Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühitin çirkləndirilməsinə və təbii ehti-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə158/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühitin çirkləndirilməsinə və təbii ehti-
yatlardan istifadəyə görə ödənişlər mövcud qanunve-
riciliyə görə aşağıdakılardan ibarətdir: 
-
ətraf mühitin çirkləndirilməsinə, istehsalat və 
məişət tullantılarının yerləşdirilməsinə, habelə təbii re-
sursların istifadəyə görə ödənişlər qanunvericiliklə 
müəyyən edilmiş qaydada və məbləğdə təbiətdən istifa-
dəçi olan müəssisələrdən, təşkilatlardan və vətəndaşlar-
dan alınır; 
-
ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq 
çirkləndirilməsinə görə cərimələr qanunvericilikdə 
müəyyən edilən qaydada və məbləğdə alınar. 
b)
 
Çiklənməyə görə ödəmə prinsipləri: 
Ekoloji ziyana görə ödəmələr bazar tarazlığının 


296
reallıqlarına uyğun gəlir. Azərbaycan Respublikası Ver-
gi Məcəlləsinə uyğun olaraq vergi-dövlətin və bələdiy-
yələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi 
ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin öz-
gəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli 
büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən 
məcburi, fərdi, əvəzsiz ödənişdir. Doğrudan da nəzəriy-
yədə hər şey məntiqli və sadə görünür. Ətraf mühiti 
çirkləndirən müəssisələr təsərrüfat fəaliyyətlərini yaxşı-
laşdırmağa cəhd edərək bu üsulla çirklənmənin qarşısını 
alaraq ödəmələrdən azad olunurlar. Ödəmənin miqdarı 
müəssisənin ətraf mühitə vurduğu ziyanın illik həcminin 
hesablanmış pulla ifadəsinə bərabərdir. 
Çirkləndirməyə görə ödənilən haqq səlahiyyəti 
dövlət orqanı tərəfindən həyata keçirilir. Çirklənməyə 
görə alınan ödənişlər, büdcədənkənar ekoloji fondların 
maliyyələşdirilməsinə yönəldilir. Azərbaycan Respub-
likasının vergi sistemində təbii sərvətlərdən istifadəyə, 
ətraf mühitin çirklənməsinə görə müəssisələr vəsaitləri-
nin 10 faizini dövlət büdcəsinə köçürməlidirlər. Təəs-
süfki, həmin ödəmələr təbiəti mühafizə fəaliyyətinin 
maliyyə əsası kimi qəbul olunan ekoloji fondların möh-
kəmləndirilməsinə əhəmiyyətli təsir göstərmir. 
Müəssisənin ekoloji səmərəliliyi marağı olan daxi-
li və xarici tərəflər üçün daha mühüm əhəmiyyət kəsb 
edir. Bununla belə ekoloji qanunvericiliyin tətbiqi təcrü-
bəsi göstərir ki, məhsul istehsalçıları öz müəssisələrində 
istehsal proseslərinə və buraxdıqları məhsula ekoloji nə-
zarətin təmin olunması tədbirlərini könüllü həyata keçir-
mək istəmirlər. Çünki, ekoloji normalara riayət olunma-


297
sı tənzimləyici qurğuların tikilməsi və ekoloji təmiz 
məhsulların yeni texnologiya ilə buraxılması əlavə xərc-
lərlə müşayiət olunur. 
Müəssisənin rəhbərləri tərəfindən ətraf mühitin 
mühafizəsi zəruriliyinin dərk olunma amili çox zaman 
müəssisənin kommersiya marağından həmişə üstün sa-
yılmır. Odur ki, bir çox ölkələrdə, o cümlədən Azərbay-
canda, müəssisələr ekoloji təhlükəsizlik normalarına ria-
yət olunmanı təmin etmək üçün ekoloji qanunvericiliyə 
riayət etməyən istehsalçılara dövlət orqanları cərimə sis-
temləri tətbiq edirlər. Həmin ödəmələr isə su mənbələri-
nə və atmosferə zərərli maddələrin buraxılma normaları-
nı pozan müəssisələrə cəza tədbiri kimi əhəmiyyətsizdir. 
Belə ki, təbiəti çirkləndirən müəssisələr üçün göstərilən 
ödəmələr mövcud təmizləyici qurğuların modernləşdi-
rilməsi və ya yenilərinin tikilməsi ilə bağlı çəkiləcək 
xərclərlə müqayisədə çox kiçikdir. 
Bu sahədə baza normativ sənəd Azərbaycan Res-
publikası Nazirlər Kabinetinin “Təbii ehtiyatlara görə 
ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atıl-
masına ödəmələrin tətbiqi və həmin ödənişlərdən gələn 
vəsaitdən istifadə haqqında” qərarla təbiətə çirkləndirici 
maddələrin axıdılması, tullanması və yerləşdirilməsinə 
görə ödəmə normaları (hər il indeksasiya edilir) və onla-
rın tətbiqi qaydaları müəyyən olunur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə