Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


təbiəti mühafizə fəaliyyətinin iqtisadi mexanizmi



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə168/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   191
etraf muhitin iqtisadiyyati

təbiəti mühafizə fəaliyyətinin iqtisadi mexanizmi 
aşağıdakı alətlər sistemini özündə birləşdirir:
-
vergi sistemi; 
-
subsidiyalar və güzəştli vergilər; 
-
təbiəti mühafizə təyinatlı fondların surətli amorti-
zasiyası; 
-
çirkləndirməyə görə hüquqların verilməsi (lisen-
ziyalaşdırma); 
-
“girovqoyma-qaytarma” prinsiplərinin istifadə 
edilməsi; 
-
cərimələr; 
-
çirkləndirməyə və tullantıların yerləşdirilməsinə 
görə ödəmələr. 
Dünya ölkələrində bu istiqamətlərin çoxunun tətbi-
qi artıq özünün ekoloji səmərəliliyini göstərmişdir. 
7. Ətraf mühitin mühafizəsi sahəsində bank 
sistemləri 
 
Ekoloji bankların formalaşması və inkişafı aşa-
ğıdakılara istiqamətləndirilmişdir: 
-
ekologiya və ekoloji bizneslə əlaqədar sahibkarlı-
ğın inkişafına; 
-
ekologiya üzrə sahə və kompleks proqramların 
işlənməsi və investisiyalar yönəldilməsinə; 
-
qanunvericilik daxilində ekoloji problemlərin 
kreditləşdirilməsinə, pul vəsaitlərinin mərkəzləşdirilmə-
sinə, istifadəsinə


319
-
hüquqi və fiziki şəxslərin ekologiya və ətraf mü-
hitin mühafizəsi ilə əlaqədar pul əməliyyatlarının aparıl-
masına; 
-
ekoloji sığortanın inkişafı və dəstəklənməsinə və s. 
Banklar vasitəsilə ekoloji problemlərin kredit-
ləşməsinə vəsait ayrılır: 
1.
ekoloji təhlükəsiz texnologiyaların işlənməsi və 
tətbiqinə; 
2.
tullantısız məhsullar istehsalı və emalı üçün; 
3.
xammalın təkrar emalı və istifadəsi üçün; 
4.
ekoloji problemlərin həlli məqsədilə birgə müəs-
sisələrin yaradılması üçün və s. 
Almaniyada ekoloji banklar fəaliyyət göstərir. Al-
manların çox hissəsi bu banka əmanətlərini qoyurlar. 
(150 min müştərisi var) Bank ekoloji məsələləri (müəs-
sisələri) kreditləşdirir. Ukraynada 1993-cü ildə “Nadra” 
Bankı ətraf mühitin mühafizəsi və ekoloji proqramları 
maliyyələşdirmək üçün yaradılmışdır. Bankın köməyi 
ilə “Yaşıl ofis” ekoloji proqramı hazırlanmış və maliy-
yələşdirilmişdir. Bu proqram çərçivəsində informasiya 
kompaniyası aparılmış və ətraf mühitin, ehtiyatlardan 
səmərəli istifadə edilməsi həyata keçirilir. 
İqlim dəyişikliyi ilə əlaqədar problemlərlə Beynəl-
xalq Bank 2010-cu ildən öz strategiyasında əsas diqqəti 
buna yönəltmişdir. 2011-ci ildə Dünya Bankı ətraf mü-
hitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə-
yə dair 37 layihə təsdiq edib. Bu layihələrə 1,7 milyon 
dollar həcmində vəsait ayırmışdır. Meksikada atmosferə 
zəhərli atqıların azaldılması üçün layihəyə 401 milyon 
dollar vəsait ayrılmışdır. 
Ətraf mühitin mühafizəsi ilə əlaqədar Dünya Ban-


320
kı yeni ekoloji strategiya hazırlamaqla dünyada meşə, 
dəniz və yer səthində bioloji müxtəlifliyin saxlanılması 
üçün maliyyə dəstəyi göstərir. Ətraf mühitin Beynəlxalq 
Mühafizə İttifaqı, Dünya Bankı, Qlobal Ekoloji Fond 
“Görünənləri qoruyun” təşəbbüsü ətraf mühit və ekolo-
giyanın qorunmasına istiqamətləndirilib. Ekosistemin 
mühafizəsində 1,5 min təşkilat iştirak edir. 
İqlim dəyişikliyi ilə əlaqədar tədbirlərə dair 30 
ekoloji strateji sənəd 2010-cu ildə Dünya Bankının diq-
qət yetirdiyi rəsmi materialdır. İqlim dəyişikliyi ilə əla-
qədar, atmosferə tullantıların azaldılması, su hövzələri 
və torpağın çirkləndirilməsi məsələlərinə diqqət artırılır. 
Latın Amerikası və Karib körfəzində ətraf mühitin mü-
hafizəsi ilə bağlı tədbirlər 180 layihə üçün 2009 və 
2010-cu illərdə 7,7 mld dollar məbləğində vəsait ayrıl-
mışdır. İqlim dəyişiklikləri problemləri ilə əlaqədar 45 
ölkədə atmosferin mühafizəsi üçün investisiya fondu ya-
radılmış və 2010-cu ildə Əməkdaşlığın inkişafı üçün 
100 milyon dollar həcmində vəsait müəyyən edilmişdir. 
Ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin 
saxlanılması və ekologiyanın qorunması üçün Dünya 
Bankının iştirakı ilə 20 ildə Ekologiyanın Qloballaşma 
Fondu tərəfindən 700-dən çox layihənin dəstəklənməsi-
nə 4,5 milyard manat vəsait yönəldilmişdir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə