Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə157/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   191
etraf muhitin iqtisadiyyati

4. Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr 
və əsas prinsiplər
 
a)
 
Ətraf mühiti çirkləndirməyə görə ödəmələr: 
Ətraf mühiti çirkləndirməyə görə ödəmələr ekoloji 
pozuntulara görə günahkarın maddi məsuliyyətinin artı-
rılması prinsipinə söykənir və zahiri səmərəyə görə bu 
məsələ eyni zamanda milli və beynəlmiləl mahiyyət 
kəsb edir. Bu ödəmələr məhsul istehsalını ümumi xərc-
lərin və ictimai xərclərin real qiymətinə yaxınlaşmasını 
təmin edə bilər. Ətraf mühiti çirkləndirməyə görə ödə-
mələrin təyin edilmə tarixinin bir sıra mərhələləri vardır. 
Birinci mərhələ, 1990-cı ildə 38 inzibati, siyasi bölgü ilə 
(respublika muxtar vilayət), diyar, vilayət və s. iştirakı 
ilə təcrübə həyata keçirildi. O vaxt çirklənməyə görə iki 
metodik yanaşma təklif edildi: 
1)
zərər əsasında; 
2)
təbiəti mühafizə tədbirlərinə lazım olan zəruri 
xərclərin məbləği qədər. 
Yəni ödəmələr əvvəldən müəyyən edilmiş ekoloji 
normativlərə nail olmaq üçün kifayət etməli idi. Ekspe-
riment göstərdi ki, təbiətdən istifadənin iqtisadi mexa-


295
nizminin zəruri hüquqi əsası yaradılmalıdır. Deyilənlər 
təbiəti mühafizə sahəsində qazanılmış müəyyən müsbət 
nəticələrin ümumiləşməsinə şərait yaratdı. Eyni zaman-
da bir çox neqativ hallar da aşkar edildi. Xüsusən, aydın 
oldu ki, əksər müəssisələr təbiəti mühafizə qanunlarına 
riayət etməyə hazır deyillər. Bununla yanaşı, ətraf mühi-
tə dair dövlət statistikasında qeyri-təkmillik mövcud ol-
duğu aşkar edildi. 
İkinci mərhələ 9 yanvar 1991-ci ildən başlayır. O 
zaman Rusiyada, sonralar isə digər Respublikalarda hər 
il üçün ətraf mühiti çirkləndirməyə görə ödəmə norma-
tivləri müəyyən olunmuşdur. Analoji normativlər Azər-
baycanda Respublika Nazirlər Kabinetinin 2 mart 1992-
ci il qərarı ilə təsdiq edildi. İki növ normativ müəyyən 
edildi: həddi yol verilə bilən tullantıları (axıntıları) yer-
ləşdirməyə görə və həmin həddi aşmağa görə. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə