Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Müəssisələrin ətraf mühiti mühafizə fondları



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə164/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   191
etraf muhitin iqtisadiyyati

 
4. Müəssisələrin ətraf mühiti mühafizə fondları 
 
Ekoloji özəlləşdirmə fondu özəlləşdirilən obyekt-
lərdə təbiəti mühafizə amillərinin nəzərə alınması və 
ekoloji ekspertiza aparılması sayəsində yaradılır. Həmin 
fondun formalaşma mənbələri aşağıdakılardır

-
müəssisənin yeni sahibinin ona əvəzsiz verilən 
təbiəti mühafizə obyektlərinin qiyməti; 
-
müəssisə balansında olan təbiəti mühafizə ob-
yektləri üzrə amortizasiya ayırmaları; 
-
məqsədli faizsiz kreditlərin vəsaitləri; 
-
təbiəti mühafizə ehtiyaclarına nəzərdə tutulan 
məqsədli maliyyə vəsaitləri. 
Ekoloji fondlara daxil olan vəsaitlərin daha da sə-
mərəli formalarının axtarışı bir vaxtlar bir sıra regionlar-
da ekoloji bankların (ekobanklar) yaranmasına səbəb ol-
du. Belə banklar Saratovda, Bakıda, Permdə və başqa 
şəhərlərdə fəaliyyət göstərirdi. Bütövlükdə, ödəmələrin 
və xüsusi fondların vəsaitlərinin istifadəsinin təhlili gös-
tərir ki, təbiəti mühafizə tədbirlərinin maliyyələşdirmə 
məbləği, ümumiyyətlə, ekoloji vəziyyəti sabitləşdirmək 


309
üçün kifayət deyildir. Əksər hallarda, tətbiq edilən ödə-
mələr rəmzi xarakter daşıyır və heç də öz vəzifələrini 
yerinə yetirmirdi. Bir sıra ölkələrdə ekoloji fondlardan 
təbiəti mühafizə istiqamətli obyektlərin tikintisinə təx-
minən 25% vəsait xərclənirdi. 
Rusiyada, eləcə də Azərbaycanın xalq təsərrüfatın-
da gəlirin 90%-i təbii-ehtiyatın sahələri hesabına əldə 
edilirdi. Bu gəlirin həmin səviyyədə qalması və artması 
üçün onun müəyyən hissəsi təbii ehtiyatların bərpasına, 
artırılmasına və təbiəti mühafizəyə yönəldilməlidir. Ha-
zırda təbiəti mühafizə fəaliyyətinin maliyyələşdirilmə-
sində müəyyən işlər görülsə də onu qənaətbəxş hesab et-
mək olmaz. Belə ki, həmin maliyyələşdirmənin həcmi 
ümumi daxili məhsulun 1%-dən azdır. Ancaq ətraf mü-
hitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi da-
xili məhsulun 8%-ni, Azərbaycanda isə 10-15%-ni təş-
kil edir. Bütün dünyada təbiəti mühafizə xərcləri iri 
kompaniyalar və firmalar tərəfindən artırılsa da, dövlət-
lərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və bir 
çox ölkələrdə yüksəkdir (35-90%). 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə