Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Mədəniyyət və incəsənət insanlığın keyfiyyət



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə181/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   191
etraf muhitin iqtisadiyyati

Mədəniyyət və incəsənət insanlığın keyfiyyət 
göstəricilərinə aiddir. 
Keçmişdə Səudiyyə Ərəbistanının müqəddəs şəhər-
lərində olan Mədinə şəhərində, yəni Məhəmməd Peyğəm-
bərin (s.ə) yaşadığı və dünyasını dəyişdiyi yerdə, pey-
ğəmbərin sağlığı dövründə və sonrakı mərhələlərdə orada 
yaşayan insanların həyat tərzinin formasına 
mədəniyyət
deyilmişdir. Çünki peyğəmbərin dövründə orada yaşayan 
insanların peyğəmbərə layiq danışıq və həyat tərzinə
davranışına ətraf insanlara bir nümunə kimi qiymətlən-
dirərək bu həyat tərzini mədəniyyət adlandırmışlar. 
Müasir cəmiyyətin həyat tərzinə ekoloji tələblər 
əlavə olunmuşdur. Bunu nəzərə alaraq demək olar ki
insanların özünə, bir-birinə və ətraf mühitə qayğıkeş 
münasibətinə mədəniyyət deyilir.
Bunlardan ən çətini hər kəsin özünə qayğıkeş mü-
nasibətidir. Bunu bacaran unsan heç bir səhv etməz, yə-
ni özünü dərk edirlər. Əsl mədəni insan gec qocalır, sağ-
lam və xeyirxah olur. 


342
Mədəniyyət hər kəsin nümunəvi daxili aləmidirsə, 
incəsənət mədəniyyətin təzahür formalarıdır. Mədəniy-
yət formaca fərdi xarakter daşıdığı kimi incəsənət fərdi 
və kollektiv xarakter daşıyır. 
Mədəniyyət - insanın keyfiyyət göstəricisidir.
Bi-
rində çox, başqalarında az ola bilər. 
Yalnız heyvanlar-
dan və ruhi xəstələrdən heç bir mədəniyyət gözləmək 
olmaz.
Mədəniyyət insanların həyat fəaliyyətini milli 
səviyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal 
proseslərlə əlaqədar hadisə kimi qarşımızda durur. 
İnsanın mədəniyyəti maddi dövlətlə, geyim və 
kosmetika ilə tutduğu vəzifəsi və ad-sanla ölçülmür. Ha-
mı özünü mədəni bilir. Ona görə ki, mədəniyyət qarşı-
sında konkret ölçü vahidi tətbiq edilmir. Güman olunur 
ki, özünə, başqa insanlara və ətraf mühitin canlı-cansız 
komponentlərinə qayğıkeş münasibət göstərə bilən kəs-
lər mədəni insanlardır. Bu tələblərdən ən çətini özünə 
qayğıkeş olmaqla eyni vaxtda, eqoistlikdən kənarda qal-
malıdır. 
Orta məktəbi bitirənə qədər (yaşlı, uşaq bağçası, 
ibtidai və orta məktəb) özümüzə qarşı etdiyimiz səhvlə-
rə özümüz məsuliyyət daşıyırıq. 
Gənclərin çoxunda özünə qayğı mədəniyyətinin 
zəif olmasını desək, çox da səhv fikir olmaz. Mədəniy-
yət – irsi proqramla gəlir, şəxsi həyatda isə sosial şərait-
dən asılı olaraq güclənə bilər, zəifləyə də bilər. 
Mədəniyyət – bəşəriyyətin iki böyük tədbirini 
özündə əks etdirir, inkişaf etdirir: dini tədbirlər və elmi-
dünyəvi tədbirlər. Elm ilə dini bir-birinə əks qoymaq 
səhvdir. Onların hər ikisinin bir məqsədi var: insanları 


343
heyvan xislətlərindən uzaqlaşdırıb, hər kəsdə insanı si-
fətləri (mənəviyyatı) gücləndirmək. Bir çox dinlər (is-
lam, buddizm, sintoizm və s.) təbiətə, ətraf mühitə, can-
lılara münasibətdə maksimum humanistlik nümayiş et-
dirmiş və təbiətlə insanların arasında vəhdət olduğunu 
göstərmişlər. 
Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çı-
xış edir. Ekoloji etikaya əxlaq münasibətləri sferasında 
“insan-insan”, “insan-cəmiyyət” ənənəvi münasibətləri 
ilə yanaşı “insan-təbiət” münasibətlərinin bir sıra cəhət-
ləri daxil edilmişdir. 
Ekoloji etikaya məxsus olan əsas xassələr içərisin-
də aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı təbii 
mühitə olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənə-
nəvi istiqamətlərindən fərqləndirən onun özünü gələcə-
yə çevirməklə, indinin qayğısına qalmasıdır. 
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasi-
tələrdən biri məqsədyönlü ekoloji təhsil olmalıdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə