Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ekoloji problemlərin həllində beynəlxalq



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə182/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   191
etraf muhitin iqtisadiyyati

5. Ekoloji problemlərin həllində beynəlxalq 
əməkdaşlıq 
 
Ətraf mühitin qorunması sahəsində beynəlxalq 
əməkdaşlığın 30 ildən çox tarixi vardır. XX əsrin 70-ci 
illərinin əvvəllərində artıq aydın idi ki, cəmiyyət və tə-
biət arasında problemlər meydana çıxmışdır və bu prob-
lemlər planetin biosferasında baş verən dəyişikliklər nə-
ticəsində bəşəriyyəti qlobal təhlükə qarşısında qoyurlar. 
Ona görə də insanın yaşadığı mühitin qorunması bey-
nəlmiləl xarakter daşıyır. 
Ətraf mühitin problemlərinə beynəlxalq birli-


344
yin diqqəti Stokholm konfransının keçirildiyi (1972-
ci il) vaxtdan başlamışdır. 
Konfransın qərarlarına uy-
ğun olaraq bu sahədə dünya miqyasında beynəlxalq 
əməkdaşlıq üçün BMT-də müstəqil orqan yaradıldı. Bu 
orqan ətraf mühit üzrə BMT Proqramı + YNEP (United 
Nations Environment Programme) adlanır və daimi 
əsaslarla Nayrobidə (Keniya) fəaliyyət göstərir. 
Ətraf mühitin mühafizəsi kompleks problem ol-
duğundan
YNEP-in fəaliyyəti əlavə olaraq, onun ayrı-
ayrı aspektləri ilə BMT-nin himayəsi altında muxtariy-
yət statusu olan 
aşağıdakı ixtisaslaşdırılmış təşkilatlar 
məşğul olurlar: 
YUNESKO
(United Nations Education Scientific 
an Cultural Organization) – “insan və biosfera” proqra-
mı üzrə işləri yerinə yetirir, insan və mühit arasında qar-
şılıqlı əlaqə və inkişafın ictimai-iqtisadi amillərinin təd-
qiqini həyata keçirir. 
FAO
(Food and Agricultural Cultural Organiza-
tion of the United Nations) – kənd təsərrüfatı məhsulla-
rının istehsalı və emalının yaxşılaşdırılması, aqrosferaya 
investisiya qoyuluşuna yardım, torpaq və su resursların-
dan sərfəli istifadə, bərpa oluna bilən enerji mənbələri-
nin mənimsənilməsi kömək məqsədlərinə xidmət edir. 
BHO
(World Neath Organization – Ümumdünya 
sağlamlığın mühafizəsi) – qarşısına təhlükəsiz su və qi-
da da daxil olmaqla ekoloji təhlükəsizliyin təmin edil-
məsinə kömək məqsədini qoymuşdur. 
UAEA
(İnternational Atomic ENERGÜ AGEN-
CÜ-MAQATE) – radioaktiv maddələrin daşınması və 
tullantıların utiləşdirilməsi də daxil olmaqla, radiasiyadan 


345
müdafiə və təhlükəsizlik normalarını işləyib hazırlayır. 
Qlobal ekoloji problemlərin həll edilməsində 
QEF
-Qlobal Ekologiya Fondu (The Global Environ-
ment Facility) getdikcə daha mühüm rol oynamağa baş-
layır. XX əsrin 90-cı illərinin əvvəllərində yaradılmış bu 
fond əsasən inkişaf etməkdə olan ölkələrdə qlobal xa-
rakter daşıyan ekoloji problemlərin həllinə kömək üçün 
yaradılmışdır. QEF-in fəaliyyətində üç beynəlxalq quru-
luş: BMT-nin İnkişaf Proqramı (The United Nations 
Development Programme), ətraf mühit üzrə BMT proq-
ramı (YNEP) və Beynəlxalq Bank (World Bank) iştirak 
edirlər. Maliyyələşdirmə üçün birinci növbəli istiqamət-
lər kimi: iqlimin qlobal istiləşməsi, beynəlxalq suların 
çirklənməsi, biomüxtəlifliyin azalması və ozon qatının 
azalması problemləri ayrılmışdır. 
Yuxarıda qeyd edilən təşkilatlar hökumətlərarası 
razılaşmalar əsasında yaradılmışdır, müstəqildirlər və 
geniş beynəlxalq səlahiyyətlərə malikdirlər. Bu təşkilat-
lardan başqa ətraf mühitin mühafizəsinin ayrı-ayrı as-
pektləri üzrə digər təşkilatlar da məşğul olurlar. 
Regionlarda ekoloji problemlər dünyanın müxtəlif 
yerlərində ictimai-iqtisadi vəziyyəti öyrənən komissiya-
ların fəaliyyətlərində öz əksini tapırlar. Bu cür komissi-
yalar Asiya və Sakit okean regionlarında (ECKATO), 
Latın Amerikasında (EKLAK), Avropada (Economic 
Commission for Europe) fəaliyyət göstərirlər və onların 
nəzdində ekoloji siyasət üzrə Komitələr mövcuddurlar. 
Yuxarıda göstərilən bütün orqan və təşkilatlar çox-
saylı hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə 
qarşılıqlı fəaliyyət göstərirlər. Axırıncıya “Təbiət və 


346
təbii sərvətlərin qorunması üzrə “Beynəlxalq İttifaq”, 
“Heyvanların müdafiəsi üzrə Beynəlxalq Federasiya” və 
digərlərini aid etmək olar. 
Qlobal ekologiya problemlərinin müzakirəyə qo-
yulması və onların həlli istiqamətlərinin işlənib hazır-
lanmasında təbii mühitin mühafizəsi üzrə keçirilən bey-
nəlxalq konfransların rolu böyükdür. Bu fəaliyyətin baş-
lanğıc nöqtəsini Stokholm konfransı (1972-ci il) qoy-
muşdur ki, onun açılış günü – 5 iyun, sonralar Ümum-
dünya ətraf mühit günü elan edilmişdir. Bundan sonra 
hər 5 ildən bir bu cür konfrans keçirilir. 
BMT-nin Rio-De-Janeyroda 1992-ci ildə keçirilən 
konfransında qeyd olunmuşdur ki, hər bir ölkə yeni tex-
niki kəşflər, yeni texnologiya, məmulatlar, fəaliyyət 
növləri və s. icad edirlər ki, onlar da müəyyən tələblər
sisteminə cavab verməlidir və bu tələblər içərisində eko-
loji təhlükəsizlik birinci yerdə durmalıdır. Bu sahədə 
beynəlxalq cəhdlər o vaxt səmərə verə bilər ki, o bütün 
ölkələrin hər birinin atdığı addımlara əsaslandırılsın. 
Konfransın işinə yekun vurarkən onun Baş Katibi 
Moris Stronq bu hadisənin misli görünməmiş miqyas 
və əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, biz ha-
mımız yalnız birlikdə sağlam mühiti saxlaya bilərik, əks 
halda heç kim sağ qalmayacaqdır. Konfransın qəbul et-
diyi “Torpaq Xartiyası” Deklarasiyası ekoloji təhlükə-
sizliyi təmin etmək üçün problemlərin miqyası və mü-
rəkkəbliyinin olduğu kimi başa düşülməsini, ekoloji 
proqramların hüquqi, maliyyə, texniki təminatının zəru-
riliyini, resurslara qənaət edən və az tullantılı texnologi-
yalara əsasən iqtisadiyyatın istehsal-sahə quruluşunun 
təkmilləşdirilməsini, biosfera (təbiət) – qoruq fonduna 


347
əsaslanan xüsusi qorunan biosfer fondunun yaradılması 
və s. zəruriliyini qeyd etmişdir. 
Təbii mühitin mühafizəsi sahəsində regional xa-
rakterli konfransların da böyü rolu vardır. 1995-ci ildə 
uyğun nazirlər səviyyəsində keçirilən Ümumavropa 
konfransında “Avropa üçün ekoloji proqram” qəbul 
edilmişdir. 
Son illərdə beynəlxalq əməkdaşlığın konvensiya, 
çox, yaxud ikitərəfli müqavilələr, razılaşmalar, proq-
ramlar kimi formaları geniş yayılmışdır. Bu formalardan 
hər hansı birinin qüvvəyə minməsi ölkələrin təbiəti mü-
hafizə fəaliyyətinin bu və ya digər aspektləri üzrə öz 
üzərlərinə müəyyən öhdəliklər qəbul etdiklərini təsdiq edir. 
Təbiətin mühafizəsi sahəsində beynəlxalq əməkdaş-
lığın ən mühüm aspektlərindən biri milli hökumətlərə eko-
loji-iqtisadi proqramlarını həyata keçirmək üçün bir sıra 
beynəlxalq təşkilatların maliyyə köməyi göstərməsi im-
kanlarıdır. Bu kömək bir qayda olaraq borc və ya kredit 
şəklində verilir. Bu cür kömək göstərən ixtisaslaşmış təş-
kilatlar sırasında Yenidənqurma və İnkişaf Beynəlxalq 
Bankı (international Bank for Reconstruction and Deve-
lopment, World Bank) Beynəlxalq Valyuta Fondu (İnter-
national Monetary Fund), Kənd Təsərrüfatının İnkişafı 
Beynəlxalq Fondu (İnternational Fund for Agricultural 
Development), YNEP fondu və digərlərini göstərmək olar. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə