Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə25/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

 
 
64 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Rəna MƏMMƏDOVA 
                         ADPU-nun müəllimi 
Ünvan: Bakı, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 68 
Email: mamedovarana@mail.ru 
 
AZƏRBAYCANDA BƏDİİ  TİKMƏ SƏNƏTİNİN  
TARİXİ İNKİŞAF YOLUNA DAİR 
 
Xülasə:Tikmələr xalqın maddi və mənəvi mədəniyyətinin nəticəsi olaraq çox 
uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Onlar mənsub olduğu xalqın tarixi ilə 
sıx bağlı olmuş, milli mədəniyyətin öyrənilməsi üçün qiymətli mənbələrdən 
birinə çevrilmişlər. Xalq yaradıcılığının tarixi, onun etnoqrafik və  bədii 
xüsusiyyətləri qədim tikmələrdə öz əksini tapır. 
Açar sözlər:Azərbaycan incəsənəti, tarixi araşdırmalar, bədii tikmə sənəti
Azərbaycan mədəniyyətinin zəngin bədii təsvir vasitələrinə malik olan ən zərif, 
incə sahələrindən biri də tikmə sənətidir. Bədi itikmələr uzun sürən və çox mürəkkəb 
inkişaf yolu keçmiş xalqın maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi 
ilə  möhkəm  bağlı  olan  tikmələr,  onun  mədəniyyətini  öyrənmək  üçün  qiymətli 
mənbələrdən biridir. Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz 
əksini  məhz  tikmələrdə  tapır.  Bədii  tikmələr  maddi  mədəniyyətin  bütün  başqa 
ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı, sabit etnik 
əlamətləri  özündə  yaşadır.  sırasına  daxildir.  Bu  xüsusiyyət  həm  müəyyən  formalı 
geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü daha 
çox büruzəverir. 
Araşdırmalar  göstərir  ki,  Azərbaycanda  əsl  mənada  milli  tikmələr  məktəbi 
yaradılıb. Burada müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar tətbiq 
edilir.  Tikmə  sənətində  ən  çox  rəngli  ipək  saplar  işlədilir.  Lakin  keçmişdə  bu 
məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən 
hazırlanmış  lövhəciklərdən,  metal  piləklərdən,  hətta  qiymətli  daş-qaşdan  da  geniş 
istifadə edilirdi. 
 
Azərbaycanda  dekorativ-tətbiqi  incəsənətin  bir  növü  olan  naxış  tikmələrinin 
tarixi  uzaq  keçmişə  gedib  çıxır.  Belə  təsvirləri  Azərbaycanda  eramızdan  öncə  III 
minilliyə  aid  qədim  sənət  nümunələrinin  üzərində  görmək  mümkündür.  Bədii 
tikmələrin ilk nümunələrinə biz hələ Sasanilər dövründə rast gəlsək də, bu sənət get-
gedə təkmilləşərək orta əsrlərdə bir xalq sənəti kimi öz yerini tutmuşdur. 
Tarixi  araşdırmalar  və  regionda  üzə  çıxarılanarxeoloji  materiallar  xalq 
arasında  yayılan  naxış  növlərinin  geniş  çeşidini  müəyyənləşdirməyə  imkan  verir. 
Yüz  illər  öncə  burada  işlənən  tikmələrdəki  naxış  növləri  əl  işlərinə  xüsusi  gözəllik 


 
 
65 
 
İncəsənət UOT 746.02 Rəna Məmmədova - Azərbaycanda bədii  tikmə sənətinin tarixi inkişaf yoluna dair
verirdi.  
XI və XII naxış sənətı Azərbaycanda çox inkişaf etmişdi. İpək zəmin üzərinə 
inci ilə müxtəlif motiv və naxışlar işlənirdi. Azərbaycan tikmələri barədə məlumata 
IX-XI  əsrlərdə  yaşamış  ərəb  müəlliflərinin  və  klassik  şairlərin  –  Nizami,  Füzuli 
əsərlərində  də  rastgəlirik.  Orta  əsrlərdə  Səlib  yürüşlərinin  başlaması,  Şərqlə  Qərb 
arasında  ticarət  əlaqələrinin  inkişaf  etməsi,Şərqdə  işlənən  tikmələrdəki  naxış 
növlərindən,əl işlərindən və sənət nümunələrindən yaranmış gözəl əsərlərin Avropa 
ölkələrində tanınıb yayılmasına səbəb oldu.  
XIV-XVII  əsr  Təbriz  miniatürlərində  təsvir  olunan  personajların  geyimində 
və  bəzi  məişət  əşyalarının  üzərində  ornamental  təsvirli  tikmə  nümunələrinə  də 
təsadüf edilir.  
XVI-XIX  əsr  Azərbaycan  tikmə  sənətinin  bəzi  nümunələri  Sankt-Peterburq, 
London,  Moskvadakı  Şərq  Xalqları  Muzeyində  və  dünyanın  başqa  tanınmış 
muzeylərində  də  mühafizə  olunur.  Hazırda  Türkiyə  muzeylərində  parça  və  tikmə 
sənətimizi təmsil edən bir neçə yüksək səviyyəli əsərlərimiz vardır ki, bunlar da əsas 
etibarı ilə İstanbulun Topqapı sarayı muzeyində cəmlənmişdir. Bu görkəmli muzeydə 
saxlanılan parça və tikmə sənətimiz içərisində iki nümunə xüsusilə diqqəti cəlb edir. 
Onlardan  biri  XVI  əsrə  aid  sujetli  parça  tikməsidir,  o  birisi  isə  gülbətin  tikməli 
xələtdir. 
Orta  əsr  bədii  tikmə  sənətinin  istehsal  mərkəzləri  arasında  Təbriz,  Ərdəbil, 
Bakı,  Gəncə,  Naxçıvan,  Bərdə,  Şəki,  Şamaxı,  Quba  və  s.  şəhərlər  mühüm  yer 
tuturdu.  XVII  əsrdə  bədii  tikməli  parça  istehsalının  Şamaxı  əhalisinin  əsas 
peşələrindən birinə çevrildiyini Avropa səyyahı Adam Oleari də xəbər verir.  
Hələ qədim zamanlardan mirvari və muncuqla bəzədilmiş geyimlər və məişət 
əşyaları  və  s.  məlumdur.  Muncuqla  tikmə  məmulatına  nümunə  olaraq  Azərbaycan 
Tarix Muzeyinin etnoqrafiya fondunda saxlanılan materiallar içərisində XVIII əsrdə 
hazırlanmış Gəncə hökmdarı Cavad xana məxsus olan çubuğunu (çovqan) göstərmək 
olar. Bu çubuq başdan-başa rəngli toz muncuqla örtülmüşdür. Üzəri mirvari və qızıl 
piləklərlə  örtülmüş  XVIII  əsrə  aid  olan  qadın  geyimi  qolları  böyük  ustalıqla 
hazırlanmışdır. 
XIX  əsrdə  Azərbaycan  tikmə  sənəti  əsasən  Şamaxı,  Bakı,  Naxçıvan,  Şəki, 
Quba şəhərlərində cəmləşirdi. Lənkəran, Gəncə, Qazax şəhərlərində tikmə ilə qismən 
məşğul olurdular. Hər şəhər, qəsəbə özünəməxsus tikmə dəst-xəttinə, bədii üslubuna 
malik  idi.  Lakin  XIX  əsrdə  Azərbaycan  bədii  tikmə  sənəti  başlıca  olaraq  iki 
istiqamətdə(Şəkidə  qüllabduzluq,  Bakı  və  Şamaxıda  isə  güləbətin  üzrə)  inkişaf 
edirdi. 
Azərbaycanda  şəhər  məişətinin  və  geyim  mədəniyyətinin  bər-bəzək  tələb 
edən yüksək inkişaf səviyyəsinə çatması faktı da bədii tikmələrə marağı artırmışdır. 
Xüsusilə, kübar qadınların daş-qaşla süslənmiş geyim dəsti və məişət əşyaları tikmə 
üsulu ilə bəzədilib daha da yaraşıqlı görkəmə salınırdı. Cavan qız-gəlinlər həyatları 
boyu  böyük  həvəs  və  hövsələ  ilə  əllərində  olan  müxtəlif  növ  tikmələr,bədii  təsvir 
vasitələrindən istifadə edərək, öz geyim və məişət əşyalarını bəzəyib, könül oxşayan 
yaraşıqlı hala salmağa çalışırdılar.  


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə