Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə39/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   42

Valyuta klirinqi. Xarici iqtisadi əqdlər üzrə ödənişləri etmək üçün iki və ya daha çox klirinq əsasında hesablaşmaları həyata ke­çirmək üzrə razılaşma imzalayırlar. Belə hesablaşmalara ehtiyac əsa­sən milli valyutaları dönərli olmayan, qızıl valyuta ehtiyatı məhdud olan ölkələrdə yaranır.

Valyuta klirinqi – beynəlxalq tələb və öhdəliklərin qarşılıqlı əvəz­ləş­dirilməsidir və hökumətlərarası razılaşma ilə həyata keçirilir. Bu razı­laş­malarla müəyyənləşdirilir: klirinq hesabları sistemi, klirinq hesab­laş­malarının həcmi (mal mübadiləsi üzrə bütün ödənişlər və ya bir qismi), tərəflərin razılaşdırdığı valyuta hesablaşması olan valyuta kli­rinqi; yol verilən borclanma saldosu (texniki kredit həddi), klirinq hesa­bı­nın sal­dosunun tənzimlənməsi metodu; hökumətlərarası razılaşmanın müddəti bitdikdə yekun əvəzləşdirmə metodu.

Qarşılıqlı tələblər və öhdəliklərin əvəzləşdirilməsini klirinq bank­ları həyata keçirə bilər. Valyuta qismində həmin banklar istənilən milli və ya kollektiv valyutadan istifadə edə bilər. Klirinq üzrə ödəniş sistemi klirinq bankına idxal-ixrac üzrə bütün əməliyyatları milli valyutada hə­yata keçirməyə imkan verir: idxalçı çatdırılan malın ödənişi üçün banka öz milli valyutasını təqdim edir, ixracatçı isə gəlirini milli valyutasında götürür.

Tənzimləmə metodundan asılı olaraq, klirinq hesabı saldosu üç növ saldonu fərqləndirir:

Sərbəst dönərli saldo: klirinq hesabının həddən yuxarı saldosu sərbəst dönərli valyutada ödənir;

Dönərsiz klirinqdə klirinq hesabının həddən yuxarı saldosu çatdırılan əmtəə ilə ödənir;

Məhdud dönərli saldoda klirinq hesabının həddən yuxarı saldosu tərəflərin təyin etdiyi həddi keçməmişdirsə və ya əvvəlcədən müəyyən olunan müddətdə ödənməmişdirsə sərbəst dönərli valyutada ödənir.

Əgər tərəflər arasında klirinqin növünə dair müqavilə varsa, he­sab­­laşma ona əsasən aparılmalıdır. Lakin ixracatçı üçün belə sistem əlverişli deyil. İlk əvvəl, valyuta klirinqinin əsas çatışmazlığı alınan val­yuta gəlirini ixracatçı yalnız ixrac olunan malın satışı ölkədən mal almaq üçün istifadə edə bilər. İkinci, konvertasiya edilən valyuta əvə­zinə onlar milli valyutada gəlir alırlar.
18.2. Beynəlxalq kredit
Beynəlxalq kredit münasibətlərinin inkişafının obyektiv əsası: istehsalın milli çərçivədən kənara çıxması, təsərrüfat münasibətlərinin bey­nəlmiləlləşməsinin güclənməsi, əməyin beynəlxalq bölgüsünün dərin­ləş­məsi, kapitalın beynəlxalq ümumiləşməsi, istehsalın xüsusiləşməsi və əmək­daşlığa əsaslanmasıdır. Beynəlxalq kredit – valyuta və əmtəə ehtiyatlarının ödənmə, müddətlilik, ödənişin təminatı, məqsədyönlülük, maddi təminat şərtləri ilə verilməsi ilə əlaqədar borc kapitalının beynəlxalq iqtisadi münasibətlərdə hərəkətidir.

Kredit münasibətlərinin subyektləri dövlətlər (hökumətlər), bank­lar, beynəlxalq və regional valyuta-kredit və maliyyə təşkilatları, müx­təlif hüquqi şəxslərdir. Beynəlxalq kredit dövlət, bank, firma, müəssisə, beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarında toplanan kollektiv borc fondları hesabına verilir.

Beynəlxalq kredit xarici dövriyyədə əmtəənin, xidmətin və ka­pitalın iştirakını təmin edir. Ona aşağıdakı səbəblərdən tələb yaranır: kapitalın hərəkəti ilə əlaqədar, istehsal və realizə şərtləri, xarici iqtisadi əqdlərin həcmi və müddətlərindəki fərqlər, istehsalın artırılması üçün birdəfəlik iri kapital qoyuluşlarının vacibliyi. Beynəlxalq kapital isteh­salın genişləndirilməsi ehtiyacları ilə əlaqədar ölkələr arasında borc kapi­talının yenidən bölüşdürülməsini təmin edir və kapitalın təmər­küz­ləşməsinə şərait yaradır. Xarici kapitalın cəlb edilməsi ilə əlaqədar milli kapital toplanma sərhədləri genişlənir. Bir ölkənin təsərrüfat sub­yekt­lə­rinin kapitalı digər ölkələrdən cəlb olunan vəsait hesabına çoxalır.

Kredit münasibətləri ölkədə və xaricdə istehsalın genişlənməsi pro­­sesinə birbaşa təsir edir. İstehsal məqsədi ilə kredit verilməsi o de­mək­dir ki, yaranan əlavə məhsulun bir hissəsi toplanma kapitalı for­ma­laşdırır və kreditorun ölkəsinin milli iqtisadiyyatından borclunun ölkəsinə axır. Kreditor üçün bu, malın istehsalına daxili tələbatın kəskin art­masına görə onun təminatının kredit hesabına təmin olunması eh­ti­yacının nəticəsi, ya da bunun üçün əvvəldən toplanan ehtiyatdan - əmtəə və pul - istifadə olunmasının nəticəsidir. Borclu üçün kredit istehsalın artı­rıl­masına əlavə imkan deməkdir. Belə iqtisadi manevr etməklə ölkələr maddi və maliyyə ehtiyatlarını dəyişdirir və həm borclunun, həm də kre­di­torun maraqlı olduğu istehsalın daha səmərəli təşkili üçün maddi və maliyyə ehtiyatlarını daha rasional istifadə oluna biləcək yerə ke­çi­rilməsidir. Nəticədə qarşılıqlı kreditlər əməkdaşlıq edən ölkələr arasında iqtisadi fərqlərin aradan qaldırılmasına kömək edir və əməyin beynəlxalq bölgüsünü dərinləşdirir.

Beynəlxalq kreditin müsbət cəhəti odur ki, təkrar istehsal pro­sesinin müntəzəmliyi və genişlənməsi yolu ilə istehsal qüvvələrinin in­kişafı güclənir. Kredit ölkələrin xarici iqtisadi fəaliyyətini stimullaşdırır, xarici ticarətin səmərəliliyini artırır, xarici investisiya üçün əlverişli şərtlər yaradır, beynəlxalq hesablaşmaların və valyuta əməliyyatlarının fasiləsiz aparıl­ma­sını təmin edir, ölkələr arasında borc kapitalını yenidən bölür.

Beynəlxalq kreditin mənfi aspektləri: ye­ni­dən qeyri-mütənasib icti­mai istehsal yarana bilər, kreditor ölkələrin dünya bazarındakı mövqeləri güclənir, həmin ölkələrin borclu ölkələrə siyasi və iqtisadi təsiri artır və sair. Beynəlxalq kredit ölkələrin aşağıdakılar üzrə rəqabətini kəs­kin­ləşdirir: xammal, kapital qoyma sahəsi, satış bazarı, elmi-texniki tərəq­qidə üstünlük, borclu ölkələrdən gəliri cəlb etmək və s. Aparıcı kreditor ölkələrin bankları, hökumətləri, beynəlxalq valyuta-kredit və maliyyə təşkilatları mövqelərini möhkəmləndirmək üçün onlara əlverişli olmayan iqtisadi strategiya və siyasət aparan ölkələrə müna­si­bətdə kredit ayrı-seçkiliyi (kredit alınması, istifadəsi və qaytarılması və faizlər üzrə ağır şərtlər) və kredit blokadası (kredit verməkdən imtina) siyasəti aparırlar.

Çoxistiqamətli beynəlxalq iqtisadi münasibətlər müxtəlif kredit si­yasətləri ilə nəticələnir və beynəlxalq kredit növlərinin formalaş­ma­sına təsir edir. Onlar müxtəlif formada təsnifləşdirilə bilərlər.

Kommersiya krediti birbaşa xarici ticarət və xidmətlə bağlıdır. Bu, əsasən əmtəə kreditidir və bir ölkənin ixracatçısı digər ölkənin id­xal­çısına əmtəə əməliyyatları üzrə hesablaşmalarda möhlət kimi verilir. Kom­mersiya kreditinin müddəti müxtəlifdir və dünya bazarının kon­yunkturasından, malın növlərindən və digər şərtlərdən asılıdır.
Beynəlxalq kreditlərin təsnifatı


Təsnifat meyarı

Kredit növü

Təyinatı

Kommersiya

Maliyyə


Növü

Əmtəə

Valyuta


Kredit valyutası

Kreditorun valyutası

Borclunun valyutası

Üçüncü ölkə valyutası

Beynəlxalq kollektiv valyuta



Təminatı

Təminatlı

Blank


Verilmə texnikası

Nağd

Nağdsız


Konsorsial

Aksept


Digər

Kreditorun mövqeyi

Özəl

Bank


Hökumət

Beynəlxalq Təşkilat

Qarışıq


Müddəti

Qısamüddətli

Ortamüddətli

Uzunmüddətli

Beynəlxalq kommersiya (firma) kreditinin üstünlükləri: dövlət orqanlarının kommersiya əqdinə qarışmaması; kredit həcmini birbaşa tərəflər razılaşdırır. Çatışmazlıqlarına aid ola bilər: kreditləşmənin həcmi və müddətinin azlığı; idxalçının müəyyən ixracatçı ilə bağlı olması; idxalçı üçün malın qiymətinin artması (kredit faizi kimi); bankla yenidən-maliyyələşdirmənin lüzumlu olması.



Maliyyə krediti – istənilən məqsəd üçün, o cümlədən: kapital qo­yu­luşu, obyektlərə sərmayə, qiymətli kağızların əldə edilməsi, xarici bor­cun bağlanması.

Pul formasında kredit verilərkən (valyuta krediti) borc obyekti bey­nəlxalq alıcılıq vəsaitləridir (xarici valyuta, beynəlxalq kollektiv valyuta).

Təminat baxımdan təminatlı və blank kreditləri fərqləndirilir. Bey­nəlxalq kreditlərin təminatı mal, qiymətli kağızlar, daşınmaz əmlak, kom­­mersiya əmtəə kağızları və sair ola bilər. Blank kreditdə sadəcə borc­lu krediti müəyyən müddətə qaytarmağa təminat verir (solo-veksel). Kon­to­korrent və overdraftlar da bura aiddir.

Beynəlxalq kreditlər nağd və nağdsız, aksept və konsorsial, öh­dəlik borcu, depozit sertifikatı və sair formalarda ola bilər. Onlar müx­təlif formalarda təqdim oluna bilər, məsələn:



  • Kredit məbləği tamamilə borclunun hesabına köçürülür və oradan göndərilən əmtəəyə görə və görülən işlərə və xid­mətə görə ödənişlər edilir;

  • Kredit kompensasiya əqdləri üzrə verilir. Kompensasiya əsasında əməkdaşlıq borclunun ərazisində xarici kreditdən istifadə etməklə obyektlər inşa etməyə imkan verir və hə­min obyektdən ixrac hesabına əldə olunan gəlirlə kredit qaytarılır. Kommersiya əsaslı kredit münasibətləri uzun­müddətli xarici iqtisadi münasibətlər qurmağa və əlavə valyuta mənbələrinin yaranmasına imkan verir;

  • Layihə maliyyələşməsi ilə investisiya mərhələləri üzrə kompleks kreditləşdirmə həyata keçirilir.

Kreditorun mövqeyindən asılı olaraq dövlə­­t­lər­arası/hö­ku­mət­lərarası kreditlər verilir. Belə kreditlərdə kredit müna­sibətlərinin sub­yektləri müxtəlif dövlətlər çıxış edir və yenidən bölüşdürmə obyekti milli gəlir olur. Dövlətlərarası/hökumətlərarası kreditlər müxtəlif ölkələr ara­sındakı ödənişləri balanslaşdırmaq, dövriyyəni artırmaq, borclunun iqti­sadiyyatını qurmaq və sair istifadə oluna bilər. Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kreditləri və borclu ölkələrin birgə kre­ditləşdirilməsi də fərqləndirilir.

Beynəlxalq bank krediti ölkələrarası beynəlxalq iqtisadi müna­sibətlər genişləndikcə daha çox təşəkkül tapır. Bu onunla səciyyələnir ki, kredit münasibətlərində tərəfin biri bankdır. Bank kreditləşməsi idxal-ixrac münasibətlərini, vekseli, investisiya kreditlərini, kompensasiya əqd­ləri üzrə uzunmüddətli krediti, maliyyə kreditini əhatə edir. İxrac krediti ixracatçının ölkəsindəki bank tərəfindən idxalçının ölkəsindəki banka maşın və avadanlıq çatdırılması üçün verilə bilər. Kreditin bank maliy­yə­ləşməsi adətən mal çatdırılması ilə əlaqədar deyil və aşağıdakılar üçün verilə bilər: xarici borcun ödənməsi, valyuta məzənnəsinin saxlanması, xarici valyutada hesab (avuar) açılması.

Müddətlərinə görə beynəlxalq bank kreditləri bölünür: qısa­müd­dətli (1 illik), ortamüddətli (1-5 il) və uzunmüddətli (5-7 ildən çox). Qısamüddətli kreditlər adətən verilir: borclunun dövriyyə kapitalını təmin etmək və xarici ticarətdə istifadə etmək, beynəlxalq ödəniş dövriyyə­sin­də, qeyri-ticarət əməliyyatlarında, sığorta əqdlərində. Ortamüddətli kre­dit­lər sərmayə mənbəyi qismində çıxış edir. Adətən uzunmüddətli kre­dit­lər borc qismində verilir: dövlət və özəl müəssisələri dünya bazarında qiy­mətli kağızlar satmaqla banklardan borc almış olurlar.

Borcun ödənilməsi və faizin ödənilməsi əldə olunur: əmtəə ixracının artırılması ilə gəlirin artırılması ilə; borclunun adi ixrac çeşidi üzrə mal təchizatı ilə; inşası üçün borc verilən obyektin məhsulu ilə və kredit müqaviləsində nəzərdə tutulan digər vasitələrlə.

Xarici borc – bütün maliyyə vasitələri üzrə borcları əhatə edir, o cümlədən: qiymətli kağızlar (səhmlərdən başqa), ticarət və digər kre­dit­lər, depozit və digər borclar. Ölkənin xarici borcu ölkə rezidentlərinin müəy­yən müddətə qeyri-rezidentlərdən aldığı və qaytarmadığı borcları əhatə edir, o cümlədən əsas borc və ödənməmiş faizlər.

İstənilən ölkənin xarici borcunun vəziyyətinin təhlili ümumi planın parametrlərinə baxmaqda başlayır: borcun ümumi həcmi, adam­başına düşən borc, netto-borcun həcmi. Onların dinamikası, strukturu, müddəti, valyutası, yaranma mənbələri müqayisə olunur. Sonra onların nisbi göstəriciləri təhlil olunur. Borclanmanın mütləq həcmi ölkənin in­ki­şaf göstəriciləri ilə əlaqələndirilir. Məsələn, xarici borcun ümumdaxili məhsulun həcminə nisbəti, büdcənin gəlirlərinə və ixracın həcminə nis­bə­ti. Nəticədə ixrac gəlirlərinin hansı hissəsinin borcun ödənməsinə yö­nəl­dilə biləcəyi və neçə ilə xarici borcun ödənəcəyi aşkar olur.



Borcun xidmət norması vacib göstəricidir. O, ödəniş məbləğinin xarici borcun ödənməsinin ixracın həcminə münasibətində alınır və həmin müddətdə gəlirin hansı hissəsinin ölkə iqtisadiyyatından çıxa­rıl­dı­ğını və nə ehtiyat toplamağa, nə də istehlaka xərclənə biləcəyini göstərir.

Burada ölkənin “borc təhlükəsizliyini” xarakterizə edən müna­si­bət, həmçinin xalis xarici borcun illik ixraca nisbətini göstərir (borcun həcmi ilə ölkənin valyuta ehtiyatları arasındakı fərq kimi hesablanır).

Ölkənin beynəlxalq valyuta-maliyyə vəziyyəti təhlil edilərkən cari ödəmə balansının vəziyyəti, valyuta ehtiyatlarının qar­şılıqlı müna­sibəti və idxalın həcmi və bir sıra digər göstəricilər nəzərə alınır.

Azərbaycanda xarici kredit iqtisadi islahatları dəstəkləmək, bazar iqtisadiyyatına keçmək, iqtisadiyyatın yenidən qurulması nəticəsində ya­ra­nan çətinliklərin həlli, istehsal və kənd təsərrüfatının texniki cəhətdən yenidən təchizi, müasir texnologiyanın tətbiqi, ixrac potensialının artırıl­ması, daxili bazarın təminatı, biznesin inkişafı üçün cəlb olunur.

Dövlət xarici borclarının alınması və dövlət təminatının veril­məsi qərarını Azərbaycan Respublikası Hökuməti verir. Belə kreditlər milli ehtiyatların artırılması üçün Mərkəzi Bankla birgə verirlər.

Xarici kredit üzrə vəsaitlər mülkiyyət formasından asılı olma­


ya­raq bütün Azərbaycan rezidentlərinə verilir. Xarici kreditlərin cəlbi və ödənməsi əməliyyatları beynəlxalq sazişlərdə, banklararası sazişlərdə və fərdi kredit sazişlərində göstərilən şərtlərlə həyata keçirilir.

Xarici dövlət kreditləri hökumətlərarası və hökumətlərlə bey­nəl­xalq təşkilatlararası sazişlərlə cəlb olunur. Adi təsərrüfat subyektləri ilə xa­rici dövlət və banklar arasındakı sazişlərlə digər növ kreditlər cəlb olunur.

Azərbaycan bir sıra beynəlxalq maliyyə-kredit təşkilatlarının üz­vüdür: Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair.

Azərbaycanda kredit məsələsində qərar əsasən islahat proq­ra­mının iqtisadi keyfiyyətindən, dünya standartlarına uyğunluğu və həyata keçirilməsinin gedişindən asılıdır. Beynəlxalq kredit yardımı əhəmiyyətli olsa da, o, sadəcə ölkənin işlərinə əlavə ola bilər və infrastruktur sər­ma­yələri, iqtisadiyyatın istehsal sahəsinin genişlənməsi və istehsaldankənar büdcə xərclərinin azalmasından da çox şey asılıdır. Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı valyuta aktivliyi son illərdə yüksək deyil. Bey­nəlxalq Valyuta Fondundan kreditor şərtləri ilə kredit xəttinin alın­ması iqtisadi islahatlarla, borclunun digər tədbirləri ilə, xüsusilə ödəmə balansının möhkəmləndirilməsinə, xarici borcun azaldılmasına, valyuta ehtiyatlarının artırılmasına, valyuta məzənnəsinin möhkəmləndirilməsinə yönəldilən tədbirlərlə dəstəklənməlidir. Beynəlxalq Valyuta Fondu üz­vü­nün qeyd-şərtsiz ala biləcəyi yeganə kredit “çevik” kreditdir. Bu kre­dit fondun kredit payı (tranş) çərçivəsində ayrılır. Beynəlxalq Valyuta Fondu kreditləri ödənişli və şərtlidir. Ən geniş yayılan forması qısamüd­dətli kreditlərdir – stand-by. Beynəlxalq Valyuta Fondunun Azərbaycana maliyyə sistemini yenidən qurmaq üçün kreditlər vermişdir: 1993-cü ilin iyulunda ilk tranş, 1995-ci ilin yanvarında ikinci tranş, 1995-ci ilin sentyabrında ehtiyat tranşı (stand-by).

Azərbaycan 1992-ci ildə Beynəlxalq Valyuta Fondunun tam­hü­quq­lu üzvü oldu və ondan aldığı əsas borclara daxildir:


  • İnstitusional borc (1993-cü ilin iyulunda 8.3 milyon ABŞ dolları); Texniki yardımın təminatı, əməkdaşlara təlimat, əsas iqtisadi idarələrin yeni avadanlıqlarla təminatına xərc­ləndi.

  • Reabilitasiya borcu (1993-cü ilin noyabrında 120 milyon ABŞ dolları); ölkənin ödəmə balansının dəstəklənməsi, Azərbaycan manatının stabilləşdirilməsi və təsərrüfat və əhali üçün əhəmiyyətli olan malların alınmasına xərcləndi.

  • Meşə təsərrüfatının inkişafı üçün (1995-ci ilin mayında 41.9 milyon ABŞ dolları); texniki bazanın yenidən qurul­ması və bu sahənin bazar iqtisadiyyatı şərtlərində səmərəli və sərfəli sahəyə çevrilməsi üçün;

  • Sosial sahədəki obyektlərə enerji təminatı layihəsinin hazırlanması üçün kredit avansı (2000-2001-ci illərdə 1 milyon ABŞ dolları).

Dünya Bankı ilə müqavilə əsasında Azərbaycan sosial sahə ob­yektlərinin təkmilləşdirilməsi üçün kredit almağa ümid edir – məktəb və xəstəxanalarda, uşaq evlərində, əlillər evində enerjiyə qənaət edən sistemlərin quraşdırılması. Obyektlərin yenidən qurulması beş il çəkəcək. Borc bütünlüklə 12 ilə qaytarılacaq.

Azərbaycanın kreditləşdirilməsi üzrə Dünya Bankı qrupunun stra­tegiyası artıq başlanmış layihələrə diqqətin cəmlənməsi və kredit proqram­larının genişləndirilməsi məsələlərinə baxılmasıdır. Geniş­miq­yaslı kredit proqramlarının şərtləri ölkənin bazar iqtisadiyyatı şərtlərində yenidən qurulması, özəlləşdirmənin sürətləndirilməsi, rəqabətin güc­lən­di­rilməsi, Azərbaycan Mərkəzi Bankının kredit siyasətinin sərtləşdirilməsi və maliyyə siyasətinin aparılmasında onun müstəqilliyinin təmin olun­masıdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəa­liy­yəti texniki əməkdaşlığa yönəlib, lakin hökumət layihələri həyata keçi­ri­lər­kən Avropa Yenidənqurma və İnkişaf Bankı rolu layihə maliy­yə­ləş­dir­məsində artır.

Avropa Yenidənqurma və İnkişaf Bankı çox ölkələrdə özəl sektorun maliyyələşdirilməsini prioritet sahə sayır, amma Azərbaycanda əsas etibarilə dövlət sektorunu maliyyələşdirir. Avropa Yeni­dənqurma və İnkişaf Bankının 1992-ci ilin iyulunda imzaladığı sazişi göstərmək olar. Həmin sazişlə Avropa Yenidənqurma və İnkişaf Bankı rabitə obyektlərini, xüsusilə hüquqi şəxslər arasından abonentləri rəqəmli rabitə ilə təmin edən və dünya rabitəsinə birbaşa çıxış verən obyektləri maliy­yələşdirdi. 1993-cü ilin dekabrında Avropa Yenidənqurma və İn­kişaf Bankı Orşan elektrik stansiyasının müasirləşdirilməsi üçün kredit sazişi imzaladı. Bununla da, bahalı elektroenerjidaşıyıcılarının idxa­lın­dan asılılıq azaldı və səmərəli, ekoloji təmiz texnologiya ilə yerli enektroeneji almaq mümkün oldu.

Topdansatışın inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı köhnə tərəvəz bazasının müasir bazar kompleksi ilə əvəzlənməsinə kredit verdi. Bazar 1996-cı ilin avqustunda açıldı və alıcı və satıcılar üçün rəqabət mühiti yaranmasına, malı keyfiyyətinə və sanitar vəziy­yə­tinə nəzarət etməyə kömək etdi.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana sər­ma­yəsinin bir hissəsini bank sahəsinin inkişafına yönəldir (bank səhmlərinin alınması, kiçik və orta biznesin inkişafı üçün kreditləşdirmə). 2002-ci ilin ortalarına Avropa Yenidənqurma və İnkişaf Bankı Azər­bay­canda kiçik və orta biznesin inkişafı üçün 40-dan çox layihə həyata ke­çir­di, mikromaliyyələşdirmə üzrə isə kiçik kreditlərə ehtiyacı olan fərdi şəxs və şirkətlər üçün 160 layihə icra olundu (500 ABŞ dollarından 10.000 ABŞ dolla­rınadək).

Xarici borcun idarə olunması sisteminin əsas vəzifələri: milli iqti­sadiyyatın optimal inkişafını təmin etmək üçün onun xarici mənbələrdən maliyyələşməsini təmin etmək, həmin vəsaitlərdən səmərəli istifadəyə nəzarət etmək və xarici borcun səviyyəsinin ölkə iqtisadiyyatının real səviyyədə saxlanması.
18.3. Beynəlxalq maliyyə və kredit institutları
Beynəlxalq maliyyə və kredit təşkilatları beynəlxalq razılaşma ilə dünya iqtisadiyyatının stabilliyinin təmin olunması üçün valyuta-kredit və maliyyə münasibətlərinin idarə olunması üçün yaradılıb.

Dünya təsərrüfatının qloballaşması prosesinin inkişafı və dünya valyuta sisteminin və dünya maliyyə bazarlarının qeyri-sabitliyinin güc­lən­məsi beynəlxalq maliyyə-kredit institutlarının yaranmasını şərtlən­di­rirdi. Onlar əsasən İkinci Dünya müharibəsindən sonra yarandı və hazırda ölkələrin valyuta-kredit və maliyyə sahəsində əməkdaşlığının və bu münasibətlərin dövlətlərarası səviyyədə tənzimlənməsində əhə­miy­yətli rol oynadı.

Beynəlxalq maliyyə-kredit institutlarına daxildir: Beynəlxalq Val­yuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Bey­nəlxalq Hesablaşmalar Bankı və Asiya, Amerika və Afrikanın re­gional inkişaf bankları.

Beynəlxalq Valyuta Fondu. Qeyd edildiyi kimi, beynəlxalq val­yu­ta tənzimlənməsinin bu orqanı 1944-cü ildən Bretton-Vudsda (ABŞ) keçirilən beynəlxalq valyuta-maliyyə konfransında təsis olun­muşdu. Onun nizamnaməsi 1945-ci ilin dekabrında qüvvəyə mindi. 1946-cı ilin iyulunda Beynəlxalq Valyuta Fondu fəaliyyətə başlayanda 39 üzvü vardı. Hazırda 183 üzvü var.

Beynəlxalq Valyuta Fondu Birləşmiş Millətlər Təşkilatının ixti­sas­laşmış təşkilatıdır və fəaliyyətinin əsas məqsədləri bunlardır: bey­nəl­xalq valyuta əməkdaşlığına, dünya valyuta sisteminin və valyuta mə­zən­nələrinin satbitliyinə yardım, dünya ticarətinin balanslı inkişafına sə­mə­rəli şərait yaratmaq, Beynəlxalq Valyuta Fondu üzv-dövlətləri arasında cari əməliyyatlar üzrə çoxtərəfli hesablaşma sisteminin yaradılmasına yardım, beynəlxalq ticarətə mane olan halların aradan qaldırılması, xarici ticarət və hesablaşmalarda məhdudiyyət tətbiq etməmək şərtilə ödəniş balansını yaxşılaşdırmaq üçün üzvlərinə müvəqqəti maliyyə yardımı edilməsi, üzv-dövlətlər arasında ödəniş balansının kəsirinin ardıcıllığını və miqyasını azaltmağa yardım etmək.

Beynəlxalq Valyuta Fonduna hökumətlərarası valyuta-maliyyə təşkilatı olaraq istənilən dövlətin üzvlüyünə açıqdır, amma üzvlük müd­dətini və şərtlərini Beynəlxalq Valyuta Fondu müəyyən edir. Məc­buri şərtlər: kvotanı ödəmək, beynəlxalq ticarət hesablaşmaları üzrə valyuta əməliyyatları rejimini razılaşdırmaq və ölkənin valyuta və maliyyə və­ziy­yəti üzrə məlumat vermək.

İmza kvotası (üzvlük kvotası) ölkənin dünya ticarətindəki iqtisadi əhəmiyyəti ilə müəyyən edilir. Kvota hesablanarkən makro­iq­ti­sadi gös­tə­ri­cilər əsas götürülür: ÜDM, ölkənin qızılvalyuta ehtiyat­la­rı­nın orta sə­viyyəsi, cari əməliyyatlar üzrə beynəlxalq gəlirlər və ödəmələr. Kvotanın 25%-ə qədəri ehtiyat valyutasında ödənməlidir, digər hissəsi isə milli valyutada ödənir (adətən adi veksel şəklində). Kvotaya hər 5 ildən bir yenidən baxılır və ölkə iqtisadiyyatındakı dəyişikliklər nəzərə alınmaqla və Beynəlxalq Valyuta Fondunun vəzifələrini icra etmək üçün olan ehtiyatların həcmindən asılı olaraq korrektə edilir. Hazırda Beynəlxalq Valyuta Fondunun kapitalı 212 milyard SDR-dir.

Kvotanın həcmi ölkənin Beynəlxalq Valyuta Fondu ilə müna­si­bətlərində vacib rol oynayır: ölkənin Beynəlxalq Valyuta Fondunun rəhbər orqanlarındakı səs sayı bundan asılıdır; ölkənin Beynəlxalq Val­yuta Fondundan ala biləcəyi maliyyənin həddi bununla ölçülür; kvotanın həcminə mütənasib olaraq SDR bölüşdürülür.

Beynəlxalq Valyuta Fondu Ehtiyatları ölkələrin maliyyələş­mə­sinin əsas mənbəyi olan öz ehtiyatları ilə yanaşı götürdüyü borcu da əhatə edir. Beynəlxalq Valyuta Fondu yardımına olan ehtiyac Beynəlxalq Valyuta Fondunun ehtiyatlarını keçəndə borca ehtiyac yaranır. Məsələn, ölkələrin ödəmə balansında ardıcıl və əhəmiyyətli çətinlik olarsa və onu aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondunun vəsaitini mü­vəq­qəti olaraq əhəmiyyətli şəkildə artırması lazım ola bilər. Hesab olunur ki, bu halda kvotanı artırmaq yox, borc götürmək lazımdır, Beynəlxalq Valyuta Fondunun ehtiyatlarına müvəqqəti əlavə olunsun.

Beynəlxalq Valyuta Fondu borcunun mənbələri, şərtləri və me­tod­larını seçmək hüququna malikdir. Lakin indiyədək Beynəlxalq Val­yu­ta Fondu yalnız dövlət strukturlarındaın borc götürmüşdür (üzv-dövlətlər və onların mərkəzi bankları). 1970-ci illərədək Beynəlxalq Val­yuta Fondu müstəsna olaraq Borclanma haqqında Baş Razılaşma çərçi­və­sində borc götürürdü. Bu, 11 müxtəlif inkişaf etmiş ölkə və ya onların mərkəzi bankları ilə açılan və hər 5 ildən bir yeniləşən kredit xətləridir. Beynəlxalq Valyuta Fondu bu xətlər üzrə borcu bazar şərtləri ilə götürür və əsasən ölkələrə iri kredit vermək üçün istifadə edir – dünya valyuta sisteminin sabitləşdirilməsi üçün.

Beynəlxalq Valyuta Fondu ikitərəfli əsasda kredit götürməyə baş­ladı ki, bu da ona neft qiymətlərinin kəskin artması nəticəsində ödəmə balansına xüsusilə mənfi təsir etmiş üzv dövlətlərə əhəmiyyətli kredit verməyə imkan verdi. Kreditor qismində Beynəlxalq Valyuta Fondu əvvəlcə neft ixrac edən ölkələrdən istifadə etdi, daha sonralar bura bir sıra inkişaf etmiş dövlətlər də qoşuldu.

Beynəlxalq Valyuta Fondu səhmdar bank qismində təşkil edilib. Beynəlxalq Valyuta Fondunun idarəetmə orqanları strukturuna daxildir: (1) idarəetmə heyəti, Müvəqqəti Komitə, İnkişaf Komitəsi, (2) icraçı-direktorlar şurası (icraçı şura), (3) bölüşdürücü-direktor.

İdarəetmə heyəti ən yüksən idarəetmə orqanıdır. Ona hər bir üzv-dövlətdən beş ilə təyin olunan bir idarəçi və onun müavini daxildir. Bir qay­da olaraq, bunlar ya maliyyə nazirləri ya da mərkəzi bankların baş­çıları olur və buna görə də hökumətlərini təmsil etmək səlahiyyətində olur­lar. Adətən idarəetmə şurası ildə bir dəfə yeni üzvlərin qəbulu, kvo­ta­ların təsdiqi ya yenidən baxılması, üzv-dövlətlərin valyutalarının parite­tində dəyişikliklər və sair məsələlərə baxmaq üçün yığışır. İdarəetmə şurasının bir çox funksiyaları icraçı direktorlara verilə bilər.

Müvəqqəti komitə (beynəlxalq valyuta sistemi məsələləri üzrə idarəçilər şurasının müvəqqəti komitəsi) Beynəlxalq Valyuta Fondunun 24 idarəedicisindən ibarətdir (nazirlər və ya müvafiq bərabər dərəcəli vəzifə) və ildə iki dəfə iclas keçirir. İcraçı direktorlar şurasına rəhbərlik edir, idarəedici şuraya beynəlxalq valyuta sisteminin idarəetməsi və fəa­liy­yəti üzrə hesabatlar, Beynəlxalq Valyuta Fondunun razılaşma mad­də­lərinə dəyişikliklər barədə təkliflərini verir.

Sərəncamverici direktoru İcraçı direktorlar şurası beşillik təyin edir və yenidən seçilmək məhdudiyyəti yoxdur. O, icraçı şuraya başçılıq edir, Beynəlxalq Valyuta Fondunun gündəlik fəaliyyətini idarə edir və təşkilat heyətinin başçısıdır. Beynəlxalq Valyuta Fondunda dünyanın müxtəlif ölkələrindən 2,500 nəfər işləyir: iqtisadçılar, statistiklər, alimlər, dövlət maliyyə və vergiqoyma məsələləri üzrə ekspertlər, köməkçi heyət. İşçilərin əksəri Vaşinqtondakı (ABŞ) mənzil-qərargahda yerləşir. Bir his­səsi Paris, Cenevrə və Nyu-Yorkdakı şöbələrdə və ya Beynəlxalq Val­yuta Fondunun üzv-ölkələrdəki nümayəndəliklərində çalışır.


  • Beynəlxalq Valyuta Fondunun fəaliyyətinin əsas istiqa­mətləri:

  • Dünya valyuta sisteminə nəzarət;

  • SDR buraxılması yolu ilə likvid vəsaitlərin yaradılması;

  • Üzvlərin maliyyələşdirilməsi;

  • İqtisadi siyasət və texniki yardım üzrə tövsiyələrin hazır­lanması;

  • Statistikanın toplanması və nəşri.

Beynəlxalq Valyuta Fondunun nizamnaməsinə əsasən, dünya val­yuta sisteminə nəzarət və onun səmərəli işləməsini təmin etmək Bey­nəl­xalq Valyuta Fondunun öhdəliklərinə daxildir. Beynəlxalq Valyuta Fondu dünya maliyyə sisteminə, xüsusilə üzv-dövlətlərin valyuta məzən­nə­si siyasətinə nəzarət edir və həmin siyasəti müəyyənləşdirərkən döv­lət­lərin rəhbər tutmalı olduğu konkret prinsipləri müəyyən edir. Beynəlxalq Val­yuta Fondu valyuta məzənnələrinin real böyüklüyünü müəyyən etməli, ölkələrin iqtisadi qiymətləndirilməsində obyektiv olmalı və bunu bütün ölkələrə təqdim edir.

Nəzarət funksiyalarını həyata keçirərkən Beynəlxalq Valyuta Fon­du ölkənin iqtisadi vəziyyətinin, onun iqtisadi siyasət sahəsindəki stra­tegiyasının hərtərəfli təhlilini aparır. Beynəlxalq Valyuta Fondunun möv­qeyi belədir ki, ardıcıl və səmərəli iqtisadi siyasət ölkədə milli val­yutanın məzənnəsini və dünya maliyyə sistemini sabit saxlamağa imkan verir, dünya iqtisadiyyatının inkişafını təmin edir.

Beynəlxalq Valyuta Fondu ölkələrin götürdükləri öhdəlikləri necə ye­rinə yetirməsinə nəzarət edir. Belə öhdəliklərə daxildir: iqtisadi in­ki­şa­fa və məşğulluğun sabit saxlanmasına imkan yaradan iqtisadi və maliyyə siyasətinin aparılması, tədiyyə balansındakı kənarlaşmaları tənzim etək üçün və digər dövlətlər üzərində haqsız üstünlük yaratmaq məqsədi daşıyan valyuta məzənnələri ilə kənarlaşma edilməsindən imtina.

Nəzarəti həyata keçirmək üçün Beynəlxalq Valyuta Fondu mün­tə­zəm və xüsusi məsləhətləşmələr aparır. Müntəzəm məsləhətləşmələr hər il bütün üzv ölkələrlə aparılır və nəticədə Beynəlxalq Valyuta Fondu öz üzvlərinin valyuta siyasəti və ümumi iqtisadi vəziyyəti barədə məlu­mat­lanır. Əgər ölkə ağır iqtisadi vəziyyətdədirsə və ya onun digər ölkələrə çətinlik yaradan siyasət apardığı şübhəsi varsa, səlahiyyətverici di­rektorun qərarı ilə əlavə məsləhətləşmə aparılır.

Müntəzəm məsləhətləşmələri Beynəlxalq Valyuta Fondunun eks­pertlər qrupu aparır. Onlar valyuta məzənnəsinə təsir edən amillər olan idxal-ixrac, əmək haqqı səviyyəsi, qiymətlər, əhalinin məşğulluğu, ma­liyyə bazarının konyunkturası, investisiyalar, pul, maliyyə və digər gös­tə­ricilər barədə statistik məlumatları toplayır. Daha sonra hökumətin vəzi­fəli məmurları ilə hökumətin iqtisadi siyasəti barədə və dövlətin val­yutasının dövriyyəsinin məhdudlaşdırılmasına qarşı gördüyü tədbirlərin məqsədəuyğunluğu barədə müzakirələr aparılır.

Müzakirələrin nəticəsində Beynəlxalq Valyuta Fondu ekspertləri İcraçı Şuraya təqdim etmək üçün ətraflı hesabat hazırlayırlar. Ölkə rəh­bər­liyinə isə ekspertlər öz nəticələrini təqdim edirlər. Orada adətən iqti­sadi siyasətin səmərəliliyini artırmaq üçün Beynəlxalq Valyuta Fondunun tövsiyələri olur.



Xüsusi məsləhətləşmələri Beynəlxalq Valyuta Fondu dünya iq­tisa­diyyatına öncül mövqe tutan və iqtisadi siyasəti dünya iqtisa­diy­ya­tına mühüm təsir göstərən inkişaf etmiş ölkələrlə aparır. Məsləhətləşmə­lər­də məqsəd dünyadakı iqtisadi vəziyyəti müzakirə etmək və iqtisadi inkişafın perspektivlərini araşdırmaqdır. Bu məsləhətləşmələrin nəticələri dərc edilir ki hökumətlər siyasətlərini ona uyğunlaşdırsınlar.

SDR buraxılması ilə likvid vəsaitlərin yaradılması dünya valyuta sis­teminin stabilliyinə kömək etməli və beynəlxalq hesablaşmaların ma­neəsiz aparılmasına imkan verməlidir. Beynəlxalq Valyuta Fondu bey­nəlxalq miqyasda likvidliyin vəziyyətinə, yəni üzv-dövlətlərin qızıl-val­yuta ehtiyatlarının səviyyəsinə və tərkibinə xüsusi diqqət yetirir. Buna görə də, Beynəlxalq Valyuta Fondunun vacib vəzifələrindən biri üzv­lə­rinə likvidliyin təminatı üçün SDR-in paylanmasıdır, hansı ki, beynəlxalq ehtiyat aktivlərinə əlavə uzunmüddətli tələbatı ödəmək üçün emissiya olu­­nur. Öz nizamnaməsinə əsasən, Beynəlxalq Valyuta Fondu
SDR-in dün­ya valyuta sistemində əsas aktiv olmasına çalışmalıdır.

Kollektiv valyuta olan SDR qızılla və milli valyutalarla yanaşı eh­tiyat aktiv rolunu oynayır. Bu rəsmi aktivdir və onun emitenti və isti­fadəçisi yalnız Beynəlxalq Valyuta Fondu, üzvləri və müəyyən olunmuş rəsmi iştirakçılar71 ola bilər. Kommersiya bankları “özəl SDR” yarada bi­lər, lakin o rəsmi ehtiyat aktivi deyil, sadəcə SDR-də ifadə olunan ma­liyyə vasitəsidir.

Beynəlxalq Valyuta Fondu ölkələrin kvotalarına mütənasib şə­kildə onlara SDR təqdim edir. Yalnız Beynəlxalq Valyuta Fondu SDR-in dünya valyuta sistemindəki lazımi miqdarını və onun artırılmasını müəy­yən edir. SDR-ın təqdim edilməsi məsələsi beşillik müddətlərə müəyyən­ləş­dirilir və bu zaman dünya iqtisadiyyatının iqtisadi durğunluq və izafi tələb və inflyasiyanın qarşısını almaq üçün əlavə ehtiyat aktivlərinə eh­tiyacları nəzərə alınır. SDR-in yeni bölgüsü öz təklifini Beynəlxalq Valyuta Fondunun səlahiyyətli direktoru İcraçı Şurasının razılığı və İdarəedicilər Şurasının təsdiqi ilə verir.

SDR 1970-1972-ci illərdə və 1979-1981-ci illərdə bölünübdür. Ümumi emissya bu zaman 21 milyarddan çox olub. Beləliklə, dünya eh­tiyat valyutasında SDR-in payı 2% təşkil edir. 1997-ci ildə nizam­na­məsinə edilən dəyişikliklə Beynəlxalq Valyuta Fondu 1981-ci ildən son­rakı üzvlərin ehtiyat valyutasını artırmaq üçün əlavə 21.4 milyard SDR buraxa bilər.



Beynəlxalq Valyuta Fondu üzvlərinin maliyyələşdirilməsi fondun fəaliyyətində xüsusi istiqamətdir. Beynəlxalq Valyuta Fondu bank deyil və əmanətçilərlə vəsait alıcıları arasında vasitəçi deyil. Buna görə də, Beynəlxalq Valyuta Fondunun bütün üzvləri kredit qabiliyyətindən asılı olmayaraq Beynəlxalq Valyuta Fondunun yardımından istifadə etmək hü­qu­quna malikdir. Beynəlxalq Valyuta Fondunun üzvlərinə maliyyə yar­dımı etməsinin əsas məqsədi ödəmə balansındakı disbalansı ticarət və ödəniş məhdudiyyətləri tətbiq etmədən aradan qaldırmağa yardım et­məkdir. Bu halda ölkələrin Beynəlxalq Valyuta Fondu ehtiyatlarına bə­ra­bər çıxışı tələbinə əməl edilir. Beynəlxalq Valyuta Fondu kreditinin alın­ması həm də həmin ölkənin əlavə özəl və dövlət investisiyalarına zəmin yaradır.

Beynəlxalq Valyuta Fondunun istənilən ehtiyatlarından istifadə et­mək üçün ölkə öz tədiyyə balansını maliyyələşdirməli olduğunu əsas­lan­dırmalıdır. Maliyyələşmənin vacib olması meyarları kimi ölkənin tədiyyə balansının vəziyyəti, beynəlxalq ehtiyatlarının saldosu və ölkənin ehtiyat mövqeyinin dinamikasını72 Beynəlxalq Valyuta Fondu nəzərə alır. Həmçinin, ödəmə balansındakı bərabərsizliyi aradan qaldırmaq üçün döv­lətin tədbirləri də nəzərə alınır.

Ödəmə balansının kəsrini maliyyələşdirməyin zəruriliyi təsbit edildikdən sonra, Beynəlxalq Valyuta Fondu həmin ölkənin öz borcunu ödəyə bilmək qabiliyyətini təhlil edir. Qaytarılmanın təminatı kimi ölkə­dəki iqtisadi siyasət çıxış edir (stabilləşdirmə proqramının həyata ke­çirilməsi).

Beynəlxalq Valyuta Fondu üzvlərinə maliyyə ehtiyatlarını həmin ölkənin iqtisadi stabilliyi stimullaşdırıcı, yəni vəsaitləri qaytarmağa xidmət edən tədbirlər şərti ilə verir (ödəmə balansının kəsrinin ida­rə olunan həcmdə azaldılması, iqtisadi yüksəlişə nail olunması, məş­ğulluq və maliyyə sa­bitliyinin artması; iqtisadiyyatın strukturca yenidən qu­rulması və sair). Belə olan halda gözlənilir ki, struktur məsələlərinin həlli və ödəniş balansının sağlamlaşdırılması və stabilləşdirmə təbdirləri bir-birinə kömək edir.



Beynəlxalq Valyuta Fondu ehtiyatları onun üzvlərinin sərən­ca­mına ən müxtəlif yanaşma və mexanizmlərlə verilə bilər və əsasən tədiyyə balansının maliyyələşdirilməsi probleminin həll olunması üsuluna görə və Beynəlxalq Valyuta Fondunun şərtlərinin məzmununa görə fərqlənir.
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə