Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ekoloji təhsil və maarifləndirmə sahəsində döv-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə180/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   191
etraf muhitin iqtisadiyyati

Ekoloji təhsil və maarifləndirmə sahəsində döv-
lət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri
aşağıdakılardır: 
-
ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət 
siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və 
onların həyata keçirilməsi; 
-
ekoloji təhsil və maarifləndirmə sisteminin təşkil 
edilməsi;
-
ekoloji təhsil və maarifləndirmə sisteminin infor-
masiya və elmi-metodik təminatı; 
-
sahə qanunvericiliyinin digər normativ hüquqi 
aktlara uyğunluğunun təmin edilməsi
-
təhsil və ekoloji təhsil proqramlarının uyğunluğu-
nu təmin etmək üçün dövlət ekspertizasının aparılması; 
-
ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət 
və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət 
təşkilatlarının, müvafiq hüquqi və fiziki şəxslərin fəaliy-
yətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi; 
-
ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət 
ekoloji proqramların hazırlanması, təsdiqi və həyata ke-
çirilməsi; 


339
-
ekoloji təhsil və maarifləndirmə sistemi üçün mü-
təxəssis-ekoloqların, elmi, pedaqoji və digər kadrların 
hazırlanması və ixtisaslarının artırılması; 
-
ekoloji təhsil sahəsində beynəlxalq müqavilələrin 
və proqramların, dövlətlərarası sazişlərin hazırlanması 
və yerinə yetirilməsi və s. 
Ekoloji mədəniyyət hamıda olmalıdır. 
“Mədəniyyət” sözü latın sözü olub torpağın becə-
rilməsi, onun mədəniləşdirilməsi, yəni təbii obyektdə tə-
bii sərvətlərdən yox, insanın təsiri altında yaranmış də-
yişikliklər başa düşülür. Bu məfhumun bu ilkin məzmu-
nunda dil anlayışı – mədəniyyətin, insanın, onun fəaliy-
yətinin və təbiətin birliyinin təzahürüdür. 
Mədəniyyət onu təşkil edən komponentlərin toplu-
su, cəmi olmayıb, insanın əsaslı ehtiyaclarına zəruri olan 
sistemdir. Bu müəyyən xalqa xas olan sosial durumdur. 
Hər bir xalq onun bütün tarixi boyu formalaşdırıl-
mış və nəsildən nəsilə ötürülən müəyyən qrup dəyərlərə 
malik olur. Belə dəyərlərə adət - ənənə, etiqad, mənə-
viyyat, dini mənsubiyyət, dil və s. aiddir. Mədəniyyət 
sözü insanın həyat fəaliyyətində vacib rol oynayan qiy-
mətli dəyərdir. Onu dünyagörüşünü, xarakterini, niyyət-
lərini və onun hərəkətinin istiqamətini təyin edir. 
Hətta texnika ilə müqayisədə də mədəniyyət bəşə-
riyyətin daha dinamik komponenti olmuşdur. 
Ekologiya elmi XIX əsrin ortalarında bioloji elm-
lərin əsasında meydana gəlmiş və tezliklə müstəqil bio-
loji elm kimi formalaşaraq, orqanizmlərin, populyasiya-
ların və birliklərin mövcudluğundan bəhs edən elm kimi 
özünü göstərmişdir. Mədəniyyətdə olduğu kimi ekologi-


340
yada da qlobal əhəmiyyət kəsb edən təbii proseslərə yol 
açdı və eyni zamanda o bilavasitə bu proseslərdə insanı 
gözləyən xoşa gəlməz və insana bədbəxtlik gətirən ha-
disələrlə bağlı olmuşdur. 
Ekoloji mədəniyyətin formalaşması – uzun müd-
dətli tarixi yol keçmiş prosesdir. 
Ümumi mədəniyyətin struktur elementi kimi, eko-
loji mədəniyyət müxtəlif xalqlar arasında insanın müəy-
yən təbii landşaftlarla qarşılıqlı əlaqəsində ona adaptasi-
ya olunmaqla yaranmışdır. 
Xalqın ekoloji mədəniyyəti həqiqətən də onun ənə-
nəvi mədəniyyəti deməkdir. Ekoloji mədəniyyəti Yer 
üzərində yaşayan insanların fəaliyyət dərəcəsi hüdudla-
rında başa düşmək lazımdır. Təhsil və tərbiyə - mədə-
niyyətə yiyələnmək, o cümlədən, ekoloji mədəniyyətə 
yiyələnməklə, bir nəsildən o biri nəslə ötürülür. 
İnsanı özü-özünü idarə etmək və özlərinin təbiətə 
xüsusi münasibəti nöqteyi-nəzərdən qəbul etsək, onda 
ekoloji mədəniyyəti bütün insani mədəniyyətlərin ən vaci-
bi və ayrılmaz tərkib hissəsi kimi başa düşmək lazımdır. 
Təbiət insanların mənəvi həyatlarına böyük təsir 
göstərir. İnsanların mənəvi saflaşması, mükəmməlləş-
məsi və onun qanunauyğun formalaşmasında əmək 
maddi əsas hesab olunur. Bununla da ümumi mədəni 
həyatımız formalaşır. Deyilənlər ekoloji mədəniyyətin 
ayrılmaz hissəsidir. 
Təbiət gənc nəslin yetişməsi və təcrübəsi işində çox 
mühüm olmaqla insanda bir çox xüsusiyyətlərin: meh-
ribanlıq, humanizm, gözəlliyi görüb başa düşmək, seyr 
etmək qabiliyyəti, təbiət qanunlarını öyrənməyə maraq, 


341
əməksevərlik, öz doğma torpaqlarına məhəbbət aşılamaq 
və inkişaf etdirmək kimi xüsusiyyət aşılayır. 
Təbiət-şəxsiyyətin mənəvi formalaşması üçün, ru-
hi pozuntuların bərpa olunması üçün mənbədir. Mənzə-
rəli çay və göllər, dəniz sahilləri, dağ əraziləri, gözəl şə-
lalələr, qeyzerlər, qaynar bulaqlar, fiordlar, karst mağa-
raları və şaxtaları, relikt meşələr, rəngarəng bitki və 
heyvanat aləmi olan az dəyişilmiş təbii komplekslər
unikal landşaftlar və başqa bir çox obyektlər mərhəmətli 
insanları onlara yardım etməyə, qorumağa, himayə et-
məyə ruhlandırır. Bu əməl, istək ekoloji mədəniyyətdir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə