Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


b) Su obyektlərindən istifadəyə görə ödəniş və s



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə156/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   191
etraf muhitin iqtisadiyyati

b) Su obyektlərindən istifadəyə görə ödəniş və s. 
Suya görə ödəmə keçmiş Sovet İttifaqında, o cüm-
lədən Azərbaycanda, 1982-ci ildən xərc metodu əsasın-


292
da tətbiq edilirdi. Hazırda suya görə ödəmələr həm səth 
suları, həm də yeraltı sular üçün alınır. Azərbaycanda 
suya görə ödəmələr 1990-cı ilin qiymətləri ilə 1992-ci 
ildən tətbiq edilir. Manatın qiymətdən düşməsi ilə əlaqə-
dar həmin məzənnələr 1995-ci ildə 10 dəfə artırılmışdır. 
Lakin, artıq o vaxtdan sonra bu qiymətlər də özünü doğ-
rultmur. Xüsusən, yeraltı suların qiymətləri çox aşağı 
müəyyən edilmişdir. Ona görə də içmək üçün tam yarar-
lı şirin yeraltı suların 80-90 %-i pulsuz (yalnız xidmət 
haqqı alınır) istifadə edilir. Kür çayının suyu iki böyük 
su kəməri vasitəsilə Bakı şəhərinə verilir. Hazırda Azər-
baycanda qazılmış 150000-dən çox şirin su verən quyu-
ların illik istismar ehtiyatı rəsmi olaraq 5,0 mlrd. kub m. 
təşkil edir. Bu ehtiyat əslində 7,0-7,5 mlrd. kub m.-dir. 
Eyni zamanda, yeraltı sular üzrə mineral-xammal baza-
sını artırmaq üçün ayırmalar həyata keçirilir və su ob-
yektlərinə çirkli maddələrin axıdılmasına görə ödəmələr 
tutulur. 
Ehtiyatlardan istifadəyə görə ödəmələr Rusiyada 
federal, regional və yerli büdcələrə daxil edilir. Ödəmə-
lərin büdcələr arasında paylanma nisbəti ehtiyatların nö-
vündən asılıdır. 
Rusiyada təbiətdən istifadə vaxtı büdcəyə daxil 
olan gəlirlər: 
-
royaltı payı və sudan istifadəyə görə ödəmələr; 
-
mineral-xammal bazasının artırılması üçün ayır-
maların (yığımların) payı; 
-
torpaq vergisindən və kənd təsərrüfatı torpaqları-
nın icarəyə verilməsindən alınan gəlirlər
-
şəhər və digər yaşayış məntəqələri torpaqlarının 
icarəyə verilməsindən alınan vəsaitin müəyyən qismi; 


293
-
ətraf mühiti çirkləndirməyə görə ödəmələrin payı 
(Rusiyada bu rəqəm 10 %, Azərbaycanda isə 100 % təş-
kil edir). 
Adətən, ətraf mühit və təbiətdən istifadə vaxtı döv-
lət büdcəsinə gəlirlərin məbləği ekoloji məqsədlərə yö-
nəldilən xərclərdən çoxdur. Məsələn, Rusiyada bu rə-
qəm 1995-ci ildə gəlir üçün 1,98%, xərclər isə 1,03%, 
1996-cı ildə isə müvafiq olaraq 3,2% və 0,75% olmuş-
dur. Azərbaycanda isə bu rəqəm daha aşağıdır. 
Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə-
lər iki hissədən ibarətdir: 
1)
normativlər daxilində istifadə hüququna görə; 
2)
normadan artıq istifadəyə görə. 
Birinci hissə faktiki olaraq məhsul alıcılarının (is-
tehlakçıların) üzərinə düşür. Əgər bu ehtiyatlar daha sə-
mərəli istifadə edilərsə, istehsalçılar bu hissədə əlavə 
gəlir əldə edə bilərlər. Ödəmələrin ikinci hissəsi isteh-
salçının gəliri hesabına örtülməlidir, çünki həmin məb-
ləğ buraxılan məhsulun maya dəyərinə salınmır. 
Təbii ehtiyatların bərpasına (artırılmasına) və mü-
hafizəsinə görə ödəmələr məhsulun maya dəyərinə əlavə 
edilir və xüsusi fondların mənbəyi olur. Rusiyada ilkin 
mərhələdə nəzərdə tutulan üç fonddan (meşə, su və Ye-
rin təki) yalnız Yerin təki üzrə fond qalmışdır. 
Bütövlükdə, qeyd etmək lazımdır ki, təbii ehtiyat-
lara görə ödəmələrin qiyməti (ölçüsü) xeyli aşağıdır. 
Onların vaxtında indeksləşdirilməsi həyata keçirilməli
dünya təcrübəsində ehtiyatlara qiymətqoyma meylləri 
nəzərə alınmalıdır. Məsələn, cəriməyə görə ödəmə Rusi-
yada 5 % təşkil edir, ixracata gedən meşə materialı üçün 


294
bu rəqəm 40 %-dir. Gələcəkdə müxtəlif təbii ehtiyatlar-
dan istifadəyə görə ödəmələri onların tam iqtisadi qiy-
mətinə müvafiq olan səviyyəyə qədər mərhələlərlə hə-
yata keçirmək lazım gəlir. Belə halda ola bilsin ki, renta 
iqtisadiyyatı ideyasını həyata keçirmək mümkün olsun. 
Dövlət büdcəsinin gəlir hissəsi əsasən rentanın tam 
həcmdə tutulması hesabına da formalaşa bilər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə