Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


Beynəlxalq Valyuta Fondu vəsaitləri hesabına maliyyələşmə və kreditləşmə mexanizmləri



Yüklə 3,91 Mb.
səhifə40/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   42

Beynəlxalq Valyuta Fondu vəsaitləri hesabına maliyyələşmə və kreditləşmə mexanizmləri


Mexanizm növü

Maliyyələşmə şərtləri

1

2

Adi mexanizmlər

Ehtiyat payı

Ölkə öz ilk tələbi ilə öz ehtiyat mövqeyi həddində xarici valyuta ala bilər. Ehtiyat payı ölkənin öz vəsaiti olduğundan, ondan istifadə kreditləşdirmə deyil – ölkə buna görə borc qaytarmır və milli valyutasını almaq məcburiyyətində deyil.

Kredit payı

Ölkə öz kvotasının 125% və ya daha çox məbləğdə ehtiyat payından əlavə xarici valyutada vəsait əldə edə bilər. Bu payda kreditlər mərhələli verilir və onun kvotasının 25%-i təşkil edir. Onu almaq üçün ölkə ödəmə balansındakı problemləri həll etməyə hazır olduğunu göstərə bilməlidir. Hər bir növbəti paya keçərkən Beynəlxalq Valyuta Fondu daha sərt kreditləşmə şərtləri irəli sürür. İkinci kredit payından başlayaraq vəsait ayrılması praktiki olaraq stand-by kreditləri şərtləri ilə baş verir.

Stand-by kreditləri barədə ra­zılaşma

Ardıcıl olmayan və ya dövri xarakter daşıyan ödəmə balansı kəsrinin maliyyələşməsinə yardım üçün Beynəlxalq Valyuta Fondu üzvlərinə qısamüddətli (adətən 1-2 illik) yardım üçün nəzərdə tutulur. Ölkəyə milli valyuta qarşılığında razılaşdırılmış həddə və müəyyən şərtlərə əməl etmək şərti ilə razılaşdırılmış müddətlə xarici valyutanı mərhələli şəkildə əldə etmək imkanı qarantiya edilir. Şərtlərə əməl edilməməsi halında dövlət növbəti krediti almaqdan imtina edə bilər. Kreditləşmə müddəti bitəndə milli valyutanı geri almaq tələb olunur.

Kreditin genişləndirilməsi me­xanizmi

Ölkə ciddi makroiqtisadi və struktur problemləri yaradan ödəmə balansını maliyyələşdirməkdə ciddi çətinliklər çəkəndə tətbiq olunur. Genişləndirilmiş kreditləşdirmə çərçivəsində ölkəyə milli valyuta qarşılığında razılaşdırılmış şərtlərlə onun kvotasına nisbətən kredit payı mexanizmində olandan böyük həcmdə 3-4 il müddətinə valyuta verilir. Valyuta müəyyənləşdirilmiş hissələrdə (tranşlarda) müəyyən aralıqlarla verilir. Müddət bitdikdən sonra milli valyuta geri alınmalıdır.

Xüsusi mexanizmlər

Sistemli yenidənqurmanın ma­liy­yələşdirilməsi mexanizmi (1993-1995-ci illərdə tətbiq olunub)

Bazar qiymətlərindən kənar beynəlxalq dövlət ticarətindən bazar qiymətli bazar münasibəti əsaslı çoxtərəfli ticarətə keçən ölkələrin (keçmiş MDB ölkələri kimi) bununla əlaqədar ödəmə balansında yaranan kəsiri örtmək üçün Beynəlxalq Valyuta Fondu üzvlərinə maliyyə yardımı edilirdi. Bu mexanizm çərçivəsində ölkə yarımillik aralıqlarla iki bərabər ölçüdə, kvotasının 50%-ə qədər vəsait cəlb edə bilərdi.

Kompensasiya və fövqəladə ma­liy­yələşdirmə mexanizmi

Fövqəladə xarici faktorlarla əlaqədar ödəmə balan­sında kəsir yaranan ölkələrin kreditləşdirilməsi üçün istifadə olunur (təbii fəlakət, dünya bazarlarının gözlənilməz dəyişməsi və sair). Yuxarı kreditləşmə həddi ölkənin kvotasının 30% həcmindədir və uzun­müd­dətli pay və digər fövqəladə maliyyələşdirmə növləri istifadə olunanda kvotanın 95%-ə qədər.

Bufer ehtiyatını maliyyələş­dir­mə mexanizmi

Dünya bazarında qiymətlərin sabitləşdirilməsi məq­sədi ilə ölkənin xammal ehtiyatının yaradıl­ma­sında iştirakı ilə əlaqədar ödəmə balansında yaranan çə­tinlikləri maliyyələşdirmək üçün istifadə olunur. Bu mexanizm çərçivəsində ölkə kvotasının 35%-ə qədər borc götürə bilər.


Əlavə ehtiyatların maliyyə­ləş­dirilməsi mexanizmi

Dünya valyuta sisteminin sabitliyinin pozulmasına gətirə biləcək milli valyutaya inamın kəskin azal­ma­sı, ölkədən kapital axını və qızıl ehtiyatlarının mü­vafiq surətdə azalması ilə əlaqədar ödəmə ba­lan­sında kəskin kəsir olduqda üzv dövlətlərin eh­ti­yatlarını artırmaq üçün nəzərdə tutulur. Bu me­xa­nizm çər­çi­və­sindəki kreditləşdirməyə limit qoyul­mur və öl­kələrin stand-by və ya kreditləşmənin ge­niş­lən­məsi razılaşmaları ilə aldıqları vəsaitlərə əlavə ve­rilir. Kreditlər bir qayda olaraq ilyarıma verilir və ölkələr buna görə artırılmış faiz dərəcəsi ödəyirlər.

Güzəştli əsaslarla maliyyələşdirmə mexanizmləri

Struktur yenidənqurmasının ma­liy­yələşdirilməsi mexanizmi (1986-1993-cü illərdə tətbiq olunub)

Tədiyyə balansı üzrə xroniki çətinliklər çəkən və adambaşına gəlirin aşağı olduğu ölkələrə kömək etmək üçün tətbiq olunurdu. Ortamüddətli mak­ro­iqtisadi stabilləşdirmə və struktur yenidən­qur­ması proqramlarının dəstəklənməsi üçün müstəsna olaraq güzəştli şərtlərlə borc şəklində verilirdi. Maksimal məbləğ ölkənin kvotasının 50%-ni təşkil edə bilər.

Struktur yenidənqurmasının ge­niş maliyyələşdirilməsi mexa­nizmi

İqtisadiyyatın ciddi struktur yenidənqurmasını hə­yata keçirən, adambaşına gəlirin aşağı olduğu öl­kə­lərə əlavə yardım kimi nəzərdə tutulub. Mak­simum məbləği ölkənin kvotasının 190%, müstəsna hallarda isə 255% təşkil edir. Borc 3 ilə, mərhələli verilir.

Fövqəladə yardım

Beynəlxalq Valyuta Fondu üzvlərinə fövqəladə hallarla əlaqədar ödəmə balansındakı kəsri örtmək üçün valyutanın birbaşa satın alınması formasında edilir. Yardımın həcmi bir kredit payına bərabər məbləğlə məhdudlaşır və yalnız müstəsna hallarda daha iri məbləğdə ayrıla bilər.



Maliyyələşmənin adi mexanizmləri borclu dövlətin ödəmə balan­sın­dakı problemlərin ümumiyyətlə həlli üçün istifadə olunur. Xüsusi mexa­nizmlər Beynəlxalq Valyuta Fondu üzvlərinə tədiyyə balansında ya­ra­nan xüsusi problemlərin həlli üçün istifadə olunur. Bu, əlavə yardım xarakteri daşıyır, yəni ölkənin ehtiyat xətti və ya kredit payı üzrə ala bi­ləcəyi adi yardım məbləğinə təsir etmir. Lakin ödəmə balansının maliy­yələşdirilməsində bu və ya digər problemin həlli üçün ölkə yalnız ma­liyyələşdirmə mexanizmlərindən biri üzrə yardım ala bilər.

Güzəştli əsasda maliyyələşdirmə mexanizmi adambaşına gəlirin aşağı olduğu ölkələrə nisbətən uzunmüddətli yardım etmək üçün ya­ra­dılıb. Belə yardım üçün Beynəlxalq Valyuta Fondunun ümumi ehtiyatları deyil, yaradılan alternativ, xüsusi fondlarından istifadə olunur.

Beynəlxalq Valyuta Fondu iqtisadi siyasət və texniki yardım üzrə tövsiyələrini öz səlahiyyətlərinə daxil olan müəyyən ixtisaslaşmış sahələr üzrə təqdim edir. Bunlara daxildir: büdcə-vergi və pul-kredit siyasətinin formalaşdırılması və realizə edilməsi, təşkilati-hüquqi strukturun for­ma­laş­dırılması (xüsusilə, Mərkəzi Bankın, xəzinənin, vergi və gömrük or­qanlarının yaradılması), audit fəaliyəti, mühasibat uçotunun təşkili, rəsmi statistikanın yığılması və tərtibi. Yardım yalnız o halda təqdim olunur ki, ölkə özünün kadrlarının olmaması səbəbindən lazımi bilik vermək və kadrlar hazırlamaq üçün mütəxəssis göndərməsi üçün Beynəlxalq Val­yuta Fonduna müraciət edir.

Belə yardıma ehtiyac xüsusilə yeni müstəqil ölkənin ya­randığı 1960-1970-ci illərdə və Şərqi Avropa və MDB ölkələrinin bazar iqtisa­diy­yatına qədəm qoyduğu 1990-cı illərdə böyük idi.

İxtisaslı kadrların hazırlanmasına kömək etmək üçün 1964-cü ildə Vaşinqtonda Beynəlxalq Valyuta Fondu İnstitutu yaradıldı. Orada işi Beynəlxalq Valyuta Fondunun fəaliyyəti ilə bağlı olan işçilər təhsil alır. Kadrların hazırlanmasına yardım valyuta və maliyyə statisti­ka­sının, həm­çinin tədiyyə balansı barədə məlumatların toplanması və təqdimatında metodların beynəlxalq standartlaşmasına xidmət edir.

İqtisadi siyasət və texniki yardım üzrə tövsiyələri ilə Beynəlxalq Valyuta Fondu ölkələrin iqtisadiyyatlarının idarəetməsini yaxşılaş­dır­ma­ğa kömək edir. Xüsusilə də, dövlət sektorunun şəffaflığını artırmağa (büd­­­cə­nin, milli bankın və ümumilikdə dövlət sektorunun maliyyə əmə­liy­­­yat­larının şəffaflığı), qərar verilməsində səhvlərə yol verilməsinin qarşısının alınması, korrupsiya ilə mübarizəyə xidmət edir. Bu məqsədlə Bey­nəl­xalq Valyuta Fondu qiymət formalaşdırılmasında liberallaşdırma, valyuta və ticarət məhdudiyyətlərinin aradan qaldırılması, kreditdən bir­başa isti­fadədən imtina, xərclərə nəzarət və sair tərəfdarıdır. Dövlət sek­to­runun hesabatlılığının artırılması özəl sektorun ona inamını artırır və bu da iqtisadi inkişafa xidmət edir.

Texniki yardımın əhəmiyyətli hissəsi məsləhət missiyaları vasitəsilə edilir. Bundan əlavə, bu və ya digər ölkədə islahat apa­rıl­ma­sında tövsiyə verilməsinə yardım etmək üçün Beynəlxalq Valyuta Fondu ora öz mütəxəssislərini altı aydan iki ilədək ezam edir. Texniki yardım əvəzsiz, Beynəlxalq Valyuta Fondu vəsaiti hesabına, həmçinin Birləşmiş Millətlər Təşkilatının inkişafı Proqramı çərçivəsində razılaşma ilə, Dünya bankı, Avropa İttifaqı və digər donorlarla birgə həyata keçirilir.

Son illər Beynəlxalq Valyuta Fondunun texniki yardımına ehtiyac çox böyükdür. Texniki yardımın miqyası, çətinliyi və layihələrin müd­dəti nəzərə alınır. Belə bir fikir möhkəmlənir ki, səmərəli texniki yar­dımın vaxtında edilməsi stabilləşdirmə proqramlarının uğurla həyata keçirilməsinin əhəmiyyətli faktorlarındandır. Buna görə də, nəzarətlə ya­naşı və stabilləşdirmə proqramlarıın işlənməsi və maliyyələşdirilməsi ilə birgə, iqtisadi siyasət və texniki yardım üzrə tövsiyələr Beynəlxalq Valyuta Fondunun fəaliyyətində əsas istiqamətlərdən sayılır.

Beynəlxalq Valyuta Fondu, həmçinin üzvlərinin statistika nəşr­lə­rinin toplanması ilə də məşğuldur. Statistik məlumatların verilməsi hər bir ölkənin Beynəlxalq Valyuta Fondu ilə konstruktiv əməkdaşlığının vacib şərtidir. Beynəlxalq Valyuta Fondu əksər ölkələrin statistik məlu­mat­larına malik olduğundan, dövlətin maliyyə, pul, kredit və valyuta sis­tem­ləri, ödəmə balansı, hər bir ölkənin iqtisadiyyatının real sektorunun inki­şafını səciyyələndirən və digər məlumatlara çıxışı vardır. Bütün bun­lar əldə olan məlumatı dünya ictimaiyyəti üçün açıq etməyə imkan verir.

Beynəlxalq Valyuta Fondu üzvlərinin maliyyə vəziyyətini əks et­dirən materialları, hesabatları və digər sənədləri dərc edir; dövri nəşrlə buraxır (statistik bülletenlər), iqtisadi və maliyyə məcmuələri dərc edir.

Statistik xarakterli nəşrlərlə yanaşı Beynəlxalq Valyuta Fondu öz siyasətini izah edən məcmuələr buraxır, əsaslı təhlillərin nəticələrini gös­tə­rən jurnallar dərc edir, dünya maliyyə sisteminin hüquqi, insti­tusional və iqtisadi aspektləri barədə kitablar buraxır.



Dünya Bankı. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış tə­si­satıdır və fəaliyyəti yoxsulluğun azaldılması, həyat səviyyəsinin artırıl­ma­sına yönəldilib, həmçinin inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrin iqtisadiyyatlarının sabit inkişafına yardım etmək məqsədi daşıyır. Dünya Bankı bu ölkələrə digər mənbələrdən yardım almağın çətin olduğu sahələrdə maliyyə yardımı edir. Xüsusilə də, kənd tə­sər­rü­fatının inkişafı, ətraf mühitin mühafizəsi, təhsil və səhiyyənin in­kişafı, elektrik enerjisi istehsalının artırılması, rabitə xətlərinin artırılması və sair sahələrdə maliyyə yardımı edir.

Dünya Bankı qrupu ilə Dünya Bankı fərqlidir. Dünya Bankı qru­puna sıx bağlı hökumətlərarası maliyyə-kredit təşkilatları aiddir: Dünya Yenidənqurma və İnkişaf Bankı (DYİB), Dünya İnkişaf Assosiasiyası (DİA), İnvestisiyaların Təminatı üzrə Beynəlxalq Agentlik (İTBA) və İnvestisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz (İMTBM). DYİB və onun törəməsi olan DİA Dünya Bankını təşkil edir.

Dünya Bankı dünyada ən iri investisiya institutudur və dünyada 40 bölməsi var. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının maliy­yə­ləşdirilməsi ilə məşğul olur və digər banklardan fərqli olaraq, vəsait­lərin səmərəli cəlbi barədə dövlətlərə məsləhət verir, onlara iqtisadiy­yat­larının yenidən strukturlaşdırılması və inkişafı barədə texniki və məsləhət yardımı edir və həmçinin kreditləşdirilən iqtisadiyyata xarici özəl investisiyanın cəlbinə kömək edir.

Dünya Bankı Beynəlxalq Valyuta Fondu kimi 1944-cü ildə, Bretton-Vudsdakı beynəlxalq valyuta-maliyyə konfransının qərarı ilə yara­dılıb. Bu təsisatların ümumi məqsədi dünya iqtisadiyyatının in­kişafına kömək etməkdir. Onların fəaliyyətləri bir-birlərini tamamlayır. Dünya Bankı uzunmüddətli iqtisadi inkişaf şərtlərinin yaradılmasına və həyat səviyyəsinin artırılmasına yardım üçün orta və uzunmüddətli kreditlərin verilməsinə yardım edir. Dünya Bankı Beynəlxalq Valyuta Fondu ilə bir çox sahələrdə əməkdaşlıq edir və son vaxtlar bu əməkdaşlıq xüsusilə sıxlaşmışdır.

Yalnız Beynəlxalq Valyuta Fondu üzvləri Dünya Bankı üzvü ola bilər. Hər bir üzv dövlət Dünya Bankının fonduna ödəniş edir və bu onun Beynəlxalq Valyuta Fondundakı kvotasından asılıdır.

Dünya Bankının idarəetmə orqanları İdarəedicilər Şurası, İcraçı Direk­torlar Şurası və onun sədrindən ibarətdir. Dünya Bankının ali ida­rəetmə orqanı İdarəedicilər Şurası ona üzv bütün ölkələrin nüma­yən­dələrindən ibarətdir (adətən bu, hökumətin yuxarı rütbəli vəzifəliləri olur). İdarəedicilər Şurası ildə bir dəfə bankın fəaliyyəti ilə əlaqədar stra­teji məsələləri həll etmək üçün toplanır: banka yeni üzvlərin qəbul edil­məsi, on­ların qəbul şərtlərinin müəyyən olunması, üzvlüyün müvəqqəti dayan­dırılması, və ya səhmdar kapitalda dəyişiklik edilməsi və s.

Dünya Bankının gündəlik həyatını idarə edən və cari məsələlər üzrə qərar verən iyirmi dörd üzvdən ibarət İcraçı Direktorlar Şurasıdır. İcraçı Direktorlar Şurası adətən həftədə iki dəfə iclas keçirir və iclasda əsasən bankın borc və təminatları təsdiq olunur, ölkələrlə əməkdaşlığın yeni strategiyaları müzakirə edilir və bankın fəaliyyəti ilə əlaqədar olan digər məsələlərə baxılır.

İcraçı Direktorlar Şurasının başçısı Dünya Bankı qrupunun prezi­den­tidir. O, beşillik müddətə seçilir və yenidən seçilə bilər. Prezident İcraçı Direktorlar Şurasının iclaslarına rəhbərlik edir və Dünya Bankının fəaliyyətinə görə ümumilikdə məsuliyyət daşıyır.

Dünya Bankının fəaliyyətinə, həmçinin İnkişaf Komitəsi rəhbərlik edir. Bu, Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun birgə orqanıdır.



Dünya Bankının fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Üzv dövlətlərə borc verilməsi. Borc verilən ölkələrdə bazar iqti­sadiyyatı islahatları Dünya Bankının meyarları ilə həyata keçirilir;

  • Birgə maliyyələşdirmə. Bu prosesdə konkret layihələrin və ya proq­ramların həyata keçirilməsi prosesində Dünya Bankının və­saiti digər kreditorların və donorların vəsaitləri ilə birləşdirilir. Birgə maliyyələşdirmə razılaşmalarında Dünya Bankının ortaqları qismində hökumətlər, hökumətlərarası və digər çoxtərəfli maliyyə təsisatları, ixrac krediti verən təşkilatlar, kommersiya bankları, digər xüsusi kredit-maliyyə təsisatları. Birgə maliyyələşdirmə birləş­dirilmiş və ya paralel ola bilər. Birləşdirilmiş maliy­yələş­dirmə zamanı layihə üzrə bütün xərcləri ilkin razılaşma əsasında ortaqlar aralarında proporsional bölürlər. Paralel maliyyələşdirmə zamanı Dünya Bankı və ortaqları razılaşma əsasında layihənin müxtəlif hissələrini maliyyələşdirirlər.

  • Qrant verilməsi. Ölkələrin iqtisadiyyatları üçün əhəmyyətli olan layihələrin həyata keçirilməsinə və Dünya Bankının ən kasıb üzvlərinin borcunun azaldılmasına yönəldilən əvəzsiz maliyyə yardımı, kredit alanlara texniki yardım və sair. Qrant dəstəyi za­manı trast fondları strukturlarından istifadə olunur. Dünya Bankı həmin trast fondlarından onlara pul yardımı edən donorların tap­şırığı ilə istifadə edir.

  • Üzv dövlətlərdə layihələrin həyata keçirilməsi üçün özəl kre­ditorlara qarantiyaların verilməsi. Bu qarantiyalar verilir ki, özəl kreditorları layihəni həyata keçirməyə tərəddüd etdirən risklər azaldılsın. Dünya Bankı qarantiyaları ilə əhatə olunan risklərə da­xildir: milliləşdirmə riskləri, müharibə, vətəndaş mühasibəsi və üsyan riskləri, hökumətin müqaviləni pozması riski, pul vəsait­lərinin xaricə köçürülməsinə olan maneələr və sair.

  • Texniki yardım; üzv dövlətlərə edilən məsləhət, ekspertiza, öl­kə­nin iqtisadi vəziyyətinin (müxtəlif sektorların) təhlili və müvafiq hesabatların hazırlanması, milli kadrların hazırlanması, seminar və konfranslar kimi yardımlar.

Dünya Bankı Qrupunun fəaliyyətinin əsas istiqamətlərindən biri borc verilməsidir. Borcların əsas növləri aşağıdakı cədvəl 22.3-də gös­təri­lib.


Dünya Bankı Qrupunun borclarının əsas növləri


Borc növü

Borc verilməsinin məqsədləri

1

2

İnvestisiya Borcu

İqtisadiyyatın müxtəlif sektorlarının və ya istehsalın müxtəlif sahələrinin müasirləş­dirilməsi və texniki yenidən qurulması və ya onların infrastrukturlarının yeniləş­di­ril­məsi üçün investisiya layihələrinin maliy­yə­ləşdirilməsi

O cümlədən:




Xüsusi İnvestisiya Borcları

Yeni istehsal güclərinin yaradılması və iqtisadi, sosial və institusional infra­struk­turların formalaşdırılması

İqtisadiyyatın sektorlarının inkişafı üçün borclar




Maliyyə vəsitəçilərinə borclar




Texniki yardım borcları




Adaptasiya proqramları borcları

Uzunmüddətli inkişaf proqramlarının mər­hələli yerinə yetirilməsinin maliyyələş­di­rilməsi üçün

Təcrübə-innovativ borclar

İri olmayan təcrübi proqramların maliy­yə­ləşdirilməsi; lakin bu təcrübələr ölkə üçün vacibdir (borcların məbləği beş milyon ABŞ dollarını keçmir)

Korrektə edilə bilən qarşılıqlı borc proqramları

Uzunmüddətli inkişaf proqramlarının, xü­susilə də sosial sahədəki proqramların hə­yata keçirilməsinin dəstəklənməsinə yö­nəldilən iri olmayan borcların məcmusu

Struktur yenidənqurmasında məqsədli borclar

İrimiqyaslı islahatların maliyyələş­di­ril­məsi, makroiqtisadi xarakterli çətinliklərin ara­­dan qaldırılması, islahatların sosial nəti­cələrinin yumşaldılması. Bir qayda olaraq, Dünya Bankının tranşlarla verilən borc­larından ən irimiqyaslısıdır.

O cümlədən

Strukrur yenidənqurması borcları



İqtisadi siyasətin və institusional isla­hat­ların həyata keçirilməsinin dəstəklənməsi.

Sektorun struktur yenidənqurması borcları

İqtisadiyyatın ən əhəmiyyətli sektorlarıdakı islahatların maliyyələşdirilməsi.

Reabilitasiya borcları

İqtisadiyyatın özəl sektorunun inkişafına yönəlmiş dövlət siyasətinin maliyyələşdirilməsi.

Borcun azaldılması və borcun ödənilməsi üzrə borclar

Ən yüksək xarici borcu olan dövlətlərə yardım

Avans borclar

İri boclar üzrə hazırlıq mərhələsində borc­lulara maliyyə və texniki yardım göstə­rilməsi. Maliyyələşdirmənin obyektlərinin seçilməsi, işlərin həcminin müəyyən­ləş­dirilməsi, texniki sənəd­ləş­dirmənin hazır­lan­ması və mütəxəssislərin hazırlanması üçün istifadə olunur.

Dünya Bankı borcları verərkən layihələrin məqsədləri və ha­zır­lanmasında ölkələrə kömək edir, amma onların hazırlanmasına görə əsas məsuliyyəti borc alan daşıyır. Layihənin hazırlanması başa çatdıq­dan sonra və onun borcalanla qiymətləndirilməsi edildikdən sonra, yekun hü­quqi sənədləşmə aparılır. Belə razılaşmaya adətən aşağıdakılar daxildir: şərt və tələblərin maliyyələşdirilməsi, Dünya Bankının maliyyə­ləş­dirəcəyi xərc maddələrini göstərən cədvəl; planlaşdırılan satınalma me­todları; layihənin həyata keriçilməsinə nəzarət şərtləri, audit yox­la­ması şərtləri, təşkilati dəyişikliklər və xüsusi diqqət tələb edən digər maddələr.

Borc verilməsi qərarını Dünya Bankının icraçı direktorları verir. Danışıqlar başa çatdırdan sonra onlara borc verilməsi barədə hesabat verilir. Təsdiqdən sonra borc verilməsi barədə sənədlər imzalanır.

Borcalan layihənin həyata keçirilməsinə görə məsuliyyət daşıyır və maliyyələşdirilən tədbirlərin gedişi barədə Dünya Bankına mütəmadi, razılaşdırılmış aralıqlarla məlumat verir. Öz növbəsində, Dünya Bankı ic­raya nəzarət edir və pul vəsaitlərinin məqsədəuyğun istifadə olunub-olun­maması barədə mütəmadi təhlil aparır. Layihə başa çatdıqdan sonra əldə olunan nəticələr verilən dəstəyin səmərəliliyinin müəyyən olunması üçün qiymətləndirilir.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB). Dünya Bankının ixtisaslaşmış institutudur. Səhmdar cəmiyyəti kimi təşkil olu­nub və nizamnamə kapitalı üzv dövlətlərin verdiyi payla formalaşır (han­sılar ki, eyni zamanda Beynəlxalq Valyuta Fondunun üzvləridir). Amma Bank istifadə etdiyi əsas vəsaitləri istiqrazlar buraxmaq və yerləş­dir­mək­lə beynəlxalq borc bazarındakı borclar vasitəsilə cəlb edir.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı bazar faizləri ilə olan borcları qaytarmaq bacarığı olmayan inkişaf etməkdə olan ölkələrə borc verir. Bank bu ölkələrə kommersiya banklarının verdiklərindən daha aşağı faizlə borc verir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı höku­mət­lərə, hökumət təşkilatlarına və özəl müəssisələrə borc verir (vəsaitin qay­tarılacağı barədə hökumət təminatı ilə).

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının borcları adətən 12-20 il müddətinə verilir və güzəştli müddət 3-5 il təşkil edir. Faiz də­rə­cələri bankın cəlb etdiyi ehtiyatların dəyərindən asılıdır, amma 0.5% keçmir.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının verdiyi kreditlər adə­tən maliyyələşdirilən layihənin 30%-ə qədərini əhatə edir və bu və­saitlər ilk növbədə valyuta məsrəflərini örtmək üçün nəzərdə tutulub. Ona görə ki, inkişaf etməkdə olan ölkələrdə xarici valyutanın kəskin kə­siri vardır. Maliyyələşmənin yerdə qalan hissəsini milli maliyyə mən­bələri hesabına həyata keçirmək lazımdır.

Hazırda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı üç növ borc verir:


  1. Valyuta məkanı əsasında borc – dollar ekvivalentində qəbul edilən çoxvalyutalı borc öhdəliyi; bu borc üzrə hər bir borc­lunun öhdəliyi valyuta məkanı pay təşkil edir və valyuta məkanı əsasındakı digər borclarla eyni valyuta tərkibinə ma­likdir. Borc faizinin stavkası dəyişkəndir.

  2. LİBOR73 stavkası üzrə birvalyutalı borc – borcalanın seçdiyi valyutada verilən və qaytarılan borclar (adətən milli ehtiyat valyutası və avroda olur). Bu borclar üzrədə də faiz stavkası dəyişkəndir.

  3. Fiksasiya edilmiş faiz dərəcəli birvalyutalı borclar – borclunun seçdiyi valyutada verilən və qaytarılan borclardır (adətən milli ehtiyat valyutası və avroda olur).

Beynəlxalq İnkişaf Assosiasiyası (BİA). Beynəlxalq Yeni­dən­qurma və İnkişaf Bankının 1960-cı ildə yaradılmış törəmə təşkilatıdır. On­ların heyəti eynidir və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının prezidenti həm də Beynəlxalq İnkişaf Assosiasiyasının prezidentidir. Hər iki institutun fəaliyyəti inkişaf layihələrinin maliyyələşdirilməsinə yö­nəldilsə də, ehtiyatların yaradılması və borc verilməsi şərtləri fərqlənir.

Beynəlxalq İnkişaf Assosiasiyasının ehtiyatları Beynəlxalq Yeni­dən­qurma və İnkişaf Bankının gəlirlərindən köçürmələr, inkişaf etmiş öl­kələrin ianələri (bir qayda olaraq, üç ildən bir yeni ehtiyatlar əlavə olu­nur), həmçinin kreditlərin qaytarılması hesabına formalaşdırılır.

Beynəlxalq İnkişaf Assosiasiyasının borclarından ən kasıb ölkələr və gəlir səviyyəsi çox aşağı olan az kredit qabiliyyətli ölkələr yararlana bilər. Kreditlərin əksəriyyəti illik adambaşına gəlirin 800 ABŞ dolla­rından aşağı olduğu ölkələrə verilir.

Beynəlxalq İnkişaf Assosiasiyasının kreditləri yalnız üzv olan ölkələrə verilir. Onların müddəti 35-40 il olur və onun qaytarılmasına onillik güzəşt müddətindən sonra başlanır. Kreditlər maliyyələşdirilən öl­kənin milli valyutasında verilir. Bu borclar üzrə faiz ödənmir, sadəcə inzibati xərcləri qarşılamaq üçün komissiya tutulur.

Beynəlxalq İnkişaf Assosiasiyasının ehtiyatları hesabına maliyyə­ləş­dirilən layihələr Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliy­yə­ləşdirdiyi layihələrin standartlarına cavab verməlidir. Maliyyə­ləş­dirilən hər bir layihə siyasi-iqtisadi ekspertizadan keçir. Belə eksperti­za­ların məqsədi ayrılan vəsaitlərdən ən səmərəli istifadə edilməsini təmin etməkdir.

Beynəlxalq Maliyyə Korporasiyası (BMK). Bu təşkilat 1956-cı ildə yaradılıb və məqsədi istehsal sahəsində sahibkarlığın inkişafını sti­mul­laşdırmaqla üzv dövlətlərdə iqtisadi inkişafa yardım etməkdir. Onun fəaliyyətində əsas diqqət özəl sahibkarlığın dəstəklənməsinə və kredit­ləş­dirilən ölkəyə özəl xarici investisiya axınının stimullaşdırılmasına ayrılır.

Beynəlxalq Maliyyə Korporasiyasının ehtiyatları əsasən üzv dövlət­lərin onun nizamnamə kapitalına pay qoyuluşu, Beynəlxalq Yeni­dənqurma və İnkişaf Bankının kreditləri, gəlirdən ayırmalar, qaytarılan kredit vəsaitləri, beynəlxalq maliyyə bazarındakı borclar hesabına forma­laşdırılır.

Özəl sahibkarlığı inkişaf etdirmək üçün Beynəlxalq Maliyyə Korporasiyası aşağıdakıları həyata keçirir:


  • Özəl layihələrin maliyyələşdirilməsi – borc verilməsi və özəl müəssisənin səhmdar kapitalına vəsait qoyulması yolu ilə. Bu halda, Beynəlxalq Maliyyə Korporasiyası kata­li­za­tor rolu oynamaqla, yəni kredit qoyulan ölkədə inves­tisiyanın gəlirliliyini nümayiş etdirməklə özəl investorları, o cüm­lədən qeyri-rezidentləri maliyyələşməyə cəlb edir.

  • Özəl şirkətlərin risklərinin idarə edilməsi: valyuta məzənnələri və faiz dərəcələri üzrə və həmçinin hedc fond­larından isti­fadə mexanizmləri üzrə SVOP əməliyyatlarının keçirilməsi ilə.

  • Texniki yardım və məsləhət verilməsi: hökumətlərə və özəl müəssisələrin rəhbərlərinə restrukturizasiya, özəlləşdirmə, birbaşa xarici sərmayə, sahibkarlıq fəaliyyətinin planlarının işlənməsi, layihələrin hazırlanması və qiymətləndirilməsi, maliyyələşdirmə üçün ehtiyatların səfərbər edilməsi və sair üzrə.

Beynəlxalq Maliyyə Korporasiyası kredit verərkən hökumət təminatı tələb etmir və buna görə də yalnız yüksək rentabelli müəs­sisələri maliyyələşdirir. Beynəlxalq Maliyyə Korporasiyasının kreditləri layihələrin 25%-dən çoxunu əhatə etmir və onlar orta hesabla 7-8 müd­dətinə, orta bazar faizləri ilə verilir.

Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik74 1988-ci ildə yaradılıb və məqsədi inkişaf etməkdə olan ölkələrdəki istehsal yönümlü xarici sərmayələrin qeyri-kommersiya risklərindən sığortalanması yolu ilə dəstəklənməsi üçün yaradılıb.

Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik ölkəyə əlverişli sərmayə mühitini yaratmağa kömək edir və sərmayəçiləri qeyri-kom­mer­siya risklərindən qoruyur. Belə risklərə aid ola bilər: pulun xaricə çıxarılması üçün yerli valyutanın xarici valyutaya konvertasiya edilə bilin­məməsi; ölkə hökumətinin sərmayə edilən vəsaiti milliləşdirmək və ya müsadirə etmək cəhdi; müharibə və hərbi çevrilişlər; ölkə höku­mətinin müqavilə öhdəliklərinin icrasından imtinası.

Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik xarici maliy­yə­ləşdirmə mənbələrinə onun üzvlərinin verdikləri vəsaitlər hesabına formalaşdırılan kapital daxildir.

Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik onun üzvü olan ölkəyə sərmayə edən sərmayəçiyə qarantiya verir. Təminatın müd­dəti 15-20 ildir və sərmayənin ümumi məbləğinin 90%-ə qədərini əhatə edir. Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik qarşılıqlı sığorta və tək­rar sığorta üzrə də əməliyyatlar edir. Bunlar milli sığorta sis­te­mindən əla­və edilir və bu halda öz fəaliyyətini yerli sığorta şirkətləri ilə koor­dinasiya edir.

Təminat və sığortalarla bərabər, Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik texniki yardım və məsləhət verməklə inkişaf etməkdə olan ölkəyə xarici investisiya cəlb etmək şərtlərində kömək edir. Bu məq­sədlər üçün, hökumət və potensial investorlar arasında görüşlər, təlimlər keçirilir və tanışlıq səfərləri təşkil olunur.

Bundan əlavə, Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik investisiya imkanları haqqında məlumat yaymaq üçün və inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrində sərmayə qoyulmasına yardım etmək üçün reklam xidmətləri göstərir.



İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz 1966-cı ildə yaradılıb və xarici investorlar və borclu ölkələr arasındakı mübahisələrin həlli üzrə beynəlxalq arbitr rolunu oynayır.

İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz bunun üçün tərəflər arasında razılaşdırma və arbitraj çəkişməsi təşkil edir. Ha­zırda İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə mü­raciət etmə şərtləri beynəlxalq investisiya razılaşmaları və müqavilələ­ri­nin standart müddəasıdır.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə