Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Regional ətraf mühiti mühafizə fondları



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə163/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   191
etraf muhitin iqtisadiyyati

3. Regional ətraf mühiti mühafizə fondları

Hazırda bir çox ölkələrdə, aparıcı maliyyə mənbə-
yi kimi ekoloji fondlar fəaliyyət göstərir. Fondlar inves-
tisiyaların təbiəti mühafizəyə yönəldilməsinə kömək 
göstərsə də, sonralar onların səmərəsi azaldı. Çünki nə-
zərdə tutulan ödəmələrin məbləği ilə faktiki daxil olan 
vəsaitlərin arasında böyük fərq yarandı. Ödəmələrin 
toplanması Rusiyada 50-60%, Azərbaycanda isə 10-
30% arasında dəyişir. Ödəmələrin indeksləşdirilməsi isə 
Azərbaycanda 1992-ci ildən bəri, 22 il ərzində bir dəfə 
də aparılmamışdır. 
Ekoloji siyasətin həyata keçirilməsində ən əsas va-
sitələrdən biri dövlətlərarası, dövlət və regional ekoloji 
proqramların hazrlanması və realizə edilməsidir. Proq-
ramların maliyyələşdirilməsi Azərbaycanda 1980-cı il-


307
lərdə əsasən dövlət büdcəsindən, ittifaq və Respublika 
tabeliyində olan nazirliklərin vəsaitləri hesabına yerinə 
yetirildi. 90-cı illərdə ekoloji fondların yaranması ilə 
proqramlar həmin fondlar hesabına həyata keçirilməli 
idi. Lakin SSRİ-nin dağılması bu məsələni xeyli arxaya 
atdı. 1995-ci ildən Dünya Bankının köməkliyi ilə işləni-
lən və 1997-ci ildə hazır olan “Milli fəaliyyət planı” isə 
həm bankın, həm də donor ölkələrin və beynəlxalq 
fondların vəsaiti ilə, üstün tədbirlər üçün, tender vasitə-
silə maliyyələşdirildi. 1992-ci ildə Rusiyada 150-dən 
çox ekoloji təmayüllü proqram hazırlanırdı. Onlar əsa-
sən federal ekoloji fond vəsaiti hesabına yerinə yetiril-
məli idi. Lakin federasiya subyektləri 10%-lik paylarını 
keçirmədiklərindən həmin proqramlar maliyyələşdiril-
mədi. Hətta müəyyən edilmişdir ki, ekoloji fondların və-
saitinin xərclənməsində xeyli pozuntular vardır. Vəsait-
lər başqa məqsədlərə xərclənir. Azərbaycanda da ekoloji 
qeyri-büdcə fondunun hesabına bəzi mühafizə tədbiri 
yerinə yetirilmişdir. Düzdür, həmin fonddan Bakı şəhər 
icra hakimiyyətinə 90-cı illərdə yaşıllıqların bərpası 
üçün müvafiq miqdarda vəsait keçirilmişdir. Lakin hə-
min vəsaitlərin xərclənməsi barədə Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi heç bir hesabat təqdim edilməmişdir. 
Bakı şəhər kommunal təsərrüfat idarəsinə isə həmin 
fonda daxil olacaq vəsaitdən maliyyə köməyi göstəril-
mişdir. Lakin həmin fonddan ümumi maliyyə qaydaları-
na müvafiq təbiəti mühafizə tədbiri yerinə yetirilməmiş-
dir. Bunun əsas səbəblərindən biri də odur ki, həmin 
fondun qanunla nəzərdə tutulmuş idarə heyəti olmamış, 
hər hansı bir tədbirlər planı hazırlanmamışdır.


308
Yuxarıdakılardan əlavə, texnika, texnologiyanın 
qeyri-təkmilliyi, qəzaların ehtimalı çox olduğundan, ha-
belə təbii iqlim şəraitinin xüsusiyyətlərindən asılı ola-
raq, yeni xüsusi bir fondun-ekoloji təhlükəsizlik fondu-
nun, yaxud sığorta fondunun təşkil edilməsi zərurəti 
meydana çıxır. Bununla əlaqədar olaraq Azərbaycanda 
yerli fondlardan istifadə etməklə (5%-dən az olmamaq 
şərtilə) xüsusi fond yaradıla bilər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə