Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Yüksək səviyyə (elmin, yeni texnikanın və



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə177/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   191
etraf muhitin iqtisadiyyati

3. Yüksək səviyyə (elmin, yeni texnikanın və 
ekologiyanın idarə olunması, neft-qaz sənayesi, eko-
loji-analitik mərkəzi): 
-
informasiyanın toplanması, işlənməsi, saxlanıl-
ması; 
-
ekoloji vəziyyətin inkişaf dinamikası və meylləri-
nin aşkar edilməsi, vəziyyətin bu və ya digər dəyişikli-
yinin qarşılıqlı əlaqələrinin və mümkün səbəblərinin öy-
rənilməsi; 
-
ARDNŞ-nin rəhbərliyinin qərarların qəbul edil-
məsi üçün tələb olunan dürüst operativ ekoloji məlumat-
larla təmini; 
-
ətraf mühitdən səmərəli istifadə olunması, təbiəti 
mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata 
keçirilməsi, ekoloji vəziyyətin operativ idarə olunması 
(işlərin maliyyələşdirilməsi, kreditlərin verilməsi, texni-
ki dəstək) üzrə elmi baxımdan əsaslandırılmış qərarların 
qəbul edilməsi üçün təkliflərin hazırlanması. 
İlkin informasiya kimi, istehsalın ekoloji monito-
rinqi nəticəsində, stasionar postlardan, səyyar ekoloji la-
boratoriyalardan, distansion (məsafəli) və aerokosmik 


335
müşahidə metodlarından, eləcə də müəssisələrin fond 
materiallarından, ekoloji audit materiallarından və digər 
informasiyalardan istifadə etməklə əldə olunan məlu-
matlardan istifadə olunması nəzərdə tutulur. Bütün zəru-
ri informasiya bloklara ayrılır: ərazinin təbii mühitin 
müasir vəziyyəti barədə məlumatların daxil olduğu təbii 
xüsusiyyətləri və antropogen təsir xüsusiyyətləri. Ərazi-
nin təbii xüsusiyyətlərinə aşağıdakılar daxildir: fiziki-
coğrafi məlumatlar, meteoroloji-iqlim, morfoloji, hidro-
loji şəraitlər, geoloji məlumatlar, torpaqlar, bitki və hey-
vanat aləmi haqqında məlumatlar. İnformasiyanın ötü-
rülməsinin telefon, rabitə sistemindən, elektron poçtun-
dan, internet şəbəkələrindən və s.-dən istifadə etməklə 
həyata keçirilməsi nəzərdə tutulur. 
Analitik-informasiya sisteminin yaradılması ətraf 
mühit və təbii ehtiyatlar barədə obyektiv, etibarlı və mü-
qayisə oluna bilən məlumatlara əsaslanan aktual ekoloji 
informasiyanın əldə olunması prosesini sürətləndirmək 
imkanı verəcəkdir. Ayrıca obyektlər, müəssisələr və 
analitik-informasiya mərkəzi arasında layihə çərçivəsin-
də informasiya baxımından qarşılıqlı əlaqənin dərinləş-
dirilməsindən asılı olaraq, hər sənaye obyektində ekoloji 
vəziyyətin kəskinliyini nəzərə almaqla ekoloji tədbirlə-
rin uzunmüddətli və cari planlaşdırılması gələcəkdə in-
kişaf etdiriləcəkdir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə