Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə160/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   191
etraf muhitin iqtisadiyyati

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


302
XIV FƏSİL.
ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN İQTİSADİ 
TƏNZİMLƏMƏ SİSTEMLƏRİ 
 
1.
Ətraf mühit və təbii ehtiyatların mühafizəsi 
fondlarının formalaşması mənbələri; 
2.
Dövlət ətraf mühiti mühafizə fondu; 
3.
Regional ətraf mühiti mühafizə fondları; 
4.
Müəssisələrin ətraf mühiti mühafizə fondları; 
5.
Təbiəti mühafizə fəaliyyətinin stimullaşdırılma-
sının iqtisadi sistemləri; 
6.
Vergi ödəmələrinin ekoloji meyarları; 
7.
Ətraf mühitin mühafizəsi sahəsində bank sis-
temləri. 
 
1. Ətraf mühit və təbii ehtiyatların mühafizəsi 
fondlarının formalaşması mənbələri 
 
Ətraf mühitdən istifadənin ödənişli (pullu) sis-
temi ekoloji tədbirlərin maliyyələşdirilməsinin əsas 
mənbəyidir.
Təbii ehtiyatların istifadəyə, ətraf mühiti 
çirkləndirməyə, tullantıların yerləşdirilməsinə görə ödə-
mələr sistemi, habelə onların tutulması və istifadəsi təbii 
ehtiyatlar üzərində mülkiyyət münasibətləri ilə müəyyən 
edilir. 
Ətraf mühitdən səmərəli istifadə tədbirlərinin 
əsas maliyyə mənbələri aşağıdakılardır: 
-
müəssisələrin şəxsi vəsaitləri; 
-
müxtəlif səviyyəli büdcələr; 
-
büdcədənkənar məqsədli fondlar - ehtiyatlar üzrə, 


303
ekoloji, sığorta fondları, habelə özəlləşdirmə prosesində 
yaradılmış ekoloji fondlar; 
-
bank kreditləri, sponsor vəsaitləri, beynəlxalq 
təşkilatların maliyyə köməyi; 
-
ianələr və s. 
Məlumdur ki, müstəqilliyin ilk dövründə təbiəti 
mühafizə tədbirlərinin büdcələrdən maliyyələşdirilməsi 
mürəkkəb məsələlərdən birinə çevrilmişdi. Ekoloji məq-
sədlər üçün mərkəzi büdcədən demək olar ki, vəsait ay-
rılmır, şəxsi vəsaitlərin isə həcmi çox cüzi idi (0,2-
0,3%). SSRİ dövründə də, təbiəti mühafizəyə yönəldilən 
vəsaitin həcmi milli gəlirin həddən çox az faizini təşkil 
edirdi. Məsələn, bu rəqəm bütün ittifaq üzrə 0,8-1,2 %, 
Pribaltika Respublikaları üzrə 1,5-1,7 %, Gürcüstan və 
Ermənistan üzrə 0,7-1,0 %, Azərbaycan üzrə isə 0,3-
0,5% təşkil edirdi. Müqayisə üçün qeyd etmək lazımdır 
ki, təbiəti mühafizə tədbirlərinə hər il ümumi daxili 
məhsulun 2-3 %-i qədər vəsait lazımdır. Buna baxmaya-
raq, müəssisələr bu məqsədlə ayrılan vəsaitlərdən səmə-
rəli istifadə etmirlər. Təsadüfi deyil ki, yalnız büdcədən 
maliyyələşdirilməli olan kommunal-məişət tullantıları 
sularının təmizləyici qurğularının tikintisi 1994-cü ildə 
dayandırılmışdır. Gəncədə (gücü 150 min.kub m/gün), 
Şirvanda (45-50 min kub m), Sumqayıtda (290 min kub 
m), Mingəçevirdə (140 min kub m), Masallıda (10 min 
kub m), Ağdamda (10 min kub m) və s. 80-cı illərdən ti-
kilən təmizləyici qurğuların da tikintisi dayandırılmış-
dır. Bakıda 1972-ci ildən tikilən, layihə gücü 940 min 
kub m olan təmizləyici qurğunun yalnız birinci növbəsi 
(600 min kub m gücündə) 1990-cı ildə təhvil verilmiş-


304
dir. Əksər şəhərlərdə, o cümlədən Bakıda kanalizasiya 
xətlərinin tam olmaması üzündən fəaliyyət göstərən 20-
dən çox təmizləyici qurğu səmərəsiz işləyirlər. Həm də 
onlar artıq amortizasiya müddətlərini çoxdan keçmişlər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə