Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə27/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

 
 
68 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Ключевые  слова:  исторические  исследования,  вышивка,  искусство  вы-
шивки 
 
Rena MAMMADOVA 
Senior Lecturer of ASPU 
 
 
ABOUT THE HISTORI OF THE ART EMBROIDERYIN AZERBAIJAN 
 
Summary: Embroideries are the result of very long and hard path of develop-
ment, thanks to the material and moral (spiritual) culture of the people. Embroidery 
closely associated with the history of people, which is one of the valuable sources in 
order to learn about its culture. The history of folk art, ethnographic and artistic 
features are reflected in embroideries. 
Key words: historical research, embroidery, the art of embroidery                
 
Rəyçilər: ADPU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru  
                 Səadət Musayeva 
                 ADPU-nun dosenti Səkinə Əliyeva 
 


 
 
69 
 
Üzeyirbəyşünaslıq UOT 782.8 Zeynallı Günel  - “Ər və arvad” operettası 100 il sonra səhnədə... 
Günel ZEYNALLI  
Ü.Hacıbəyli adına BMA-nın doktorantı 
Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98 
Email: f-no@list.ru 
“ƏR VƏ ARVAD” OPERETTASI 100 İL SONRA SƏHNƏDƏ... 
 
Xülasə: Məqalədə Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının yaranma 
tarixinə  nəzər salınır. Bu əsərin Sərdar Fərəcov tərəfindən yenidən bərpa və 
redaktə olunması barədə  ətraflı  məlumat verilir. Operetta üzərində redaktə 
işinin ətraflı təsnifatı verilir.  
Açar sözləri:  bəstəkar, Üzeyir Hacıbəyli, Sərdar Fərəcov, janr, musiqili 
komediya, operetta  
 
1910-cu il may ayının 24-ü Azərbaycan musiqi tarixində yeni səhifənin açıldığı 
gün idi. Məhz bu gün Üzeyir Hacıbəylinin Azərbaycanda ilk milli musiqili komediya 
janrının  əsasını  qoyan  “Ər  və  arvad”  operettası  səhnələşdirilmişdir.  Hal-hazırda 
fəaliyyətdə  olan  Azərbaycan  Musiqili  Komediya  Teatrının  (indiki  Azərbaycan 
Dövlət Musiqili Teatrı) tarixi də bu günlə hesablanır. 
 1910-cu  il  mayın  24-də  Nikitin  qardaşları  sirkində  Nicat  cəmiyyətinin 
təşkilatçılığı ilə Üzeyir bəy Hacıbəylinin “Ər və arvad” operettası səhnəyə qoyuldu 
(2).  Operetta elə ilk təqdimatdan uğur qazanmış, tamaşaçı kütləsinin sevgisinə səbəb 
olmuşdur.  Müəllif  tərəfindən  qısa  müddətdə  yazılmış  (2-3  ay)  bu  əsər  3  pərdədən 
ibarət olub, xalq mahnıları, təsniflər, rənglərlə zəngindir.  
1910-cu  ildə  tamaşaya  qoyulan  “Ər  və  arvad”  operettası  1939-cu  ilə  qədər 
təkcə  Azərbaycanda  deyil,  Zaqafqaziyanın  bir  çox  şəhərlərində,  Türkiyədə,  Orta 
Asiya Respublikalarının bəzi şəhərlərində səhnələşdirildi. Lakin çox təəssüf ki, 40-cı 
illərdən  sonra  bu  əsər  bir  daha  səhnə  üzü  görmədi,  tarixin  bir  səhifəsi  kimi  ancaq 
yaddaşlarda  xatırlandı.  Əlbəttə  ki,  bunun  da  bizə  məlum  olmayan  sirli,  müəmmalı  
səbəbləri vardır. 
2009-cu ildə Azərbaycan operettasının 100 illik yubileyinə hazırlıq ilə əlaqədar 
olaraq  Azərbaycan  Dövlət  Musiqili  Komediya  Teatrı  yenidən  bu  əsəri  səhnəyə 
gətirmək istədi. Bunun üçün Üzeyir Hacıbəylinin Ev Muzeyində yerləşən elmi fonda 
müraciət  olundu.  Ancaq  çox  təəssüf  ki,  Üzeyir  Hacıbəylinin  “Ər  və  arvad” 
operettasının  öz  dövründə  libretto,  klavir,  partiturasının  olmasına  baxmayaraq 
dövrümüzə  qədər  ancaq  1937-ci  ildən  qalan  natamam  klaviri  və  librettosu, 
partituraya aid isə cəmi 8 orkestr səsləri (I, II skripka; alt; kontrabas; qoboy; truba in 
B;  faqot;  kiçik  təbilin  səsləri)  gəlib  çıxa  bilmişdir  (6).  Partituranın  tam  şəkildə 
orijinal variantı isə yox idi.  


 
 
70 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Sərdar Fərəcov əldə etdiyi not yazıları əsasında orkestr tərkibində dəyişikliklər 
edərək, orkestrdəki alətlərin sayını daha da artıraraq əsərin mükəmməl səslənməsinə 
nail  ola  bildi.  Bəstəkar  partiturada  alətlər  sırasını  belə  təqdim  etmişdir:  2  fleyta;  2 
qoboy;  2  klarnet  in  B;  2  faqot;  2  valtorna  in  F;  2  truba  in  B;  2  trombon;  litavra; 
sinclər  (tarelkalar);  üçbucaq;  kiçik  təbil;  ksilofon;  piano;  skripka  1;  skripka  2;  alt; 
violonçel; kontrabas. 
Qeyd olunduğu kimi, 8 orkestr alətini 17 alətə qədər artırmışdır. Bəstəkar ağac 
nəfəs alətləri qrupuna aid bütün alətlərdən (fleyta, qoboy, klarnet, faqot), mis nəfəs 
alətləri  qrupuna  aid  alətlərdən  (valtorna,  truba,  trombon),  zərb  alətlər  qrupundan 
(litavra,  ksilofon,  tarelkalar,  kiçik  təbil,  üçbucaq),  pianodan,  həmçinin  simli  alətlər 
qrupu (I və II violinlərdən, viola, violonçel və kontrabas) alətlərin köməkliyi ilə “Ər 
və 
arvad” 
operettasının 
yeni 
partiturasını 
tərtib 
etmişdir. 
Bununla  bəstəkar,  orkestr  səslərinin  koloritliyi,  alətlərin  səslənmə  rəngarəngliyi, 
müxtəlif alətlərin düzgün seçimi ilə orkesrtın miqyasını zənginləşdirərək əsəri klassik 
normalara uyğunlaşdırmışdır. 
Zamanında  operettanın librettosu  bir  neçə  dəfə  nəşr  olunsa da, not  və  musiqi 
materialları  xəttatlar  tərəfindən  yazılır,  arxivlərdə  saxlanılırdı.  Köçürmələr  zamanı 
bəzən  səhvlərə  yol  verilir,  bəzi  nömrələr  isə  təhrif  olunurdu.  Bunları  nəzərə  alan 
bəstəkar və Ü.Hacıbəylinin Memorial Ev Muzeyinin direktoru Sərdar Fərəcov çətin, 
eyni  zamanda  məsuliyyətli  bir  işə  girişərək  Ü.Hacıbəylinin  unudulmuş,  illərlə 
səhnələrdə  səslənməyən  “Ər  və  arvad”  operettasını  yenidən  işləyir,    klavir  və 
partiturasının bərpası işini vacib bilir. Beləliklə də bəstəkar əsərin librettosunu 2005-
ci  ildə  Üzeyir  bəyin  120  illik  yubileyi  münasibətilə  tərtib  etdiyi  “Komediyalar  və 
yumoristik  miniatürlər”  kitabında,  klavirini  isə  2012-ci  ildə  (ikinci  dəfə  redaktə 
2015-ci il) Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap etdirir.  
2010-cu il 16 oktyabrda Üzeyir bəyin 125 illik və Azərbaycan Dövlət Musiqili 
Komediya Teatrının 100 illik yubileyləri münasibəti ilə Üzeyir Hacıbəylinin “Ər və 
arvad”  operettası  bəstəkar  Sərdar  Fərəcovun  yeni  redaksiyası  əsasında  elə  Musiqili 
Komediya Teatrında yenidən işıq üzü gördü.  Uzun illərin həsrətindən sonra nəhayət 
ki, “Ər və arvad” doğma səhnəsinə geri döndü. Sərdar Fərəcov bu barədə belə yazır: 
“Ər və arvad” operettasının yenidən səhnəyə qayıtması Üzeyir bəyin ruhu qarşısında 
bir mənəvi borcun ödənilməsi kimi qiymətləndirilə bilər” (6, s. 9) 
100  il  öncə  1910-cu  və  2010-cu  ildə  səhnələşdirilən  “Ər  və  arvad” 
operettasının  təşkilat  və  aktyor  heyətlərini  xatırlasaq,  maraqlı  bir  müqayisə  əldə 
etmiş  olaraq.  İlk  dəfə  1910-cu  ildə  bu  operettanı  səhnələşdirərkən  əsərin  dirijoru 
məhz  müəllif,  Üzeyir  bəy  özü  olmuşdur.  Rejissor  H.Ərəblinski,  rejissor  köməkçisi 
X.Hüseynov,  təşkilatçı  A.Vəli  olublar.  Rollarda  isə  o  zaman  həvəskar  aktyor  kimi 
fəaliyyət  göstərən,  lakin  dövrlərinin  ən  mükəmməl  opera  sənətçiləri  kimi  tanınan 
Hüseynqulu  Sarabski  (Mərcan),  Mirzəağa  Əliyev  (Kərbalayi  Qubad),  Əhməd 
Ağdamski (Minnət), Hənəfi Terequlov (Səfi), Kələntərov (Yetər) və b. çıxış etmişlər. 
1910-cu  ildə  səhnədə  qadınların  görünməsi,  iştirakı  qadağan  olunduğu  üçün  qadın 
rolları  da  kişilərə  həvalə  edilmişdi.  Onun  üçün  Minnət  və  Yetər  rollarını  da  kişi 
aktyorları oynayıb.  


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə