Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə171/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   191
etraf muhitin iqtisadiyyati

Sığortanın ob-
yekti mülki məsuliyyətin riskidir.
Həmin risk fiziki 
və hüquqi şəxslər tərəfindən mülki qanunvericilik nor-
malarına müvafiq olaraq sığorta olunana elan edilən 
əmlak iddiasıdır. 
Ekoloji sığorta sisteminin əsas göstəriciləri aşa-
ğıdakılardır: 
-
sığorta riski; 
-
sığorta məbləği; 
-
sığorta haqqı; 
-
sığorta tarifləri. 
Ekoloji risk sığorta hadisəsinin və ya itkisinin baş-
vermə ehtimalı ilə əlaqədardır. Sığorta riski qəzalar haq-
qında məlumatlar kütləsi əsasında ehtimal nəzəriyyəsi 
vasitəsilə müəyyən edilir. Sığorta hadisəsi qəzalar nəti-
cəsində ətraf mühitə (atmosferə) qəfil, qəsdən olmayan 


324
zərərli atılmaları, yer səthinin çirklənməsi, su obyektlə-
rinə çirkabın axıdılması sayəsində baş verən neqativ 
haldır. Sığorta hadisələrinin və zərərli maddələrin siya-
hısı hər bir konkret hal üçün sığorta müqaviləsi bağla-
nanda göstərilir. Sığorta ödəmələri tarif məzənnələrinə 
əsasən sığorta olunan tərəfdən müəssisənin illik dövriy-
yəsinin ölçülərinə müvafiq olaraq faizlə ödənilir. 
Sığorta hadisəsi özündə aşağıdakıları cəmləşdi-
rir: 
-
əmlakın zədələnməsi və ya məhv olması nəticə-
sində ziyanın kompensə (ödəniş) edilməsini; 
-
ətraf mühitdə həyatın pisləşməsi ilə əlaqədar zi-
yanları; 
-
çirklənmiş ərazinin təmizlənməsinə və onun ya-
ralı hala salınmasına çəkilən xərcləri
-
sığorta hadisəsi nəticəsində zərər dəymiş şəxslərin 
həyatını və əmlakını xilas etmək üçün zəruri xərcləri; 
-
ilkin araşdırmalar, məhkəmə prosesinin aparılma-
sı ilə əlaqədar xərcləri və s. 
Ekoloji sığorta üçün müəyyən edilən sığorta qiy-
məti müəssisənin illik dövriyyə ölçüsü kimi qəbul edilir. 
Sığorta ödəmələri illik dövriyyəni tarif stavkasına vur-
maqla hesablanır. Tarif stavkaları təsərrüfat (sənaye) sa-
həsində asılı olaraq diferensiyalaşdırılır. Onlar həm də 
sahə daxilində istehsalat prosesindəki riskin dərəcəsin-
dən və preventiv tədbirlərin yerinə yetirilməsindən asılı 
olaraq diferensiyalaşdırılır. 
Tarifin qiyməti aşağıdakı struktura malikdir: 
-
sığorta əvəzini ödəmək üçün ehtiyat fonduna 
ayırmalar; 
-
sığorta hadisələrinin qarşısını almaq üçün maliy-


325
yə fonduna ayırmalar; 
-
sığorta olunanın xərclərinin əvəzini ödəmələr; 
-
sığorta olunanın normativ gəliri. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə