Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə175/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   191
etraf muhitin iqtisadiyyati

Menecmentin ən əsas vəzifəsi
– 
bu qaydaları 
bilmək, onları başa düşmək və tətbiq etməyi bacar-
maqdır. 
İstənilən qərarın qəbul edilməsinin əsasında infor-
masiya durur: monitorinq, normativlər, texnologiyalar 
haqqında məlumat, marketinq informasiyası və s. Sadə-
olaraq informasiya yox, zəruri informasiya lazımdır. 
İnformasiyanın bir baza kimi xüsusiyyəti odur ki, o tez 
köhnəlir. Eyni zamanda təcrübənin (vərdişin) qiyməti 


330
artır. Ekomenecment ani olaraq formalaşmır. Müəyyən 
vaxt lazımdır ki, şərait yetişsin və innovasiyalar üçün 
zəmin yaransın. 
Müasir menecmentdə 4 vəzifə ayrılır: planlaş-
dırma, təşkiletmə, motivasiya və nəzarət.
Ali menec-
mentin əsas vəzifəsi ekoloji məqsədləri strateji planlaş-
dırmaya daxil etməkdir. Planlaşdırmada zəruri investisi-
yalar əsaslandırılır, xüsusi marketinq strategiyası nəzər-
də tutulur. Planlaşdırmanın əsas elementi biznes-plan-
dır. Biznes-planın strukturunda təbiəti mühafizə və ehti-
yata - sərvətə qənaət fəaliyyətində aşağıdakı bölmələr 
(məsələlər) nəzərdə tutulur: 
1.
ekoloji-iqtisadi sistemin imkanları; 
2.
ehtiyatların növləri (ilkin və təkrar), ekoloji po-
tensial, baza ekoloji məhdudiyyətlərin olması; 
3.
məhsul satışı bazarı (tullantılardan alınmış, xid-
mətlər məhsulu və s.); 
4.
məhsul və xidmət satışı bazarında təbiəti müha-
fizə və ehtiyata qənaət fəaliyyətinin həyata keçirilməsi 
üzrə rəqabət; 
5.
marketinq planı; 
6.
təbiəti mühafizə və ehtiyata qənaətetmə fəaliy-
yət planı; 
7.
istehsalat və infrastruktur obyektlərinin koope-
rasiyası üzrə təşkilati plan (ekoloji-iqtisadi səmərəni ar-
tırmaq üçün); 
8.
təbiəti mühafizə və sərvətə qənaətetmə fəaliyyə-
tinin hüquqi təminatı; 
9.
subyekt və obyektlərin mümkün olan ekoloji fə-
lakətlərdən sığorta edilməsi üçün riskin sosial-iqtisadi 


331
qiymətləndirilməsi; 
10.
maliyyə planı; 
11.
təbiəti mühafizə obyektlərinin, onların rekon-
struksiyasının əsaslı tikinti və maliyyələşdirmə strategi-
yası planı. 
Ekomenecmentin əsas elementlərindən biri ekoloji 
marketinqdir. Marketinqin mərkəzində istehlakçı durur, 
onun tələblərinə uyğunlaşmaq lazımdır. Ekomarketinqin 
əsası ondan ibarətdir ki, onun bütün fazalarında məhsu-
lun ekolojiliyi (istehsalatdan tutmuş son utiləşdirməyə 
qədər) durur. Deyilənlər satış zamanı ən əsas əhəmiyyət 
kəsb etməlidir. Ekoloji marketinq əsasən səmərəliləşdir-
mə konsepsiyasına istinad edir. Həmin konsepsiyaya 
əsasən materialların və enerjinin az dövr etməsi isteh-
lakçıya çox fayda gətirir. İstehsalçı haqqında informasi-
yaya malik olub və marketinq strategiyasını müəyyən 
etməklə firmada və sahibkarlıqda uğur qazanmaq üçün 
marketinq vasitələri toplumundan səmərəli istifadə et-
məlidir. 
Ali menecmentin ekoloji strateji məqsədlərinin 
realizə edilməsi təbiəti mühafizə prosesinə orta və ope-
rativ menecmentin cəlbini nəzərdə tutur. Öz xüsusi (şəx-
si) bölməsinin yaradılmasının zərurəti meydana gəlir ki, 
bu bölmə ekoloji məsələlərə məsul olmaqla, müəyyən 
sərvətə sahib olmalı və səlahiyyətə malik olmalıdır. Orta 
menecmentin səlahiyyətlərinə ekoloji məqsədlərin pay-
lanması (ayrıca əməliyyat proqramları üzrə) aiddir. 
Məhz bu zaman ekoloji menecment sisteminin təzələn-
məsi, artırılması və modifikasiya edilməsi üzrə yeni ide-
yaların yaranması mümkündür. Menecmentin inteqrasi-


332
ya sistemi bütün əməliyyat menecmentini, müəssisənin 
fəaliyyət sistemini, məsuliyyətlərin səviyyəsini və məh-
dudlaşdırılmasını əhatə edir. 
Ekoloji menecment ekoloji imic yaratmaq hesabı-
na, nəinki rəqabət üstünlüklərini təmin edir, eyni za-
manda firmanın mikroiqliminə müsbət təsir göstərir: iş-
çilərin əməyə həvəsi artır, onlar işlərindən məmnun qa-
lırlar. Ekoloji imic əsasında firma hiss edilməyən kapital 
əldə edir ki, bu da dövlət hakimiyyəti rəhbərliyi ilə əmə-
li əlaqələrin yaradılmasını asanlaşdırır, həm də ekotəşki-
latların etimadını qazanır, müştərilər və sakinlərin mü-
qabilində hörməti artır. Belə müəssisə, eyni zamanda 
cəlbedici iş yerinə çevrilir. 
Ekomenecmentin müsbət tərəflərini qeyd etməklə, 
nəzərə almaq lazımdır ki, onun nöqsanları da az deyil-
dir. Ekoloji-iqtisadi səmərə yüksək investisiya və isteh-
salat xərcləri ilə əlaqədardır. Prosesdə bazar və innova-
siya riskləri yarana bilər. 
Ekoməhsullara tələbatın səviyyəsi, axıra qədər iş-
lənməmişdir, təbiəti qoruyan texnologiyalar və s. istinad 
edilməsi tələbatdan geri qalır. Məhz ona görə də idarəet-
mədə həmin məsələlər diqqət mərkəzində olmalıdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə