Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


IX FƏSİL. Şimali Amerika ölkələrinin Azad Ticarət Zonası. NAFTA



Yüklə 0,78 Mb.
səhifə13/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Drs vsaiti.MP.

IX FƏSİL. Şimali Amerika ölkələrinin
Azad Ticarət Zonası. NAFTA



  1. Şimali Amerikada Azad Ticarət Zonasının yaradılması

  2. Kanada, ABŞ və Meksikanın NAFTA çərçivəsində inteqrasiyası

  3. NAFTA -nın təşkilati strukturu və fəaliyyət istiqamətləri

1) Şimali Amerika qitəsində təşəkkül tapan inteqrasiya qu­ru­mu NAFTA-dır. Şimali Amerika Azad Ticarət Zonası (North Am­erican Free Trade Are – NAFTA). 1992-ci ildə Amerika, Ka­­nada və Meksika arasında əldə olunan razılığa görə yaran­mış­­dır və 1994-cü ildən fəaliyyətə başlamışdır. 1980–90-cı il­lər­də ABŞ və Meksika iqtisa­diy­yat­la­rı­nın bir-biri ilə qarşılıqlı əla­qələri genişlənmişdir. Meksika is­teh­sal və xammal bazarı ki­mi ABŞ üçün əlverişli və cəlbedici öl­kədir. Meksikanın coğrafi ya­xınlığı ABŞ-a nəqliyyat xərclərini azaltmağa imkan verir. Azad Ticarət ərazisinin yaradılması Ka­nada və Meksika ba­zar­la­rında Amerika məhsulları rəqabət ba­carığına görə üstün möv­qe tuturdu və Asiya-Avropa malları və əmtəələri ilə rəqabət apa­rırdı. ABŞ Meksikanın ti­carət sahəsində əsas tərəfdaşıdır. Bu ölkələr arasında idxal-ixrac əməliyyatları 70%-dən artıqdır. 1989-cı ilə qədər Meksika ABŞ məhsullarının idxalçısı olub və bö­yük hissəsini yüksək ticarət tarifi əsasında əldə edilirdi. La­kin 1993-cü ildən sonra Azad Ticarət Zo­na­sının yaradılması nə­ticəsində tarif rü­sum­la­rı və məh­du­diyyətləri aradan qal­dı­rıl­mış­dır. NAFTA in­teq­rasiya bir­ləş­məsinin işləmə mexanizmi möv­cuddur və qarşılıqlı olan məq­səd və vəzifələri də yerinə ye­tirilir. Bu birləşmədə ümu­mi məq­sədlər qarşıya qoyulursa da, dövlətlərin ayrı-ayrı­lıq­da öz ma­raqları da nəzərə alınır. Hə­lə 1947-ci ildə Kanada iq­ti­sa­diy­yatının sahələrinə ABŞ in­ves­ti­si­yalarının yatırılması haq­qın­da “Ebbot Planı” qəbul edil­miş­dir. 1959-cu ildə Kanda hər­bi texnika istehsalında ABŞ stan­dart­larının tətbiqi haqqında ra­zı­lıq əldə edilmişdir. 1965-ci ildə avtomobil sənaye sahəsində li­berallaşma haqqında saziş qəbul edil­mişdir. 1988-ci ildə isə azad ticarət ərazisinin formalaşması haqqında razılıq əldə edil­mişdir. Bu sırada ölkələrin milli rəqabət bacarıqlarını güc­lən­dir­məklə iqtisadi, ticari miqyasın üs­tünlüyü də istifadə et­məsinə iş­tirakçı ölkələr üçün daha çox eh­tiyatlara və imkanlara yol açı­lır. Dövlətlərin əlverişli xarici si­yasi əhatəni yaratmağa və qlo­ballaşmanın çağırışlarına davam gə­tirmək üçün bu in­teq­ra­si­ya birliyi vacib rol oynayır.


NAFTA-da hər bir ölkənin üzərinə düşən öz öhdəlikləri və mə­nafeləri vardır. Bunlar: ABŞ-ın GAT (General Agreement on Tarrif and Trade) çərçivəsində ticari liberallaşmasının real­laş­dırılması, Meksika iqtisadiyyatına investisiyanın ya­tı­rıl­ma­sı ilə bu ölkələrin iqtisadiyyatını gücləndirmək və sta­bil­ləş­dir­mək­dir. Meksikadan ABŞ-a qeyri-qanuni immiqrasiyanın qar­şı­sının alınması əsas problemdir və onun həlli vacibdir. Mek­­si­ka­ Latın Amerikası ölkələrinin bazarlarında möhkəm­lən­dir­mə­yə çalışır. Regionda bazar münasibətlərinin gücləndirilməsi, de­mokratik institutların yaradılması və ABŞ-ın rolunun artması va­cib istiqamətlər kimi müəyyənləşdirilmişdir. Kanadanın ABŞ-la əvvəl bağlanmış müqavilə şərtərini möh­kəm­lən­dirmək və sığortalamaq, ticarətin liberallaşması haq­qında razılaşmaya gö­rə ABŞ-ın daxili bazarına keçid əldə et­mək gömrük rüsum­la­rın və ticarət şərtlərini razılaşdırmaq, ABŞ-ın Meksika və La­tın Amerikası ölkələri bazarlarına daxil olmaq, Amerika in­ves­torlarının Kanada iqtisadiyyatına cəlb etdirmək kimi məq­səd­lə­rini azad ticarət ərazisi dövlətləri qarşısına qoyur.

  1. Meksikanın qarşıya qoyduğu məqsədləri və əməkdaşlıq isti­qa­mətiləri sıradakılardır: Amerika və Kanada daxili bazar­la­rına sı­ğortalı keçid əldə etmək. Xarici investorlar üçün əlverişli şə­rait yaratmaq. Kanada və ABŞ-ın yeni texnolo­gi­ya­la­rına və tə­bii resurslarına keçid əldə etmək. Sosial-iqtisadi tərəqqinin və əh­a­linin məşğulluğunun yüksəldilməsi sahəsində fəaliyyət gös­tər­məkdir.

NAFTA-nın fəaliyyət sahələrinin əsas istiqamətləri azad ti­carət zonası çərçivəsində mərhələli şəkildə ABŞ, Kanada və Mek­sika arasında əmtəə dövriyyəsi və məhsullar üzərində olan göm­rük tariflərini ləğvi, mal dövriyyəsi və xidmət sa­hə­lə­rində qeyri-tarif maneələrini mərhələli şəkildə aradan gö­tür­mək. Meksikada sərmayə yatıran Şimali Amerikalı kapitallar üçün yüngül rejimi tətbiq etmək və Meksikanın maliyyə ba­zarında ABŞ və Kanada banklarının fəaliyyətini libe­ral­laş­dır­maq, Ame­rika-Kanada arbitraj komissiyasını yaratmaq bu ölkələrin m­araqları çərçivəsindədir. Av­ro­pa və Çin şirkətlərinin əm­təə­lə­ri­nin Meksika vasitəsi ilə ABŞ-a ix­racınıın qarşısının alınması ki­mi vacib məsələlərin həlli də nəzərdə tu­tu­lur.
Bir çox tarif və mənafeləri aradan götürərək NAFTA da­xi­lin­də tənzimlənmə və əlaqələndirmə ölçülər götürülür.

  • Xarici rəqabətdə həssas olan iqtisadi mal sektorlarının yanında ticarətə bəzi məhdudiyyətlər qoyulub. Bu məh­du­diyyətlər kənd təsərrüfatına, energetikaya, yüngül sə­na­­yeyə və tekstilə aid edilir.

  • Xarici ixrac mallarında ziyan çəkmiş sənaye məhsulları üçün rezervasyonlar mövcuddur ki, həmin sahəni mü­əyyən müddətlik ərzində qoruma tədbirləri görülür.

  1. NAFTA çərçivəsində gömrük tariflərinin mərhələli şə­kildə en­məsi 1 iyun 1991-ci ildə fəaliyyət göstərən baza sə­nəd­ləri əsa­sında yaranıb. NAFTA-da ticarətdə faktiki olaraq ümu­mi re­jim qurulub. Şimali Amerika inteqrasiya prosesləri bəzi xü­­su­siy­yətlərə malikdirlər. NAFTA-da praktik inteqrasiyaya yeni ya­naş­ma tətbiq olunur. Xırda və orta dərəcəli kompaniya və şirkətlərlə əmək­daş­lığa üstünlük verilir. Bu inteqrasiya bir­li­yinin mərkəzi təş­ki­la­tı institutu ticarət nazirləri səviyyəsində azad ticarət üzrə ko­mis­siyadır. O müqavilənin icrasına nəzarət edir və mübahisəli mə­sələləri həll edir. NAFTA çərçivəsində otuz komitə və işçi qrup­lar fəaliyyət göstərir. İnteqrasiya mo­delinin strukturunda ABŞ, Kanada və Meksika assimetrik ası­lı­lı­ğı müşahidə olunur. ABŞ Kanadaya ixracın 75% –80%-ni reallaşdırır. NAFTA-nın in­teqrasiya təşkilatı mexanizmində döv­lətüstü institutlar fəa­liyyət göstərmir. NAFTA çərçivəsində inteq­rasiya, Qərbi Av­ro­pa inteqrasiyasından əhəmiyyətli də­rə­cə­də fərqlənir. Avropada ümu­mi büdcədən istifadə edilərək zəif inkişaf etmiş ölkələrin in­kişafına sərf edilir. NAFTA çər­çi­və­sində Meksikanın ta­ri­fin­də kompensasiyalı assimetrik me­xa­nizm­dən istifadə olunur. NAFTA yeganə kontinental sistemdir ki, üç milli iqtisadiyyatı əhatə edir. Ola bilsin ki, bura gələ­cək­də Kuba və başqa Mər­kə­zi Ame­rika ölkələri də daxil olsun.

1994-cü ildən 2008-ci illər ərzində NAFTA dövlətləri çər­çivəsində ticarətin dövriyyəsi 3 dəfə artmışdır. Dövlətlərarası ticari əməliyyatların 60%-i ümumi xarici ticarət əhatə edirdi. 1994–2008-ci illərdə ABŞ-dan Meksikaya ixrac 4 dəfəyə qədər yüksəlmişdi. Kanada ixracatı isə 5 dəfəyə qədər artmışdı. Lakin ABŞ-dan Meksikaya olan ixrac məhsulları Kanadaya olan ABŞ ixracatından 44 dəfə çoxdur. 1990–2000-ci illərdə iştirakçı dövlətlərin yüksək tariflərdən və idxal kvotalarından azad olduğu bir dövrdə Meksika yüngül sənaye məhsulu tekstili ABŞ bazarında ixracı 91%-ə qədər artmışdır. NAFTA-ya bir­ba­şa xarici investorların tərəfdaş dövlətlərdə marağını artırır. Ka­nadaya xarici investisiyaların faizi 1990-cı il 6 mlr dollar təşkil edirdi. 1998-ci ildə bu göstərici artıq 22–23 mlr dollar həcmində idi. Mek­sikaya Kanada investisiyalarının sayı artmışdır, əsasən bank və te­lekommunikasiya sahələrində sərmayələr yatırılmışdır.
İqtisadi əlaqələrin genişlənməsi və azad ticarət ərazisinin yaradılması məqsədi ilə yaranan NAFTA-nın: ölkələrarası əmtəə, xidmətlərin, əmək resurs­la­rı­nın azad hərəkəti və ticarətdə maneələrin götürülməsi, rəqabət sərf­­lə­­rinin ədalətli tətbiqi, bu dövlətlərdə investisiya imkanları­nın ar­tırılması, mərhələli şəkildə gömrük rüsumların ləğvi, maliyyə banklarının fəaliyyətlərinin liberallaşdırılması hər bir ölkənin intellektual hüquqlarının mü­da­fiəsi, iq­ti­sa­di mübahisələrin nizamlanması və hərtərəfli regional əmək­daş­lığı üçün prespektivlərin yaradılması əsas fəaliyyət is­ti­­qa­mət­lə­ridir.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə