Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix20.09.2017
ölçüsü4,51 Kb.
#877
1   ...   27   28   29   30   31   32   33   34   35

 
 
 
146 
                                                                       20. m. Məmmədova Aygün Ənvər qızı 
      Məmmədova  Aygün  Ənvər  qızı    Abşeron  rayon  Saray  qəsəbəsində  1964-  cü  il  may  ayının  14  də  anadan 
olmuşdur  .Orta  məktəbi  Saray  qəsəbəsi  M.Ələkbərov  adına  tam  orta  məktəbi  bitirmişdir.  1982-ci  ildə  SSRİ-nin 50  illiyi adına 
Xarici Dillər İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. 1987-ci ildə  həmin İnstutu bitirmiş. İngilis və rus dillərini əla bilir. Bir 
neçə məqalələrin müəllifidir. 
 
 
 
 
 
 
 
 
 


 
 
 
147 
21. m. İsgəndərova Sədaqət Məmmədağa qızı 
 
İsgəndərova (Əliyeva) Sədaqət Məmmədağa qızı 23/04/1960-cı il tarixində, Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə 
Yasamal rayonunun (Oktyabr rayonu) 199 saylı məktəbinə daxil olmuş və onu 1977-ci ildə bitirmişdir. 1978-ci ildə SSRİ-nin 50 
illiyi  adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna  (Azərbaycan Dillər Universiteti) qəbul edilmiş və 1981-ci ildə ailə 
qurmağı  və həyat yoldaşı ilə  xaricə(Liviya) getdiyinə görə akademik möhlət götürmüş və 1984-cü ildə xaricdən qayıdaraq 
təhsilini davam etdirmiş və 1986-cı ildə həmin institutu bitirmişdir, 1987-ci ildə yenidən həyat yoldaşı ilə birgə Yəmən 
Respublikasına  yola düşmüş və 1990-cı ilin mayında geri qayıtmışdır.  Xaricdə olduğu  müddət ərzində  baş hərbi məsləhətçinin 
aparatında işləmişdir. 1992-ci ildən “Aygün”adlı kiçik müəssisədə tərcüməçi kimi çalışmışdır. 2000-ci ildən indiyədək  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər kafedrasında ingilis dili müəllimi işləyir. Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin “Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin  hazırlığı üzrə 
çərçivə kurrikulumu” nun tətbiqi ilə bağlı treninqdə iştirak etmişdir. ( Bakı şəhəri, 08 sentyabr-12 sentyabr 2008-ci il) Bir neçə 
sertifikatların sahibidir.
 
 
 
 
 
 
 


 
 
 
148 
22. m. Həsənova Cəmalə Fazil qızı 
 
 
 
 
 
 
 
 
 
Cəmala  Fazil  qızı  Həsənova  11  may  1980  ci  ildə  Bakı  şəhərində  anadan  olmuşdur.  1997-ci  ildə  Bakı  şəhəri,  Binəqədi 
rayonu  267  saylı  orta  məktəbi  bitirmişdir.  Elə  həmin  il  Azərbaycan  Dillər  Universitetinin  Roman-German  Filologiyasi 
fakültəsinə qabul olmuş, 2001- ci ildə universitetin bakalavr pilləsini bitirmiş va həmin il də Azərbaycan Dillər Universitetinin 
Dilşünaslıq  istiqamati  üzrə  magistratura  pilləsinə  qabul  olmuş,  2003  -ci  ildə  magistratura  pilləsini  bitirmişdir.  2001-2003  ci 
illərdə Nəsimi rayonu,   5saylı orta  məktəbdə ingilis  dili müəllimi kimi iş  fəaliyyətimə başlamışdır. 2003-ci  ildən  Azərbaycan 
Dövlət Pedaqoji Universitetinin Xarici Dillər (indiki İngilis Dili) kafedrasında 1 ştat müəllim vəzifəsində çalışır, 8 elmi məqaləsi 
çap olunub. 
 
 
 
 
 
 


 
 
 
149 
                                                                         23. m. Hüseynova Elnarə Tofiq qızı 
 
 
     
Elnarə Tofiq qızı Hüseynova 13 iyul 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri, 
Sabayıl  rayonundakı  49  saylı  məktəbi  bitirmişdir.  Həmin  il  Azərbaycan  Dillər  Universitetinin  Filologiya  fakultəsinə  qəbul 
olmuşdur.  2002-ci  ildə  universitetin  bakalavr  pilləsini  bitirmiş  və  2004-cü  ildə  ADU-nun  magistratura  pilləsinə  qəbul 
olunmuşdur. 2007-ci ildə ADU-nun magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə Rusiya Federasiyasının 
Naryan-Mar şəhərində “Verso-M” şirkətinin tədris şöbəsində  menecer  vəzifəsində çalışmışdır.  2011-ci  ildə  Azərbaycan Dövlət 
Pedaqoji  Universitetinin  Xarici Dillər  (indiki İngilis  dili) kafedrasında 1 ştat  müəllim  vəzifəsində çalışır. 7 elmi  məqaləsi  və  1 
tezisi çap olunub. 
 
 
 
 
 
 


 
 
 
150 
24. m. Alıyeva Günay Dilqəm qızı 
Günay Dilqəm qızı Alıyeva 4 avqust 1979-cu ildə Bakı şəhərındə anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərı, Xətai 
rayonundakı 95 saylı məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur. 
2000-ci  ildə  universitetin  bakalavr  pilləsini  fərqlənmə  diplomu  ilə  bitirmiş  və  həmin  ildən  ADU-nun  magistratura  pilləsində 
təhsilimi  davam  etdirmişdir.  2002-ci  ildə  ADU-nun  magistratura  pilləsini  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  2004-  cü  ildən 
Azərbaycan  Dillər  Universitetinin  ingilis  dilinin  qrammatikası  kafedrasında  müəllim  vəzifəsində  çalışmışdır.  2012-  ci  ildən 
Azərbaycan  Dövlət Pedaqoji Universitetinin Xarici dillər (indiki  İngilis dili)  kafedrasında 1 ştat müəllim  vəzifəsində çalışır.   6 
elmi məqaləsi Respublikada, 1 elmi məqaləsi xaricdə çap olunub. 1 proqramın  və  1 dərs vəsaitinin müəllifidir.
 
 
 
 
 


 
 
 
151 
  25. m. Miriyeva Mətanət Böyükkişi qızı 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti İngilis dili kafedrası. 30 İyun 1961-ci ildə Salyan şəhərində anadan olmuşdur.             
1968-ci ildə Salyan şəhərində 7saylı irta məktəbi bitirmiş və1978-ciildə həmin məktəbi bitirmişdir.1982-ci ildəSSRİ-nin 50 illiyi 
adınaAPXDİ –na daxil olmuşdur. Buranı1987-ci ildə bitirmişdir. 
 
 
 
 
 
 
 
 
11.1978-05.1979. APXDİ-da qarderobçu kimi başlamış .Eyni zamanda xarici dili kursunda təhsil almış. 06.1979-
1983.BMkZ-da əvvəlcə 3 ay şagird kimi çalışıb, sonra isə elektirik maşınlarında sarıyıcı operator kimi işləməyə başlamışdır, 
yaxşı işlədiyinə görə mənə tez-tez pul mükafatı verirdilər,şəkillərini divar qəzetinə vururdular. O zaman zərbəçi döş nişanına 
layiq görülmüşdü. Moskvanın çəkdiyi “NAŞA MARKA”sənədli filiminə çəkmişdilər.Yaxşı işlərinə mükafat olaraq  elektron 
maşınların tərcüməçisi kimi görmək istədilər və indiki Xarici dillər universitetinə oxumağa göndərdilər vəhəm oxuyub,həm də 
işləməyimi təmin etdilər .Eyni zamanda  partiya sıralarına qəbul etdilər. Bir il namizədlikdən sonra imtahan verib partiya 
sıralarına daxil olub. Lakin təhsil aldıgı müddətdə müəllim olacağınasöz verib və zavoddan ayrılıb komsomol xəttilə 269sayli 
məktəbə baş pioner dəstə rəhbəti kimi göndərilib.11.1984-1989.269saylı orta məktəbdə baş pioner dəstə rəhbəri.    09.1989-
09.2014.Ə.Əliyev adına 204 saylı orta məktəbdə ingilis dili müəllimi. 09.2014-cü ildən ADPU-da ingilis dili müəllimi 
vəzifəsində çalışır.İşlədiyim müddətdə daim irəli getməyə çalışır.Hər bir işi vaxtında və ləyaqətlə yerinə yetirməyə çalışır.3 
məqalə müəllifidir. Fənn sillabusunu təkmilləşdirir. 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə