Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə166/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun 
vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir: 
-
elmi tədqiqat işlərinə, ehtiyat qənaətedici və eko-
loji təmiz texnologiyalarının tətbiqinə
-
təbiətdən istifadəçilər tərəfindən həyata keçirilən 
təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən 
qurulmasının maliyyələşdirilməsinə; 
-
ətraf mühitin çirklənməsi nəticəsində dəymiş zi-
yanın bərpası sahəsində həyata keçirilən tədbirlərə; 
-
çirklənmə və başqa mənfi təsirlər nəticəsində və-
təndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərə-
rin bərpasına görə onlara müəyyən edilmiş kompensasi-


312
yanın verilməsinə
-
ətraf mühitin pozulmuş ekoloji tarazlığının bər-
pasına, proqram, layihələrin, normativ-metodiki sənəd-
lərin işlənməsinə və həyata keçirilməsinə; 
-
ekoloji tərbiyə və təhsilə
-
xüsusi mühafizə olunan təbiət ərazilərinin müha-
fizəsinə; 
-
nadir və nəsli kəsilməkdə olan fauna və flora 
növlərinin mühafizəsinə və bərpasına; 
-
ətraf mühitin mühafizəsi sahəsində dövlət orqan-
larının maddi-texniki bazasının yaradılmasına və inkişa-
fına; 
-
ətraf mühitin dövlət monitorinqinin təşkili və ke-
çirilməsinə; 
-
ətraf mühitin mühafizəsi sahəsində çalışan mütə-
xəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi 
stimullaşdırılmasına. 
 
6. Vergi ödəmələrinin ekoloji meyarları 
Ətraf mühitin çirkləndirilməsi həddinin təmin edil-
məsi və nizamlanmasının geniş istifadə edilən və səmə-
rəli üsullarından biri də vergilər hesab edilir. 
Ekoloji 
(çox hallarda onları “yaşıl” adlandırırlar) 
vergilər ən 
azı iki məsələni həll etməlidir

Birinci
elə etmək lazımdır ki, məhsulun dəyəri 
xərclərin kəmiyyətinə, o cümlədən təbii ehtiyatların də-
yəri və ətraf mühitə vurulan ziyanın kəmiyyətinə uyğun 
olsun; 
İkinci,
ekoloji ziyanın, bütün cəmiyyət tərəfindən 


313
deyil, ziyan vuranın özü tərəfindən ödənilməsinə nail ol-
maq lazımdır. 
Bir sıra hallarda ümumiyyətlə vergi qoymamaq 
mümkündür. Məsələn, ekoloji fondlar vergilərdən azad 
olunurlar. Bu siyasəti müxtəlif tullantıların ikinci dəfə 
emal olunmasından müəssisənin götürdüyü gəlirlər, tə-
biətin mühafizəsinə təşkilatların və əhalinin könüllü 
ödəmələri, xarici və Azərbaycan qrantları üçün də həya-
ta keçirmək məqsədə uyğundur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə