Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə165/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   191
etraf muhitin iqtisadiyyati

 
5. Təbiəti mühafizə fəaliyyətinin 
stimullaşdırılmasının iqtisadi sistemləri 
Təbiəti mühafizə sahəsində stimullaşdırmanın 
mexanizmlərini 2 qrupa bölmək olar: 
-
bütün təsərrüfat sahələrini əhatə edən mexanizm-
lər – makro səviyyə; 
-
xüsusi mexanizmlər – bilavasitə ətraf mühitin mü-
hafizəsi ilə bağlı olan iqtisadi mexanizmlər. 
Təbiətdən istifadənin iqtisadi mexanizmləri 3 qrupa 
ayrılır: 


310
1.
 
Kompensasiya mexanizmləri
– bu mexanizm-
lər iqtisadi inkişaf üçün ən ümumi məhdudiyyət həddi 
qoyur. Bu üsullar demək olar ki, iqtisadi inkişafa mane 
olmur. İqtisadi mexanizmlərin bu qrupu əsasən neqativ 
ekoloji nəticələrin aradan qaldırılmasına yönəlir və onu 
yaradan səbəblər əslində araşdırılmır. Ətraf mühitdən is-
tifadənin bu qrupu iqtisadiyyatın inkişafının texnogen ti-
pinə aiddir; 
2.
 
Ekoloji balanslaşdırılmış və təbiəti mühafizə 
fəaliyyətinin inkişafını stimullaşdıran mexanizmlər. 
Bu mexanizmlərin əsasını bazar münasibətləri təşkil 
edir. Onlar təbii ehtiyatların mühafizəsinə yeni texnolo-
giyanın tətbiqi vasitəsilə şərait yaradır. Nəzəri cəhətdən 
bu qrup zəif davamlı inkişaf üçün səciyyəvidir; 
3.
 
Sərt mexanizmlər.
Bu mexanizmlər həm inzi-
bati, həm də bazar mexanizmlərini əhatə edir. Bunlara 
aiddir: sərt vergi – kredit mexanizmləri, təbii ehtiyatla-
rın istifadəsini genişləndirən üsullar- cərimə siyasəti. 
Reallıqda bu cür mexanizmlər ayrıca demək olar ki, ol-
mur. Çox vaxt bunları birləşdirmək lazımdır. Bu isə 
konkret ərazi və texnologiyadan asılıdır. 
Qəbul edilmiş bir çox qanunlar və normativ sə-
nədlərdə hələ uzlaşmalar yoxdur, vergiqoyma və digər 
sahələrdə təbiəti mühafizə tələblərinə riayət edilmir, ət-
raf mühitdən istifadə edənlərə qarşı bazar təsirinin 
strukturu hazırlanmamışdır, mənzil-kommunal təsərrü-
fatı üzrə baş verən bütün neqativ elementlər, sənaye və 
məişət sularının qarışıq axıdılması təmizləyici qurğula-
rın tikintisinin bir çox halda özbaşına buraxılması, şə-
hər kanalizasiya xətlərinin qeyri kafiliyi və s. ekoloji və 


311
iqtisadi həvəsləndirmənin qarşısında bir sədd kimi dur-
maqdadır. Bir çox ölkələrdə praktikada ən geniş istifadə
olunan ehtiyatlara görə ödəmələr sistemi, əsas təsiredici
amil olmasına baxmayaraq, Azərbaycanda özünə məx-
sus yer tutmamışdır. Dolayısı təmizləyicilər sistemi, de-
mək olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçi-
lərinin əmlak mənafelərinə toxunur və bu təbiəti müha-
fizə tədbirlərinin faydalı olmasını onların yadına salır. 
Təbiəti mühafizə fəaliyyətində əməli əhəmiyyət kəsb 
edən həvəsləndirici amil dövlətin vergi siyasəti olmalı-
dır. Bu siyasət həm pozitiv həm də neqativ həvəsləndir-
məni özündə əks etdirə bilər. Bu qanunvericilikdə həm 
güzəştli vergilərdə və vergi ödəməkdən azadetmədə, ha-
belə ekoloji təhlükəli məhsul üçün xüsusi vergilərin tət-
biqində öz əksini tapır. Rusiya Federasiyasında, əgər 
müəssisə təbiəti mühafizə tədbirlərinə öz gəlirindən və-
sait ayırırsa, buna görə gəlirin vergiyə məruz qalan 
məbləği 30% azaldılar. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə