təşkil edir. Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (Standart IAS 29) əsasən isə qiymətlərin artım sürətinin 3 il ərzində 100%-dən (3 il ərzində ayda 2%-dən) çox olması artıq hiperinflyasiyadır.

Hiperinflyasiyaya səbəb sürətlə böyüyən büdcə kəsirinin örtülməsi üçün mərkəzi hökumət tərəfindən pul emissiyasının astronomik miqyaslarda artırılmasıdır. Tədavüldəki pul kütləsinin hədsiz şişməsinin təsiri ilə pulun dəyərsizləşməsi böyük sürətlə baş verdiyindən pulun iqtisadiyyatdakı rolu heçə enir. Hiperinflyasiya «puldan qaçma»ya rəvac verir, bank sistemini dağıdır, istehsalı və bütövlükdə bazar mexanizmini iflic edir, istehsalçıları və istehlakçıları barter mübadiləsinə keçməyə vadar edir. Hiperinflyasiya gözləmələri əhali arasında və işgüzar dairə­lərdə çaxnaşmaya səbəb olur. Daha çox uzun sürən və dağıdıcı mü­haribələr, ictimai böhranlar şəraitində baş verir.

Antiinflyasiya siyasətinin məzmunundan, təsir gücündən, tətbiq edilən metod və alətlərdən asılı olaraq açıq (aşkar) və gizli inflyasiyanı göstərmək olar. Birinci halda qiymətlərin davamlı artımı və milli valyuta məzənnəsinin enməsi heç nə ilə məhdudlaşdırılmır və sərbəst baş verir. Bu, bazar iqtisadiyyatlı ölkələr üçün səciyyəvidir. Burada tələblə təklifin toqquşması qiymətlərin açıq şəkildə qalxmasına şərait yaradır. Mühüm məqam odur ki, açıq inflyasiya bazar proseslərini təhrif etsə də, qiymətlərin istehsalçılara və alıcılara ən sərfəli kapital qoyuluşları sahə­lə­rini göstərən indikator rolunu inkar etmir.



Gizli inflyasiya zamanı dövlət əmtəə qıtlığı şəraitində qiymətlərə sərt nəzarət tətbiq edir. Məsələn, dövlət qiymətləri «dondurur». Lakin qiymətlər dəyişmədiyi halda əmtəələrin keyfiyyəti aşağı düşür. Yaxud guya yeni olan əmtəələrə daha yüksək qiymətlər təyin edilir. Bir qayda ola­raq, qiymətlərin yüksək olduğu qara bazar yaranır. Mal qıtlığı və növbələr adi hala çevrilir.

Pulun gizli dəyərsizləşməsinə əmtəələrin istehlak xüsusiyyətlərinin pisləşdiyi halda onların qiymətinin dəyişməz qalması ilə səciyyələnən və gizli inflyasiyanın «ikinci üzü» olan keyfiyyət inflyasiyası aiddir. Bu halın digər təzahürü qiymətlərin əmtəələrin keyfiyyətinin yüksəlməsindən daha artıq dərəcədə artmasıdır.



İnflyasiya şoku (sarsıntısı) qiymətlərin bir anda kəskin qalxmasıdır. O, qiymətlərin açıq şəkildə sürətlə qalxmasına təkan ola bilər.

Yayılma miqyaslarına görə lokal, regional və qlobal inflyasiyanı göstərmək olar.



Lokal inflyasiya zamanı qiymətlərin qalxması konkret ölkənin sərhədləri ilə məhdudlaşır.

Regional inflyasiya dünyanın konkret regionu, bu regionun ölkələləri ilə məhdudlaşır.

Qlobal inflyasiya dünyanın konkret coğrafi məkanında yaransa da, tezliklə bütün dünyaya yayılır.

İqtisadiyyatın qiymət artımına nə dərəcədə uyğunlaşmasından asılı olaraq tarazlaşdırılmış və tarazlaşdırılmamış inflyasiyanı fərqləndirirlər. Birinci halda müxtəlif əmtəə qruplarının ayrı-ayrılıqda qiymətləri dəyişsə də, qiymətlər arasındakı nisbətlər dəyişməz qalır. Qiymətlərin illik artımına müvafiq olaraq faiz dərəcələri qaldırılır ki, bu da qiymətlərin sabit olduğu iqtisadi duruma uyğun gəlir.



Tarazlaşdırılmamış inflyasiya zamanı müxtəlif əmtəələrin qiy­mət­ləri bir-birinə qarşı daima və fərqli nisbətlərdə dəyişir. Belədə, sənayenin inkişaf imkanları məhdudlaşır, yaranmış şərait isə daha çox möhtəkirlik və vasitəçilik fəaliyyəti üçün əlverişlidir.

Qiymət artımının gözlənilmə dərəcəsinə görə gözlənilən və göz­lə­nilməz inflyasiyanı göstərmək olar. Gözlənilən inflyasiya müəyyən dövr üçün proqnoz-laşdırılır (mərkəzi hökumət tərəfindən «planlaşdırılır»).



Gözlənilməz inflyasiya qiymətlərin qəfildən sıçrayışıdır ki, bu da ilk növbədə pul tədavülü və vergi sisteminə mənfi təsir göstərir. Başlıcası odur ki, cəmiyyətdə, iqtisadiyyatda inflyasiya gözləmələrinin həmin ana olub-olmamasıdır. Əgər belə gözləmələr vardırsa, qiymətlərin qəfil sıçrayışı sonrakı inflyasiya gözləmələrinə təkan verə bilər, onlar isə qiymət artımını daha da həvəsləndirəcək.

İnflyasiya gözləmələri zəif olduqda isə, qiymətlərin qəfil qalx­masına əhalinin reaksiyası tam başqa ola bilər. İstehlakçılar bazarda pullu tələbi azaltmaqla istehlakını məhdudlaşdırır, daha çox pulu yığmaqa meyilli olur və nəticədə qiymətlər enir, iqtisadiyyat isə yenidən sabit duruma qayıtmış olur. Belə hala «Piqu effekti» deyilir.31 Lakin, bilmək vacibdir ki, «Piqu effekti» çevik qiymət və faiz dərəcələri şəraitində və inflyasiya gözləmələri olmadıqda baş verir.



Təxirə salınmış inflyasiya anlayışı da mövcuddur. İnflyasiyanın bu növü uzunmüd­dət ərzində pul və əmtəə kütlələri arasındakı getdikcə güclənən uyğunsuzluqla bağlıdır. Uzun illər ərzində təklifin quruluşunun ödəmə qabiliyyətli tələbin quruluşuna cavab verməməsi nəticəsində əhali yığımlarının böyük hissəsi məcburi, təxirə salınmış səciyyə daşıyır. Xüsusilə keçmiş SSRİ-də geniş yayılmış hal idi.

Dövlətin inflyasiya prosesinə təsir göstərmək qabiliyyətindən asılı olaraq nəzarət edilən və nəzarətsiz inflyasiyanı göstərmək olar.

2000-ci illərdə Goldman Sachs investisiya şirkəti tərəfindən aqrar sahənin məhsullarına qiymətlərin kəskin artmasını ifadə edən «aqflyasiya» anlayışı ortaya gətirilmişdir. Aqflyasiya aqrar mənşəli ərza­qın və texniki bitkilərin qiymətlərinin ümumi qiymət artımı, yaxud qeyri-aqrar sahədəki qiymətlərin artımı ilə müqayisədə daha sürətlə artmasını bildirir. Əslində, bu, inflyasiyanın ümumi səviyyəsinin nisbətən aşağı olması, əmək haqqının cüzi qalxması və ərzaq ehtiyatlarının azalması fonunda ərzaq qiymətlərinin sürətlə qalxması deməkdir. BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) ərzaq qiymət indeksi 2010-cu ilin iyun-dekabr aylarında 32% artaraq 215 punkt səviyyəsinə çatmışdır. 2011-ci ilin yanvarında isə bu göstərici 231 punkt olmuşdur ki, bu da ərzaq qiymət indeksinin 1990-cı ildən başlamış tarixində rekord səviyyə olmuşdur.

Ən nəhayət, idxal və ixrac edilən inflyasiya. Onlar haqqında yuxarıda, inflyasiyanın xarici iqtisadi amilləri ilə əlaqədar geniş danışılıb.

İnflyasiyanın iqtisadiyyatın hansı halqasında meydana gəlməsindən asılı olmayaraq son nəticədə zəncirvari reaksiya (ardıcıllıq) yaranır ki, bu da təkrar istehsal ünsürlərinin qarşılıqlı əlaqəsindən irəli gəlir. Pul tədavülü qanununun pozulması, yəni pullu tələb və əmtəə təklifi arasında qeyri-tarazlıq həm qiymətlərin artması, həm də pul kütləsinin qalxmış qiymətlər səviyyəsinə qədər genişlən­dir­ilməsi yolu ilə aradan qaldırılır. Bir qayda olaraq inflyasiya pulun aşağıdakılara nisbətən dəyər­siz­ləş­məsində təzahür edir:


  1. Yüklə 3,91 Mb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə