Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə173/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   191
etraf muhitin iqtisadiyyati

 
 
 


327
2. 
Ətraf mühitdən
 истифадянин игтисадиййатында 
менеъмент 
 
Son zamanlar təbiəti mühafizə problemlərinin həl-
lində menecmentdən istifadəyə maraq xeyli artmışdır. 
Belə fəaliyyətin əməli olaraq həyata keçirilməsi müəssi-
sədə işin təşkilindən asılıdır. Firmanın fəaliyyətində, ət-
raf mühitdən səmərəli istifadə məsələsi nəzərə alınmış 
olsa, müəyyən şərtlər daxilində fayda vermiş olar. Eyni 
zamanda tələb olunur ki, ekoloji menecment prosesinin 
formalaşması ekoloji mədəniyyətlə ilk növbədə ekoloji-
iqtisadi təfəkkürlə müşayiət olunsun. 
Sahibkarların ekoloji fəaliyyəti onların inteqrasiya 
məqsədlərinə nail olmaq bacarığından və imkanlarından 
asılıdır. Deyilənlər içərisində ekoloji bilik və firmanın- 
təsərrüfatın elmi təşkili əsas yer tutur. Deyilənlərin hə-
yata keçirilməsi firmanın uzunmüddətli inkişaf strategi-
yasını hazırlamaq əsasında mümkündür. Amma burada 
da problemlər ortaya çıxır. Xərclər necə olacaq, ekoloji 
mənafelər kollektiv tərəfindən necə qəbul ediləcək və 
s.? Əgər müəssisə ekoloji istiqamətə meyl göstərmək 
istəmirsə, onda ekomenecmentin tətbiqi öz mənasını 
itirmiş olacaqdır. 
Ekomenecmentin növü müəssisənin bu işə mara-
ğından asılı olaraq müəyyən edilə bilər. Ekoloji məqsəd-
lər firma əməkdaşlarının müəyyən qrupunun şəxsi mara-
ğını ifadə edə bilər, burada əsas məqsəd yaşıl imici tə-
min etmək olacaqdır. Burada eyni zamanda xərcləri 
azaltmaq, risklərin təsirini zəiflətmək və s. məsələlərin 
həlli də öz yerini tutmalıdır. Ətraf mühitin mühafizə sa-


328
həsində fəal siyasət yeritməyin daxili stimulu həm iqti-
sadi, həm də qeyri-iqtisadi ola bilər. Məqsədlərdən asılı 
olaraq ekoloji menecment fəal və qeyri fəal, yəni müda-
fiə mövqeli növlərə bölünür. Aktiv mövqe hücum xa-
rakterli olmaqla ekomenecmentin fəaliyyəti aydın məq-
sədlə qurulur, müxtəlif funksiyaları əhatə edir və bazara 
istiqamətli olur. Eyni zamanda müəyyən dərəcədə yara-
dıcı olur. Əksinə, qeyri-fəal ekomenecment ancaq qa-
nunvericiliyin tələblərinə təmayüllü olur, təbiəti mühafi-
zə ilə məcburiyyət qarşısında məşğul olur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə