Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


XII FƏSİL. Yaxın Şərq və Ərəb dövlətləri inteqrasiya prosesləri müstəvisində



Yüklə 0,78 Mb.
səhifə16/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   12   13   14   15   16   17   18   19   20
Drs vsaiti.MP.

XII FƏSİL. Yaxın Şərq və Ərəb dövlətləri inteqrasiya prosesləri müstəvisində


        1. Ərəb Dövlətləri Liqası siyasi inetqrasiyanın təzahürü kimi

        2. Ərəb Maqrib İttifaqı

        3. Islam Konfransı Təşkilatı

        4. Fars Körfəzi Ərəb ölkələrinin iqtisadi əməkdaşlıq ittifaqı

1) Müasir dövrdə ərəb dövlətlərin həmrəylik tarixinə nə­zər yetirsək, deyə bilərik ki, onların inteqrasiya pro­ses­lərində iş­tirakı şaxəlidir. Siyasi inteqrasiya çərçivəsində bu fəaliyyəti Ərəb Döv­lətləri Liqası başlamişdir. Bu təşkilat Misir, İordaniya, Livan, Səu­diy­yə Ərəbistanı, İraq, Suriya və Yə­mən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Ha­zırda isə bu təşkilatın tərkibinə 22 dövlət daxildir. Təşkilatın mən­zil-qə­rargahı Qahirə şəhə­rin­də yerləşir. Türkiyə də bu təş­ki­lat­da mü­şahidəçi statusuna ma­lik­dir.


Hələ 1944-cü ildə İskəndəriyyədə, təsis konfransı keçirildi və Ərəb Dövlətləri Liqasının yaradılmasını nəzərdə tutan İskən­də­riy­yə protokolu imzalandı. Liqanın Nizamnaməsi Misir, Su­ri­ya, İordaniya, İraq, Livan və Yəmən dövlətləri tərə­fin­dən im­za­lan­mışdır. Ərəb Dövlətləri Liqası fəaliyyətinin əsas prin­sipləri: döv­lətlər arasında münasibətlərin qurulmasının kö­nül­lülüyü, süverenlik və müs­təqilliyə qarışılıqlı hörmət, döv­lət­lə­rin bərabərliyi, müna­qi­şə­lərin həll edilməsi üçün güc tətbiq edil­məsinə qadağa qoyulması məsələləri idi. 1950-ci ildə Ərəb Liqası BMT-də müşahidəçi sta­tusunu əldə etmişdir. Buna görə də Liqada Asiya və Afrika öl­kə­lərinin şərqdə vahid Ərəb-Asi­ya (sonralar afroasiya) blokunda bir­ləş­məsinə nail olmuşdur.
Ərəb Dövlətlər Liqası strukturu sıradakı kimi bölünür:

  • Ərəb Dövlətlər Liqası Şurası

  • Müvafiq komitələr

  • Baş Katiblik

  • Əməkdaşlıq istiqamətləri üzrə institutlar və təşkilatlar

  • İqtisadi məsələlər üzrə Şura

  • Birləşmiş Müdafiə Şurası

  • Daimi hərbi komissiya orqanı

Ərəb Dövlətləri Liqası Şurası Yaxın və Orta Şərq ərəb dövlətləri nü­ma­yən­də­lə­rindən ibarət olan ali orqandır. Şuranın iclaslarını müxtəlif səviy­yə­lərdə dövlət və ya hökümət başçıları, xarici işlər nazirləri, sə­fir­lər və daimi nümayəndələri həyata keçirilir. Ali şura ildə iki dəfə çağ­ırı­lır. Hər hansı bir dövlətin istəyi ilə növbədənkənar iclas­lar da çağ­rıla bilər. Şurada sədrlik, ərəb əlifbasına uyğun olaraq döv­lət­lərin baş hərfləri sırası ilə dəyişir. Hər dövlət bir səs hü­qu­qu­na malikdir. Qərarlar, bir qayda olaraq, yekdilliklə qəbul edilir. Ərəb döv­lətlərinə və ya bir-birinə qarşı təcavüz aktı ilə bağlı qərardırsa, kon­sensus metodundan istifadə edilir.
Komitələr – bütün üzv dövlətlər üçün açıqdır. Komitələrin fəa­liyyəti həmçinin Liqaya üzv olmayan ərəb dövlətlərinin siyasi, sosial-iqtisadi, mədəni sahələrdə əmək­daş­lığı nəzərdə tutur. Bu, ərəb dövlətləri arasında əlaqələrin möhkəm­lə­n­di­ril­mə­sinə və dərinləşməsinə gətirib çıxarır.
Baş Katiblik – mənzil-qərargahı Tunisdə yerləşir. Baş Ka­tib­lik Şura tərəfindən beş il müddətinə seşilən baş katib tə­rə­fin­dən idarə olunur. O, Liqanın qərarlarını həyata keçirir. Baş Ka­tib üzv dövlətlərin diqqətini mühüm məsələlərə cəlb etmək hü­qu­quna malikdir. İnstitutlar və ixtisaslaşmış orqanlar – ƏDL tə­rə­­fin­dən təsis edilən xüsusi icra koordinasiya orqanlardır. Təhsil, mə­də­niy­yət və elm üzrə Ərəb Təşkilatı; Ərəb Menecment Təşkilatı; Ərəb Əmək Təşkilatı; Ərəb İqtisadi Birliyi Şurası; İqtisadi və sosial in­kişaf üzrə Ərəb Fondu; Afrikada iqtisadi inkşaf üzrə Ərəb Ban­kı; Ərəb Peyk Rabitə İnstitutu; Ərəb Kənd Təsərrüfatı İn­ki­şa­fı Təşkilatı; Ərəb Poçt İttifaqı; Ərəb Neft İnstitutu və s. inteqrasiya qu­rum­ları fəaliy­yət göstərir.
2) İqtisadi və siyasi birliyə yönəldilən Şimali Afrika Ərəb dövlətlərinin inteqrasiya qurumu Ərəb Maqrib İttifaqıdır. Bu təşkilatın yaradılması 1958-ci il Tunis və Mərakeşin müs­təqilliyinin əldə edilməsi və 1989-cı ildə əməkdaşlıq sazişin qəbul olun­masi ilə reallaşmışdır. 17 fevral 1989-cu ildə Şimali Afrika döv­lət baş­çı­ları Mərakeşdə Əlcəzair, Liviya, Tunis, Mav­ri­ta­ni­ya və mər­kəz ölkələrin ittifaqını təsis etdilər. Bu birliyin məqsədləri qəbul edilən mü­qavilədə göstərilir. Bunlar: birləşdirilən xalqların qar­daş əla­qələrinin möhkəmləndirilməsinə, cəmiyyətlərin in­ki­şa­fı­na, və­tən­daş hüquqlarının müdafiəsinə dəstək verilməsi, bütün sa­­hə­lər­də vahid siyasətin aparılması, elmi-texniki tərəqqinin in­ki­­şa­fı­na, sülhün və təhlükəsizliyin qorunmasına birgə fəaliyyət gös­­tər­mək kimi məsələlər nəzərdə tutur. Maddi, təbii ehtiyatların, insan və əmək re­surs­larının balanslaşdırılmış və istifadasi əsasında əmtəələrin, xid­mət­lərin, kapitalın, əmək imkanlarının azad hərəkəti üçün tə­mi­na­t Ərəb Maqrib İttifaqının vacib vəzifələrdir. 2001-ci ildə ƏMİ it­tifaq dövlətlərinə iqtisadiyyatlarına, xarici investisiyalar üzrə Maq­rib Bankı yaratdı. Ərəb Maqrib İttifaqında sosial- iqtisadi inteq­rasiyanın əsas istiqamətləri nəqliyyat, rabitə, təh­sil, sə­hiyyə, informasiya-komunukasiya texnologiyalari sahələrində əməkdaşlıqdır. 2005-ci ildə ƏMİ birgə İnformasiya Agentliyinin yaradılması haq­qın­da qərar qə­bul edildi. Bu inteqrasiya qurumu çərçivəsində bir­gə la­yi­hə­lə­rin reallaşdırılmasına dair müqavilələr imzalanmışdır, müştərək şirkətlər yaradılmışdir.
3) İslam Konfransı Təşkilatı 1971-ci ildə yaradılmışdır və öz tərkibində və əlli dörd üzv-dövlətdən ibarət olmuşdur.. Mərkəzi Af­rika Respublikası, Toqo və Şimali Kipr Türk Respublikası mü­­şahidəçi statusuna malikdirlər. Beynəlxalq təşkilatın məqsədləri islam döv­­lətlərinin maraqlarını dəstəkləmək, sosial, iqtisadi inkişafını təmin etmək və bütün sahələrdə Müsəlman ölkələrinin maraqlarının, hüquqlarının təmin olunmasına, həmrəyliyin əldə edilməsinə nail olmaqdan iba­rətdir. Fələstin ərəblərinin öz vətənlərində hüquqlarının tam təs­­diqinə dair 1974-cü ildə Laxor Deklarasiyasına əsasən kon­fran­sın qərarı ilə 1975-ci ildə gələcək Yerusəlim ( Qüds) məsələləri üzrə Əl-Qüds daimi komitə yaradılmışdır. Kasablanka xar­ti­ya­sı­na əsasən 14 yanvar 1984-cü ildə regional barışıq və birlik üzv­ləri arasında razılıq əldə edilmişdir və müvafiq komitələr yaradıldı. İKT bey­nəl­xalq münasibətlərdə aktiv rol oynayır. Buna misal olaraq Əf­qa­nıs­tana aid olan 28 yanvar 1979-cu il Məkkə deklarasiyasını və kör­fəzdə vasitəçiliyin gücləndirilməsi missiyasını göstərmək olar. İKT-nin dövlət başçılarının konfransı hər il bir dəfə ke­çi­rilir. Xarici işlər nazirlərinin görüşləri də ildə bir dəfə, yaxud və­ziyyət tələb edərsə daha tez keçirilir. Müxtəlif beynəlxalq təş­ki­lat­lar vasitəsilə İqtisadi əlaqələr komitəsi qarşılıqlı iqtisadi əmək­daş­lığı inkişaf etdirir və müsəlman ölkələri arasında həm­rəy­li­yi möhkəmlədir. Təşkilatın katibliyi Ciddədə yerləşir.
4) Fars körfəzi ölkələrinin əməkdaşlıq şu­ra­sı (Cooperation Council for the Arab States of the Gulf, CCASG) altı ərəb öl­kə­sindən ibarət iqtisadi və ictimai birlik olan inteqrasiya qu­ru­mudur. Birlikdə əməkdaşlıq edən Ərəb ölkələri vahid iqtisadi, ticari, ma­liyyə məkanını formalaşdırmaq istəyini bildirmişdilər.
25 may 1981-ci il tarixində yaranan əməkdaşlıq şurası bir­liyi Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu döv­lətlər arasındakı iqtisadi razılaşma 11 no­yabr 1981-ci il tarixində Ər-Riyadda imzalanmışdır. Yəmən 2006-cı ildən üzvlük üçün mü­raciət edir. Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının məq­sədləri bu bölgədə inteqrasiya proseslərini sürətləndirmək və genişləndirməkdir. Bu istiqamətlərdə əməkdaşlıq əlaqələrini möhkəmləndirirlər.

  • İqtisadiyyat, maliyyə, ticarət, gömrük, turizm, qanunve­ri­cilik sosial və humanitar sahələrdə ümumi tənzimləmə və əlaqələndirmə siyasəti aparmaq;

  • Sənaye, mədənçilik, əkinçilik, su təchizatı, heyvandarlıq və aqrar sahələrində elmi-texniki naliyyətlərdən birgə is­tifadəsinin reallaşmasını təmin etmək.

  • Elmi-tədqiqat mərkəzləri qurmaq və bu sahədə əmək­daş­lıq etmək;

  • Müştərək müəssisələr üçün ticarət ərazilərinin genişlən­di­ril­mə­si;

  • Xüsusi və sahibkarlıq sektorlarında fəaliyyəti üçün bərabərlik şəraiti ya­rat­maq;

  • Fars körfəzi ölkələri üçün maliyyə məkanını yaratmaq, ortaq pul vahidi təşkil etmək kimi vacib məsələlər önə çəkilir.

  • Milli təsərrüfatların əlaqələndirilməsi region və daxili mə­kan iqtisadi sabitliyi möhkəmləndirilməsi. İnteqrasiya pro­se­sin­də əsas istiqamətləri qarşılıqlı ticarətin inkişafı, investisiya sa­hə­sində əməkdaşlıq, maliyyə-valyuta siyasətinin əla­qə­lən­di­ril­mə­si, birgə layihələrin reallaşdırılması. FKOƏŞ-nın idarəetmə or­qanı dövlət başçılarının ildə bir dəfə yığılan Ali şura­sıd­ır. 2003-ci ildə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şu­­ra­sı gömrük ittifaqının yaradılmasını elan etdilər. Bu in­teq­ra­si­ya birliyi ərəb dövlətlərinin iqtisadi ticari vahid infrastrukturu inkişaf etdirərək sosial və elmi-tədqiqat sahələrinə də maliyyə vəsaitləri ayırırlar.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə