Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Ятраф мцщитин мцщафизяси сащясиндя информасийа



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə176/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   191
etraf muhitin iqtisadiyyati

3. Ятраф мцщитин мцщафизяси сащясиндя информасийа 
вя информатика 
 
Ətraf mühitin mühafizəsi sahəsində informasi-
yaya
ətraf mühitin vəziyyəti, onun çirklənməsinə, sağ-
lamlaşdırılmasına və mühafizəsinə dair tədbirlərin ma-
liyyələşdirilməsi, təbii ehtiyatların vəziyyəti, bərpası və 


333
istifadəsi, ətraf mühitə təsirlər, ətraf mühitin keyfiyyəti-
nin normalaşdırılması, təsərrüfat və başqa fəaliyyətlərə 
ekoloji tələblər aiddir. 
Vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizə-
si sahəsində qəsdən yanlış informasiyanın verilməsinə
informasiyanın vaxtında verilməməsinə, hətta gizlədil-
məsinə yol verilir. Bu isə yolverilməzdir. 
Ətraf mühitin mühafizəsi sahəsində müvafiq icra 
hakimiyyəti orqanları tərəfindən statistik informasiyanın 
obyektivliyi və onun beynəlxalq statistika ilə müqayisə-
liliyi əsasında dövlət statistikası aparılır. 
Ətraf mühitin mühafizəsi sahəsində dövlət statisti-
ka hesabatı göstəricilərinin minimal tərkibi və dövlət 
statistikasının aparılması qaydaları qanunvericiliklə və 
digər normativ hüquqi aktlarla müəyyən edilir. 
Hazırda yaradılmaqda və təkmilləşdirilməkdə olan 
ekoloji informasiya sistemi aşağıdakı müxtəlif səviy-
yəli məsələlərin həllinə imkan yaradır. 
1. Aşağı səviyyə (obyekt): 
-
təbii mühit komponentlərinə faktiki təsirin yol 
verilən təsirlə və fon göstəriciləri (ümumi göstəricilər) 
ilə tutuşdurulması; 
-
cari hesablamaların aparılması (tullantıların səpə-
lənməsi, suların qarışdırılması və s. barədə), statistik he-
sabat formalarının hazırlanması. 
2. 
Orta səviyyə (müəssisə, təsərrüfat subyektləri):
-
təbii mühit komponentlərinin çirkləndirilməsinin 
yol verilən həddi aşması barədə məlumatların təhlili, 
müəssisənin bütün obyektlərinin təsir zonalarında təbii 
mühit komponentlərinin deqradasiyasının qiymətləndi-
rilməsi; 


334
-
təbii mühit komponentlərinin çirkləndirilməsinə 
və təbiətdən istifadəyə görə ödəniş səviyyəsinin qiymət-
ləndirilməsi; 
-
ekoloji şəraitin yaxşılaşdırılması üçün təsir səviy-
yəsinin azaldılması üzrə işlərin zəruriliyinin və istiqa-
mətləndirilməsinin müəyyən edilməsi; 
-
ətraf mühitin mühafizəsi və təbiətdən istifadə təd-
birlərinin planlaşdırılması; 
-
hesabat sənədləri, ödənişlərin hesablanması. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə