Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Sığorta kompaniyası zərərçəkənlərə aşağıdakı



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə172/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   191
etraf muhitin iqtisadiyyati

Sığorta kompaniyası zərərçəkənlərə aşağıdakı 
növlərdə sığorta əvəzi ödəyir: 
-
əmlakın zədələnməsi və məhvinə görə dəymiş zi-
yanın kompensasiyasını; 
-
həyat şəraitinin və ətraf mühitin pisləşməsi ilə 
əlaqədar zərərin (ziyanın) ödənilməsini; 
-
çirklənmiş ərazinin təmizlənmə xərclərini; 
-
zərər çəkmiş insanların həyatını və əmlakını xilas et-
mək üçün çəkilən xərcləri; 
-
məhkəmə prosesinin aparılması ilə əlaqədar xərcləri. 
Sığorta kompensasiyasının ödənilməsi sığorta təş-
kilatının ilkin kapitalla təyin edilən gücündən sığorta 
edilənlərin sayından, müvafiq ödəmələrin cəmindən və 
s.-dən birbaşa asılıdır. 
Sığorta heç vaxt çirklənmənin bütün növlərini əha-
tə etmir və yalnız əvvəldən gözlənilməyən və təsadüfi 
çirklənmələrdən dəymiş riskin ziyanı sığorta edilir. Bəzi 
kompaniyalar təklif edirlər ki, ətraf mühitin pisləşməsi 
də sığorta edilsin. Sığorta edilənlər hesab edir ki, çirk-
lənmə ilə əlaqədar bütün hadisələrin 80%-i sığorta edilə 
bilər. 
Sığorta müqaviləsi aşağıdakı əsas bölmələri 
özündə əks etdirir: 
-
müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri; 
-
illik dövriyyənin (pulla ifadəsində) həcmi; 
-
müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat; 
-
istehsalat prosesinin xarakteri, xammalın, mate-
rialların və istehsal edilən məhsulun növləri haqqında 


326
məlumat; 
-
ətraf təbii mühit haqqında məlumat (əhalinin sa-
yı, sıxlığı, istifadə edilən sahələrin xarakteri, torpaq, ye-
rüstü və yeraltı sular); 
-
əsas atılmalar (axıntılar) və tullantılar, ətraf mü-
hitin vəziyyətinə nəzarət metodları; 
-
atılmaların (axıntıların) risk dərəcəsi, onların ləğ-
vi üzrə tədbirlər və s. 
Müqavilələr adətən bir ilə bağlanır və müəssisənin 
arzusu ilə uzadıla bilər. Fasiləsiz olaraq 2 və daha çox 
ilə müqavilə bağlanarkən güzəştli (10-30%) imtiyazlar 
nəzərdə tutulur. 
Ekoloji məsuliyyətin sığorta prosesi sığorta kom-
paniyasının iştirakı olmadan da, sənaye kompaniyaları-
nın qarşılıqlı sığortalanma yolu ilə də həyata keçirilə bi-
lər. Onlar birləşmiş fondlar yarada bilər, yaxud şəxsi 
(məxsusi) ehtiyat fondları formalaşdıra bilər. 
Bütövlükdə ekoloji sığorta ekoloji menecment 
üçün çox cazibədardır və özündə iqtisadi-ekoloji maraq-
ları birləşdirir. Onun geniş tətbiq edilməsinə aşağıdakı-
lar mane olur: 
1)
tamamlanmış normativ-hüquqi bazanın olma-
ması; 
2)
müəssisələrin ağır iqtisadi vəziyyəti, sığorta 
haqlarının ödənilməməsi; 
3)
ekoloji risklərə görə yüksək tarif stavkalarının 
olması, avadanlıqların köhnəlməsi üzündən sığorta hadi-
sələrinin ehtimalının böyük olması. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə