Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühitin mühafizəsi üzrə fondlara aşağı-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə162/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühitin mühafizəsi üzrə fondlara aşağı-
dakılar daxildir: 
-
Ətraf mühitin mühafizəsi üzrə fondlar ətraf mühi-
tin mühafizəsində təxirəsalınmaz tədbirlərin, ona vuru-
lan zərərin aradan qaldırılmasının və kompensasiya ve-
rilməsinin, ətraf mühitin mühafizəsi sahəsində başqa 
tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır; 
-
Ətraf mühitin mühafizəsi sahəsində qanunverici-
liklə müəyyən edilmiş qaydada dövlət və ictimai fondla-
rın yaradılmasına yönəldilir; 
-
Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu tə-
biətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafi-
zəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan 
cərimələr, qanunvericilikdə müəyyən edilmiş qaydada 
müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qey-
ri-qanuni əldə edilən məhsulların satışından daxil olan 
vəsaitlər, könüllü ianələr, habelə Azərbaycan Respubli-
kasının qanunvericiliyinə zidd olmayan başqa daxilol-
malar hesabına təşkil edilir. 
Azərbaycanda 1989-cu ildə büdcədənkənar xüsusi 
təbiəti mühafizə fondu yaradılmış və onun formalaşması 


306
və istifadəsi haqqında qaydalar Respublika Nazirlər Ka-
bineti tərəfindən təsdiq edilmişdir. 
Həmin fond əsasən, ətraf mühiti çirkləndirməyə və 
tullantıların yerləşdirilməsinə görə ödəmələr və cərimə, 
iddialardan gələn vəsait hesabına formalaşır. 
Rusiyada analoji büdcədənkənar ekoloji fondların 
10%-i federal büdcəyə, qalan 90%-i isə büdcədənkənar 
fondlar sisteminə köçürülür və aşağıdakı kimi bölünür: 
60%-i yerli büdcələrə (rayon, şəhər), 30%-i federasiya 
subyektləri səviyyəsində paylanır. Bu fond vəsaitləri 
məqsədyönlü olaraq təbiəti mühafizə obyektlərinin tikin-
tisinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, ekoloji 
təhsilin inkişafına, elmi tədqiqat işlərinə xərclənməlidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə