Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Çirkləndirməyə görə ödəmə metodikası aşağı-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə159/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   191
etraf muhitin iqtisadiyyati

Çirkləndirməyə görə ödəmə metodikası aşağı-
dakı prinsiplər əsasında müəyyən edilir: 
-
təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi-
nin stimullaşdırılması; 
-
tullantının (axıntının) hər inqrediyenti üçün ödəmə; 


298
-
vahid sahələrarası yanaşma; 
-
regional xüsusiyyətlərin nəzərə alınması (ekoloji 
vəziyyət və ekoloji əhəmiyyət əmsallarının tətbiqi); 
-
ödəmə tutulmasının sadəliyi və rahatlığı. 
Ödəmələr aşağıdakılara görə tutulur: 
-
stasionar (daimi) və səyyar mənbələrdən atmos-
fer havasına zərərli maddələrin atılmasına görə; 
-
zərərli maddələrin su obyektlərinə axıdılmasına 
görə; 
-
bərk tullantıların yerləşdirilməsinə görə. 
Həddi yol verilə bilən atılmalar və axıntılar müva-
fiq normativlər çərçivəsində tutulan ödəmələr buraxılan 
məhsulun maya dəyərinə əlavə edilməlidir, toplanan pul 
vəsaiti isə təbiətin bərpasına yönəldilməlidir. Təbiəti 
mühafizə obyektlərinin yaradılmasına və onların istis-
marına yönəldilən cari xərclər də məhsulun maya dəyə-
rinə əlavə edilməlidir. 
Ətraf mühiti çirkləndirməyə görə ödəmələrin 
cəminə
aşağıdakılar təsir göstərir: 
1)
çirkləndirici maddələrin atılmasının (axıdılma-
sının, yerləşdirilməsinin) ümumi kütləsi (çəkisi, həcmi); 
2)
çirkləndirici maddələrin aqressivlik (toksiklik) 
üzrə strukturu; 
3)
normativ və limitlərə riayət edilməsi; 
4)
ehtiyat qoruyucu texnologiyadan istifadənin də-
rəcəsi (səviyyəsi); 
5)
həyata keçirilən təbiəti mühafizə tədbirlərinin 
müddəti və həcmi; 
6)
fəaliyyət göstərən təbiəti mühafizə avadanlığı-
nın səmərəsi. 


299
Üçüncü mərhələ, artıq SSRİ-nin dağılmasından, 
iqtisadi əlaqələrin qırılmasından və MDB ölkələrində 
inflyasiyadan sonra başladı və ödəmələrin həcmi artırıl-
dı. Məsələn, Belarusiyada 350 dəfə, Rusiya və Ukrayna-
da 250-320 dəfə, Azərbaycanda 10 dəfə artırıldı. Sonra-
lar 1997-ci ildə bu artım 470 dəfə təklif edildi, lakin 
ödəmələrin minimum əmək haqqı ilə ölçülməsi müəy-
yən çətinliklər yaratdığından məsələ təxirə salındı. 
Ödəmə (Ö) aşağıdakı düsturla müəyyən edilir: 

Burada, m
i
– zərərli maddənin atılması, ton. 
B
1
– ödəmə norması (regional əmsallarla birlikdə). 
k – pulun dəyərdən düşməsinin (inflyasiya) in-
deksləşdirmə əmsalı. 
Azərbaycanda Nazirlər Kabinetinin təsdiq etdiyi 
ödəmə normativləri (mart 1992-ci il) atmosferə atılan 
maddələr üçün nəzərdə tutulmuşdur. Suya atılan maddə-
lər üçün Azərbaycan Respublikası təbiəti mühafizə üzrə 
müvafiq səlahiyyətli icra hakimiyyəti orqanları tərəfin-
dən təsdiq edilmişdir. 
Səyyar mənbələrdən (avtomobillərdən) ətraf mü-
hitə atılan çirkləndirici maddələr işlədilən yanacağın 
həcminə əsasən hesablanır. Bərk tullantıların yerləşdiril-
məsinə görə ödəmələr müəyyən edilmiş limitdən, tullan-
tıların toksiklik dərəcəsindən, miqdarından və yığılma 
yerindən asılıdır. Tullantıların yerləşdirilməsinin baza 


300
normativləri tullantının vahid kütləsinin IV sinif toksik-
lik göstəricisinə və ödəmənin indeksasiya əmsalına hasi-
li kimi təyin edilir. 
Təhlillər göstərir ki, zaman keçdikcə ətraf mühiti 
çirkləndirməyə görə ödəmələr həvəsləndirmə üzrə və tə-
biəti mühafizəyə vəsait toplamaq sahəsində öz əsas 
funksiyasını tamamilə yerinə yetirə bilmir. Belə ki, on-
lar indeksasiya aparılmadığından rəmzi xarakter alır. 
Məsələn, 1995-ci ildə artım əmsalı Rusiyada 17, Azər-
baycanda 10 idi. 2001-ci ilin yanvarından bu əmsal 94 
müəyyən edilmişdir, Azərbaycanda isə 2005-ci ilə kimi 
manatın indeksasiyası aparılmadığından həmin əmsal 
dəyişməmişdir. Halbuki, manatın qiymətdən düşməsi 
davam edirdi. Bundan başqa ətraf mühitin çirklənməsi 
haqqında məlumatlar hər zaman dürüst olmur, belə ki, 
Azərbaycanda hələ də dəqiq ölçmə işləri həyata keçiril-
mir. Müəssisələrə çirklənmənin səviyyəsini azaltmaq 
sərfəlidir. Lakin bunun üçün hələlik imkan yoxdur. Mo-
nitorinq də hələlik kifayət qədər geniş tətbiq edilmir. 
Odur ki, əsasən seçmə ölçmələrdən, laboratoriya sınaq-
larından və xüsusi hesablama metodlarından (ilk növ-
bədə balans metodu) istifadə edilir. Tullantıların (axıntı-
ların) həcminin müəssisələr tərəfindən gizlədilməsi hal-
ları aşkar edilərsə, bunlar limitdən artıq hesab edilir və 
belə halda artırıcı əmsaldan istifadə edilməsi lazım gəlir. 
Əgər limit təyin edilməyibsə, onlar limitdən artıq hesab 
edilir. 
Hələ indiyə qədər neft və qazçıxarma sahəsində 
atmosferə atılan karbohidrogenlərin və digər tullantıla-
rın miqdarı dəqiq təyin edilməmişdir. Neft tutumlarının 


301
səthindən nə qədər buxarlanma baş verdiyi müəyyən 
edilməmişdir. Vaxtı ilə normativ itkilərin ətraf mühitə 
atılmasını gizlədirdilər, halbuki, bu rəqəm 7-9% təşkil 
edirdi. Eyni sözləri su obyektlərinə axıdılan çirkab sula-
rı haqqında da demək olar. Hazırda Azərbaycandakı 80-
dən çox şəhər və rayon mərkəzindən bütün kommunal-
məişət tullantı suları tamamilə təmizlənmir. Əslində, bu 
axıntılar qəza hallarında ətraf mühitə axıdılan çirkab su-
larına bərabər tutulmalı və günahkarlara qarşı yüksəldici 
əmsal (5-10 dəfə) tətbiq edilməlidir. Halbuki, qəza vaxtı 
yaylım axıntılar (atılmalar) zamanı, ətraf mühitə, təsər-
rüfat obyektlərinə böyük zərər dəyir. Belə hallarda, mə-
sələn, Rusiyada iqtisadi sanksiyalar 25 dəfə artırılır. 
Azərbaycanda isə həmin rəqəm 10-a bərabərdir.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə