Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 416,92 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix17.09.2017
ölçüsü416,92 Kb.
#405
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

31 

 

VIII MÖVZU: TƏHSİLİN MƏZMUNU. AZƏRBAYCAN 



RESPUBLİKASINDA ÜMUMİ TƏHSİLİN 

KONSEPSİYASI (MİLLİ KURİKULUM). DÖVLƏT 

TƏHSİL STANDARTLARI. TƏDRİS PLANI, TƏDRİS 

PROQRAMLARI, DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ. 

 

Təhsilin məzmunu dedikdə,  şagirdlərin müxtəlif 

dərslərdə yiyələnməli olduqları bilik, bacarıq və  vərdişlərin 

həcmi və xarakteri nəzərdə  tutulur ki, bunlar Ümumi Təhsil 



Konsepsiyasında – Milli Kurikulumda, dövlət təhsil 

standartlarında, tədris planlarında, tədris proqramlarında, 

dərslik və dərs vəsaitlərində öz əksini tapır.  

        Azərbaycan Respublikasında Ümumi Təhsilin 

Konsepsiyası (Milli Kurikulum) haqqında  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 

233 nömrəli qərarı”nın məzmunu. Qərarda deyilir: “Azərbaycan 

Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli 

Kurikulum (bundan sonra Milli Kurikulum) konseptual 

xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim 

nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir 

pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar 

məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim 

nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas 

prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir”. 



32 

 

 



 “Kurikulum” –  latın sözü olub “Kurs”, “İstiqamət”, 

Təlim kursu” deməkdir. 1576-cı ildən “Kurikulum” bir 

termin kimi işlədilir. İlk dəfə fən kurikulumları 1918-ci ildə 

ABŞ-da meydana gəlmişdir. 

           Kurikulum tədris planlarını, tədris proqramlarını, 

metodik işləmələri, qiymətləndirmə meyarlarınışagirdə və 

onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin 

konkret inkişafetdirici məqsədlərini, metodik təminatı, 

dəyərləndirmə modelini, texniki təchizatını  və  pedaqoji 

texnologiyaları  özündə birləşdirir.  

Kurikulumun quruluşu: 1) Ümumi təhsilə  və ümumi 

təhsilli  şəxsə  verilən tələblər; 2)Ümumi təhsilin məzmun 

standartları; 3) Ümumtəhsil müəssisələrində  fənlər üzrə illik 

dərs saatlarının miqdarı; 4)Ümumi təhsil sistemində pedaqoji 

prosesin təşkili prinsipləri; 5)Ümumi təhsil sistemində  şagird 

nailiyyətlərinin qiymətləndirilməsi; 6) Fənn kurikulumlarının 

strukturu.  

           Kurikulumun funksiyaları: ümumi təhsilin pillələri, bu 

pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın 

təmin edilməsi; fənlərin məzmununun cəmiyyətin tələbatına 

uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi; təlim 

texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması; 

nəticəyönümlü fənn kurikulumlarının hazırlanıb tətbiq 

olunması; təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, 

təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq 

və  vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında 

müəyyənləşdirilməsinin təmin olunması; şagird nailiyyətlərinin 

obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin 

edilməsi. 




33 

 

           Kurikulumun prinsipləri:   milli və ümumbəşəri 



dəyərlərin nəzərə alınması; ümumi inkişafı, meyl və maraqları 

nəzərə alınmaqla bütün şagirdlərə  əlverişli təlim  şəraitinin 

yaradılması; tələbyönümlülük;  nəticəyönümlülük; 

şagirdyönümlülük.; inteqrativlik. 



Fənn kurikulumları  – Milli Kurikulum çərçivəsində 

hazırlanır. Fənn kurikulumun quruluşu:  I. Giriş:  Fənnin 

məqsəd və  vəzifələri. Fənnin xarakterik xüsusiyyətləri . II. 

Fənnin məzmunu : Təhsil pillələri üzrə ümumi təlim nəticələri. 

Fənn üzrə  məzmun xətləri və onların  əsaslandırılması. Hər bir 

sinif üzrə ümumi təlim nəticələri. Ümumi təlim nəticələri 

əsasında zəruri minimum və daha yüksək səviyyəli alt 

standartların  müəyyənləşdirilməsi. Fəndaxili və  fənlərarası 

inteqrasiya. Ümumi təlim nəticələrinə  əsasən  şagird 

nailiyyətlərinə verilən minimum tələblərin təsviri.  

Təhsil standartı  (“Standart” anlayışı norma, nümunə, 

ölçü mənasında işlədilir) dedikdə ictimai idealı əks etdirən, bu 

ideala nail olmaq üçün şəxsiyyətin və  təhsil sisteminin real 

imkanlarını  nəzərə alan və dövlət təhsil normaları kimi qəbul 

edilən əsas parametrlər sistemi başa düşülür. 

 Dövlət təhsil standartlarına riayət etmək tipindən, 

formasından, tabeliyindən asılı olmayaraq ölkənin bütün tədris 

müəssisələri üçün məcburidir.  Standartların iki komponenti 

vardır:  1)  İnvariant (dəyişməz) komponent. Bu təhsilin 

özəyini təşkil edir. 2) Variativ (dəyişən) komponent. Bu 

komponentlər cəmiyyətin inkişafına, tələbatına  uyğun olaraq 

yenilənir, təkmilləşir.  

  

Standartın məqsədi  vətəndaşların təhsil səviyyəsinin 

aşağı düşməsinə yol verməmək, bütün tip tədris müəssisələrində 

təhsil alanlar üçün bərabər  şərait yaratmaq, şagirdlərin bilik, 



34 

 

bacarıq və 



vərdişlərinə verilən standart tələbləri 

müəyyənləşdirməkdir.  

        Tədris planı  tədris ilnin müddətini, rüblərin və  tətillərin 

sürəkliyini, tədris  müəssisəsində öyrənilən fənlərin siyahısını, 

ardıcıllığını, illik və  həftəlik saatların miqdarını göstərən 

mühüm pedaqoji sənəddir.  

Tədris planının vəzifələri və  tərtibinə verilən pedaqoji 

tələblər.   



Tədris proqramı  ayrı-ayrı  fənlərin bilik, bacarıq və 

vərdişlərin həcmini, mövzuların tədrisi ardıcıllığını  və  həmin 

mövzulara ayrılan saatların miqdarını müəyyənləşdirən mühüm 

pedaqoji sənəddir. Tədris proqramları  əsas iki yolla tərtib 

olunur: Konsentrik və sistematik (xətti) yol. Konsentrik tədris 

proqramlarında keçilən mövzunun (Məsələn, Nizami Gəncəvi 

və ya qrammatikadan “İsim”  mövzusu - təbii ki, bu  mövzular 

da müvafiq olaraq ədəbiyyat, Azərbaycan dili   fənlərinin içində 

olacaqdır) sonrakı siniflərdə yenidən daha geniş,  ətraflı  və 

dərindən tədrisi nəzərdə tutulur. Məsələn,  ədəbiyyat, 

Azərbaycan dili , riyaziyyat, təbiyyat  fənləri bir neçə 

konsentrdə təkrarən keçilir.   

Sistematik (Xətti) tədris proqramlarında isə keçilən 

mövzuya bir daha qayıdılmır. Təbii ki, mövzu müəyyən fənnə 

aid olacaqdır. Demək tədris fənni təhsil illərində yalnız bir dəfə 

keçiləcək. Həmin fənnin tədrisinə sonrakı siniflərdə bir daha 

qayıdılmır. Sistematik tədris proqramlarında tədris materialının 

ayrı-ayrı hissələri, mövzular  bir-birilə  sıx  əlaqədə sistemlə, 

ardıcıllıqla, sadədən mürəkkəbə, asandan- çətinə, məlumdam 

məchula  doğru keçilir.  

 Tədris proqramının vəzifələri və  tərtibinə verilən 

pedaqoji tələblər.   



Yüklə 416,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə